Gülsüm Hüseynova. Tat dilinin leksikası
146
146
məxsus sözlərə bitişərək, yeni sözlər yaradır, daha doğrusu,
keçdiyi dilin söz yaradıcılığında mühüm rol oynayır» (181,
127).
A.L.Qrünberq müxtəlif sözlər vasitəsilə Azərbaycan
dilindən isim və sifət əmələ gətirən sözdüzəldici şəkilçilərdən
yalnız -çi; -lik, -lük, -lüq, liq; -li, -lı, -lü; -siz, -süz, -suz
şəkilçilərinin tat dilinə keçdiyini göstərmişdir. Araşdırmalar
göstərir ki, bu şəkilçilər vasitəsi ilə tat dilində daha çox
düzəlmə sözlər əmələ gəlmişdir. Məsələn, -lı/-li/-lu/-lü
şəkilçisi isimlərdən isim və sifət məzmunlu sözlər əmələ
gətirməklə, məhsuldardır.
Mürəkkəb sözlər.
Tat dilində mürəkkəb sözlərin iki növü mövcuddur:
kopulyativ tip; determinativ tip.
1. Kopulyativ tip. Bu qrupa mənsub olan sözyaratma
tabesizlik əlaqəsi əsasında formalaşır. Məs.: may-piyər «ata-
ana»; vırt-vırt «deyinmə», xorum-bərum «yeyib-içmək»,
gəvənd-gəndir «ot əvəzinə heyvana verilən kol növü», kor-bor
«iş-güc», laif-cocə//ləif-cöcə «yorğan-döşək», çulo-dərə
«dəlmə-deşik», şö-ruz «gecə-gündüz» (236, 63) və s.
2. Determinativ tip. Digər İran dillərində olduğu kimi, bu
tipdən olan sözyaratma tat dilində geniş yayılmışdır. Bura
tabelilik əsasında formalaşan sözlər daxildir.
Bu növ mürəkkəbləşməni xarakterizə edən birinci tərkib
hissəsi qrammatik əlamətlərinə görə iki qrupa ayrılır (320,
137).
a) I tip – Birinci tərkib hissəsi ilə ikinci arasında sintaktik
əlaqə yaradan ünsür yoxdur. Məs.: nun puli//nun püli «çörək
pulu», xunə piyar//xunu piyər «ata evi», sanq rukərə «çay
daşı».
Gülsüm Hüseynova. Tat dilinin leksikası
147
147
Tat dilində determinativ tipli mürəkkəb sözlərin aşağıdakı
modelləri mövcuddur:
1) isim+isim modeli.
Xüsursan «qayınana», xusurmərd//xüsürmərd «qayınata»,
payqabi//pöqobi
«ayaqqabı»,
çərpuş
«qazan
qapağı»,
gilabpuş//gilobpuş «gilabqabı», bağalaxırsi «ayı moruğu»,
burorzərə//burvarzərə «qardaş uşağı», xuvarzərə «bacıuşağı»,
qaqalaxırdı «dəvədabanı», qolamıx «mıx düzəldən alət»,
nunqatığı «çörək qatığı», «maya», «xəmrə», sərəpay//sərəpö
«baş-ayaq»,
təliqətqəli
«çaytikanı»,
xayəkərg//xoyekərg
«yumurta»,
xinəçü
«hana»,
binəquşi//binəqüşi
«şillə»,
«qulaqburması», çıraqgürg «qurd gözünə bənzəyən pis qoxulu
gül» (hərfən: «qurd çırağı»), palannəvar «yəhər ləvazimatı»,
«palan
ləvazimatı»,
şirəpust «şirələmək üçün dəri»,
zuhunbəbəy «turşəng», divorçü «çətir» (evin möhkəmliyi üçün
hər metrdən bir hörülən barı), əməyəruz «əməkgünü»,
sanqbəndi «küçə, həyət döşəməsi», sərvar «yüküstü»,
şalgərdən «şərf», çirəxak «doşab şirəsi» və s.
2) sifət + isim modeli
Kələmay//kələmö «böyük ana, nənə», kələpiyar//kələpiyər
«baba», kələmi//kələmu «böyük əmi», çöyrəsim//cöyrəçüm
«göygöz»,
siyə(h)çüm
«qaragöz»,
isbirış//çubirış(g)
«ağsaqqal», siya(h)tüm//siyə(h)tum «qara toxum», çolanun
«mayasız
çörək»,
kələsər
«başçı,
erkək
arı»,
zərdəçulə//zərdəkülə «sarıkök», isbimijə «çobanyastığı» (isbi
«ağ» + mijə «kiprik»), korsünimpur «yarıdolu çəkic»,
kələkörsü «böyük çəkic», nuqbəhər//nügbəhər «nübar» (təzə
bar), ruğannanun «yağlı çörək, fəsəli», xoraduhun «çəkic
növü»,
pirzan//pirzən
«qoca qarı, ağbirçək», pirmərd
«ağsaqqal», zərdəov//zərdəö «sarısu» (kəsilmiş pendirdən axan
su) və s.
3) Say+isim modeli. Bu növ mürəkkəb sözlərin birinci
Gülsüm Hüseynova. Tat dilinin leksikası
148
148
tərkib hissəsi saylardan ibarət olur. Məs: çarpa//çorpö
«dördayaq» (lavaş yaymaqdan ötrü istifadə olunan taxta alət),
çorsundum
«dördzindanlı»,
haf(t)moha//həf(t)maha
«yeddiaylıq» (uşaq), paysola «beşillik», saruza//səruzə
«üçgünlük», çəşənbi «çərşənbə», çobəgird «dörd tərəf, hər
tərəf, hər yan», dühəm «ikilikdə», «birlikdə», səlüngə
«üçayaqlı» və s.
4) Əvəzlik+isim modeli. Bu növ mürəkkəb sözlərin
yaranmasında birinci tərkib hissəsi əvəzliklərdən ibarət olur.
Məs.: imşö//imşov «bu gecə», unruz//uruz «o gün», unca «ora»
unyekin//uyetkin «o birisi» və s.
5) isim+fel modeli. Bura aşağıdakı sözləri aid etmək olar:
işqəməburi//şagaməburi «qarınağrısı», ruzavokin «orucaçdı»,
aşpəlo//oşpəlö
«aşsüzən»,
qeytonbof
«qaytantoxuyan
(dəzgah)», duhungır «xalçanın ağzını bağlayan alət» (duhun
«ağız» + gir «tutma»), sinəgiri «nəfəstutulma», taxtavəy «yunu
telləndirən alət», hinərəbun «xınayaxdı» (hinə «xına», bun
buriran «yaxmaq» felindən), gülləbur «gülləkəsən (alət)»,
gödüş «ikiqulplu sərnic», anquşdərin//əngiş(t)dərin «üzük»,
dəstgir «əl tutan, tutacaq», duhunvər «əkinin ortasından
biçilmiş zolaq», əssuvar «atlı, atlanmış», giyozən «otçalan
alət», «oraq», qilinkoş «kartofəkən», qılınfürüş «kartofsatan»,
leşzan
«dəri
təmizləyən
alət»,
«dəryaz»,
məmə-
daraqar//məmədoragor «südverən», məməxar «südəmər»,
mıxkeş «mıx çıxaran (çəkən) alət», nundarəqar//nundoragor
«çörəkverən»,
anqurvəçin//əngürvəçin
«üzümdərən»,
nağıldun//nağüldust «nağılbaz» və s.
6) «isim+zərf» modeli. sərbənüşvə//çərzimi «üzüaşağı,
eniş», sərvaz//sərvoz «başıaçıq» və s.
7) «zərf+fel» modeli. püşogir «önlük», «döşlük»,
qedunum «çoxbilmiş» və s.
8)
«zərf+isim»
modeli.
şirşe(y) «alt köynəyi»,
Dostları ilə paylaş: |