Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   139   140   141   142   143   144   145   146   ...   158

302 
 
Hidəci  şifahi  xalq  ədəbiyyatını  dərindən  bilən,  öz  elinə,  dilinə,  adət-
ənənələrinə bağlı olan bir şair kimi əsərlərində məharətlə atalar sözlərindən istifadə 
etmişdir: 
Artar işığı gər tökəsən yağ çırağa 
Yalan danışma yalançi xüdayədir düşman 
Biri sözün sənə tapşırdı sirrin eyləmə faş (3,səh 203) 
Qramatik qaydaları 
Müasir ədəbi dildə felin indiki zamanı ikinci şəxs sonluğu, “san-sən”dir. 
Məsələn:(Gəlirsən  -  qaçırsan).Lakin  Zəncan  ləhcəsində  feldə  “s”  hərfi 
düşür.Və 
Hidəci  isə  çox  beytlərində  bu  şivədən  istifadə  edir:Bu  müddəanı  şairin 
bütün divanında və özəlliklə başlanqıcı belə olan şeirdə görmək olar: 
“Saqi gətir! nədən? O meye xoşqovaridən.” 
Kim vardı? neylirən?dura qəlyanı doldura . (3,səh 251) 
Bəzən  bu  şairin  şeirlərində  indiki  zamanda  “L”hərfi  “s”  ilə  bərabər  “ir”ilə  
dəyişilir.Misal üçün: 
“ Billən nə var?-Nə var?Mənə vazeh olum missal”. 
Burada bilirsən feli,“billən”şəklinə düşmüş və“s”ilə “ir” həzf olubdur.Qeyd 
etmə  lazımdır  kı  ədəbi  dildə  sual  əvəzliklərindən  biri  “Nə”dir.Bu  əvəzlik  Zəncan 
şivəsində“Nəmə”şəklində  və  ismin  müxtəlif  hallarında  işlənir.Hidəci  bu  əvəzliyi, 
ədəbi dili normaların bilə-bilə şeirin vəzninə uyqun Zəncan şivəsində işlədir.Yoxsa 
yeri  gəldikcə  şerin  vəzn  ilə  əlaqədar  bu  cur  sozuləri  ədəbi  dil  kimi  isə  işlədibdir. 
baxın: 
Qurtar məni .nədən?Bu qəme intizardən 
Saldı məni bu kebr.Nədən? iqtidardən. 
Deməliyə  ki  Hidəci  “Nəmə”sözünü  hallandırarkən  onun  müxtəlif  
varyantların eyni şeirdə işlədir: 
Zahir edər nəmənəməni ?kuzə öz suyun. 
Bəlli olur Nəmə -Nəmədən ?il bahardən 
Mən çox xoşum gəlir Nəməyə ?Bülbül -o- gülə 
Konlum genə alındı.Nəmeyçün?şərardən. 
Zəncan şivəsində Feinl qisalmasına nümünə olan misalları Həidəcini çoxlu 
şerlərində  yerbəyer  görmək  olar.Məsələn:  yazırsiz  (Yazırız)  ,  yazdınız  (yazdız), 
yazmışsız (Yazmışız), yazacaqam (yazacam) yazarsan (Yazaran), yazasan (Yazan), 
yazmalısan  (Yazmalıyan),yazdıraram  (Yazdırram),  yazıldınız  (Yazıldız)  və    s. 
Əlbəttə Hidəcinin divanın, dil və üslüb cəhətindən ətraflı araşdırma üçün bir geniş 
məqaləyə lazımdır.Və oxuduğunuz məqalə tədqiqatçılar  üçün yalnız bir giriş kimi 
sayıla bilər. 
Söz təmizliyi 
Bu arif,alım və ziyalı şair bütün yaradıcılığı boyu heç zaman sözünü yava, 
yaman,və  yalanla  bələşdirməmişdir.O,həmişə,ədəb  ,azadəlik,mərifət,insaf  və  dil 
təmizliyi  qaydalarını  qorumuş,  mənəvi-əxlaqi  dəyərlərə  sadiq  qalmış,  heç  kəsə 


303 
 
həcv  yazmamış,sarayda  qulluq  etməmiş,heç  zaman  insaniyət  çərçivəsindən 
çıxmamışdır. 
 
ƏDƏBİYYAT 
1. Əhmədi  Zeynəlabidin. Aləmaye namdare Zəncan, Qum, “Nikan”, 1984. 460 səh  
2. Həştrudi Əli. Divane Hidəci, Zəncan, “Nəşre iqtisad”,1368, 350 səh. 
3. Məhəmmədzadə Sədiq. Hidəcinin türkcə divanı, Tehran, “pinar”,1388, 215 səh 
4. Həştrudi Əli. Hidəci Danişnamə,Zəncan, “Nəşre iqtisad”,1989, 141səh 
5. Vilayəti Əli Əkbər. Risaleyi doxaniyyə Hidəci, Tehran, “şabək”,1985, 303səh 
 
 
Anar Fərəcov

 
 
DİLİN SOSİAL DİFERENSİALLAŞMASI:  
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ ONUN TƏDQİQAT 
İSTİQAMƏTLƏRİ  
 
 
Dilin  və  cəmiyyətin  inkişafı  dil  və  cəmiyyət  arasında  qarşılıqlı 
problemlərin  yaranmasına  gətirib  çıxardır. Bildiyimiz  kimi,  cəmiyyətdə  baş  verən 
proseslər dildə toplanır və bu məlumatların ötürülməsi yenə də dil vasitəsi ilə baş 
verir.  Cəmiyyətdə  müxtəlif  proseslər  –  sosial,  iqtisadi,  mədəni  dəyişiliklər  baş 
verir. Hər bir sahəyə aid insanların “dil” ində bu dəyişiklikləri aydın görmək olur.  
Dil  və  cəmiyyətin  qarşlıqlı  əlaqəsini  müxtəlif  ölkələrin  dilçiləri  araşdırmış 
və bu barədə müxtəlif dilçilik cərəyanları yaranmışdır. Bu problemə maraq dilçilik 
tarixinin  müxtəlif  mərhələlərində  fərqli  olub.  Məsələn,  qədim  yunan  filosofları 
dilin sosial cəhəti ilə dilin əmələgəlmə problemini ayırmırdılar. Orta əsrlərdə isə bu 
problem  aktual  olmamışdır.  Sonrakı  dövrlərdə  nəzəri  dilçiliyin  yaranması  ilə  bu 
problemə maraq yaranmağa başladı. Bu baxımdan Y. Qrimm, V.fon Humboldt, İ. 
A. Boden de Kurtene, F.de Sössür, A.Meye, J.Vandries və başqalarının əsərlərində 
dilin sosial və fərdi xüsusiyyətləri haqqında fikirlərə rast gəlmək olur. Dilin sosial 
aspektləri  etnolinqvistikanın  baniləri  olan  E.Sepir,  B.  Uorfun  da  diqqətini  cəlb 
etmişdir. 
Dilin  sosial  diferensiasiyasının  bütün  istiqamətlərinin  araşdırılması  həm 
nəzəri,  həm  də  praktiki  dilçilərin  marağında  olub.  Müxtəlif  dil  variantlarının 
yaranması  və  onlar arasında  qarşılıqlı tədqiqi dilin variantları arasındakı  əlaqənin 
ortaya  çıxarmasına  kömək  edərdi.  F.M.Berezinin  fikrincə,  ümumxalq  dilinin 
diferensiyası,  üzvlənməsi “müstəviləri” bir-birinin üzərində  yerləşmir və real nitq 
prosesində bir-birindən ayrılmır. Onlar tez-tez bir-biri ilə qarşılaşır və əlaqələnirlər. 
Məsələn,  dilin  nitq  fəaliyyətinə  müxtəlif  diferensial  təsirlər  (insanların  sosial 
                                                           

Fərəcov  Anar  -  Bakı  Dövlət  Universitetinin  magistrantı,  BDU-nun“Türkoloji 
araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşı. 


304 
 
təbəqələri,  insanların  fəaliyyət  tipləri,  sözlə  yaradılan  əsərlərin  janrları  və  onların 
müxtəlifliyi və s.) təsir göstərə bilər (12, s. 61). N.B.Meçkovskaya ümumxalq dili 
adı altında dilin mövcud olan formalarının məcmusunun nəzərdə tutulduğunu qeyd 
edir.  Buraya  ədəbi  dil,  xalq-danışıq  dili,  məhəlli  dialektlər,  müxtəlif  sosial 
dialektlər  (peşə  dili,  jarqonlar,  gizli  korporotiv  dillər,  kasta  dilləri)  daxildir. 
Ümumxalq  dilinə  münasibətdə  dil  strukturunun  realizəsinin  ayrı-ayrı  variantları 
dilin mövcudluğunun formaları kimi özünü göstərir (13, s.35). 
Dil  sosial  hadisə  olduğu  üçün  sosial  diferensiyaya  meyllidir.  Cəmiyyətin 
özünün də  müxtəlif sosial təbəqələrə bölünməsi dildə də buna stimul yaranır. Bir 
çox  tədqiqatçılar  (F.K.Bok)  cəmiyyətin  strukturu  ilə  dilin  strukturu  arasında 
qarşılıqlı əlaqənin olduğunu qeyd edir (7, 382-396). Məşhur fransız dilçisi A.Meye 
sosioloji dilçilik məktəbi yaratdı. Onun fikrincə sözün mənasının dəyi.məsinin əsas 
səbəbi  dilin  daxili  inkişafı,  yaxud  psixoloji  proseslər  deyil,  sosial  amillərdir. 
A.Meye  eyni  zamanda  sivilizasiyasının  inkişafı  ilə  dilin  leksik  tərkibinin 
zənginləşməsi arasında bağlılıq olduğunu da olduğunu da aşkara çıxardı. (8, s. 357-
371).  Praqa  dilçilik  məktəbinin  nümayəndələri  də  dilin  sosial  problemləri  ilə  də 
məşğul  olmuşdur.  Onlar  ədəbi  dil  anlayışına  fərqli  yanaşırlar,  ədəbi  dilə  dilin 
müəyyən ictimai tələblərə  uyğun mövcudluq forması kimi baxılır (9, 175, 373, s. 
372). 
Cəmiyyətin  sosial  diferensiasiyası  dilin  strukturunda  müxtəlif  şəkillərdə 
özünü  göstərir.  Bu  həm  fonetik,  leksik,  həm  də  qrammatik  səviyyədə  özünü 
göstərir.  Cəmiyyətin  sosial diferensiasiyasının dilə  təzahürü haqqında  fikirlərdən 
biri 
B.A. 
Zveqintsevə 
məxsusdur. 
Onun 
fikrincə 
cəmiyyətin 
sosial 
diferensiasiyasının dilə təzahürlərini 3 əsas qrupa bölmək olar: 1. Dillərin sosial və 
xüsusi ifadəsi; 2. Xüsusi “dillərin” yaradılması; 3. Ümumxalq dilinin sosial və peşə 
difernsiyası(10, s. 261-262). 
Etnosun  mövcudluğu,  tarixin  müəyyən  dövründə  cəmiyyətdə  baş  verən 
dəyişiliklər  və  bu  surətli  dəyişiklik  dildəki  dəyişmələrdə  də  əksini  tapır.  P.Lafarq 
bunu  nəzərə  alaraq  yazırdı:  “Dil  insanda  və  insanın  yaşadığı  mühitdə  baş  verən 
dəyişiklikləri  özündə  əks  etdirir.  İnsan  cəmiyyətinin  yaşayış  ukladındakı 
dəyişmələr (məsələn kənd həyatından şəhər həyatına keçmə kimi ), eləcə də siyasi 
hadisələr dildə öz izini qoyur. Siyasi və sosial dəyişikliklərin bir-birini sürətlə əvəz 
etdikləri  şəraitdə  yaşayan  xalq  öz  dilini  tez  dəyişir;  əksinə,  belə  tarixə  malik 
olmayan xalqların dili dəyişməz qalır. Rablenin dilini yazıçının ölümündən 100 il 
keçdikdən  sonra    yalnız  savadlı oxucular başa  düşə  bilirdisə,  bu dövrdəki island 
dili İslandiyada,  demək olar ki, dəyişməz şəkildə qorunub qalmışdı” (11, s. 20-21). 
Azərbaycan  dilinin  tarixinə  də  nəzər  yetirsək  həqiqətən  görə  bilərik  ki,  siyasi 
proseslər  dilimizə  böyük  təsir  etmişdir.  Yəni  xalqın  inkişaf  tarixi,  maddi,  mənəvi 
dünyagörüşü  dilinin  həm  zənginliyində,  həm  də  tarixi  leksikasının  fərqliliyində 
ifadə olunur. 
Azərbaycan  dilçiliyində  də  dilin  sosial  diferensialaşmasına  aid  müxtəlif 
tədqiqatlar  aparılmış  və  bu  prosesi  jarqon  və  arqo  səviyyəsində  göstərməyə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə