Gülsüm Hüseynova. Tat dilinin leksikası
119
119
Azərbaycan dilində sinonimlərə dair tədqiqatda göstərilir ki,
«Alınma
şəkilçilərin
sinonimliyi
nəticəsində
düzələn
eyniköklü sinonimlər iki fars, yaxud da bir fars və bir ərəb
şəkilçiləri ilə düzəlir: 1) fars mənşəli -pərvər və -pərəst, -gir
və -xor, -gah və -gədə, -bir və -na, -gir və -pərəst, -kar və -baz
sinonim şəkilçiləri xasiyyət mənalı sinonim sifətlər əmələ
gətirir;
məs:
qunaqpərəst-qonaqpərvər,
maarifpərəst-
maarifpərvər, dilgir-dilxor, atəşgah-atəşgədə, biinsaf-nainsaf,
pulgir-pulpərəst, sehrkar-sehrbaz və s.; 2) fars və ərəb
dillərindən alınmış bi- və bila-, -cat və -iyyət, bi- və -la
şəkilçiləri də sinonim sözlər əmələ gətirir; məs: biaram-
bilaaram, ədvəcat-ədviyyat, biməz-həb-laməzhəb və s.; 3) rus
və fars dillərindən alınmış sinonim -nik və -dan, -turq və -
nəvis şəkilçiləri ilə yalnız çaynik-çaydan və dramaturq-
dramnəvis sinonimləri Azərbaycan dilində işlədilir» (67, 109).
Bu halların tat dilində üzə çıxmasının əsas səbəbi sözlərin
Azərbaycan dili vasitəsi ilə birbaşa alınmasıdır. Deməli,
göstərilən alınma sinonim şəkilçilər bilavasitə tat dilində
sözdüzəltmə prosesində sinonim cərgənin üzvlərini əmələ
gətirmir. Sinonim cərgəyə daxil olan sözlər Azərbaycan
dilindən hazır şəkildə alınır. Tat dilinə keçərkən bu alınma və
ya alınma ünsürlü sözlərdə fonetik dəyişmələr baş verir.
Tat dilində antonimlər.
Leksik bir kateqoriya kimi antonimlərin əsas xüsusiyyəti
ondan ibarətdir ki, ziddiyyət, əkslik antonim cüt yaradan
sözlərin leksik mənasından irəli gəlir. Nitq prosesində
müəyyən əlaməti, keyfiyyəti qiymətləndirmək, predmetin
məkan daxilində yerləşmə xüsusiyyətini ifadə etmək, əşyanın
kəmiyyətini bildirmək, hadisənin baş vermə zamanına
münasibətini aydınlaşdırmaq lazım gəlir. Belə hallarda
Gülsüm Hüseynova. Tat dilinin leksikası
120
120
müqayisə, iki xüsusiyyətlə bağlı vəziyyəti dəqiqləşdirmə tələb
olunduqda antonimlik aşkar hiss olunur. Çox zaman antonim
cütü təşkil edən hər iki sözün eyni zamanda istifadə edilməsi
vacib olmur. Məs.: Uşuna xuneyşun pirvayiyi. «Onların evləri
lap yaxşıdır». Bu cümlədəki pirvayi «yaxşı» sözü tat dilinin
Abşeron ləhcəsində, əsasən, Balaxanı tatlarının dilində işlənir.
Söz evin keyfiyyətini təyin edir. Təbii ki, təyinetmə müqaisə
və qiymətləndirmə ilə bağlı olur. Evin yaxşılığı müəyyən
əlamətlər əsasında təyin edilir. Bu əlamətlər evin böyüklüyü,
genişliyi, tikiliş forması, təmiri və s.-lə əlaqədar ola bilər.
Əgər danışan evi «yaxşı» sözü ilə təyin edirsə, onda bunun
əksi olan obyektlə, evlə müqayisə aşkar görünməsə də, baş
verir. Həm adresant, həm də adresat «yaxşı ev» təsəvvürünə
malik olur və ya onların hər birinin belə bir qiymətləndirmə
meyarı olur. «Yaxşı ev» onunla əks mənalı olan «pis ev»lə
şüuraltı müqayisə edilir. Beləliklə, «yaxşı» və «pis» əks
mənalı sözlər kimi əlaqələnir, antonim cüt yaradır. Uşuna
xuneyşun xərobi. Bu cümlə ikincinin əksi olan fikri ifadə edir.
Əkslik antonim sözlərin işlədilməsində özünü göstərir.
«Real gerçəklikdə müəyyən keyfiyyət və əlamətlərin
daşıyıcıları bir-biri ilə müqayisə edilərək qiymətləndirilir.
Qiymətləndirmə üçün istifadə olunan sözlər qiymətləndirmə
sifətlərini təşkil edir. Məsələn: gözəl qız, yaraşıqlı oğlan.
Qiymətləndirmə subyekt tərəfindən yerinə yetirildiyindən o,
subyektiv səciyyə daşıyır. Bununla yanaşı, qiymətləndirmə
üçün həmişə müəyyən əsas olur. Bu əsas qiymətləndirmənin
neytral və mərkəzi nöqtəsi sayılır. Mərkəzi nöqtədən əks
qütblərdə qiymətləndirmənin mənfi və müsbət halları yerləşir»
(67, 127).
Göstərilən sıralamada antonim sözlər bir-biri ilə əks
qütblərdə yerləşir. Fikrimizcə, bu hal bütün dillər üçün
səciyyəvi olub, tat dili antonimlərinə də aid edilə bilir.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
121
121
Bununla belə, qütbləşmə apardıqda sözün həmişə mənfi və ya
müsbət mənasından danışmaq düzgün deyil. Antonim sözlərin
mənfi və ya müsbət səciyyəli əlamət və ya keyfiyyəti ifadə
etməsi mütləq xarakter daşımır. Ruğanın «yağlı» və ruğansız
«yağsız» «yavan» antonim cütünü təşkil edən sözlərdən
hansının keyfiyyəti mənfi və ya müsbət qiymətləndirməsini
iddia etmək mümkün deyil. Bir halda yağlı yemək, digər halda
yağsız yemək müsbət qiymətləndirilə bilər. Məsələn: Bə noxuş
ruğansıza xorum tind. – Xəstəyə yağsız yemək verin.
Ürə cöyi rohəti. – «Onun yeri rahatdır». Ürə cöyi
norohəti «Onun yeri narahatdır». Bu iki cümlədə rohət –
norohət («rahat» – «narahat») antonim cüt funksiyasını yerinə
yetirir. Ü nərohətə ödomini. O, narahat adamdır. Bu cümlədə
ifadə olunan fikrin əksini vermək üçün rahat sözündən istifadə
etmək olmur. Bu halda antonim mövqedə «sakit» sözü dura
bilir.
Antonim cütlərlə bağlı qeyd olunmuş bu xüsusiyyətlər
hər hansı bir dil, o cümlədən də tat dili üçün doğrudur. Fərq
antonim cütlüyə daxil olan sözlərlə bağlı olaraq meydana çıxır.
Bu isə fikrin bir dildən başqa dilə tərcümə prosesində istifadə
edilən sözlərin semantik xüsusiyyətlərinin nəzərə alınmasını
tələb edir. «Antonim sözlər üçün mənanın ümumi və mühüm
əlamətlərinin leksik-semantik paradiqmaya uyğunluğu əsas
götürülür. Deməli, məna əlaqəsinin ümumi və əsas cəhətlərinə
görə qarşılaşdırılan sözlər antonim kimi qəbul edilə bilər» (63,
s. 3).
Əlamət və keyfiyyətin təyin edilməsi meyarları çox
olduqca, hər bir meyar üzrə qiymətləndirmənin ifadəsi üçün
nitqdə istifadə edilə biləcək antonim cütlərin sayı da bir o
qədər artır. Qeyd edildiyi kimi, evin yaxşılığı müxtəlif
meyarlar əsasında təyin edilir. Genişlik, böyüklük, təzəlik və s.
Bu xüsusiyyətlər üzrə antonim cütlər təşkil edən sözlər
Dostları ilə paylaş: |