Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   138   139   140   141   142   143   144   145   ...   158

299 
 
ƏDƏBİYYAT 
1.Cəfərzadə  Ə.  M.,  Cəfərzadə  M.  M.,  Cəfərzadə  Ə.  M.,  Biz  Cəfərzadələr, 
“Şirvannəşr”, Bakı-2001, 304 s. 
2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı.  Maarif, 1981, 404 s. 
3. Əliyev Rəhim. Ədəbiyyat nəzəriyyəsi.-Bakı: Mütərcim, 2008, 360 s.   
4.  Mir  Cəlal,  Xəlilov  P.  İ.  Ədəbiyyatşünaslığın  əsasları.  –  Ali  məktəblər  üçün 
dərslik. Yenidən  işlənmiş və təkmilləşdirilmiş III  nəşri. – Bakı, “ Maarif ”, 2005, 312  səh. 
5. Rəhimov Ağarəhim. “Yaddaşda yaşar xatirələr”, Bakı, BQU, 2012, 474 s. 
 
Böyükağa Mollayi
*
 
 
HİDƏCİNİN TÜRKCƏ DİVANINDA  
DİL VƏ ÜSLUB ÖZƏLLİKLƏRİ 
 
Həkim  Məhəmməd  Hidəci  Zəncan  çağdaş  tarixində  adlım  bir  alimdir.bu 
böyük şaeir, filosof və arif, üç dildə (Türkcə, Farsca və Ərəbcə) dəyərli və nəzirsiz 
əsərlər yazıb-yaradıbdir.Hidəcinin yazdığı əsərlərin çoxu bu zamanadək yayılıbır . 
Bu  şaeirin  bütün  şeirləri,Türkcə,Farsca  divanlarında  və  Danişnamə  kitabında 
toplnıbdir.Bu məqalə Həkim Hidəcinin Türkcə divanını ,Ötəri baxişla araşdırıb və 
o,divanın  ifadə  üslubunu  tanıtdırır.Hidəci  (1883-1928)  üç  dildə  və  üç  sahədə 
dəyərli  əsərlər  yazıb-yaradan  Türk  alim,Zəncan  ədəbi  mühitində  parlaq  bir 
ulduzdur.Onun  əsərləri  fəlsəfə,  siyasət  və  ədəbiyyatla  bağlıdır.Bu  dahinin  əsərləri 
aşağıdakilardan ibarətdır.(1,142) 
1-“Şərh-o-lmənzumə”:Ərəbcə molla Hadı Səbzvarının mənzuməsinin izahı. 
2 -“Fi qəvaede -l- əhkam” : Tələbələrə kömək məqsədilə ərəbcə yazılmışdır. 
3- “Təliqəton əla-l- əsfar”: “Əsfare ərbəə” kitabının ərəbcə şərhidir. 
4-“Ərrəsaləto-l-əddoxaniyyi”:Qacar zamanında Reji macərasına aiddir. 
5-“Danişnamə”:2800 beyt olaraq onun 144 beyti türkcə və qalanı farscadır. 
6-“Hidəci Kəşkülü”:Müxtəlif mövzulara aid nəzm və nəsrdən ibarətdir. 
7- “Vəsiyyətnamə”:Farsca nəşr olunan kitablarına zəmimə kimi salınmışdır. 
8-"Məktubat:"Müxtəlif şəxslərə yazılan 26 məktubdan ibarətdir. 
9- “İtmiş divan” " :Cəbəle -l-həmreyndə"oğruları tərəfindən çalınmış divan. 
10-“Həkim Hidəcinin Farsca divanı” : Farsca əsərlərindən seçilmiş şeirlər. 
11- “Hidəcinin Türkcə divanı” : Hidəcinin  türkcə divanı.( 2,səh 23) 
Hidəcininİfadə özəllikləri 
Hidəcinin  bütün  əsərləri  məna  və  üslub  cəhətindən  köhnəlməz  və 
unudulmaz  əsərlərdilər.Onun  şeirləri  isə  çağdaş  ədəbiyyatımızda,ümumxalq 
rəğbəti,  məhəbbəti  qazanan  yaxud  Zəncan  ədəbi  səmsında  bir  parlaq  ulduz  və 
                                                           
*
Böyükağa Mollayi – Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı. 


300 
 
dönüş nöqtəsidir.Şairin Türkcə divanı ifadə baxımından,yeni,bənzəri az olan,heyrət 
doğuran,önəmlı anlam ifad edən və bədii boyağa malik olan bir əsərdir. 
Şairin  tək-tək  beytlərində  dərin  düşüncə,irfani-fəlsəfi  anlam,milli  hiss, 
mədəni anlayışla və  didaktik ədəbiyyat,dalqalanır.O, əxlaqi,pedaqujik,Öyüdcül və 
elmi  məzmunlara  üstünlük  vermə  qəsd  ilə  yazılan  əsərlərində,ədəbi  bəzəklərdən 
istifadə  edib  və  məcaz,təşbih,təcnis,istiarə,kinayə  və  s,söz  sənəti  yaraşıqlari  və 
incəlikləri ilə insanın əsas qayqılarına həsr olan mənaların dadını və duzunu artırır. 
Bu  yaradıcı  şairin  Türkcə  divanında  dil  üslubu  və  ədəbi  bəzəklərinə  ötəri 
şəkildə belə işarə etmək olar: 
Anlam və biçim 
Hidəci  divani  anlamını  həyat  olayları  təşkil  edir.Yazıçı,  yaşam  olaylarını 
dəqiq  bir  baxışla  dərk  və  təsvir  edir.Yazıçı  öz  düşüncəsini,şeirlərində,yaranan 
hərəkətlər,  bədii  davranışlar,fikir  və  həyəcanları  vasitəsi  ilə  açıb  göstərir.Şairin 
şeirləri durumlara uyqun şəkildə qurulur.Yazıçının təsvir etdigi həyat lövhələrin və 
əngin mənaların qulağa xoş gələcək və ruha həyəcan verəcək şəkildə gözəlləşdirmə 
yolların belə göstərmək olar: 
Söz bəzəyi 
Hidəci  şeirdə  həm  məzmuna,həm  də  dil  gözəlliyinə,ahəngdarlığa  xüsusi 
önəm verir.Şeirin təsir gücünü artırmaq, mənanı daha da dərinləşdirmək məqsəd ilə 
bədii  təsvir  və  ifadə  vasitələrindən  uğurla  istifadə  etmişdir.Bəzən  şair  eyni  beytin 
içində bir neçə sənətdən çox məharətlə istifadə edir: 
Sənin əlinlə gətir tövbədən edim tövbə 
Alım çəkim başa peymanə, sındırım peyman (3, s.95).              
1. İham- sənin əlinlə- a)sənin yardımin ilə b)sənin əlindən çaxır alim; 
2.Sinonim: a)tövbə:çaxır içməmək b)tövbə:Çaxır işməyi davam etmək 
3.Məcaz: çəkim başa,yəni içim 
4.Zaid cinas: peyman - peymanə 
5.Tənaqüz göstərgəsi:peymanə başa çəkmə - peyman sındırma; 
6.Kinayə: tövbədən tövbə etmək ,içməyi davam etmək mənasında. 
Oxşama 
Aşağıdakı beytdə təşbehdən uğurla istifadə edərək sevgilini tovuza,ceyrana 
oxşadır və sonra mübaliğə ilə məşuqəsin onlardan daha üstün olduğunu vurqulayır: 
Sənəm, sən etmə bəzək, qoy edə bəzək tavus 
Gözəl, sən etmə gözün sürmə, qoy edə ceyran (3,səh 156) 
Hidəci divanında  ədəbi bəzəklərdən,bədii ibarələrdən  yerində və  məharətlə 
istifadə etmişdir.O,bu elementlərdən sözü boyamaq,ifadənin təsir gücünü artırmaq, 
mənanı  dərinləşdirmək  məqsədi  ilə  istifadə  edir.Ədəbi  bəzəklərdən  bu  cür  uğurla 
istifadə şairin incə duyğularından, ilhamından, zərif zövqündən xəbər verir: 
(sinonim-antonim)  Əgər  o türk mənim könlümü ala əlinə, 
Bağışlaram telinə Ərdəbil o Xəlxalı (3, s.170). 
Allah bu şahın bəxti dönüb təxti dolansın, 
Müşkül bunun əhdində dodağı gülən olsun 


301 
 
Ol   riza   qismətə var hikməti, Allahin  işi 
Ol  ki  döndərdi qışa  yayı, edər yayqışı. (2, s.166). 
Sadə  danışıq  dili,xalq  dilinin  gözəl  ifadələri,incə  və  hamı  bilib-bəyəndiyi 
birləşmələrindən  qüdrətlə  istifadə  etməsi  və  sadə  danışıq  əsasında  “səhl  -o-
mümtənə”xüsusiyyətləri beytlər yaratmaq,yəni xalq dilində gəzən,hamınin sevdigi 
frazoloji  birləşmələri  bacarıqla  işlətməkdən  ibarətdir.Şairin  canlı  xalq  danışıq 
dilində yazdığı qəzəlinə diqqət yetirək: 
Saqi! gətir  nədən? o mey xoşqovardən 
Mey? hansı mey? o mey ki, yoxu fərqi nardən. 
Gəldi nəmə? bahar gedibdir nəmə? qərar 
Candır necə? nəzar nədən? hicri yaridən. 
Eylərdim arzu haranı? tərəfe gülşəni. 
Könlüm edərdi yad  haçaqdan? bahardən )3, s.251) 
KinayəTikildi çignimə Hidəcdə dağdağan ağacı 
Bilə düşüb ki bu günlər müqime Tehranəm (3, s.4). 
Asıldı börkümə Hidəcdə möhrə bu əyyam 
Olub vətən mənə darolxilafeye Tehran (2, s.4). 
Çiyinə  dağdağan  ağacı  tikilmə  və  borkə  mohrə  asılma  uşaqlıqa  və  şairin 
doğum yerinə işarədir. 
(Hərf  bəzəyi)Haqq edə sərniqun  Qəzvini 
Qalmıya bu xərabədən asarNə kömür var, nə kürk, nə kürs 
Qış soyuqqapını alıbdır qar 
Mənzili gəng,  ruzigarı    təng Şəhri idbar milləti gözü dar (4, s.5.( 
Mən yazardım neçə müddət din o daniş dəftərin 
Din o  imanı  apardı  oğru  divanım  kimi (3,s 171). 
Müləmmə : Söhrəvərdinin bir şeirinə təxmis kimi diyilən bu şeirdə : 
Mənəm qəm düşkünü, qürbət düçarı, 
Pozulmuş gülşəni, solmuş baharı 
Könül ağlar gedəydim kəndə sarı... 
یِراج ُعمّدلاﻭ یتراجل ُلوقأ 
یرای د یلإ ِلیحّرلا ُمزع یلَﻭ 
Təlmih:Bu beyt insanın Allaha xəlifə olmasını xatırladarkən Quranın Əhzab 
surəsinin 72-ci ayəsinə işarədir. 
Yox yoxumuş səndə əmanət vəli 
Doğru xəbər verdi dəlisən dəli (3, s.226). 
istehza                       
Abidin balta boynunu kəsməz 
Döşü divardır, beli kəndi, 
Əlini atsa, əndirər damı            
                                                                                                                                                    
.           Dişinə salsa sındırar qəndi(3.205) 
Aforizmlər:Hikmətli sozlər 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə