Gülsüm Hüseynova. Tat dilinin leksikası
214
214
kiçiltmə ədatından yaranmış düzəltmə sözdür» (60, 126).
Təsək sözü eyni formada, eyni mənada və aid olduğu
əşya ilə birlikdə azərbaycanlılar arasında yaşayır. Bu isə
xalqımızın təsəvvür və inamlarının nə qədər qədim olduğunu
bir daha təsdiqləyir.
Qir «quyudan su çıxartmaq üçün işlədilən ucu əyri ağac»,
«ağacın uca budaqlarını aşağı əymək üçün istifadə edilən ucu
əyri ağac», (koğa, «qarmaq») və s.
Talış dilində bu sözə «qəloskonə» şəklində rast gəlinir.
Gərənay «dudkeş», «buxarının tüstü çıxan yeri». Müq.
et: azərb. gərənay «nəfəsli musiqi aləti». Carçılar çağrışır,
gərənay bozlar, Ərəb atlar macal tapmaz qaşana («Koroğlu»)
və s.
Məzrəhə «xəlbir».
Məfrağ «çuğun suqabı».
Nimdər//nimdar «döşəkçə», nimdərçə//nimdarçə «kiçik
döşəkçə». Həmin söz formalarda «kiçik həcm» təsəvvürü
yerinə görə həm ayrıca leksik vahidlə, həm də kiçiltmə
bildirən şəkilçi ilə ifadə edilmişdir.
Taz «nazik, uzun tir».
Şətəl «yun corab» (59, 178).
Küşə «çarığın bağı keçirilən yer, dəlik». Müq. et: azərb.
köşə «çarıq tikmək üçün göndən çəkilmiş bağ».
Kala «2-3- litrlik şüşə qab, banka».
Tilat «ağzı yeyilmiş və sapı düşmüş köhnə bıçaq»,
«çaqqu».
Qirabli «qaloş».
Qalağ «bozdamacı çevirmək üçün ağac alət».
Qafun «yavanlıq (pendir, yağ və s.)»; «duru, yüngül
xörək».
Xudur «sulu xörək».
Tax-tax «çox nazik bişirilmiş quru çörək» (təqlidi söz).
Gülsüm Hüseynova. Tat dilinin leksikası
215
215
Kal//kol «yumurta, yağ və qoz vurulmuş xəmirdən
bişirilən çörək».
Zərdou//zərdo
«ayranın
qaynatdıqdan
və
şoru
götürüldükdən sonra qalan su «şur suvu» (zərd «sarı», su//o
«su»).
Yağlipiyaz «soğanqovurması». Müq. et: yağlı və piyaz.
Pindirpiyaz
«soğan qovurmasının üzərinə pendir
tökməklə hazırlanan xörək».
Dülə qoğal (Ab.) «iç qoğal». Bu ad başqa yerdə də bizə
təsadüf edib. Birinci tərkib hissəsi dül sözü «ürək», məs. «iç»
deməkdir. İkinçi tərkib hissəsinin izaha ehtiyacı yoxdur: Bə id
Noruz dülə qoğal boş həmsiya impezim «Novruz bayramında
qonşularla birlikdə iç qoğal (şorqoqal) bişirərik».
Pezirən (Ab.) «bişirmək». Əsasən, Balaxanı və Suraxanı
tatlarının dilində qeydə alınmışdır. Nezilə əyəlü, nə mutanı
xurak pezirən «Nazilə uşaqdır, xörək bişirə bilməz». Tat
dilində bu söz «bürcundan» formasında işlənir.
Tso (Ab.) «doşab». Əsasən, Balaxanı tatlarının dilində
işlənir. Saxtə xəşilə muxardim boş tşo boş rağan ve lezzəti.
«Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik».
Halə «gəlinin otağında bəylik yatağın üstünə salınan
bəzəkli örtük. Müq. et:
Yax lampanı lalə kimi,
Sərin nurlu halə kimi
Gəlinmizin otağında (M.Müşfiq).
Simsor//simşər «simsar», «yaxın adam».
Mənə eş ye simsor gərəyi. «Mənə də bir simşar gərəkdir»
və s.
B.Millerin lüğətində bu söz semsar şəklində «köhnə
paltar satan» mənasında verilmişdir (229, 291).
Nosi-nosi «novruz payı» (Ab.). Əyəlun müamarund bə
nosi-nosi xonçə muxastund. «Uşaqlar gəlib xonçadan novruz
Gülsüm Hüseynova. Tat dilinin leksikası
216
216
payı istəyərdilər».
Nuhəvar, tirəçu (Qon. k.) «yelləncək». İmi bə hamin bə
Qonaqkənd bəraftəni boş əyalun ə tütdar tirəçi. «Biz yayda
Qonaqkəndə gedəndə uşaqlarla tut ağacından yelləncək
asardıq» və s.
Küfarə, borley (yə) (Q.) «beşik». Ə küfarə tə bə qabr
elm vamurind (Həzrəti Əlinin kəlamı). «Beşikdən qəbrədək
elm öyrənin» və s.
Ləbbadə (Ab.) «uzun üst paltarı», «plaş». Poy ləbbadə
xaştənə dəkünü. «Qoy plaşını geyinsin» və s.
Cannığ «sırıqlı», «canlıq». Tat dilinin Lahıc, Məlhəm,
Quba ləhcələrində geniş işlənir. Əği cannığ na ımbı «Bundan
sırıqlı olmaz» və s.
Çaxçur//carcur «qadın şalvarı». Tat dilində bu söz
çaxçür//çaxçur kimi işlənərək, «corab» mənasını bildirir. Ye
cift çaxçur boft be man. «Mənim üçün bir cüt corab toxudu»
və s.
Düriyə «ikiüzlü naxışlı gecə papağı»; (dü//di «iki» +
ru/rü «üz») tərkib hissələrindən əmələ gəlmişdir.
Həfsər (Kil.) «yeddibaşlı». Mürəkkəb söz olub, həf (t)
«yeddi» və sər «baş» sözlərinin birləşməsindən yaranmışdır. Ə
pişe anu ye dər bu, dərə vakart vind ki, incə ye həfsəri döü
nişte. «Qarşısında bir qapı var idi, açdı, gördü ki, bir
yeddibaşlı div oturub və s.
Cora//coru (Ab.) «süpürgə». Quba, Qon. k., Xaç.
ləhcələrində coru, Lahıc ləhcəsində isə cezi formasında işlənir.
Əyal boş coru vozi saxtən «Uşaq süpürgə ilə oynayır» və s.
İnqarçu (Q.) «çəngəl». Bərey arsi inqarçu-kardəhanə
xub-xub şustim. «Toy üçün çəngəl-bıçaqları yaxşı-yaxşı
yuduq» və s.
Nühəvar (Q., Qon. k.) «çörək yaymaq» (nü (n) «çörək» +
həvar «yaymaq»). Mu nün həvardənüm «Mən lavaş yayıram»
Dostları ilə paylaş: |