23
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
edir. Ümumiyyətlə, alınma ilk olaraq sözün başqa bir dildən götürü
lüb işlədilməsi ilə bağlı olaraq meydana çıxmışdır. Sözün alınması
nın başlıca səbəbi həmin sözün adlandığı əşyanın, predmetin, prose
sin, hadisənin, anlayışın alan dildə ifadə edən müvafiq sözün yoxlu
ğudur. Hər bir dil başqa bir dildən söz alır. Bununla belə, müəyyən
dildəki leksik alınmaları mənşəcə təsnif etdikdə qanunauyğunluqla
üzləşirik. Alınma sözlər hansı dildən alınmasına görə kəmiyyət xa
rakteristikalarına malik olur. Azərbaycan dilində, ərəb-fars və rus
dillərindən alınmalar çoxdur. Avropa dillərinə aid alınma sözlər
Azərbaycan dilinə rus dili vasitəsilə gəlmişdir. Dillərin bir-birini
zənginləşdirməsi, başqa sözlə desək, dillərin qarşılıqlı əlaqəsi, bir
dilin başqa dildən söz alması əksər hallarda dillərin təbii ehtiyacın
dan doğur. Yeni yaranan məfhum və anlayışları ifadə etmək üçün
dilin özünün müvafiq vahidləri olmadıqda başqa dilə müraciət olu
nur, digər dilin leksik sistemindən söz və ifadələr alınır.
İnsan cəmiyyəti inkişaf etdikcə, hər bir dildə alınma sözlərin
həm miqdarı artmış, həm də mənşəyə görə alınma arealı genişlən
mişdir. Hazırda bir dildən digərinə daha çox sahə anlayışlarının ad
ları, terminlər keçir. Azərbaycan-tat dil əlaqələrinin indiki mərhələ
sində tat dilinin xüsusi leksikası sistemi genişlənir, zənginləşir. Xü
susi leksik qatda terminlərin sayı sürətlə artır.
Tat dilinin lüğət tərkibinin müxtəlif leksik-semantik söz
qrupları vardır. «Semantik söz qrupları fikrin söz çeşidini artı
ran əlvan rəng çalarları yaradan vahidlərdir. Məna yükünü də
rinləşdirən, söz təkrarından yayındıran sinonimlər, ziddiyyətli
dünyanın söz cildi olan antonimlər, bir kökdən, bir qəbildən şa
xələnən bir neçə məna əks etdirən omonimlər bütün dövrlərdə
ədəbi dilin bədiilik-emosionallıq yaradan üslubi vahidləri ol
muşdur» (45, 203).
Sözün ilkin m ənası onun əşyavi mənasıdır. “Əşyavi mə
na” termini «real məna», «maddi məna», «leksik məna», «əsas
məna», “lüğəvi m əna” anlayışları ilə səsləşir. «Əşyavi məna»
nominasiya ilə bağlıdır. Adlarda bu məna aşkar hiss olunur.
24
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
Məsəl ən, isimlər konkret olaraq əşyanın adını bildirir.
Nominativ məna birbaşa predmetə, hadisə yə, hərəkətə is
tiqamətlənir. Bu mənadan başqa, sözün okkazional, kombina-
tiv, ekstensional, intensional, uzual v ə s. mənaları ola bilər.
Belə mənaların əksəriyyəti nitq prosesində sözdən istifadə za
manı meydana çıxır. Nominativ mənalarına görə də sözlər mü-
ə yyən bir sistem daxilind ə qruplaşa bilir. Bu halda onların han -
sı sahə, hansı tematika ilə bağlılığı əsas götürülür. Dilçilikd ə
bu məsələ uzun müddət sözlərin tematik bölgüsü kimi ifadəsini
tapmışdır. Tematik bölgü anlayışına münasibətdə fərqli cəhət
lər müxtəlif müəlliflərin bölgü zamanı seçdikləri və ya təyin
etdikləri qrupların adlarında və bu qruplara daxil edilən sözlər
də özünü göstərmişdir.
Bəzi tədqiqatçılar dildə sözləri müəyyən meyarlar üzrə
kateqoriyalara bölmüşlər. Məsələn, N.A.Slüsareva keyfiyyət,
xassə, əlamət və bəzi münasibətləri keyfiyyət kateqoriyasına
aid edir. Onun fikrincə keyfiyyət kateqoriyasının bü tün dillər
də külli miqdarda ifadə vasitələri var ki, onlar dilin koqnitiv
funksiyalarının komponentlərini aydınlaşdırmağa xidmət gös
tərir (77, 176).
V.Z.Panfilov belə hesab edir ki, bütün inikas kateqoriya -
ları qarşılıqlı əlaqədə olub, əşya-xassə-münasibət, keyfiyyət-
kəmiyyət-ölçü, məkan-zaman və s. yuvalarda qruplaşır (66,
131). Əslində söz kateqoriyalarını leksik-semantik planda
fərqləndirmək üçün sözün ümumi mənasına əsaslanmaq lazım
gəlir.
Dil vahidlərinin ümumi semantik əlamətə görə qruplaşdı-
rılan toplusu semantik sahə yaradır. Semantik sahəyə daxil
olan sözlər müəyyən ümumi məna tərkib hissəsinə malik olur.
Semantik sahənin əsas xassələri aşağıdakılardan ibarətdir: 1)
semantik sahə dilin daşıyıcısı üçün intiutiv olaraq başa düşülən
olur v ə onun üçün psixoloji reallıqdır; 2) semantik sahə muxtar
dil hadisəsidir (avtonomdur) və dilin alt sistemi kimi fərqlən-
25
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
dirilir; 3) semantik sahənin vahidləri bir-biri ilə sistemli se-
mantik münasibətlərə malikdir; 4) dilin hər bir semantik sahə
si, digər semantik sahələrlə əlaqəli olub, onlarla bir yerdə dil
sistemini ya radır.
Məsələn, ev və onun hissələri ilə məişət əşyaları arasın
da, kənd təsərrüfatı ilə əlaqədar sözlərlə heyvan və bitkilərə
aid söz qrupları arasında əlaqələr var.
Semantik sahə nəzəriyyəsinin əsasında dildə müəyyən se -
mantik qrup ların mövcudluğu, dil vahidlərinin bir və ya bir
neçə belə qrupa daxil olması təsəv vürü durur. Xüsusi halda di
lin lüğət tərkibi (leksika) müxtəlif münasibətlər əsasında birlə
şən (sinonim, antonim və s.) söz qrupları kimi təsəvvür oluna
bilər.
Ayrıca semantik sahənin ünsürləri müntəzəm və sistemli
münasibətlərə malikdir. Ona görə də bütün sahələr qarşılıqlı
şəkildə bir-birinə qarşı qoyula bilir. Semantik sahəyə daxil
olan hər bir sözün mənası tam şəkildə o zaman aydınlaşır. Hə
min sahəyə daxil olan başqa sözlərin mənaları məlum olduqda
semantik sahələr bir-biri ilə kəsişə, yaxud bir sahə digərinə da
xil ola bilir. Bütün bunlar gös tərir ki, dildəki leksik-semantik
qrupların təyin olunması üçün müəyyən meyarlardan istifadə
edilməlidir və fikrimizcə, belə leksik-semantik söz qrupları və
ya tematik söz qrupları bütün dillər üçün ümumi plana malik
olacaqdır. Yu xarıda münasibət bildirdiyimiz təsnifat prinsiplə -
rində ümumi cəhət vardır.
«Sözlər və onların mənaları bir-birindən ayrılıqda yaşa
mır, onlar, bizim istədiyimizdən asılı olmayaraq, müxtəlif
qruplar təşkil edir, bu qruplaşma isə sözlərin ilkin mənalarının
bənzərliyinə və ya bir-birinə əks olmasına (ziddiyyətliyinə)
əsaslanır» (70, 82). Sözlərin leksik və məfhumi sahələri fərq -
ləndirilir. Leksik sahə hər söz və «söz ailəsi» ilə düzəlir. M əf -
humi sahə isə bir mərkəzi element ətrafında formalaşır. Te ma-
tik bölgülərdə əsas semantik sahələr kimi insan, yer, kainat, at -
Dostları ilə paylaş: |