Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə138/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   134   135   136   137   138   139   140   141   ...   158

291 
 
mənşəyini dil yaranması ilə bir tutmaq olar.  Ancaq demək olar ki, dil yaranandan 
elə  arqo  da  dilin  daxilində  yaranmışdır.  Dil  daxilində  ən  çox  dəyişiklik  olan 
sahələrdən biri semantikadır.  əslində  mənalar dəyişilməsə,  yeni sözlər  yaranmasa, 
köhnə və az işlənən sözlər dil dairəsindən xaric olmasa, başqa dillərdən söz alınıb 
və  onlara  söz  verilməsə  o  dildə  inkişaf  baş  verməz  və  və  dilin  aradan  getməsinə 
səbəb olar. 
İctimai  həyatdakı  dəyişikliklər,  inkişaf,  geyim,  məişət  şeylərinin 
köhnəlməsi, onların yeniləri ilə əvəzlənməsi, yeni maddi sahənin meydana gəlməsi
elmi-texniki  tərəqqi  insanların  maraq  dairəsini  genişləndirir,  ehtiyacına,  tələbinə, 
baxışına,  vərdişinə  və  zövqünə  təsir  edir.  Həyatdakı  dəyişmələr  qarşılıqlı  olur. 
İnsanların  həyata  münasibətində  bir  təzələnmə,  yeniləşmə  gedir.  Bu  dəyişmələrlə 
bərabər  dil  ancaq  dəyişilməlidir.  Elə  əslində  bu  səbəb  dəndir  ki,  dil  daxilində 
semantika sahəsində sözlərin cür bə cür məna dəyişmələrin görürük. Köhnə sözlər 
daha  işlənmir  yerinə  yeni  sözlər  deyilir,  misal  üçün  keçmiş  zamanlarda  ata 
babalarımız  çox  bilən  və  hər  şeydən  baş  çıxardan  adama  müxtəlif  sözlər  ifadə 
etsəydilər sə indi  UP DATE və ya  müasirləşmə sözünü deyirik. Qabağ zaman hər 
şeyin artığına zibil desəydik sə, indi zibil sözün pis və əclaf adamlara işlədirik. Söz 
mənası  tək  mənalıqdan  çıxır  və  onun  anlamı  genişlənir.  İllər  bundan  öncə  alim 
sözün  ancaq  dini  savad  olana  və  yaxud  Axunda  işlədərdik  amma,  indi  hər  hansı 
sahədə  elm  olana  alim  deyirik.  Müəllim  sözü  mənasını  nə  boyda  genişləndirib  və 
indi ehtiram və  hörmətlə  yanaşmaq üçün bu sözü hər  kəsə ki istəsək işlədirik. Bu 
baxımdan  arqolarda  ki,  semantikadan  asılıdırlar  qısa  müddət  həyatlarında  bu 
dəyişiklərdən  uzaq  deyirlər.  Köhnə  arqolar  şifahi    dil  normaları  içərisində  əriyib 
gedir, aradan çıxır. Məhz bu, arqo leksikasının təzələnməsinə, yeniləşməsinə səbəb 
olur.  Həyat  dəyişir,  insanlar  dəyişir,  köhnə  nəsli  yeni  nəsil  əvəz  edir.  Yeni  nəsil 
yeni arqolar yaradır. Müasir arqonun  əsasını ictimai qruplar tərəfindən  ümumxalq 
sözlərinin xüsusi mənalandırılması və başqa dillərdən alınma sözlərin xüsusi tərzdə 
işlədilməsi təşkil edir. Arqotik leksikaya ayrıca, xüsusi bir dil kimi baxmaq olmaz, 
çünki  onun  öz  qrammatik  quruluşu  və  lüğət  fondu  yoxdur.  Bədii  əsərlərdə  arqo 
leksikasından  ictimai  qrupların  spesifik  xüsusiyyətlərini  açmaq  üçün  istifadə 
olunur. Arqotik sözlərin müəyyən hissəsi köçəri həyat sürür. Onların bəzisi başqa 
bir ictimai qrupun söz ehtiyatına, bir qismi isə adi danışıq nitqinə keçir. Arqonun 
təbii  təkamülü,  onun  loru  leksikaya  və  məişət-danışıq  nitqinə  keçməsi  arqotizmin 
süniliyini, şərtiliyini və gizliliyini aradan qaldırır (4, s.193- 194). 
Arqo sözlərin dəyişikləri həm arqo leksikasının daxilində baş verir, həmdə 
başqa  semantik  leksikalarada  aid  olur.  Misal  üçün  meyvə  adları  ikinci  məna 
daşıyıb  arqo  sözü  kimi  işlənəndə  müxtəlif  niyyətləri  üzə  çıxardır.  Alma  sözü 
tələbələr  arqosunda  gözəl  və  məlahətli  qız  tələbəsinə  ifadə  olunur  və  ailə 
arqosunda  qaynanıya  deyilir.  Xiyar  sözü  narkomanlar  arqosunda  polisə  ifadə 
olunur.  
Müxtəlif  isimlər,  sifətlər,  fellər  və  zərfliklər  ilə  bu  sözlər  ifadə  olurlar. 
Meyvə  adlarından,  heyvan  adlarından,  yer,  kənd,  şəhər  adlarından  ,  geyim  və 


292 
 
yemək  adlarından  ,  müsbət  və  mənfi  sifətlər  ilə  ,  rənglər  ilə  ,  aktyor  və  aktrisa 
rolların və dialoqlarının sözlər ilə , həftə gün və il adlar ilə qadın cinsinə aid adlar 
ilə bu sözlər yaranırlar.  
İran azərbaycanlılarının məişət və bədii üslubunda sosioloji leksika müvafiq 
qiyafədə görünür. Bunlar – arqolar -  ekspressiv rənglərə boyanır. İctimai – sosial 
qrupların hər biri üçün xüsusi arqolar vardır. Bunların bir çoxu  müştərək səciyyə 
daşıyır. Sosioloji təbəqələr demokratik baxımdan ümumxalq mənafeyi ilə toqquşur
fikirlər  üst-üstə  düşmür.  Bu  zaman  onlar  sözün  həqiqi  mənasından  istifadə  etmək 
istəmirlər,  ya  xüsusi  sözlər  axtarıb-tapır,  ya  da  ki,  mövcud  sözlərin  mənalarında 
motivləşmə  aparırlar,  yəni  yeni  mənalar  müəyyənləşdirirlər.  Bu  prosesdə  ictimai 
təbəqələrin  nitqində  özünəməxsus  leksikon  formalaşır.  Bu  ictimai  zümrələrin 
leksik təbəqəsidir. Bunlar dildə çox deyil, amma dilə və onun üslubu mənzərəsinə 
öz təsirini göstərir. «Məhz bu qruplar ümumxalq sözünün «simasını» dəyişdirir və 
öz  təbiətləri  kimi  eybəcərləşdirirlər.  Məhz  onların  ifadəsində  sözün  müsbət  və 
mənfi mənaları öz mehvərindən çıxır, başqa sözlərin mehvəri ətrafında fırlanmağa 
başlayır. Belə insanların danışığında ümumxalq dilindəki gözəl, zərif sözlərin sayı 
azalır  və  kobud,  sərt  sözlər  əslində  olduğundan  çox  görünür...Bu  sözlərin 
işlənməsinə  ehtiyac  olmayan  ünsiyyət  mühiti  ideal  cəmiyyət  olmağa  layiqdir.  Bu 
sözlərin varlığını mümkün edən anlayışlar cəmiyyətdəki mənfi insan keyfiyyətləri 
ilə bağlıdır. Hətta belə sözlərdən istifadə edənlər yalnız arqolarla ünsiyyət saxlayan 
silklər  təşkil  etməsələr  də  bu  lüğət  vahidlərinin  ictimai  dəyərində  jarqonluluq 
vardır Yaxud, əksinə, bir qrupun, silkin tüfeyliliyini nəzərə çatdırmaq üçün onların 
nitqinə bir tipik jarqon daxil etmək kifayətdir (1, s. 59, 63-64). 
Arqo  və  yaxud  Gizli  dil  yazılı  forması  olmayaraq  cür  bə  cür  metodlar  ilə 
yaranır  və  geniş  formada  işlənilir.  başqa  dillərdən  alınma  sözlər  ilə,    dilin  söz 
köklərindən  yaranma  sözlər  ilə  və  başqa  başqa  metodlar  ilə  düzəlişən  sözlər  ilə, 
müxtəlif  qruplar  və  siniflər  tərəfindən  arqo  sözləri  işlənilir.    Tələbələr,  şagirdlər, 
sürücülər,  narkomanlar,  satıcılar,  maklerlər  və  başqa  sosial  qrupların  özlərinə  aid 
arqo leksikaları vardır. Bu sosial qrupların arqoları başqa dillərdən o cümlədən fars 
dilindən alınma yollar ilə şəkilçi artırma və ya azaltma yollar ilə və yaxud kökdən 
dəyişmə yollar ilə yaranırlar. Arqo sözləri stabil və ya bir formada qalmırlar bəlkə 
danışdıqca  və  işləndikcə  arqo  leksikasının  daxilində  çoxlu  dəyişiklikləri  qəbul 
edirlər.  Misal  üçün  Fars  Mənşəli  çətirbaz  sözü  əslində  birinci  semantik  mənası 
pilot  və  təyyarə  peşə  -  sənət  leksikasına  aiddir  ki,  mənası  təyyarədən  atılan  pilot 
dur. Bu söz bir alınma arqo sözü kimi birinci dəfə sosial qruplar içində ailə arqosu 
kimi  işləndi  ki  evin  yeznəsi  haqqında  deyilirdi  ki  ancaq  yemək  içmək  vaxtları 
qonurdu qaynanası gilin evlərinə. Sonralar bu arqo yeni məna daşımaqla tələbələr 
arqosuna  daxil  oldu  o  mənada  ki  hər  hansı  tələbə  ki  vaxtilə  dərs  oxumur  amma 
imtahanlar  vaxtı  o  müəllimdən  xahiş  etməklə  bu  müəllimə  yalan  danışmaqla  və 
yalvarmaqla bal  alır və  kəsilmir. Sonra Narkomanlar bu arqonu polislər haqqında 
işlədirlər ki harada oturub narkotik çəkəndə ki polis gəlir onları tutur ifadə etdilər. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə