Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə40/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
122 
122 
aşağıdakılardır:  firəh  –  təng  «geniş  –  dar»,  firəhi  –  təngi 
«genişlik  –  darısqallıq»,  kələh  –  küşkələ  «böyük  –  kiçik», 
kələgəri  –  küşkəgəri  «böyüklük  –  kiçiklik»,  nug  –  kihnə  «təzə 
–  köhnə»,  nugi  –  kihnəyi  «təzəlik  –  köhnəlik»,  rışıni//ruşıni 
«işıqlı»  –  taruki//torüki  «qaranlıq»  və  s.  Təyinetmə  obyekti 
dəyişdikdə  həmin  obyektin  əlamət  və  keyfiyyətləri  barədə 
məlumat  daşıyan  antonim  cütlər  də  dəyişir.  Məsələn:  xuba  sib 
–  xəroba  sib  «yaxşı  alma  –  pis  alma»,  dodliya  sib  –  dodsiza 
sib,  «dadlı  alma»  –  «dadsız  alma».  Bu  halda  antonim 
münasibət  xub  –  xərob  «yaxşı  –  pis»,  dodli  –  dodsiz  «dadlı-
dadsız»  sözləri  əsasında  formalaşır.  Qeyd  etmək  lazımdır  ki, 
bəzən  müqayisə  obyektinin  elə  keyfiyyəti  olur  ki,  onları  əks 
mənaları  ilə  qarşılaşdırarkən  mənalar  bir-birilə  əkslik  təşkil 
etməyən  sözlərdən  istifadə  edilir.  Həmin  sözlər  lüğət  vahidi 
kimi  antonim  cütlər  təşkil  etmir.  Məsələn:  şırına  sib  –  turşa 
sib  «şirin  alma»  –  «turş  alma»,  ola  sib  –  isbihə  sib  «qırmızı 
alma»  –  «ağ  alma»,  qələmə  sib  –  cıra  sib  «calaq  alma»  –  «cır 
alma»,  kola  sib  –  narasirə  sib  «kal  alma»  –  «yetişmiş  alma», 
püsirə  sib  –  sofa  sib  «çürük  alma»  –  «saf  alma»  və  s.  Oxşar 
paralelləri  başqa  predmetlər  üzrə  də  aparmaq  mümkündür. 
Məsələn:  xinikə  öv  –  gərmə  öv  «soyuq  su»  –  «isti  su»,  bilində 
binö  –  tapuna  binö  «hündür  bina»  –  «alçaq  bina»,  duroza 
ödomin  –  tapun  ödomin  «uzun  adam»  –  «gödək  (törə)  adam», 
şürə  xorum  –  şitə  xorum  «duzlu  yemək»  –  «duzsuz  yemək», 
şürə öv  – şırına öv  «şor su»  –  «şirin su» və s. Qeyd olunanlar 
göstərir  ki,  antonim  sözlərin  digər  vahidlərlə  əlaqəsində  fərqli 
cəhətlər  var.  Dilin  başqa  leksik  vahidləri  kimi,  müxtəlif 
kontekstlərdə  antonim  sözlər  yalnız  müəyyən  qrup  sözlərlə 
əlaqəyə  girə  bilir.  İlk  baxışdan  belə  görünür  ki,  gurun-suk 
«ağır-yüngül»  antonimləri  həcm,  çəki  bildirən  sözlərlə 
əlaqələnməlidir. Məsələn: güruna bor – sükə bor «ağır yük»  – 
«yüngül  yük».  Lakin  antonimlərin  əlaqəyə  girə  biləcəyi  sözlər 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
123 
123 
dairəsini  dəqiq  müəyyənləşdirmək  çətindir.  İstər  Azərbaycan 
dilində,  istərsə  də  tat  dilində  güruna  ödomin  –  sukə  odomin 
«ağır adam» – «yüngül adam», guruna xosiyyət – sukə xosiyyət 
«ağır  xasiyyət»  –  «yüngül  xasiyyət»,  güruna  öv  –  sukə  öv 
«ağır  su»  –  «yüngül  su»,  güruna  xorum  –    sukə  xorum  «ağır 
yemək»  –  «yüngül  yemək»  və  bu  kimi  ifadələr  işlənir.  Həmin 
ifadələrdə həcm və çəki ilə  bağlılıq  yoxdur.  Ağır  yemək yağlı, 
içərisində  çətin  həzm  olunan  tərkib  hissələri  olan  yeməkdir. 
Ağır  və  yüngül  su  tərkibindəki  minerallara,  maddələrə  görə 
təyin 
olunur. 
Bütün 
bunlar  dilin  lüğət  tərkibindəki 
antonimlərin  yararlılıq  dərəcəsini  müəyyənləşdirməyin  çətin 
olduğunu  göstərir.  Bu  isə  antonimlərin  müxtəlif  növlərinin 
meydana  çıxmasına  səbəb  olur.  Elə  ona  görə  də  antonimlərin 
üç  növü  fərqləndirilir:  1)  qütblənən  antonimlər;  2)  konversiv 
ziddiyyəti  tamamlayan  antonimlər;  3)  anlayışın  dixotomik 
bölünməsindən yaranan antonimlər. 
Antonimlərin 
bütün 
növlərində 
sözlərin 
mənaları 
arasında əkslik əsasdır. Növlərə bölünmə bu əksliyin forma və 
məzmunu  ilə  müəyyənləşir.  Qütblənən  antonimlərdə  sözlərin 
mənaları arasındakı əkslik aydın şəkildə təzahür edir. Məsələn:  
isbi  «ağ»  –  siyə  «qara»;  xob//xub  «yaxşı»  –  bəd  «pis»;  kələ 
«böyük» –  kuçək  «kiçik»; duraz  «uzun» – qutəh//qutəx «qısa» 
və s.     
Konversiv  ziddiyyəti  tamamlayan  antonimlər  müəyyən 
hadisə,  proses,  cəhətlə  bağlılığı  ilə  seçilir.  Məsələn:  subay-
evli, təcavüzkar-sülhsevər və s.;  
Dixotomik  bölünmə  nəticəsində  yaranan  antonimlər, 
adətən, müəyyən xüsusiyyyətin, keyfiyyətin varlığı və yoxluğu 
əsasında  formalaşır.  Məsələn:  «haqlı»  –  «haqsız»;  «dadlı»  – 
«dadsız»;  «qanuni»  –  «qanunsuz»,  yağlı»  –  «yağsız»,  «duzlu» 
– «duzsuz»; «rəngli» – «rəngsiz» və s.  
Antonim  sözlərin  linqvistik  təbiəti  onların  leksik,  leksik-


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
124 
124 
qrammatik  və  qrammatik  mənaları,  morfoloji  quruluşu,  üslubi 
imkanları ilə dəqiqləşdirilir. Antonimləri təyin edərkən onların 
bir-birinə 
qarşı 
qoyulduğu 
semantik 
əlamətlər 
aydınlaşdırılmalıdır.  
Antonimlər,  əsasən,  kəmiyyət,  keyfiyyət,  zaman  və 
məkan  məzmunlu  məfhumların  əks  cəhətlərini  ifadə  edən 
sözlərdir.  Məsələn:  qey  «çox»  –    kəm  «az»;  şur  «şor»  –  şit 
«şit»;  şov//şö  «gecə»  –  ruz  «gündüz»,  zimin  «yer»  –    asimon 
«göy»; zəvər «yuxarı» – zira//ziro «aşağı» və s.  
Antonimləri 
qruplaşdırarkən 
leksik-semantik 
söz 
qruplarına  əsaslanmaq  özünü  doğrultmur.  «Leksik-semantik 
kateqoriya  kimi,  antonimlərin  əsas  xüsusiyyəti  ondan  ibarətdir 
ki,  ziddiyyət,  təzad  antonim  sözlərin  daxili  semantikasından 
irəli gəlir» (3, 307). Əsas bölgü kəmiyyət, keyfiyyət, zaman və 
məkan  meyarları  üzrə  aparıla  bildiyindən  tat  dilinin  antonim 
cütlərinin  əsas  dörd  qrupunu  ayırmaq  olur:  1)  əlamət  və 
keyfiyyətlə  bağlı  məfhumları  ifadə  edən    antonimlər;  2) 
kəmiyyətlə  bağlı  məfhumları  ifadə  edən  antonimlər;  3) 
zamanla  bağlı  məfhumları  ifadə  edən  antonimlər;  4)  məkanla 
bağlı məfhumları ifadə edən  antonimlər.   
1.  Əlamət  və  keyfiyyətlə  bağlı  məfhumları  ifadə  edən  
antonimlər:  xob//xub  –    xərab//xərob  («yaxşı»  –  «pis»); 
xobi//xubi 
– 
xərabi//xərobi 
(«yaxşılıq» 
– 
«pislik»); 
xanda//xandə – giryə («gülüş» – «göz yaşı»); xısiran//xisirən – 
vaxıştan//vaxuştən//vogəh  birən  («yatmaq»  –  «oyanmaq»); 
gümroh//gumrah –  naxuş//noxuş («gümrah» – «naxoş, xəstə»); 
lağər//loğər  –  kuk//kük  («arıq»  –  «kök,  dolu»);  azad//ozod  – 
məhkum  («azad»  –  «məhkum»);  azadi//özodi  –  məhkumi 
(«azadlıq»  –  «məhkumluq»);  saxt//səxt  –  narm//nərm  («bərk» 
–  «yumşaq»);  rışıni//ruşınin  –  taruki//torüki  («işıqlı»  – 
«qaranlıq»);  xınik//xünük  –  gərm//qərm  («soyuq»  –  «isti»); 
xiniki//xünükü  –  gərmi//qərmi  («soyuqluq»  –  «istilik»); 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə