Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə146/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   142   143   144   145   146   147   148   149   ...   158

309 
 
Standart  Azərbaycan  türkcəsində  sifətin  növlərinin  adlandırılması  ilə 
Türkiyə türkcəsində sifətin növlərinin adlandırılmasında müəyyən fərqlər var. Biz 
bu  cüzi  fərqləri  müasir  Azərbaycan  dili  ilə  Qars  Iğdır  Azərbaycanlıları  şivəsini 
fərqləndirərək görürük. 
Azərbaycan türkcəsində sifətlərin mənaca növləri: 
1)
 
Rəng bildirənlər 
2)
 
Dad bildirənlər 
3)
 
Görkəm bildirənlər 
4)
 
Keyfiyyət bildirənlər 
5)
 
Həcm bildirənlər 
6)
 
Forma bildirənlər [1, 150]. 
Türkiyə türkcəsində sifətlərin mənaca növləri: 
1)
 
Niteleme sıfatları 
2)
 
Bilirtme sıfatları 
3)
 
İşaret sıfatları 
4)
 
Sayı sıfatları 
5)
 
Soru sıfatları 
6)
 
Belirsizlik sıfatları [3, 23]. 
Qars  və  Iğdır  Azərbaycanlıları  şivəsində  sifətlər,  quruluş  və  istifadə 
baxımından  standart  Azərbaycan  türkcəsində  istifadə  olunan  sifətlərdən  çox  da 
fərqlənmirlər. Bölgə şivələrində sifət düzəldən şəkilçilər aşağıdakılardan ibarətdir: 
-ca,-ce,-ça,-cah,-cağız,-cıh,-den,-ıncı,-inci,-isi,-lı,-li,-lu,-lü,-eh,-di,-nı,-ni,-
rı,-ri,-nüh,-sız,-siz,-agan,-ağ,-an,-en,-ıcı,-ıh,-iğ,-ü. 
Standart Azərbaycan türkcəsi ilə Qars-Iğdır Azərbaycanlıları şivəsinin oxşar 
və fərqli cəhətinə baxarkən qrammatikada Türkiyə türkcəsinin adlandırmalarından 
istifadə edəcəyik. 
Niteleme sifətləri
Standart  Azərbaycan  türkcəsində  adi  dərəcə  adı  ilə  istifadə  olunan,  sadə 
vədüzəltmə sifətlərdən ibarət olub, heç bir dərəcə şəkilçisi qəbul etmədən, əşyanın 
xüsusiyyətlərini  göstərən  sifətlərdir.  Bu  baxımdan  Qars  və  İğdır  Azərbaycanlıları 
şivəsində  niteleme  sifəti  olaraq  təsdiq  etdiyimiz  sifətlər,  standart  Azərbaycan 
türkcəsində  adi  dərəcə  olaraq  qəbul  edilən  sifətlərin  istifadəsi  ilə  bənzərlik 
göstərməkdədir  [4,157].  Bölgə  şivəsində  istifadə  olunan  niteleme  sifətlərinin 
bəziləri aşağıdakı kimidir. 
Geşden bir oğlan 
Vəzir bahdı ki o usgehde bir ucuren üstündə geşdən bir oğlan ezen verdi. 
(Vəzir baxdı ki...yüksəkdən bir oda üzərində gənc bir oğlan əzan oxudu) 
Saldı ipek yatağı, geldi gişinin golunnan tutdu. 
(Yatağı ipəkdən açdı, gəldi, kişinin qolundan tutdu) 
a)
 
İkiləmələrdən əmələ gələn nitələmə sifətlərinin nümunələri vardır: 
Ufağ-ufağ sümbül 
Bahırsan ufağ-ufağ sümbül vurdu. (yavaş-yavaş sünbül açdığını görürsən) 


310 
 
Çöl-çocuhlarımız acınnan öldü. Yeke-yeke babayigitler. 
(Uşaqlarımız hamısı acından öldü. Güclü baba igidlərimiz) 
b)
 
Həmçinin alınma sifətlərdən də istifadə olunduğu görülməkdədir: 
Nazanı senem bir gızdı. Oqqeder güzel bir qızdı ki, da bu qızdan hiş yohdu. 
(Nazani gözəl bir qız idi. O qədər gözəl biri idi ki, tayı bərabəri yox idi) [1, 
250]. 
Sifətləri qarşılaşdırma və dərəcələndirmə 
Sifətlər öz mövcudiyyətlərini ya birbaşa, ya da başqa bir obyeklə müqayisə 
etmə  yolu  ilə  bildirirlər.  Yəni  sifətin  miqdarı,  ölçü  və  dərəcəsini  ortaya  qoyurlar. 
Sifətlərin  bu  funksiyası  özündən  əvvəl  “kimi,  qədər,  çox”  kimi  zərf  və  ya  zərf 
olaraq istifadə olunan sözlərin gətirilməsi ilə qarşılaşdırılır. Beləliklə, iki varlıq və 
ya  obyekt  arasında  bənzərlik,  bərabərlik,  eynilik,  üstünlük  kimi  dərəcə  fərqləri 
ortaya çıxır. 
Standart Azərbaycan türkcəsində sifətin dərəcələrinin mahiyyəti və miqdarı 
adi,  müqayisə,  üstünlük,  kiçiltmə  və  çoxaltma-azaltma  dərəcələri  olmaq  üzrə  beş 
formada  göstərilmişdir  [1,203].  Fəqət  sifət  dərəcələrindən  Qars  və  Iğdır 
Azərbaycanlıları  şivəsində  istifadə  olunan  bərabərlik  dərəcəsi  adı  altında  tədqiq 
etdiyimiz sifətlər standart Azərbaycan türkcəsində müşahidə olunmamaqdadır. 
Standart  Azərbaycan  türkcəsi  ilə  Qars  və  Iğdır  Azərbaycanlıları  şivəsində 
ortaq olaraq istifadə olunan sifətlərin bənzər və fərqli yönləri aşağıdakı kimidir: 
a)
 
Eşitlik (eynilik) dərəcəsi: İki varlıq və ya obyekt arasıda xüsusiyyətlərin 
bənzər və ya bərabər dərəcədə olduğunu göstərir. Standart Azərbaycan türkcəsində 
bu  sifət  dərəcəsinin  istifadəsinə  rast  gəlinməməkdədir.  Bərabərlik  dərəcəsinin 
bölgə şivəsində istifadə olunan nümunələrinə misal gətirmək olar: 
Bakı kimi yeri bir daha necə göreciik? 
(Bakı kimi yeri bir daha necə görəcəyik?) 
b)
 
Üstünlük dərəcəsi: Əlamət və ya keyfiyyətin ən üstün dərəcəsini göstərən 
üstünlük  dərəcəsi  standart  Azərbaycan  türkcəsində  ən,  lap,  olduqca...  və  b. 
zərflərin  istifadəsi  ilə  yaranır.  Ən  gözəl,  lap  gözəl...  kimi.  Qars  və  Iğdır 
Azərbaycanlıları  şivəsində  sifətin  üstünlük  dərəcəsinin  istifadəsi  standart 
Azərbaycan  türkcəsi  ilə  demək  olar  eynidir  və  bölgə  şivəsində  özünü  aşağıdakı 
kimi göstərir: 
Çoh zengin 
Çoh da zengin idi. Bir qızı vardı. (Çox zəngin idi. Bir qızı vardı) 
En başçıl 
“Garı” dedi, “gırhların en başçılı geldi” dedi. 
(“xanım” dedi, “qırxların ən böyüyü gəldi” dedi) 
c)
 
Kiçiltmə  dərəcəsi:  Əlamət  və  keyfiyyətin  adi  dərəcədən  az  olduğunu 
bildirən  sifət  dərəcəsinə  deyilir.  Standart  Azərbaycan  türkcəsində  -ımtıl,  -mtrag,  -
ımtrag,  -sov,  -msov,  -şın  şəkilçilərinin  istifadəsi  ilə  meydana  gələn  kiçiltmə 
dərəcəsi bu bölgənin şivəsində -cıh şəkilçisinin istifadəsi ilə meydana gəlir. 
Ufa + cıh 


311 
 
Bahdılar, bir ufacılı belə Ekberin odası kibi. 
(Baxdılar, bir kiçicik otaq, belə Əkbərin otağı kimi) 
d)
 
Çoxaltma-azaltma  dərəcəsi:  Standart  Azərbaycan  türkcəsi  çoxluq  və 
azlıq bildirən kəlimələrə -ca, -ce şəkilçilərinin birləşməsi ilə miqdarın çoxa doğru 
artdığını və aza doğru azaldığını bildirən sifətlər yaranır. Böyükcə, körpəcə... və b. 
Qars və Iğdır Azərbaycanlıları şivəsində də, sifətin bu şəkildə istifadəsində 
də, standart Azərbaycan türkcəsi ilə bənzərlik vardır. 
Hırda+ca 
Burada bir hırdaca duvar var. (Burada xırdaca bir divar var) 
c)
 
Ünvan sifətləri: Xüsusi adlardan öncə ya da sonra istifadə olunan rütbə, 
məslək,  saygı  kimi  məqamları  göstərən  sözlərə  deyilir.  Standart  Azərbaycan 
türkcəsində ünvan sifətləri adı altında istifadəsinə rastlaşdığımız bu sifətlərin bölgə 
şivəsində gördüyümüz nümunələri aşağıdakı kimidir. 
Heyder beğ vardı, Abbasqulu beğ vardı. 
(Heydər bəy vardı, Abbasqulu bəy vardı) 
Tacir 
Ehmet tacir dedi ki “bah bu mala sennen şerikik” 
(Tacir Əhməd dedi ki “bax bu mala səninlə şərikik”)[4, 152]. 
d)
 
Belirtme  sifetleri:  Belirtme  sifətləri  obyektləri  aydınlaşdıran  sifətlərdir. 
Bu sifətlər obyektin daxilini göstərməz əksinə obyekti bu və ya digər şəkildə ifadə 
edər.  Belirtmə  sifətləri,  işarə  sifətləri,  sual  sifətləri,  belirsizlik  sifətləri    sayı 
sifətləri olmaq üzrə dörd qrup təşkil edir. Qars və Iğdır Azərbaycanlıları şivəsində 
belirtmə  sifətləri,  standart  Azərbaycan  şivəsində  istifadə  olunan  belirtmə  sifətləri 
ilə şəkil və və istifadə baxımından eynidir. 
4) İşarə sifətləri: Adları göstərərək ifadə edən sifətlərə işarə sifətləri deyilir. 
Standart  Azərbaycan  türkcəsində  bu,  o,  həmin,  “bu”,  həmən  “o”,  bu  cür,  o  cür, 
elə,  belə  işarə  sifətləri  olaraq  istifadə  edilən  sözcüklərdir.  Qars  və  Iğdır 
Azərbaycanlıları  şivəsində  bu  sözcükləri  eyni  zamanda  və  məkanda  olmanı  ifadə 
edən  isimlərə  gətirilən  +ki  isimdən  isim  düzəldən  şəkilçi  ilə  yaranmış  sözlərin  də 
sifəti olaraq istifadə olunduğu görülməkdədir. 
Bu 
Yahudu irem atır. Düşmüş bu melmeketdere. 
(Yahudi fal açır. Bu məmləkətlərə gələrək) 
Bahıp bu bağ niyə barınnan düşüb. 
(Baxib ki, bu bağ nəyə görə məhsul vermir) 
Bizim bu köy çohdu. 
(Bizim bu kənd tünlükdü) 
+ki 
Ordaki vəzir dedi “dur, padişah” 
(Ordakı vəzir “dur padişahım” dedi) 
Onnan sora, onnan geşdi bizim bu köydeki ağalara devroldu. 
(Daha sonra, ondan keçdi bizim kəntdəki ağaların dövrü gəldi) 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə