Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə43/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
131 
131 
növlərindən danışmaq mübahisə doğurur. Antonimlik semantik 
hadisədir  və  bu  hadisə  antonim  münasibətdə  olan  sözlərin 
semantikasından  doğur.  Antonimlik  sözlərin  quruluşu  ilə 
tənzimlənmir. Antonim cütü təşkil edən sözlər quruluşuna görə 
müəyyən  bir  növə  aid  ola  bilər  və  bu,  antonimlərin  quruluşca 
növünü  fərqləndirməyə  əsas  vermir.  Antonim  cütü  təşkil  edən 
sözlər  quruluşlarına  görə  fərqlənə  bilər.  Məsələn:  yabançı  – 
doğma, yavan-yağlı, işcil – tənbəl və s. Bu cəhət başqa dillərə, 
o cümlədən, tat dilinə də xasdır. Tat dilində analitik fel forma-
ları  çoxluq  təşkil  edir.  Onların  antonimliyi  quruluşca 
mürəkkəb 
antonimlər 
kimi 
qələmə 
verilə 
bilməz. 
Ümumiyyətlə,  Azərbaycan  dilində  mürəkkəb  fel  mübahisəli 
məsələlərdən biridir. 
Antonimlik lüğət vahidləri səviyyəsində antonim olmayan 
qardaş-bacı, oğlan-qız, ər-arvad kimi sözlərini, eləcə də, inkar 
şəkilçili  eyniköklü  sözləri  (get-getmə,  yaz-yazma)  də  əhatə 
edir.  Bu  cəhətlər  əşya  və  hadisələr  arasındakı  daxili  və  xarici 
ziddiyyətlər  əsasında  yaranır.  Eyniköklü  antonimlərin  müx-
təlifköklü  antonimlər  qədər  ifadəli  olmaması,  üslubi  cəhətdən 
də  zəif  olması  fikri  şübhə  doğurmur.  Eyniköklü  antonimlikdə 
konkretlik, dəqiqlik daha güclüdür.  
Sinonim  və  omonim  sözlər  cərgələr  yaradır  və  belə 
cərgələrdə  üzvlərin  sayı  iki  və  daha  artıq  olur.  Bu  cəhət 
antonimliyə  xas  deyil.  Antonimlik  cüt  əsaslıdır,  yəni 
antonimlik  münasibəti  iki  sözün  qarşılaşdırılması  ilə  meydana 
çıxır.  Çoxmənalı  sözün  bir  mənasını  ifadə  edən  variantı 
sinonim cərgənin üzvü olduğu kimi, antonim cüt də çoxmənalı 
sözün  bir  mənası  üzrə  formalaşır.  Eyni  sözün  müxtəlif 
antonimləri  ola  bilər.  Aşağıdakı  nümunələr  qeyd  olunanları 
təsdiq  etmək  üçün  kifayət  qədər  material  verir.  Məsələn:  isbi 
«ağ»-siyə  «qara»;  girəstən//girestən  «ağlamaq»-xəndüstən 
«gülmək»;  guru//gürün  «ağır»-sohuk//souk  «yüngül»;  kəm 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
132 
132 
«az»-ambar//abar  «çox»;  ustarən  «almaq»-dərən  «vermək»; 
sər  «üst»-zir  «alt»;  bülünd  «hündür»-sorə  «alçaq»;  pişə//puşə 
«qabaq, ön»-pusə  «dal, arxa»;  sir  «tox»-güsnə//cisnə  «ac»;  sər 
«baş»-poy  «ayaq»;  xob//xub  «yaxşı»-bed  «pis»;  vərmorən 
«qalxmaq, çıxmaq»-firmorən//firmarən «düşmək»; pur «dolu»-
tihi  «boş»;  kələ  «böyük»-kuçek  «kiçik»;  tar  «yaş»-xüşk//xişk 
«quru»;  təng  «dar»-firə  «enli,  geniş»;  duraz  «uzun»-kudek 
«gödək,  qısa»;  gərm  «isti»-xünük//xinik  «soyuq»;  şöü  «gecə»-
ruz  «gündüz»;  zündə  «diri,  canlı»-mürdə  «ölü»;  nüştən 
«oturmaq»-vəxüştən//vəxiştən  «durmaq»;  küftən  «tutmaq»-
hərzə dərən «buraxmaq»; zəvərə «yuxarı»-ziravo «aşağı» və s. 
 
Tat dilində sözlərin struktur xüsusiyyətləri. 
 
Tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözlərin  quruluşca 
üç növü var: 1) sadə; 2) düzəltmə; 3) mürəkkəb.  
 
Sadə sözlər. 
 
Sadə sözlər heç bir sözdüzəldici şəkilçi qəbul etməyən və 
ya  tərkib  komponentlərinə  ayrılması  mümkün  olmayan  kök 
sözlərdir.  Məs.:  ataş  «od»,  afto  «günəş»,  bisg  «(kabab)  şişi», 
bölə  «cücü»,  vəlg  «yarpaq»,  vərd  «arğac»,  vij  «tut  çırpmaq 
üçün  (çadır)»,  dizd  «oğru»,  duğ  «ayran»,  düş  «çiyin»,  əng 
«arı»,  əngişt  «barmaq»,  ərsi  «toy»,  zuvol  «kömür»,  id 
«bayram»,  kər  «gön»,  kirsin  «kətil»,  kük  «oğul»,  girg 
«canavar»,  gom  «qaynaq  növü»,  güş  «qulaq»,  ləhə  «palçıq», 
məbrəd  «yeyə»,  mö  «ana»,  mücinə  «qarışqa»,  nimik  «duz», 
nolin  «döşək»,  nüne  «arı  yuvası  şanı»,    orda  «un»,  ostin 
«paltar qolu»,  öginə  «güzgü»,  pəlü  «yamaq»,  pərdi  «tir paya», 
piyər  «ata»,  pilpilək  «kəpənək»,  poşna  «corabın  dabanı»,  pür 
«arğac»,  pürinə  «yarpız»,  rış  «saqqal»,  ruğan  «yağ»,  ruru 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
133 
133 
«bağırsaq»,  rusmun  «sap»,  saqot  «dəhrə»,  sər  «baş»,  si 
«alma»,  silim  «nərdivan»,  təli  «tikan»,  tülə  «yunu  qırxılmış 
dəri»,  xırş  «ağuz»,  xırs  «ayı»,  xiz  «motal»,  xilil  «mil» 
(toxuculda),  xiyəh  «kürək»,  xun  «qan»,  həvü  «günü»,  həlisə 
«ətli  hədik»,  homin  «yay»,  çıx  «öskürək»,  çim  «göz»,  çü 
«odun»,  cılxıs  «qızılgül»,  cısband  «qoyun»,  şey  «köynək»,  şir 
«süd» və s. 
 
Düzəltmə sözlər. 
 
Düzəltmə  sözlər  kök  və  sözdüzəldici  ünsürlərdən  təşkil 
olunur.  Tat  dilində  sözdüzəltmə  həm  önşəkilçilər,  həm  də  son 
şəkilçilər  vasitəsi  ilə  olduğundan,  fərqli  yollarla  əmələ  gələn 
sözləri  və  bu  sözləri  əmələ  gətirən  şəkilçiləri  ayırmaq  lazım 
gəlir. Tat dilində aşağıdakı sözdüzəldici şəkilçilərin köməyi ilə 
düzəltmə sözlər yaradılır.  
-a//-ə.  Bu  şəkilçi  müxtəlif  nitq  hissələrinə  qoşularaq, 
düzəltmə  isim  əmələ  gətirir.  Məs.:  şoxa  «budaq»,  ruza 
«orucluq»,  qədəmə  «pilləkən»,  xanda  «gülüş»,  giryə  «göz 
yaşı»,  mirdə  «ölü»,  dəstə  «yeniyetmə  uşaq»,  danduna 
«dişşəkilli  alət»,  vəlgə  «yarpaq»,  suza  «gicişmə»,  lərzə 
«titrəmə»,  zində  «diri»,  zərdə  «yerkökü»,  qirçə  «diş 
sürtünməsi», korda  «bıçaq», qiçə  «dişdəm», rışta «ip, kəndir», 
mora «dişi», nərə «erkək», xırda «kiçik», gərmə «balaca» və s. 
-ak//-ək.  İsimdən  isim  əmələ  gətirir.  Qədim  tarixə  malik 
olub,  hind-Avropa  dillərinin  əksəriyyətində  kiçiklik,  nəvaziş 
və  s.  mənaları  bildirmişdir.  Məs.:  dəstək  «qulp»,  parıstək 
«qaranquş»,  çeşmək  «eynək»,  xurak  «xörək»,  asbandak 
«üzəngi» və s. Talış dilində də sözyaratmada istifadə olunur. 
L.Peysikov  -ak  şəkilçisinin  fars  dilində  kiçiltmə,  nəvaziş 
və  alçaltma  mənaları  ilə  yanaşı,  fəal  terminoloji  funksiya 
daşımasını qeyd etmişdir (251, 38). 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə