Gülsüm Hüseynova. Tat dilinin leksikası
179
179
«taxtamücə» naxış adı işlənir ki, bu sözün 2-ci komponenti
ümumiran mənşəlidir (2, 124).
Qeyd: Bu söz mənşəcə fars. müjgan, müje sözləri ilə
bağlıdır. Müjə sözü qeyri-terminoloji məqamda hələ
M.Füzulinin dilində işlənmişdir: Müjəm sərçeşmələr mənzil
qılan aşuftə məcnundur».
Manca «ip». Kilvar yaşayış məntəqəsində qeydə alınmış
bu sözə İran dillərində, eləcə də, tat dilinin digər ləhcələrində
təsadüf edilməmişdir. Misal: Mancara bastand ə qeişi, güllü
saxtənd vərva. «İpi kəmərindən bağlayıb, aşağı buraxdılar» və
s.
Dağar//dəğər – Azərbaycan dilinin izahlı lüğətində bu
söz aşağıdakı mənada işlənir: 1) qaramal dərisindən hazırlanan
torba; 2) keçmişdə üzərində qaytan toxumaq üçün içi əski-üskü
və ya yunlə bərk doldurulub bağlanmış meşin yastıq. İkinci
məna toxuculuq leksikası ilə bağlıdır (13, 237).
Şalabandbof – «Tumanbağı toxuyan dəzgah». Lahıc
ləhcəsində qeydə alınmışdır. Misal: Zeynalabdin be man bə
muzey şalabandbofa ruşun do. «Zeynalabdin mənə muzeydə
tumanbağı toxuyan dəzgahı göstərdi» və s.
Göründüyü kimi, bu mürəkkəb söz iki tərkib hissəsindən
ibarətdir. Birinci tərəf şalaband «ip» mənasında olub, başqa
İran dillərində cüzi səs fərqi ilə həmin mənada işlənir.
Məsələn, talış dilində şəlbend «bağlamaq üçün alt paltarın bel
hissəsinə keçirilən ip» mənasında qeydə alınmışdır (225, 431).
Sözün ikinci tərəfi bof «toxumaq», əksər İran dillərində
müxtəlif fonetik variantlarda işlənir.
Çıqrığ. «çarx» (cəhrədə). Tat ləhcələrində eyni mənada
cığrığ//cığreığ fonetik variantlarında qeydə alınmışdır.
Vara «bir tikişlik sap»; tat dilindəki var dərən «əyirmək»
sözündən olması ehtimal olunur.
Şubənd «eni bir santimetrə qədər olan, yundan toxunmuş
Gülsüm Hüseynova. Tat dilinin leksikası
180
180
uzun çarıqbağı». (Şa/şah «şah, əsas», band/bənd «bağ») və s.
Çoşni//çeşni. Dialekt və şivələrdə bu söz «şəkil, surət»
(Qızın çeşnisi onun yadında qalmadı – Sabirabad), «naxış» (Bu
gəvənin çeşnisi yaxşıdı – Qazax), «nümunə» (Bizzə Nabur
xəlçələrinin çeşnisi var – Şamaxı) mənalarında işlənir (ADL,
95). Tat ləhcələrində bu söz çeşni//çoşni fonetik variantlarında
işlənərək, «naxış» mənasını bildirir və toxuculuqda termin
kimi qeydə alınır.
Xalçaçılıqda ümumiran mənşəli sözlər çoxdur. Həmin
sözlərin
böyük
bir
qismi
tat
dilinin
xalçaçılıq
terminologiyasında işləkliyi ilə seçilir. Simar, bədrəng, kuvan,
dəhnə, bazıbənd, zinət, aftafa, xəkəndaz, gülabdan, gülabgülü,
gül, kasa, fincan, nəlbəki, nəlbəkigülü, şana, noxud, kətan,
dəst, çəngəl, çıraq, sərandaz, muceha və bu kimi sözlər
xalçalarda işlənən naxış adlarıdır (2, 96). Belə naxış adları
ümumişlək leksik qatdan götürülmüşdür və onlar daha çox
məişət əşyalarının adlarıdır. Bu da təbiidir. Xalçaya salınan
naxışların bir qismi məişətdə istifadə olunan əşyalarla bağlı
olmuşdur. Bu cür naxışlar ya məişət əşyasının xalça üzərində
təsvirini verməyə, ya da məişət əşyasına oxşar bəzək
eləmentinin yaradılmasına xidmət etmişdir.
Zərgərlik terminləri.
Zərgərlik Azərbaycanda qədim dövrlərdə təşəkkül tapmış
və geniş yayılmış sənət növlərindən biridir. Bu sənətlə məşğul
olanlar qiymətli metallardan (qızıl, gümüş və s.) bəzək
məmulatları,
müxtəlif əşyalar hazırlamışlar. Zərgərlik
məmulatları çox vaxt qiymətli və ya yarımqiymətli daşlar
(mirvari, kəhrəba, sədəf və s.) həmçinin şüşə, sümük və s.-lə
bəzədilir. Ən qədim zərgərlik nümunələri eramızdan əvvəl III
minilliyə aiddir. Azərbaycan tatları da bu sənətə aid nümunlər
Gülsüm Hüseynova. Tat dilinin leksikası
181
181
yaratmışlar. Tatların işlətdikləri bəzək, zinət əşyalarının adları
tat dilinin zərgərlik leksikasının əsasında durur. Zərgərlikdə
istifadə olunan alətlərsə başqa sənət sahələrində də istifadə
olunduğundan,
onların
adlarındakı
eynilik
qorunub
saxlanmışdır.
Tat dilinin zərgərlik leksikasına daxil olan sözlər, əsasən,
ümumiran mənşəlidir. Eyni zamanda bu dilə Azərbaycan
dilindən keçmiş zərgərlik terminləri də çoxluq təşkil edir. Eyni
ərazidə yaşamaq eyni və oxşar zinət əşyalarından istifadə
etməyə zəmin yaratmışdır. Nəticədə başqa xalqa aid olan əşya
ilə birlikdə onun adı da alınıb, istifadə edilmişdir.
Tat dilinin zərgərlik leksikasında bilərzik, bazubənd,
qolbənd, dəstinə//dasinə sözləri sinonim cərgə təşkil edir.
Qolbənd sözü türk və tat dilindən olan sadə sözlərin
birləşməsindən əmələ gəlmiş hibrid mürəkkəb termindir. Tat
dilində işlənən və ümumiran mənşəli olan dastinə/dasinə
sözləri yalnız fonetik fərqə görə seçilir. Bunların eyni
məmulatı bildirməsi və eyni söz olması şübhə doğurmur.
Bazubənd//bozibənd
ümumiran
mənşəli
mürəkkəb
sözdür. Azərbaycan dilində alınma söz kimi işlənən qolbənd
sözü ilə eyni sözdüzəltmə modelinə malikdir (bazu «qol» +
bənd). Bazabənd qola tanılan qadın bəzək əşyasını bildirir.
Bundan başqa, bazubənd qədimdə döyüşçülərin qollarına
taxdıqları «qolçaq» mənasında da işlənmişdir (13, 182).
Azərbaycan klassik ədəbiyyatında, aşıq yaradıcılığında
bazubənd sözü qeydə alınmışdır:
«Xadimələr durar sağü solunda, Cəvahir buzubənd iki
qolunda» (Nəbati). «Qızıl bazubəndlər qola yaraşır» (Aşıq
Ələsgər) və s.
Qilində tat dilində «boyunbağı» mənasındadır. Bu söz
Azərbaycan dilinin bəzi dialektlərində qilindənə (Bakı) –
«boyunbağı» şəklində işlənir: – Qızım, qilindənə almışam
Dostları ilə paylaş: |