Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
82 
82 
ikinci tərkib hissəsi qodun formasındakının eynidir. Çeydun və 
qodun  sözlərində  ikinci  tərkib  hissəsi  (dun)  eynidir:  Ev 
heyvanlarının  adlarında  «c»  və  «ç»  fonemləri  üzrə  fərqlənmə 
özünü  göstərir.  Çisband-cisband  (Məl.)  –  «qoyun»;  cisola-
çisola (Məl.) – «buzov» və s. 
Cey  və  qo  formalarını  eyni  sözün  iki  müxtəlif  variantları 
hesab  etmək  olar.  Müq.et:  azərb.  əd.  camış  –  azərb.  dial. 
gamış. 
Məlhəm  şivəsində  qeydə  alınan  bəzi  sözlər  digər 
şivələrdə  tam  fərqli  fonetik  cilddə  işlənir.  Belə  sözlərdən 
bəzilərini nəzərdən keçirək. 
Umaş birən «qarışmaq» (Məl.). Bu fel Abşeron və Lahıc 
ləhcələrində «amuc birən» formasında işlənir. 
Giryə  «ağlaşma»  (Məl.).  Abşeron  ləhcəsində  «aqlaş, 
ağlaş»  kimi  işlənən  bu  söz  Azərbaycan  dilindən  alınmadır. 
Məlhəm  şivəsindəki  «giryə»  sözü  tat  dilinə  məxsus  spesifik 
sözdür.  Bu  sözün  digər  İran  dillərində  işlənən  variantları  ilə 
müqayisəli  təhlil  əsasında  sözün  spesifik  və  ya  ümumiran 
mənşəli  olması  haqqında  nəticə  çıxarmaq  mümkündür.  Lahıc 
ləhcəsində  hərey  zərən  birləşməsi  «ağlamaq»  mənasındadır. 
Məlhəm  şivəsində  isə  bu  məna  giresdən  sözü  ilə  ifadə  olunur. 
Məlhəm  ləhcəsindəki  giryə  və  giresdən  sözləri  eyni  kök 
əsasında  düzəlmişdir.  Hərey  forması  girey  sözünün  başqa 
fonetik variantıdır. 
Firmundə  soxtən  «aldatmaq».  Məlhəm  şivəsində  işlənən 
bu  söz  Abşeron  və  Lahıc  şivələrində  istifadə  olunan  aldatmış 
soxtən  sözündə  hansı  dəyişikliklərin  baş  verdiyini  çox  gözəl 
nümayiş etdirir. 
Azərbaycan  tatlarının  müxtəlif  ləhcə  və  şivələrində 
işlənən  birinci  tərəfi  Azərbaycan  dilindən  alınma  feli  sifət, 
ikinci  tərəfi  isə  tat  dilinə  məxsus  köməkçi  fellə  ifadə  olunan 
analitik  fellərdə  maraqlı  xüsusiyyətlər  aşkara  çıxır.  Birinci 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
83 
83 
tərəf,  bir  qayda  olaraq,  -mış,  -miş,  -muş,  -müş  şəkilçisi  ilə 
əmələ  gəlmiş  feli  sifətlə  ifadə  olunur.  Məsələn:  alışmış  birən 
«alışmaq,  öyrəşmək»;  allanmış  birən  «aldanmaq»;  aldatmış 
soxtən  «aldatmaq»;  axmiş  birən  «axmaq»;  aqnamiş  birən 
«ağnamaq»;  inanmış  birən  «inanmaq»;  inanmiş  soxtən 
«inandırmaq» və s.  
Ohunçuluq 
«dəmirçilik» 
(Məl.). 
Lahıc  şivəsində 
«dəmirçilik»  mənası  həngəri  sözü  ilə  verilir.  Nəzərə  alsaq  ki, 
bu ləhcədə həngər sözü «dəmir» mənasındadır, deyə bilərik ki, 
bu sözlərdə də g~ç əvəzlənməsi baş vermişdir.  
Qeyd  etmək  lazımdır  ki,  həm  ohunçuluq,  həm  də  həngəri 
sözləri qəd. İran ahəngər «dəmirçi» sözü ilə bağlıdır. 
Tat  dilinin  Məlhəm  şivəsində  işlənən  spesifik  sözlərdən 
bir  qismi  söz  birləşməsi  əsasında  formalaşmışdır.  Bunlar 
quruluşca  mürəkkəb  sözlərdir.  Onlardan  bəzilərini  nəzərdən 
keçirək. 
Aftəniş  –  «günbatan».  İki  tərkib  hissəsindən  ibarətdir: 
aftə – «günəş» + niş «oturmaq», «batmaq». 
Aftəxis  –  «günçıxan,  gündoğan».  Eyni  model  əsasında 
formalaşmışdır (xis – «qalxmaq, doğmaq»). 
Kuştoy – «bozbaş». Kuşt  «ət» və oy  «su» tərkib hissələri 
əsasında təşəkkül tapmış mürəkkəb sözdür. 
Sərmizi  –  «süfrə»,  hərfən:  «stolüstü».  İzafət  birləşməsi 
əsasında  formalaşmış  (sər  «baş»  burada:  «üst»,  miz  «stol») 
mürəkkəb sözdür. 
Kuştəncin – «qiyməkeş». Birinci tərkib hissəsi barəsində 
biz  artıq  danışmışıq  (bax:  kuştoy).  İkinci  tərkib  hissəsi  ənci 
«doğramaq» felindən ibarətdir.  
Ancaq  qeyd  etməliyik  ki,  həmin  alətdən  əti  döyməkdən 
ötrü istifadə edirlər. 
Ardəvic  –  «ələk».  Ardə  «un»  və  vic  «ələmək»  sözlərinin 
birləşməsi əsasında formalaşmışdır. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
84 
84 
Vəlq  –  «yarpaq»  (Abş.,  Lah.).  Müq.et:  fars.,  dəri.  barq
kürd. belq (KRS, 300); tal. livə (TRAL, 237).  
Sonuncu  sözün  tat.  vəlq  sözü  ilə  ümumi  və  yaxud  səs 
əvəzlənməsi  kimi  yozula  bilən  səsləri  var.  Amma  bu 
formaların eyni mənşəli sözlər olduğunu tam qətiyyətlə demək 
olmur.  
Talış  dilində  daha  bir  söz  var:  palqə.  O,  formaca  vəlq 
sözünə  yaxındır,  amma  başqa  mənadadır  («yaşıl  budaq», 
«pöhrə»).  Fonetik  cəhətdən  ona  yaxın  olan  sözü  puştu  dilində 
tapırıq: pəna «yarpaq». 
Rusmu  –  «sap»  (Abş.,  Lah.).  Müq.et:  rusmə  «ip»,  tal. 
«sap, ip, kəndir». 
Varə  –    «sap»  (Abş.,  Lah.).  Başqa  iran  dillərində  məlum 
deyil. 
Riştə – «sap» (Məl.). Müq.et: dəri. riştə (RPDS, 385). 
Beləliklə,  aparılan  axtarış  və  müqayisələr  göstərir  ki,  tat 
dilinin  lüğət  tərkibində  dil  mənsubiyyəti  baxımından  müxtəlif 
mənşəli sözlərə rast gəlmək olur. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
85 
85 
II FƏSİL 
 
TAT DİLİNDƏ SÖZLƏRİN LEKSİK-SEMANTİK  
VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ 
 
 
Tat dilində çoxmənalı sözlər. 
 
Polisemiya  və  ya  çoxmənalılıq  sözün  bir  neçə  mənanı 
ifadə  etməsi  hadisəsidir.  Sözün  həmin  mənalardan  hansını 
bildirməsi  onun  başqa  sözlərlə  əlaqəyə  girməsi  nəticəsində 
təyin  edilir.  Çoxmənalı  sözün  mənaları  arasında  müəyyən 
semantik  əlaqə  olur.  Bu  semantik  əlaqə  həmin  mənalar 
arasında  əsas  olur  və  müxtəlif  mənalara  müvafiqliyi  ilə 
səciyyələnir.  Çoxmənalı  sözlərin  mətndə  işlədilməsi  imkanları 
onların ifadə etdiyi müxtəlif mənalarla şərtlənir.  
Çoxmənalı  sözlər  müəyyən  cəhətdən  bir-birinə  oxşar 
əşya,  əlamət  və  hərəkətləri  bildirən  söz  qruplarıdır.  Bu  halda 
eyni  bir  söz  müxtəlif  mənaları  ifadə  etmiş  olur.  S.Cəfərov 
sözün  ilkin  mənasından  əmələ  gələn  yeni  mənaları  onun  məna 
çalarlığı  adlandıraraq  yazır:  «Müxtəlif  məna  çalarlığına  malik 
olan sözlərə çoxmənalı (polisemantik) sözlər deyilir» (33, 18). 
Sözün  çoxmənalılığı  onun  mətndə  müxtəlif  mənalarda 
işlənməsində təzahür edir.  
Çoxmənalılıq  dilin tarixi inkişafı  prosesində  yaranmışdır. 
«Müəyyən  denotatı  adlandırmaq  üçün  işlədilən  söz  işarəni 
fonomorfoloji  qabığını  dəyişmədən  başqa  bir  məfhumla  da 
əlaqələnməsi  olduqca  mürəkkəb  psixoloji  və  qnoseoloji  aktdır 
ki,  dilin  öz  təbiətində  var  olan  xüsusiyyəti  üzə  çıxaran  bu 
proses  insanın  müəyyən  intellektual  səviyyədə  dayanmasını 
tələb edir» (132, 153). 
M.Falkoviç  qeyd  edir  ki,  «Çoxmənalı  sözlər  bu  və  ya 
digər  sözün  müxtəlif  mənalarının  bir  əsas  məna  ətrafında 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə