Gülsüm Hüseynova. Tat dilinin leksikası
149
149
zirşalvar//zirşalvor «alt şalvarı», zirşir «südün alt hissəsi»,
«üzü yığılmış süd» piştsər//püştsər «başın arxa hissəsi»,
püşötuği «alınqabağı» (toxunuş növü), kundahar «dağətəyi»,
şöçırağı «gecə işıq verən böcək», «gecəsırağı» və s.
9) «fel+fel» modeli. zanburo «vurgetsin (yerisin)» (silah
növü),
paypursavum//pöpursovum
«dayandoldurum»,
zərəbəstən
«çağırtdırmaq»,
vərdivord
«aparıb-gətirmə»
(hanada olan çubuğun hərəkətə gətirilməsi» və s.
10) İki əksmənalı feldən yaranan mürəkkəb isimlər: rafti-
umo «get-gəl» (gediş-gəliş), vaxışt-nişt «oturuş-duruş» və s.
11) Yaxınmənalı sözlərdən yaranan mürəkkəb isimlər.
may//piyər
(mö-piyər)
«ana-ata»,
buror
(burvar)-xuvar
«qardaş-bacı», quhum-əqrəvo «qohum-əqrəba», mirdə-zində
«ölü-diri», çül-biyobon «çöl-biyaban», xoru-havo «yer-göy»
və s.
12) «isim + bə önqoşması + isim» modeli. səri bə qoğa
«başı qovğalı», biz bə göydun «keçisi tövlədə olan», çumoq bə
dəst «əliçomaqlı», kamun bə düş «çiyni kamanlı» və s.
13) əvəzlik + düzəltmə sifətdən yaranan mürəkkəb sözlər.
harruzin «hərgünkü», un solin «o ilki», inşain «bu gecəki».
14) «şəxs əvəzliyi + feli bağlama» modeli. manguftirə
«məndeyən», tü nöyştə «sən yazdığın», ü kor fidoşta «o
işlədən» və s.
15) «işarə əvəzliyi + zərf» modeli. ben qulin «bu tərəfki»,
ey tarafin «o tərəfki» və s.
Qeyd etmək lazımdır ki, tat dilində mürəkkəb zərflər üç
yolla yaranır: a) Sadə sözlərin təkrarı ilə; Eyni sözün təkrarı
ilə yaranan mürəkkəb zərflər sadə zərflərin arasına -bə
şəkilçisi artırmaqla düzəlir. Məs.: zübəzü «tez-tez», rubaru
«üzbəüz», ə dürbədür «uzaqdan-uzağa», dəstbədəst «əl-ələ»,
ruzbaruz «günbəgün». Misal: Naxuş ruzbaruz bə püşö umoran
«Naxoş günbəgün qabağa gəlir». Uşuna ə dürbədür
Gülsüm Hüseynova. Tat dilinin leksikası
150
150
qohumətişun histi «Onların uzaqdan-uzağa qohumluğu var» və
s.
b) Eyni sözün təkrarı ilə yaranan mürəkkəb zərflər. Məs.:
kəm-kəm «az-az», qe-qe «çox-çox», zü-zü «tez-tez». Misallar:
Kəm-kəm xor, həmişə xor. «Az-az ye, həmişə ye». Əzmun qe-
qe salom-dua gü. «Bizdən çox-çox salam-dua de» və s.
c) Antonim və yaxud yaxınmənalı sözlərin yanaşı
işlənməsi ilə yaranan mürəkkəb zərflər. Məs.: dir-zü «gec-
tez», ə əvvəl ta bə axir «əvvəldən-axıra», bara-bərə «orda-
burda», kəm-qe «az-çox» və s. İn kora dir-züyiyi histi. «Bu işin
geci-tezi var». Bara-bərə hər sxanirə məgü. «Orda-burda hər
sözü danışma» və s.
d) Müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə yaranan
mürəkkəb zərflər. Əzun səri «o başdan», sərbənüşvə
«üzüaşağı», a zun qul «o tərəfdən», dəstbətihi «əliboş», «əli
ətəyində», təngdil «təngnəfəs», pöbinəhrə «ayaqyalın»,
çobəgird «hər tərəf, dörd tərəf», pənsəböh «birisigün», yesər
«birbaşa», un sol «o il» və s. Misal: Yesər mirem bə bir Zəvəro
«Birbaş gedərik Zəvəraya»; Çobəgird öyi «Dördtərəf sudur»
və s.
Tat dilinin lüğət tərkibində analitik fellər də müəyyən
sistem təşkil edir. Bu fellərin quruluşca mürəkkəbliyi
məsələsinə toxunmadan onları dilin leksik vahidləri kimi
təqdim etmək vacibdir. Analitik üsulla əmələ gələn fellərin
yaranmasında aşağıdakı köməkçi fellər iştirak edir:
biran «olmaq» köməkçi feli: azod biran «azad olmaq»,
vir biran «itmək», sir biran «tox olmaq», ə sər biran «başdan
olmaq», ə kor biran «işdən qalmaq», qəleyçi biran «qalayçı
olmaq», xub biran «yaxşılaşmaq», suvor biran «minmək»,
«süvar olmaq» (köhn.), xuna biran «ev olmaq (ailə)», xuta
biran «öyrəşmək», fidoşta biran «işlətmək», kələh biran
«böyümək» və s.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
151
151
doran
«vermək»
köməkçi
feli:
düş
doran
«qaynaqlamaq», mum doran «mumlamaq», ruşun doran
«göstərmək», pöydö doran «peyda olmaq», «görünmək», qəror
doran «qərar vermək», qələə doran «qalaylamaq», dəst doran
«əl vermək», tumor doran «tumar vermək», «tumarlamaq»,
naxış doran «naxışlamaq», tərif doran «tərifləmək», «tərif
etmək» və s.
soxtan «etmək» köməkçi feli: vir soxtan «itirmək», kor
soxtan «işləmək», pulol soxtan «şişirtmək, üfürmək», saxt
soxtan
«bağlamaq»,
«bərkitmək»,
hirsin
soxtan
«hirsləndirmək», kələhi soxtan «böyüklük etmək», elgəri
soxtan «uşaqlıq etmək», ərsi soxtan «açıqlandırmaq», id
soxtan «bayram etmək» və s.
zəran «vurmaq» köməkçi feli: qiyə zəran «çağırmaq»,
qeyçi zəran «qayçılamaq», dəst zəran «əl çalmaq, əl vurmaq»,
ilmə zəran «ilmə vurmaq», ərsi zəran «toy çaldırmaq», tütəy
zəran «tütək çalmaq», sər zəran «baş vurmaq, baş
vurdurmaq», pəlü zəran «yamamaq», şünə zəran «daramaq»,
mum zəran «mumlamaq», ələül zəran «banlamaq» və s.
umoran «gəlmək» köməkçi feli: bə rah umoran «yola
gəlmək, razılığa gəlmək», bə çim umoran «gözə gəlmək», ba
cun umoran «cana gəlmək», bə püşö umoran «qabağa gəlmək»
(«yaxşılaşmaq» mənasında), zəhleyi umoran «zəhləsi getmək»,
bə insaf umoran «insafa gəlmək» və s.
uvordan «gətirmək» köməkçi feli: salavat uvordan
«salavat gətirmək», bə çim uvordan «gözə gətirmək», ə çim
uvordan «gözündən gətirmək», mohna uvordan «bəhanə
gətirmək» müq. et: azərb. dan. mahna gətirmək, ruzi uvordan
«ruzu gətirmək» və s.
uftoran «düşmək» köməkçi feli: bə kor uftoran «işə
düşmək», ə çim uftoran «gözdən düşmək», bə rah uftoran
«yola düşmək», bə pişt uftorən «geri düşmək», bə püşö uftoran
Dostları ilə paylaş: |