Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə139/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   135   136   137   138   139   140   141   142   ...   158

293 
 
Bir neçə müddətdən sonra bu arqo həmən tələbələr qrupunun arqosunda bir başqa 
yeni məna tapmaq ilə dəyişildi və o da zirək və əl ayaqlı tələbəyə ifadə olunur. 
Semantik  üzərində  bir  söz  bir  zaman  ümumi  işlək  olur  bir  zaman  ümumi 
işləkliyini  əldən  verir,  bir  zaman  çox  dəyərli  və  zəngin  mənalı  söz  olur    bir 
zamandan sonra  öz dəyərin əldən verir . Bir söz bir zaman mənəvi dini və mədəni 
məna daşıyır bir zamandan sonra o mənasını əldən verir . Bir söz bir zaman alqış 
mənası  verir    bir  zamandan  sonra  o  alqış  mənasını  əldən    verir    təhqir  mənası 
daşıyır . İstər istəməz hər dilin semantikasında bu dəyişiklər baş verir və bunlardır 
ki,  dilin  inkişafına  və  hərəkət  və  həyatına  davam  etdirir.  Eyni  zamanda  necə  ki 
arqo  leksikası  dil  daxilində  dilin  inkişafının  mühüm  proseslərindən  biridir  arqo 
daxilində də bu dəyişiklər iki qat dilin inkişafına səbəb olur.   Arqo vardır ki, təhqir 
baxımından  yaranıbdır,  sonralar  müsbət  məna  daşıyıbdır    arqo  var  ki,  dəyərli  və 
zəngin mənalı yaranıbdır amma, sonra əks məna tapıbdır arqo vardır ki, gizli olaraq 
amma dini maddi və mənəvi mənanı özündə daşıyır . Misal üçün təsbeh sözü ərəb 
dilindən  alınma  sözdür  ki  əslində  dini  bir  sözdür  ki  onla  allah  adların  deməklə 
namazdan sonra zikr və dua edərlər. Sonralar lotular və güləşçilər və başqa başqa 
adamlar da böyük böyük muncuq olan təsbehlərə vərdiş edib əldə oynadırdılar. Bu 
söz  birinci  dəfə  arqo  mənası  daşıyanda  bekar  adamlara  ifadə  olunurdu.  Halbuki 
indilər  yenə  təsbeh  sözü  yeni  bir  arqo  mənası  özünə  almaqla  demək  olar  ki  yenə 
qayıdıb  birinci  mənəvi  baxıma  ki  indilər  biri  namaz  qılan  və  dindar  olanda  ona 
deyirlər ki əlivin təsbehiyəm ki tam müsbət və dini məna verir. bu misalda görürük 
ki bir söz həm semantikada və həm arqo leksikasında neçə cürə  məna dəyişikliyi 
olub. Bu söz indi arqo sözü olubdu. Məsəla  Nurbalazadən  Fars Mənşəli sözdür ki 
gecə  qaranlıqda  maşının  böyük  işıqların  yandırmaqa  deyirlər.  Bu  söz  sürücülər 
arqosunda  müsbət  və  dini  və  mənəvi  bir  məna  daşıyır  və  o  adamın  haqqında 
işlədirlər  ki  onun  üzündə  ilahi  və  dini  bir  nur  vardır.  Məsəl  üçün  biri  birinə 
deyəndə ki nurbala vırırsan yəni ki dindarsan və üzündəsə ilahi və mənəvi bir nur 
vardır. Dil bir axar su kimidir ki onun həyatı onun hərəkətində və dəyişikliyindədir. 
Hansı  bir  dilin  daxilində  dəyişiklik  və  inkişaf  olmasa  o  dil  aradan  getməlidir. 
Başqa dillərdən söz alıb vermə fonologiya morfologiya və dilin başqa sahələrində 
başqa  dillərə  təsir  qoyub  və  yaxud  təsir  qəbul  etməyi  xarici  dəyişiklər  adlanır  və 
onla bərabər dil daxilində müxtəlif dəyişiklər dilin həyatın davam etdirir. Semantik 
sahəsində  sözlərin    və  mənaların  dəyişikləri  dilin  inkişafında  və  genişlənməsində 
önəmli rol oynayır.  
 
ƏDƏBİYYAT 
1.Hacıyev Tofiq. Satira dili. «Molla Nəsrəddin»in dili. ADU nəşri, Bakı, 1975. 
2.Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik, Bakı, 2005. 
3. Жирмунский В. Национальный язык и социальные диалекты. Л., 1936. 
4. Həsənov Həsrət. Müasir Azərbaycan dilinin leksikası. Bakı,  «Maarif» nəşriyyatı, 
1988. 
5.Голуб И.Б. Стилистика современного русского языка. М., «Высщая школа», 
1976. 


294 
 
6.Adilov  M.  Jarqonun  bəzi  növləri.  ADU-nun  elmi  əsərləri  (Dil  və  ədəbiyyat 
seriyası). Bakı, 1973, № 3. 
7.Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Azərtədrisnəşr, Bakı, 1962. 
8.Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, «Maarif», 1970. 
9.Əliyev  Ə.  Jarqon  və  ədəbi  dil.-  Azərbaycan  dilçiliyi  məsələləri  (Elmi  əsərlərin 
tematik məcmuəsi). AzərbaycanDövlətUniversitetininnəşri, Bakı, 1981. 
 
 
İlahə  Dadaşova

 
 
BİOQRAFİK   NƏSRDƏ   POETİK   DİLİN  MƏNA  ZƏNGİNLİYİ 
( Ə. Cəfərzadənin “ Rübabə  Sultanım ” bioqrafik romanı əsasında ) 
 
Ədəbiyyat  tariximizdə  nəsrlə  yazılmış  nümunələr  içərisində  bioqrafik 
əsərlər  xüsusi  mövqeyə  malikdir.    Onlar  digər  ədəbi  nümunələrdən  spesifik 
xüsusiyyətlərinə  görə  fərqlənir.    Həmin  xüsusiyyətlərdən  biri  də  mövzunun 
keçmişə  bağlılığı,  özündə  tarixi,  həyat  hadisələrini  yaşatmasıdır.    “  Hadisələrin 
bədii  təsviri,  inikası  üçün  ən  zəngin,  dürüst,  konkret  mənbə  həyatın  özüdür ”  
( 4, s. 26 ) . Odur ki, müəllifin bu zəngin mənbədən bəhrələnib məhz  konkret həyat 
hadisələrindən bəhs etməsi, reallığı əks etdirməsi cəmiyyət tərəfindən kifayət qədər 
maraqla qarşılanmışdır.  
 Bioqrafik əsərlərin konflikti,  əsasən,  konkret olaraq bir şəxsin bioqrafiyası 
əsasında qurulsa da, bu tip  əsərlər vasitəsilə həm də haqqında söhbət gedən şəxsi 
əhatə edən çevrə , onun mühiti, bəhs etdiyi zamanın gerçəklikləri barədə məlumat 
əldə etmək mümkündür. Burada baş verən hadisələrin reallığı əks etdirməsi bu tip 
əsərlərin  əsas leytmotividir.Həmin  əsərlərin qəhrəmanları  dövrünün seçilən  nüfuz 
sahibləridirlər.  Belə  ki,  onlar,  əsasən,ictimaiyyət  tərəfindən  tanınan,  qəbul  edilən, 
daim  axtarışda  olan,  elmi,  yaradıcılığı,  həyata  baxışı  ilə  fərqlənən  insanlardırlar. 
Odur  ki,  onların  bioqrafiyasına  dair  əsərlər  də  cəmiyyət  tərəfindən  ən  azı  onlara 
olan maraq qədər həvəslə qarşılanır. 
Bioqrafik  məktəb  XIX  əsrin  ortalarında  yaranmışdı.Özündə  keçmişi 
yaşadan, günün reallıqlarının  əks olunduğu bioqrafik əsərlərin yaranma tarixi  isə 
qədim dövrlərə gedib çıxır.Bioqrafiyanın nəsrin əsas və ən qədim janrlarından biri 
olması  tarixi  faktlarda  da  əksini  tapır.  Onun  keçdiyi  inkişaf  xəttini  izləmək  də 
mümkün  olmuşdur.  Söhbət  nüfuz  sahiblərinin  bioqrafiyasının  yazılmasından 
gedirsə,  qədim  dövrün  seçilmişləri  dünya  fatehləri,  qılıncı  ilə  tarix  yazanlar, 
sözünün  qüdrəti  ilə  xatırlananlar  idi:  “  İmperatorların  və  hökmdarların 
bioqrafiyasını, həyat tarixçəsini yazmaq antik dövrdə artıq var idi. Sonralar bu dini 
ədəbiyyata  keçərək  xristianlıqda  müqəddəslərin  həyatı  janrına  çevrilmiş  və  dini 
prozanın  əsas  janrı  −  aqioqrafiya  janrı  olmuşdur.  İncilin  ilk  dörd  fəslinin  İsa 
                                                           

Dadaşova İlahə - Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə