Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

əvəzedilməzliyi  ümumilikdə  onların  müstəqilliyinin  birbaşa  nəticəsi  olaraq  nəzərdən 



keçirilməlidir.  Bununla  belə,  qanunvericilikdə  bu  əvəzedilməzliyin  formal  olaraq 

tanınmaması, özü-özlüyündə müstəqilliyin olmamasına dəlalət etmir, bir şərtlə ki, bu faktiki 

olaraq tanınsın və digər zəruri təminatlar mövcud olsun (

Sacilor-Fransaya qarşı

, § 67; 


Luka 

Rumıniyaya qarşı

, § 44). 

 

(iii)  Xarici təzyiqlərə qarşı təminatlar 



142.  Məhkəmə  müstəqilliyi  fərdi  hakimlərin  məhkəmə  daxilində  və  xaricində  olan  

lüzumsuz  təsirdən  azad  olmalarını  tələb  edir.  Daxili  məhkəmə  müstəqilliyi  hakimlərin  öz 

hakim  həmkarlarının  və  ya  məhkəmədə  inzibati  məsuliyyət  daşıdıqları  şəxslərin,  məsələn 

məhkəmə  sədrininn  və  ya  məhkəmə  bölməsinin  rəhbərinin  təlimat  və  ya  təzyiqlərindən 

müstəqil  olmalarını  tələb  edir.  Məhkəmə  sistemi  daxilində  və  xüsusilə  məhkəmənin 

rəhbərliyi  qarşısında  hakimlərin  müstəqilliyini  təmin  edən  təminatların  olmaması, 

Məhkəmənin  o  nəticəyə  gəlməyə  əsas  verər  ki,  ərizəçinin  məhkəmənin  müstəqilliyi  və 

qərəzsizliyi ilə bağlı şübhələri obyektiv şəkildə əsaslandırılmışdı (



Parlov-Tkalčić Xorvatiyaya 

qarşı

, § 86; 


Agrokompleks Ukraynaya qarşı

, § 137). 

143.  Rayon  Məhkəməsinin  hakimlərinin  məhkəmə  sədrindən  kifayət  qədər  müstəqil 

olduğuna  qərar  verilmişdir,  çünki  məhkəmə  sədrləri  yalnız  məhkəmə  funksiyasından  qəti 

şəkildə ayrılan inzibati (idarə və təşkilati) vəzifələri yerinə yetirirdi. Hüquq sistemi məhkəmə 

sədri  tərəfindən  işlərin  hakimlərə  (yenidən)  təyin  edilməsi  məsələsində  özbaşınalığa  qarşı 

adekvat təminatlar təqdim etmişdir (

Parlov-Tkalčić Xorvatiyaya qarşı

, §§ 88-95). 

 

(iv)  Müstəqilliyin xarici əlamətləri  



144.  Məhkəmənin  6  § 1  Maddənin  tələblərinə  uyğun  olaraq  müstəqil  hesab  olunub-

olunmadığını  müəyyən  etmək  üçün  xarici  əlamətlər  də  əhəmiyyət  daşıya  bilər  (



Sramek 

Avstriyaya  qarşı

,  § 42).  Müstəqilliyin  təzahürü  ilə  əlaqədar  tərəfin  baxış  bucağı 

əhəmiyyətlidir, lakin həlledici deyil; həlledici olan tərəfin narahatlığının "obyetkiv əsasının

olmasına  qərar  verilib-verilməməsidir  (



Sacilor-Lormines  Fransaya  qarşı

,  § 63).  Buna  görə 

də,  Məhkəmənin  fikrincə,  "obyektiv  müşahidəçi"  sözügedən  məhkəmə  işinin  hallarında 

müstəqilliklə  bağlı  narahatlıq  üçün  heç  bir  səbəb  görmədikdə,  müstəqillik  şübhə  altına 

alınmır (

Clarke Birləşmiş Krallığa qarşı

 (qərardad)). 

 

(c)  Q

ƏRƏZSIZ MƏHKƏMƏ

 

145.  6-cı  Maddənin  1-ci  bəndi  onun  tələblərinə  uyğun  gələn  məhkəmənin  qərəzsiz 

olmasını  tələb  edir.  Qərəzsizlik  ümumi  mənada  qərəzli  fikrin  və  tərəfkeş  münasibətin 

olmamasını  ifadə  edir  və  onun  mövcud  olub-olmaması  müxtəlif  yollarla  sınana  bilər 

(

Wettstein  İsveçrəyə  qarşı

,  § 43; 



Micallef  Maltaya  qarşı

  [BP],  § 93).  Müstəqillilik  və 

qərəzsizlik  anlayışları  bir-birilə  sıx  əlaqəlidir  və  onların  işin  hallarından  asılı  olaraq,  birgə 

araşdırılması  tələb  oluna  bilər  (



Sacilor-Lormines  Fransaya  qarşı

,  § 62; 



Oleksandr  Volkov 

Ukraynaya qarşı

, § 107). 

 



 Qərəzsizliyin qiymətləndirilməsi üçün meyarlar 



146.  Qərəzsizliyin  mövcudluğu  aşağıdakılara  əsasən  müəyyən  olunmalıdır  (

Micallef 

Maltaya qarşı

 [BP], §§ 93): 

-  məyyən  bir  hakimin  şəxsi  inancının  və  davranışının,  yəni  hakimin  müəyyən  bir 

məhkəmə  işində  qərəzli  fikir  və  ya  tərəfkeş  münasibət  əks  etdirib-etdirmədiyinin 

nəzərə alındığı subyektiv test; 

30/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

-  və həmçinin məhkəmənin, xüsusilə onun tərkibinin qərəzsizliklə bağlı hər cür qanuni 



şübhəni  aradan  qaldırmaq  üçün  yetərli  təminatlar  təqdim  edib-etmədiyinin 

müəyyənləşdirilməsindən ibarət olan obyektiv test. 

 

147.  Bununla belə, subyektiv və obyektiv qərəzsizlik arasında qəti bölgü  yoxdur, çünki 



kənardan bir müşahidəçinin nöqteyi-nəzərindən hakimin davranışı qərəzsizliyə dair obyektiv 

şübhələr  yaratmaqla  yanaşı  (obyektiv  test),  onun  şəxsi  inancı  məsələsinə  də  aid  ola  bilər 

(subyektiv test). 

148.  Beləliklə  hakimin  subyektiv  qərəzsizlik  prezumpsiyasının  təkzibi  üçün  sübutların 

əldə edilməsinin çətin olduğu bəzi hallarda obyektiv qərəzsizlik tələbi daha bir əhəmiyyətli 

təminat verir (bax 



Micallef Maltaya qarşı

 [BP], §§ 95 və 101). 

 

(i)  Subyektiv yanaşma 



149.  Subyektiv  testi  tətbiq  edərkən  Məhkəmə  dəfələrlə  qət  etmişdir  ki,  "əksi  sübut 

olunanadək,  hakimin  şəxsi  qərəzsizliyi  fərz  edilməlidir" (

Le Compte,  Van  Leuven  və  De 

Meyere Belçikaya qarşı

, § 58, son cümlə



Micallef Maltaya qarşı

 [BP],§ 94). Tələb olunan 

sübutun növünə gəldikdə isə, Məhkəmə, məsələn, hakimin düşmənçilik münasibəti göstərib-

göstəmədiyini  müəyyən  etməyə  çalışmışdı  (



Buscemi  İtaliyaya  qarşı

,  §§ 67-68).  Hakimin 

daha əvvəl əlaqədar başqa qrup mülki icraatlarda iştirakından sonra apellyasiya qaydasında 

mülki  iddanın  araşdırılmasında  iştirakdan  imtina  etməməsi  faktı,  sözügedən  fərziyyənin 

təkzib edilməsi üçün yetərli sübut deyildi (

Golubović Xorvatiyaya qarşı

, § 52). 

150.  Məhkəmənin şəxsi qərəzli fikir və tərəfkeş münasibətdən azad hesab edilməsini tələb 

edən prinsip Məhkəmənin presedent hüququnda uzun müddətdir ki, formalaşıb (



Le Compte, 

Van Leuven və De Meyere Belçikaya qarşı

, § 58; 


Driza Albaniyaya qarşı

, § 75). 

 

(ii)  Obyektiv yanaşma 



151.  Hakimin  davranışından  asılı  olmayaraq,  onun  qərəzsizliyini  şübhə  altına  alacaq 

müəyyənləşdirici  faktların  mövcud  olub-olmaması  araşdırılmalıdır.  Bu  o  deməkdir  ki,  işə 

kollegial  şəkildə  baxıldıqda,  həmin  kollegiyanın  üzvlərindən  hər  hansı  birinin  şəxsi 

davranışından asılı olmayaraq, kollegiyanın qərəzsizliyini şübhə altına alan müəyyənləşdirici 

faktların  olub-olmadığı  müəyyən  edilməlidir.  Bu  onu  nəzərdə  tutur  ki,  müəyyən  məhkəmə 

işində konkret hakimin (



Morel Fransaya qarşı

, §§ 45-50; 



Pescador Valero İspaniyaya qarşı

§ 23)  və  ya  kollegiyanın  (



Luka  Rumıniyaya  qarşı

,  § 40)  kifayət  qədər  qərəzsiz  olmasından 

şübhə  etmək  üçün  legitim  əsasın  olub-olmaması  müəyyən  edilərkən,  maraqlı  şəxsin  fikri 

əhəmiyyətlidir,  lakin  həlledici  deyildir.  Həlledici  olan  bu  şübhənin  obyektiv  şəkildə 

əsaslandırıldığına dair qərarın verilib-verilməməsidir (

Wettstein İsveçrəyə qarşı

, § 44; 

Pabla 

Ky Finlandiyaya qarşı

, § 30; 


Micallef Maltaya qarşı

 [BP], § 96).  

152.  Obyektiv  test  əsasən  hakim  və  məhkəmə  prosesinin  digər  iştirakçıları  arasında 

iyerarxik  və  digər  əlaqələrlə  bağlıdır  (hakimin  ikili  rolu  ilə  bağlı  məhkəmə  işlərinə  bax, 

məsələn 

Mežnarić  Xorvatiyaya  qarşı

,  § 36; 



Wettstein  İsveçrəyə  qarşı

,  § 47  məhkəmə 

işlərində ərizəçiyə qarşı tərəflərin maraqlarını təmsil edən vəkilin sonradan ərizəçinin iştirak 

etdiyi  məhkəmə  proseslərində  hakimlik  etməsi).  Bu  hal  sözügedən  məhkəmənin 

qərəzsizliyinə  dair  şübhələrə  obyektiv  olaraq  bəraət  qazandır  və  beləliklə,  obyektiv  test 

baxımından Konvensiya standartına cavab vermir. 

153. Buna görə də, hər bir konkret halda sözügedən əlaqənin məhkəmə tərəfindən qərəzsiz 

münasibətin  olmadığına  işarə  edəcək  mahiyyətdə  və  dərəcədə  olub-olmadığı  müəyyən 

edilməlidir (

Micallef Maltaya qarşı

, [BP], §§ 97 and 102). 

154.  Bu baxımdan, hətta xarici forma müəyyən əhəmiyyət daşıya bilər, başqa sözlə desək, 

"ədalət  sadəcə  təmin  edilməməli,  eyni  zamanda  ədalətin  təmin  edildiyi  görülməlidir". 

Əhəmiyyətli  olan  demokratik  cəmiyyətdə  məhkəmələrin  insanlar  arasında  etimad 

31/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə