Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
185 
185 
usta» (tac.  küzaqar şəklində işlənir) (164, 8),  girə  «dulusçuluq 
üçün  nəzərdə  tutulan  gil».  Bu  söz  digər  İran  dillərindən  olan 
şuqnan  dilində  jiray,  ruşan  dilində  ziray  şəklində  işlənir  (312, 
236, 251). 
Dulusçuların  istifadə  etdiyi  material,  əsasən,  xüsusi 
palçıq  növü  olmuşdur.  Bu  palçığa  qum  və  sair  də  qatılmışdır. 
İran  dillərində  palçıq  mənasında  «tül»  sözündən  istifadə 
olunur.  Dulusçuluqda  palçıq  hazırlamaqla  məşğul  olan  şəxsə 
tülçi demişlər. 
Dulusçuluqda 
istifadə 
olunan 
istehsal-texnoloji 
proseslər. 
Mahiyyətcə 
bu 
proseslər 
artıq  xammalın 
hazırlanması  ilə  deyil,  məhz  dulusçuluq  məmulatının 
hazırlanması  ilə  əlaqədardır.  Məmulatın  ilkin  hazırlanması 
zamanı  «ataş»  –  ataş  vənoran  «ocaq  qalamaq»  bir  çox 
qaynaqlarda  fars  dilindən  alınma  hesab  edilsə  də,  əslində, 
nostratik  söz  köklərindən  biridir  (98,  219).  Piçənə  üsulu,  bad 
üsulu, piyə, loğana kimi proseslərdən istifadə edilmişdir.  
Dulusçuluqda istifadə  olunan  əmək alətləri sırasına  dulus 
çərxı,  qəlib,  çərx//çəx,  maha,  çəxu  (bıçaq),  şonə  (daraq), 
karkar, tranc, jinə  kündə,  (alt  kündə), penə  kündə  (üst kündə), 
ğəlbir, kisə, zola, lok və s. daxildir. Dulus çarxları öz forma və 
iş  prinsiplərinə  görə  mürəkkəb  olduğundan,  avadanlıq 
səciyyəsi daşıyır və bu avadanlığın öz hissələri də var.  
Dulusçuluq  məmulatları  və  onların  hissələrinin  adları 
çoxluğu  ilə  seçilir.  S.Ağamaliyeva  dulusçuluq  məmulatlarını 
onların  funksional  təyinatına  görə  altı  qrupa  bölmüşdür:  1)  su 
qabları;  2)  yeməyin  hazırlanması  və  saxlanması  üçün  qablar; 
3)  süd  qabları;  4)  isitmə  və  işıqlandırma  əşyaları;  5)  digər 
məişət əşyaları; 6) su təchizatı üçün məmulatlar. 
Bölgü  dulusçuluqda  hazırlanan  məmulatların  istifadə 
sahələri  üzrə  aparılmışdır.  Dulusçuluqda  hazırlanan  qablar  – 
səhəng,  səhəngçə,  bardaq,  qurqur,  surahı,  kuzə,  faşır,  duvaq, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
186 
186 
qapaq,  qazan,  dopu,  aşsüzən,  piti  qabı,  təndir,  sərpuş,  küp, 
bəqqa,  kasa,  saxsı  stəkan,  qəndqabı,  aftafa,  nimçə,  nehrə, 
çalğa,  badya,  xeyrə,  mətrət,  çıraq,  silbinc,  oxana,  lülə,  çolə 
qəv, 
çolə 
qınq/künq/kınq  tatların  məişətində  işlədilən 
əşyalardır.  Onların  adlarının  bir  qismi  ümumiran  mənşəli 
sözlərdir.  Bəzi  adlar  isə  Azərbaycan  dilindən  alınmadır.  Bəzi 
dulusçuluq terminləri ilə bağlı təhlil verməyə çalışaq. 
Dığır-dığır  –  «nahamar»,  «kələkötür»  mənasında 
dialektlərdə  işlənir.  Tat  ləhcəsində  bu  söz  dığır-dığır//düyür-
düyür  variantlarında  geniş  işlənir.  Məs.:  Parçarə  dığır-dığır 
məni  –  «Parçanı  dığır-dığır  etmə»  (Xaç.)  Dulusçuluqda  bəzi 
hallarda  qabların  səthinin  nahamar  şəkildə  tələb  olunmuşdur. 
Bəzi  qabların  spesifikasına  uyğun  olaraq,  onların  daxilind ə 
nahamarlıq  yaradılmışdır.  Məsələn,  yağ  çalmaq  üçün  istifadə 
olunan  nehrənin  daxilindən  xüsusi  düyünlər  qoyulurdu  ki,  bu 
da  yağalma  prosesini  sürətləndirmək  məqsədi  daşıyırdı. 
Nehrənin içi kələ-kötür olur.  
Bilmə//bülmə  –  «nəlbəki»  mənasında.  Məs.:  Bülmə  xurd 
bü. «Nəlbəki sındı». (Ab.). 
Şirəng «(səhəngdən balaca, kuzədən böyük) suqabı».  
Qağla  «suqabı,  balaca  küpə».  Burada  qağ  qədəli  «kiçik» 
sözü ilə bağlıdır.  
Ləçə  «sərnic».  Tat  dilində    «küp»,  deməkdir,  -çə 
kiçiltmə bildirən şəkilçidir.  
Bəqqə – «süd sağmaq üçün saxsı qab» (Q.).  
 
Qohumluq terminləri. 
 
 
Qohumluq  terminləri  ailənin  inkişaf  tarixi  və  nikah 
münasibətlərinin  formalaşması  prosesi  ilə  bağlıdır  (256,  11; 
301, 127). Şübhəsiz ki, qohumluq terminləri müxtəlif xalqların 
etnik  mədəniyyətinin  tərkib  hissəsidir.  Dilin  qədim  leksik 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
187 
187 
laylarından birini təşkil edən  və əsas lüğət  fonduna daxil olan 
qohumluq  terminlərinin  leksik-semantik  xüsusiyyətlərinin  təd-
qiqi  bütövlükdə  müəyyən  dilin  daşıyıısı  olan  bu  və  ya  digər 
xalqın 
inkişaf 
tarixinin 
ayrı-ayrı 
cəhətlərini 
müəyyənləşdirməyə  imkan  verir.  Habelə,  konkret  bir  dilin 
qohumluq 
terminləri 
üzərində 
aparılan  tarixi-etimoloji 
araşdırmalar  həmin  dilin  və  eləcə  də,  onun  aid  olduğu  dil 
qrupunun  ən  qədim  leksik  qatlarına  nüfuz  etməyə,  nəzəri 
ümumiləşdirmələr  aparmağa  şərait  yaradır.  Bu  mənada  tat 
dilində  qohumluq  terminlərinin  inkişafı  və  formalaşmasının 
araşdırılması  təkcə  İran  dilləri  konteksti  ilə  məhdudlaşmır. 
Tarix  boyunca  tatların  türkdilli  azərbayanlıların  əhatəsində  və 
bilavasitə
 
qonşuluğunda  yaşaması  onların  dilindəki  qohumluq 
terminlərinin  müxtəlif  təsirlərə  məruz  qalmasına  və  hibrid 
qohumluq terminlərinin işlənməsinə yol açmışdır. 
 
Qohumluq 
terminlərinin 
əksəriyyəti 
ümumiran 
mənşəlidir.  Mö  «ana»,  piyər  «ata»,  kük  «oğul»,  kilə  «qız», 
buror  «qardaş»,  xuvar  «bacı»,  el  «uşaq»,  zan  «arvad»,  zan 
buror  «qardşarvadı»,  şöxuvar  «baldız»,  şöburar  «qayın», 
xüsür  «qayınana»,  xüsürmərd  «qayınata»,  dumbor  «kürəkən», 
xuvargil  «bacılıq»,  bocanaq  «bacanaq»,  yeznə  «yeznə»,  həvü 
«günü», şüvər «ər» arus//ərüs «gəlin hambocun «elti»« və s. 
Tat  dilində  qohumluq  terminləri  xarakterinə  görə  iki 
qrupa  ayrılır:  a)  qan  qohumluğu  ilə  bağlı  terminlər;  b)  nikah 
qohumluğu ilə bağlı terminlər. 
Həmin qruplara aid bir neçə termini nəzərdən keçirək.  
a) Qan qohumluğu ilə bağlı terminlər. Bu tipli terminlərin 
əsas  qismi  İran  dilləri  ilə  ümumilik  təşkil  edən  sözlərdən 
ibarətdir.  Müəyyən  hallarda  tat  dilinin  fonetik  quruluşuna 
uyğun  olaraq,  səs  əvəzlənmələri  müşahidə  edilir.  Aşağıdakı 
nümunələrə diqqət edək: 
May//moy//mö  «ana».  Bu  söz  əksər  İran  dillərində 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə