Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə57/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
173 
173 
adları,  onların  istifadə  məqsədləri  və  bu  terminlərin  cümlədə 
işlənməsinə aid misallar verilmişdir: 
Lahıc  misgərləri  iri  çəkiclərə  «tapun»  deyirlər.  İri 
çəkiclərdən  metalı  döymək  üçün  istifadə  olunur,  onlarla 
misgərlikdə  ən ağır işləri  görürlər. Müq. et:  Azərb. dial.  tapan 
keçmişdə  üstü  torpaqla  örtülmüş  damların  yağışdan  qabaq 
döyülüb bərkidilməsi üçün ağac alət. 
Korsü  «ağzı  dördbucaqlı  şəklində  çəkic».  Nəzər  korsürə 
nayoft. «Nəzər çəkici tapmadı» və s. 
Xoraduhun  –  «çəkic  növü».  İn  xoraduhun  an  Haci 
Nağiyı. «Bu çəkic Hacı Nağınındır» və s. 
Nəri  –  «qalın  metalı  dartıb  uzatmaq  üçün  alət».  Ve  nəri 
materiala  bəkəşirəni  duroz  bısoxtəni.  «Nəri  ilə  materialı  çəkib 
uzadırsan» və s. 
Lözani  –  (  «dodaq»,  zərən  «vurmaq»  felindən).  «Metal 
məmulatın  ensiz  hissəsində  iş  görmək  üçün  alət».  Bəstirə 
gərdənirə  ve  lözani  rost  bısoxtənund.  «Güyümün  boğaz 
hissəsini bu alətlə düzəldirlər». 
Daranoy – «ling növü». Bə misgəri ən qe kor fidoşta bira 
oləthon  yeki  iş  daranoyi.  «Misgərlikdə  ən  çox  işlədilən 
alətlərdən biri də daranoydur»« və s. 
Qolamıx  –  «mıx  düzəltmək  üçün  alət».  Be  mismor  rost 
soxtan  qolamıx  istifodə  bısoxtənim.  «Mismar  düzəltməkdən 
ötrü qolamıxdan istifadə edirik» və s. 
Mıxkəş  –  «kəlbətin».  Fəzail  mıxkəşə  vəyift  ki,  kihnə 
mixhona  vakanı  ə  divor.  «Fəzail  kəlbətini  götürdü  ki,  köhnə 
mıxları  divardan  çıxarsın».  Mıxkəş  sözü  iki  tərkib  hissəsindən 
ibarətdir:  mıx+kəş  «çəkmək».  Bu  sözdüzələtmə  modeli  İran 
dillərində geniş yayılmışdır. 
Zınqavod  –  «mıxın  başını  girdələmək  üçün  alət».  Bərə 
zınqavod  lozim  na  san  boşı.  «Burada  zınqavod  lazım 
olmayacaq». 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
174 
174 
Ödrang – «ocağı qarışdırmaq üçün alət». Əvvəli icoğa ve 
ödrang qarış mini. «Əvvəlcə ocağı odrangla qarışdırarsan». 
Nö  –  «nov,  isti  metalı  soyutmaq  üçün  qab».  Misgər  bə 
bürun nö nohrabı. «Misgər novu bayıra qoymuşdu». 
Qırsa – «bərpa olunmuş, lazımi qəlibə salınmış mis».  
Ökişi  –  «tayqulp  mis  suqabı».  Bə  löyıc  bıraftəni  ye 
misgəri be man ökişi baxş soxtabı. «Lahıca gedəndə bir misgər 
mənə ökişi bağışlamışdı». Bu qabdan həm misgərlikdə, həm də 
məişətdə istifadə olunur. 
Danduna – «maşa». Vər, kəəbə, gərdan danduna vəşunda 
bədə  düş  dora  bəbiran.  «Boğaz,  alt,  boyun  hissələr  maşa  ilə 
cilalandıqdan sonra qaynaq edilir». 
Gülləbur  –  «gülləkəsən  alət».  Bə  muzeymun  ə  tüfəng, 
tapançö, xənşol, qılınc bağir  ə tərəf silohsozhon rost soxta birə 
gülləbur  iş  histi.  «Muzeyimizdə  tüfəng,  tapança,  xənçəl, 
qılıncdan  başqa,  silahsazlar  tərəfindən  düzəldilmiş  gülləkəsən 
alət də var» və s. 
Məbrəd – «yeyə».  
Rezbavokun 
«yivaçan». 
Rezbavokuna 
vəyi 
biyor. 
«Vintaçanı  götür  gəl».  Bu,  yarımkalka  üsulu  ilə  düzəlmiş 
sözdür.  Onun  birinci  tərkib  hissəsi  rus  dilində  olduğu  kimi 
alınmışdır,  ikinci  tərkib  hissəsi  isə  açan  feli  sifətindən  kalka 
edilmişdir. Azərbaycan dilində «yivaçan» sözü olsa da, danışıq 
dilində  rezbaaçan  işləkdir.  Söz  tat  dilinə  Azərbaycan  danışıq 
dilindən keçmişdir.  
Qeyd olunan terminlər misgərlikdə istifadə olunan alət və 
avadanlığın hamısını  əhatə etmir. Bəzi terminlər bu paraqrafın 
əvvəlində qeyd olunmuşdur. 
Misgərlikdə istifadə istifadə olunan texnoloji proseslər 
və üsulların adları. 
Misgərlik 
məmulatlarının 
hazırlanmasında  müxtəlif 
texnoloji  proses  və  üsullardan  istifadə  olunur.  Həmin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
175 
175 
üsullardan bəzilərini bildirən terminləri nəzərdən keçirək.  
Qəlləə  doran  «qalaylamaq».  «Qəlləə»  sözü  Azərbaycan 
dilində  işlənən  qalay  sözünün  müqavilidir,  mis  qab-qacağın 
üzərinə  təbəqə  qalay  çəkmək  (qalaylamaq)  prosesini  bildirir. 
Bu prosesdə qalaydan istifadə olunduğundan söz birləşməsində 
qalay  tərkib  hissəsindən  istifadə  olunmuşdur.  Qalay  həm  də 
kimya  terminidir.    Doran  tat  dilində  köməkçi  fel  olub, 
«vermək» deməkdir. 
Mola doran «lehimləmək». Bu proses məmulat hissələrini 
bir-birinə bərkitmək, birləşdirməklə əlaqədardır.  
Obiyə  «lehimləmə».  Yuxarıdakı  terminin  ifadə  etdiyi 
prosesin  adıdır.  Lakin  prosesdə istifadə olunan vasitələrə  görə 
bunlar  bir-birindən  fərqlənir.  Prosesin  nəticəsi  isə  eynidir. 
Yəni,  bu  proses  zamanı  da  məmulatın  hissələri  bir-birinə 
birləşdirilir. 
Düş  doran  «qaynaq  etmək».  Əzinhon  bədə  alınmış  birə 
in  duto  hissə  bə  həmin  düş  dora  bəbiran.  «Bundan  sonra 
alınmış  bu  iki  hissə  bir-birinə  qaynaq  edilir».  «Düş  doran» 
lehimləmə  ilə  müqayisədə  daha  böyük  ölçülü  hissələrin  bir-
birinə birləşdirilməsi prosesidir. Proses qızdırma  və  döymə  ilə 
həyata keçirilir. 
Traçka  –  təqlidi  sözdən  əmələ  gəlib,  çəkiclə  son  işləmə 
üsuludur. 
Tö  –  misgərlikdə  metalın  qızdırılaraq,  dartılması 
prosesini  bildirir.  Bədə  bəstirə  şürə  bızərənund  və   
bıdorənund. «Bundan sonra güyümə kimyəvi tərkib vurulur və 
dartılır». 
Nügoni  –  təmirolunma.  İn  qablıon  nügoni  san  boşı.  «Bu 
qablar  təmir  olunmalıdır».  Bu,  korlanmış  və  ya  müəyyən 
hissəsi  sınmış  məmulatın  bərpa  edilməsi  prosesinin,  işinin 
adını bildirir. 
Misgərlik məmulatlarının adları. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə