Gülsüm Hüseynova. Tat dilinin leksikası
125
125
isbih//subi – siyah//siyəh («ağ» – «qara»); xişg//xüşq – tar
(«quru» – «yaş, nəm»); pur – tihi («dolu» – «boş»); şırın –
tahl//təhl («şirin» – «acı»); suk//sük – gurun//qürun («yüngül»
– «ağır») və s.
2. Kəmiyyətlə bağlı antonimlər: kəm – qe//qey («az» –
«çox»); xeyli – ye qoş//ye kəmlə («xeyli» – «bir az») və s.
3. Zamanla əlaqədar məfhumları ifadə edən antonimlər:
səbah//səboh
– şaqum//şəngum («səhər» – «axşam»);
şo//şov//şö – roz//ruz («gecə» – «gündüz»); avvəl//əvvəl –
axir//oxir («əvvəl» – «axır»); dir – zu//zü («gec» – «tez»); ə
püşo//ə püşö//ə əvvəli – badə//bədə («əvvəldən, qabaqcadan» –
«sonra, sonradan») və s.
4. Məkanla əlaqədar məfhumları ifadə edən antonimlər:
dur//dür – nəzdik//nəzdük («uzaq» – «yaxın»); burun//bürün –
daron//darun («çöl» – «iç, içəri»); pişt//püşt – puşo//püşö
(«arxa» – «qabaq, qənşər»); təng//tənq – firah//fırəh («dar,
darısqal» – «geniş»); bara//bounca – bərə//be incə («orada» –
«burada») və s.
Antonimlik çox vaxt əsas nitq hissələrində, bəzən də
köməkçi nitq hissələrində özünü göstərir.
1. İsim antonimlər: ru//ruy – astar//ostor («üz» –
«astar»); ayalgəri//elgəri – kələhgəri//kəlaqəri («uşaqlıq» –
«böyüklük»); xubi – xərabi («yaxşılıq» – «pislik»); səfa//səfo –
cəfa//cəfo («səfa» – «cəfa»); rafti-ama//rafti umo («gediş-
gəliş»); nərə – mora («erkək» – «dişi»); hamin//tousdum –
zumustun («yay» – «qış»); mirdə//mürdə – zində//zündə («ölü»
– «diri»);
2. Sifət antonimlər: isbih//subi – siyah//siyəh («ağ» –
«qara»); kələh//kaləh – büclə//büjlə («böyük» – «kiçik»); sir –
cisnə//qusnə («tox» – «ac»); bilind//bülünd – tapun («hündür»
– «alçaq»); rast//rost – duruğ//dürü («doğru» – «yalan»);
firah//firəh – təng//tənq («geniş» – «dar»); tar – xişg//xüşq
Gülsüm Hüseynova. Tat dilinin leksikası
126
126
(«yaş, nəm» – «quru»); ağılmand//əqülbənd – gic//qıç («ağıllı»
– «gic») və s. Antonimlik sifətlərdə özünü daha yüksək
səviyyədə göstərir. Bu nitq hissəsinə aid sözlərin antonimliyi
leksik-semantik qarşılaşma yolu ilə daha asanlıqla üzə çıxır:
güclü-zəif; soyuq (sərin) – ilıq (mülayim) – isti və s.
3.
Fel
antonimlər:
dərmoran//durmarən
–
firmarən//furmoran
(«çıxmaq, qalxmaq» – «düşmək»,
enmək»); yaftən//yoftən – vir saxtən//vir soxtən («tapmaq» –
«itirmək»; raftan//rəftən – amaran//umoran («getmək» –
«gəlmək»); darən//doran – astarən//ustoran («vermək» –
«almaq»); vokərdən//vodkərdan – bastan//bəstən («açmaq» –
«bağlamaq») və s.
4. Zərf antonimlər: zəvər – zira//ziro («yuxarı» –
«aşağı»); puşo//püşö – pişt («arxa, dalda»); bə ye gö//bə ye
cigə – güröginə//çüra («bir yerdə» – «ayrılıqda»); ə bilindi//ə
bülündü – ə tapuni («hündürdən, yüksəkdən» – «alçaqdan»); ə
xobi//ə xubi – ə xərabi («yaxşılıqdan» – «pislikdən») və s.
5. Say antonimlər: kəm – qe//qey («az» – «çox»); xeyli –
ye qoş («xeyli» – «bir az»).
6. Köməkçi nitq hissələrində antonimlik: hə (həri) –
na//nə («hə» – «yox»); püşo – badə («ön, qabaq» – «sonra»);
ham//həm, ham is//həm iş – na//na iş//nə, //nə iş («həm, həm
də» – «nə, nə də») və s.
Azərbaycan dilində antonim cütü təşkil edən sözlərdən
bəzilərinin maraqlı semantik xüsusiyyətlərindən biri onların
zaman keçdikcə tamam əks məna kəsb etməsidir. Azərbaycan
dilinin qədim dövründə müsbət mənası olan «dəli», «qoçu»
sözləri indi mənfi məna daşıyır. Vaxtilə «igid» anlamında
işlənən həmin sözlərin biri «ruhi xəstə», digəri isə «yolkəsən,
qoluzorlu» anlamını ifadə edir. Yaxud vaxtilə natiq, gözəl
danışan anlamında işlənən dılğır (dilqır) sözü inidi tamam
mənfi anlam kəsb etmişdir. Lakin həmin söz (dılğır) tuva
Gülsüm Hüseynova. Tat dilinin leksikası
127
127
dilində ilkin anlamını saxlamışdır. Yaxşı-yaman antonim
cütündəki yaman bəzən müsbət anlamda işlənir. Eyni
xüsusiyyət tat dilində də özünü eyni sözlərdə (məsələn,
yamon) göstərir.
Antonim cütlükdəki sözlərdən eyni sözdüzəltmə yolu ilə
əmələ gələn yeni sözlər də antonim olur. Məsələn: xub-
xərab→xubi – xərabi («yaxşı-pis» → «yaxşılıq-pislik»).
Antonim cütü təşkil edən sözlərin mənşəyindən asılı
olaraq onları üç əsas qrupa ayırmaq olar: 1) hər ikisi tat dilinə
məxsus olan antonimlər; 2) biri əsl tat sözü, digəri alınma söz
olan antonimlər; 3) hər ikisi alınma söz olan antonimlər.
1. Dilin özünə məxsus sözləri əsasında formalaşan
antonim cütlər: isbi – siyə («ağ», «qara»); xub – bəd («yaxşı»,
«pis»); vərmorən – firmorən («qalxmaq», «düşmək»); təng –
firə («dar», «enli») və s.
2. Biri tat, digəri alınma söz olan antonimlər: avorə (tat)
– işgüzar (al.) («avara-işgüzar»); divonə, gic (tat.) – əğüllü
(al.) («divanə, gic-ağıllı»); xisrə (tat.) – uyağ (al.) («yatmış-
oyaq»); nadan (tat.) – alim/alim (al.) («nadan-alim»); lağar
(tat.) – kük (al.) («arıq-kök»); zu-zu (tat.) – yovoş-yovoş (al.)
(«tez-tez, yavaş-yavaş»); şagum//şağum (tat.) – səbəh (al.)
(«axşam-səhər»); bəstə (tat.) – əçuğ (al.), rahə (tat.) («bağlı,
örtülü», «bağlı-açıq»); baho (tat.) – ücuz (al.) («baha-ucuz»);
niməkar (tat.) – bitou//bütoü (al.) («yarımçıq-bütöv»); tic (tat.)
– küt (al.) («iti-küt») və s.
T.Əhmədov tat dilində fellərin antonim cütlər əmələ
gətirməsi prosesində alınma sözün iştirak etməsi ilə bağlı dilin
özünə məxsus və alınma sözlərlə dilin öz felləri ilə təmsil
olunan antonimləri ayrıca qrupda birləşdirmişdir. Məsələn:
xisrən – ayılmiş birən («yatmaq-ayılmaq»); cirə saxtən//curə
saxtən – birləşdirmiş saxtən («ayırmaq-birləşdirmək»); lağar
birən – kuk birən («arıqlamaq-kökəlmək»); xüş küftən – baruş
Dostları ilə paylaş: |