Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə35/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
107 
107 
dəyişməsindən  asılı  olaraq,  sinonimlər  arasındakı  məna 
əlaqələri  də  dəyişir  və  yeni  sinonim  cərgənin  yaranması 
prosesi  baş  verir.  Bu  baxımdan  sinonimlik  hadisəsi  dildə  baş 
verən  semantik  proseslərlə,  o  cümlədən,  sözlərin  mənası  ilə 
yaxından  bağlıdır.  Sinonimlərin  məna  yaxınlığının  hüdudları 
barədə  dilçilikdə  konkret  fikirlər  yoxdur.  Onların  təyini 
zamanı  çox  zaman  məna  yaxınlığı  əsas  götürülür.  «Fonetik 
tərkibcə  müxtəlif,  məzmunca  bir-birinə  yaxın  olan  sözlərə 
sinonim deyilir» (69, 12). 
Bəzən  sinonimlərin  təyini  zamanı  tam  eyniliyi  əsas 
götürülür.  Sözlərin  bir-birinə  sinonimlik  münasibəti  yalnız  o 
zaman  olur  ki,  onların  bu  və  ya  digər  mənaları  tam  eyniyyət 
təşkil  edir  (üslubi  və  emosional  cəhətdən  yox,  məhz  semantik 
cəhətdən).  Əgər  iki  və  daha  artıq  söz  mənaca  eynidirsə, 
bunlara  mütləq  sinonimlər  deyilir.  Tat  dilində  sinonim  kimi 
qəbul  edilən  bəzi  nümunələr  bu  fikri  təsdiq  edir.  Məsələn: 
qəloğ//vərə  «qarğa»;  qırmac//tatari  «şallaq»;  qırov//ləysən 
«dəryaz»; 
əkinçigəri//rəncbəri 
«əkinçilik»; 
handalu//fufalı//futolu 
«əvəlik»; 
paylimə//silim//sülüm 
«nərdivan»  və  s.  Qeyd  olunan  sözlərdə  mənanın  tam  eyniliyi 
özünü  göstərir.  Belə  halın  yaranmasının  əsas  səbəbi  seçilmiş 
nümunələrin  tat  dilinin  müxtəlif  ləhcələrinə  aid  olmasıdır. 
Əvəliyin  handalu  və  ya  futalı  adlandırılması  onun  ümumi 
mahiyyətində  heç  bir  dəyişikliyi  nəzərə  çatdırmır.  Əvəlik 
bitkidir  və  onun  müxtəlif  sözlərlə  adlandırılması  konkret 
səbəblərlə  bağlıdır.  Qeyd  olunan  halda  bu  səbəb  müxtəlif 
şivələrdə  həmin  bitkinin  (əvəliyin)  müəyyən  nəticəyə,  əsasən, 
adlandırılması şəklində özünü göstərir. 
M.Rzazadə  yazır:  «Sinonimlər  bir-birini  qeyd  və  şərtsiz 
əvəz  etmək  üçün  deyil,  bir  anlayışın  müxtəlif  məna 
incəliklərini  vermək,  ifadənin  təsirini,  bədii  gözəlliyini 
artırmaq,  fikri  konkret,  aydın,  parlaq  etmək  və  onu  rəngarəng 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
108 
108 
vasitələrlə  ifadə  etmək  üçündür»  (124,  41).  Tat  dilində 
cümlədə  handalu  və  ya  futalı  sözünü işlətməklə,  fikri konkret, 
parlaq və ya rəngarəng etmək məqsədi güdülmür.  
Sinonimlərin  semantik  meyarı  həmin  sözlərin  eynimənalı 
və  əksər  hallarda  məna  çalarlıqlarına  malik  olmasıdır. 
Sinonimlərin  nitqdə  işlənmə  xüsusiyyətləri  başlıca  olaraq 
aşağıdakılardır:  1)  təkrara  yol  verməmək;  2)  mənanı  daha 
dəqiq  ifadə  etmək;  3)  emosional-ekspressiv  hiss  (münasibət) 
yaratmaq;  4)  ifadə  edilən  əsas  fikri  aydınlaşdırmaq.  Sonuncu 
ilə  bağlı  G.Vəliyevanın  irəli  sürdüyü  nöqteyi-nəzər  səsləşir.  O 
yazır:  Müxtəlif  etnik  qruplarla  ünsiyyətdə  olan  yerli  dialekt 
sahibləri  onlarla  daha  intensiv  anlaşmaya  nail  olmaq  üçün 
müəyyən  məfhumu  onların  dilində  sinonimlə  işlətməyi  etnik-
linqvistik  zərurət  sayır.  Təkrar-təkrar  baş  verən  bu  proses, 
nəhayət,  dialektin  sinonim  cərgəsində  əcnəbi  sözü  fəallaşdırır 
və sabitləşdirir» (145, 106). 
Sözlərin 
sinonimliyini 
müəyyənləşdirərkən 
onlar 
arasındakı assosiativ əlaqəyə də fikir vermək lazımdır. 
Sinonimlər  bir  ümumi  məna  ilə  əlaqədar  olub,  bir 
məfhumu 
müxtəlif 
şəkildə  adlandıran,  leksik-semantik 
variantlarına görə eyniləşən, mənaca yaxın sözlərdir. 
Sinonim  sözləri  təyin  etmək  üçün  onların  bir  sıra 
xüsusiyyətlərini  nəzərə  almaq  lazımdır:  1)  məna  yaxınlığı  və 
ya  məna  ümumiliyi;  2)  sinonim  cərgə  düzəltmə;  3)  bir-birini 
qarşılıqlı  əvəzetmə;  4)  müxtəlif  quruluşlara  malik  olma;  5) 
eyni nitq hissəsinə  aidolma; 6) eyni funksiya daşıma; 7) sözün 
çoxmənalılığı. 
Sinonimlər  üçün  ümumiləşdirici  əsas  mənadır.  Məna 
ümumiliyində  sinonimlərin  bir  məfhum  ifadə  etmələri  nəzərdə 
tutulur.  Mənaca  yaxın,  formaca  müxtəlif  sözlər  bir  məfhumu 
bildirmələrinə görə əlaqəyə girir. Sinonimlər üçün ümumi olan 
əşya  yox,  məfhumdur.  Sinonim  cərgənin  üzvləri  məna 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
109 
109 
ümumiliyinə  əsasən  daxili  məna  qrupu  yaradaraq,  bir-biri  ilə 
əlaqədar olur, başqa sözlərə münasibət bildirir, birləşir. 
Sözalma  nəticəsində  müxtəlif  dillərdə  sinonimlər  əmələ 
gəlir.  Bu  cəhət  Azərbaycan  dilinə  olduğu  kimi,  tat  dilinə  də 
xasdır.  Alınma  söz  sinonim  cərgənin  ya  təşkiledicisi,  ya  da 
cərgə  elementlərindən  biri  olur.  Bəzən  sinonim  cərgədə  eyni 
zamanda  iki  alınma  söz  yer  tutur.  Müasir  Azərbaycan  dilində 
sinonimlik 
məsələsinin 
tədqiqi 
zamanı  söz  alınması 
nəticəsində 
əmələ  gələn  sinonimlərin  qruplaşdırılması 
məsələsinə  diqqət  yetirilmişdir.  «Alınma  sözlər  həm  əsl 
Azərbaycan sözlərinin, həm də bir-birinin sinonimii olur. Buna 
görə  də  həmin  sinonimləri  alınma  sözlərlə  əsl  Azərbaycan 
sözlərindən  və  alınma  sözlərdən  əmələ  gələn  sinonimlər  kimi 
qruplaşdırmaq  olar»  (113,  194).  Fikrimizcə,  tat  dilindəki 
sinonimləri  qruplaşdırarkən  bu  bölgüyə  əsaslanmaq  yerinə 
düşür.  Burada  fərqli  cəhət  odur  ki,  tat  dilinin  öz  sözlərindən 
əmələ  gələn  sinonim  cərgələri  tat  ləhcələri  üzrə  də  qurmaq 
mümkündür.  Tat  dilində  sinonimlərin  ən  azı  aşağıdakı 
qruplarını  ayırmaq  olar:  1)  tat  dilinin  müxtəlif  ləhcələri 
əsasında  yaranan  sinonimlər;  2)  ümumiran  və  tat  dili  sözləri 
vasitəsi  ilə  yaranan  sinonimlər;  3)  tat  dili  sözləri  və  alınma 
sözlər  hesabına  əmələ  gələn  sinonimlər;  4)  yalnız  alınma 
sözlər əsasında gələn sinonimlər. 
Alınma  sözlərlə  tat  dili  sözlərindən  əmələ  gələn  sinonim 
cərgələrə  daxil  olan  sözlər  quruluşca  həm  eyni,  həm  də 
müxtəlif 
ola 
bilir: 
xuşbaxt//baxtəvər
kələh//kələ//pevi//pəzəvənq  «böyük,  iri,  pəzəvəng».  Avestada 
bu  söz  «pəzə»  formasında  «yekəpər»  anlamında  qeydə 
alınmışdır.  Güzəl//güzel//gugçeg//göyçəy,  bica//bico//nohəqq 
«bica, nahaq» və s. 
Sözlər  arasında  sinonimik  münasibətinin  yaranması,  təbii 
ki,    onların  leksik  mənaları  ilə  bağlıdır.  «Əkinçigəri»  və 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə