Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə31/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
95 
95 
(Xətai). Nalədəndir ney kimi  avazeyi – eşqim bülənd (Füzuli). 
Avaz  sözünün  «səs»  mənası  Vaqifdə  də  var:  Dindirərsən, 
dinməz,  ağırlıq  satar,  Sinəsində  şıq-şıq  pul  avaz  edər.  Tat 
dilində  bu  məqamda  səs  və  sədo  sözlərindən  istifadə  edilir.  Ə 
küçə  səs  omə.  «Küçədən  səs  gəldi».  Bə  quşi  sədo  umo. 
«Qulağına səs gəldi» və s.  
Tat  dilində  avoz    «yenə»  mənasında  çox  işlənir.  Tı  avoz 
bara  rəfte?  «Sən  yenə  oraya  getmisən?»  Fariz  avoz  ürə 
bəqəştan. «Fariz yenə onu axtarırdı». Nümunələr avoz sözünün 
tat dilində omonim cərgə yaratdığını təsdiq edir. 
Omonimlər müxtəlif səbəblərdən yaranır. Həmin səbəblər 
onların 
təsnifində 
də 
əsas 
götürülür. 
Omonimlərin 
yaranmasının  başlıca  iki  səbəbi  xüsusi  qeyd  olunur:  1) 
mənşəcə  müxtəlif  sözlərin  fonetik  cildinin  təsadüfi  eyniliyi 
zəminində  omonimlərin  yaranması;  2)  dildəki  söz  yaradıcılığı 
nəticəsində omonimlərin əmələ gəlməsi (330). Omonimlər həm 
yaranma  səbəblərinə,  həm  də  omonim  sıranın  vahidlərinin 
qrammatik və leksik xüsusiyyətlərinə görə təsnif edilir. 
Omonimlər  qrammatik  və  leksik  olmaqla,  iki  əsas  qrupa 
ayrılır.  Müasir  Azərbaycan  dilində  omonimlərin  beş  növünü 
qeyd  edirlər:  1)  leksik-semantik  omonimlər;  2)  morfoloji 
omonimlər-omoformalar;  3)  leksik-qrammatik  omonimlər;  4) 
fonetik  omonimlər,  yaxud  omofonlar;  5)  omoqraflar  (45,  57-
58).  Müasir  Azərbaycan  dilində  omonimlərin  leksik  və 
qrammatik  olmaqla  iki  əsas  qrupa  bölünməsi,  omofon  və 
omoqrafların  yarımçıq  omonim  olması  qeyd  edilmişdir  (44, 
178). 
Leksik 
omonimlər 
bütün 
formalarda 
(hallanmada, 
təsrifdə  və  s-də)  şəkilcə  eyni  olmalıdır.  Leksik  omonimlər 
üçün etimoloji xüsusiyyət əsasdır. 
Qrammatik  omonimlər  (omoformlar)  üçün  qrammatik 
dəyişmələr  nəticəsində  yaranan  oxşarlıq  şərtdir.  Tat  dilində 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
96 
96 
omonimlərin  bir  qurpunu  təşkil  edən,  lakin  müəyyən  dərəcədə 
onlardan fərqlənən şəkilcə eyni, mənaca müxtəlif olan sözlərə-
omoformlara  da  rast  gəlirik.  Omoformalar  yazılışca  eyni, 
tələffüzcə  və  mənsub  olduqları  morfoloji  kateqoriyalara  görə 
müxtəlif olan sözlərdir (172, 34).  
Tədqiqatçılar  dildə  ifadə  planları  üst-üstə  düşən,  lakin 
məzmun  planlarında  heç  bir  ümumi  cəhət  olmayan  sözlərin 
kifayət  qədər  çoxluğunu  qeyd  edirlər.  Dilçilikdə  omonimlərə 
geniş  planda  və  dar  planda  yanaşma  özünü  göstərir.  Geniş 
planda  yanaşma  zamanı  leksik  omonimlər,  omofonlar, 
omoqraflar  və  omoformlar  da  omonim  sözlər  sırasına  daxil 
edilir (330).  
Müxtəlif  yazılışa,  lakin  eyni  səslənməyə  malik  olan 
sözlərə omofonlar deyilir. 
Rus  dilində  kot-kod,  poroq-porok-parok,  lev-Lev,  orel-
Orel kimi sözlər omofon sıralar yaradır.  Bu tipli nümunələr tat 
dilində  də  substantivləşmənin  nəticəsi  kimi  özünü  göstərir: 
Həvo (şəxs adı – Həvva), həvo (hava), cılxıs (şəxs adı – cılxıs), 
cılxıs – qızılgül və s. 
Ləhcədə  təsadüf  olunan  bu  cür  söz  qruplarını  yaranma 
yollarına  görə  müxtəlif  şəkildə  təsnif  etmək  mümkündür. 
T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsinə  aid  omoformları  belə 
təsnif  edir:  1)  biri  və  ya  bir  neçəsi  dilin  özünə  məxsus, 
qalanları  isə  alınma  sözlər  hesabına  yaranan  omoformlar;  2) 
ancaq  alınmalar  hesabına  yaranan  omoformlar;  3)  dilin  özünə 
məxsus  və  alınma  sözlərlə  nidalar  və  təqlidi  sözlərin  fonetik 
uyğunluğu  nəticəsində  törənən  omoformlar  (47,  223).  Bu 
bölgüdə  üçüncü  qrup  birincisinin  tərkibinə  daxil  olur. 
Zənnimizcə,  nida  və  təqlidi  sözlərə  görə  omoformları  ayırmaq 
vacib  deyil.  Çünki  bu  halda  digər  nitq  hissələrinə  aid  bölgü 
tələbi meydana çıxır. 
Ümumiyyətlə,  omoformalar  tat  dilində  alınmaların 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
97 
97 
hesabına  əmələ  gəlir.  Tat  dilində  omoformaların  bir  qismi 
T.Əhmədov 
tərəfindən 
Quba 
ləhcəsi 
üzrə 
toplanıb-
qruplaşdırılmışdır.  Tədqiqat  prosesində  eyni  omoformaların 
başqa  ləhcələrdə  də  özünü  göstərməsi  aşkara  çıxmışdır. 
Omoformlarla bağlı konkret nümunələri nəzərdən keçirək. 
Tat  dilindəki  ki  sual  əvəzliyi,  ki  bağlayıcısı  ilə  omoform 
olur.  Cır  «qışqırıq,  çığırtı,  bağırtı,  çığırtı  bağırtı  səsi»  –  cır 
«peyvənd olunmamış»,  «yabanı»  sözü ilə omoform  təşkil  edir. 
Cır  sözü  dərən  «vermək»,  xardən  «yemək»  felləri  ilə  işlənib, 
mürəkkəb  felin  birinci  tərkib  hissəsi  kimi  «cırmaq,  cırılmaq» 
mənalı fel əmələ gətirir.  
Şəxtə  –  adətən  birən  «olmaq»,  saxtən  «etmək»  köməkçi 
felləri  ilə  işlənərək,  –  «çiləmək»,  «çilətmək»;  «çilənmək» 
mənalarını  ifadə  edir.  Bu  söz  şəxtə  «şaxta,  bərk  soyuq»,  şəxtə 
«şaxta, kömür mədəni» sözləri ilə omoform əmələ gətirir. 
Əxtə  tat  dilində  müraciət  məqsədilə  işlədilən  ay  düxtər 
(«ay  qız»)  ifadəsinin  qısaldılmış  formasıdır.  Bu  söz  əxtə 
«axta» sözü ilə omoform cütü təşkil edir.  
Nöğül «dərin» və nöğül omoform təşkil edir.  
Qir  «əyri,  düz  olmayan»  –  qir  (qırov)  (göz  xəstəliyi)  – 
qir «qır» sözləri omoformlar kimi çıxış edir. 
Tat  dilində  alınma  sözlərin  tərkibindəki  səslərdən  biri  və 
ya bir neçəsinin zəifləməsi, bəzi hallarda isə tamamilə düşməsi 
nəticəsində  dilin  özünə  məxsus  leksemləri  ilə  omoformalaşma 
hadisəsi  də  özünü  göstərir.  Məs.:  sərin/səri  «üstdəki,  üstdə 
olan» və sərin//səri. 
Omofonlar və omoqraflar yarımçıq omonim sayılır və bir 
sıra  dillər  üçün,  o  cümlədən  tat  dili  üçün  çox  da  səciyyəvi 
deyil. 
Qeyd  olunduğu  kimi,  dildə  omonimlərin  yaranması  bir 
sıra  amillərlə  bağlıdır.  R.A.Budaqov  omonimlərin  çoxmənalı 
sözlərin  parçalanması,  sözün  mənalarının  bir-birindən  tam 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə