Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
128 
128 
birən  («küsmək-barışmaq»)  (47,  241);  varastən  –  boşləmiş 
saxtən//boşdəmiş  saxtən  («qurtarmaq-başlamaq»).  Göründüyü 
kimi,  alınma  sözlərlə  tat  dilinin  köməkçi  fellərinin 
birləşməsindən  əmələ  gələn  mürəkkəb  fellər  (antonimlər)  də 
müəyyən  qrup  təşkil  edir:  ağarmiş  birən  –  qaralmiş  birən 
(«ağarmaq-qaralmaq»); azalmiş birən – çuxalmiş birənartmiş 
birən  («azalmaq-çoxalmaq,  artmaq»);  alçalmiş  birən  – 
yüksəlmiş birən («alçalmaq-yüksəlmək»); qazanc saxtən – xərc 
saxtən  («qazanmaq-xərcləmək»);  düzəlmiş  birən  –  puzulmuş 
birən  («düzəlmək-pozulmaq»);  geyinmiş  birən//geymiş  birən  – 
suyummuş birən («geyinmək-soyunmaq») və s. 
3.  Ancaq  alınma  sözlər  hesabına  yaranan  antonimlər: 
məs.:  əvam-mədəni;  ağo-nükər;  alxış-qarğış;  alici-satici
amonat-xəyanət;  artuğ-əksik;  arxəlü-kimsəsüz;  axmağəğüllü
axir-əvəl//əvvəl;  axirimci-əvvəlimci;  əciz-dirboş;  varlü-kosib
bitişik-ayri
bul-qit
«bol-qıt»; 
qurxağ-quççağ
dəvo-
sülh//sülh;  dayimi//daimi-müvəğğəti;  daxili-xarici;  məğrib-
məşriq;  zulmət-işiğ;  çalışğan//tənbəl;  yeylağ-qişlağ  «yaylaq-
qışlaq» və s. 
Tat  dilində  antonimlik  spesifik  sözlər,  ümumiran  mənşəli 
sözlər  və  alınmalar  hesabına  yaranır.  Bəzən  eyni  əksmənalılıq 
müxtəlif  antonim  cütlərlə  ifadə  olunur.  Amma  yaddan 
çıxarmaq  olmaz  ki,  ümumiran  mənşəli  sözlərdə  tat  dildinin 
özünə  məxsus  olan  sözdür.  Tat  dilinin  lüğət  tərkibinə  daxil 
olan duşman//duşmon sözü də ümumiran mənşəlidir. 
Tat  dilində  dost-duşman  antonim  cütü  ilə  ekvivalent  olan 
başqa  cüt  də  qeydə  alınır:  kund-duşman.  Abşeron  tatlarının 
dilində  «kund  biran»  söz birləşməsi  «yaxın olmaq»  mənasında 
işlənir.  Bu  cütün  birinci  elementi  olan  künd  sözü  tat  dilinin 
spesifik  leksik  layına  aiddir.  Bu  söz  həm  də  çoxmənalıdır. 
Onun  ifadə  etdiyi  digər  məna  «yaxın»  mənasıdır.  «Dost» 
mənasının  «yaxın»  mənası  əsasında  formalaşması  şübhə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
129 
129 
doğurmur. 
Antonim  sözlərdən  eyni  sözdüzəltmə  üsulu  ilə  əmələ 
gələn  törəmə  sözlər  də  əks  mənaları  ifadə  edir.  Məsələn:  dusti 
(«dostluq»)  –  duşmani  («düşmənçilik»).  Maraqlıdır  ki, 
Azərbaycan  dilində  belə  qarşılaşma  zamanı  sözdüzəldici 
vasitələrdə 
dəyişiklik 
müşahidə 
edilir: 
dost+luq 
– 
düşmən+çilik və s. 
Tünük-qəlin  «nazik-qalın».  Tat  dilinin  Abşeron  şivəsində 
tünük  «nazik»  mənasında  işlənir.  Bu  söz  eyni  mənada 
Azərbaycan  dilinin  Bakı  dialektində  də  qeydə  alınmışdır  (131, 
195).  
Tünük//tünık.  Bu  antonim  cütdəki  hər  iki  söz  tat  dilinin 
Abşeron şivəsində qeydə alınır.   
G.Vəliyeva  tünük  sözünün  adam  sözü  ilə  birləşərək, 
məcazi  məna  qazanması  və  «həssas  adam»  anlamında  istifadə 
edilməsini qeyd etmişdir (144, 41). 
İ.Tahirov «tünük» sözünün tarixi-etimoloji inkişaf yoluna 
nəzər  salmış  və  belə  bir  qənaətə  gəlmişdir:  «Göründüyü  kimi, 
İran  və,  eləcə  də,  hind-Avropa  dillərinin  çox  böyük  bir 
arealında  işlənən  bu  sözün  hind-Avropa  mənşəli  olmasına 
şübhə  ola  bilməz  və  (onun)  dialektlərimizin  leksikasına  İran 
dillərindən keçməsi şübhəsizdir» (137, 70-71). 
M.Hacıyev  tünük  sözünün  tat  dilində  həm  də  «sıyıq 
(xörək)» mənasında işlənməsini qeyd etmişdir (60, 108). 
Antonimlər  çoxmənalılıq  və  sinonimlik  hadisələri  ilə  sıx 
bağlıdır.  Belə  ki,  çoxmənalı  sözün  həm  əsas  mənası,  həm  də 
başqa  mənalarının  müxtəlif  antonimləri  olur.  Dildə  eyni  bir 
sözün  müxtəlif  antonimləri  ola  bilər.  Bu  cəhət  sözün 
çoxmənalılığından irəli gəlir (44, 201). Bu özünü tat dilində də 
göstərir:  yaxşı-pis,  yaxşı-yaman,  qısa-uzun,  uzun-gödək  və  s. 
Nəticədə  dildə  eyni  bir  sözün  müxtəlif  antonimləri  ola  bilər. 
Bu  cəhət  sözün  çoxmənalılığından  irəli  gəlir  və  özünü  tat 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
130 
130 
dilində  də  göstərir:  yaxşı-pis,  yaxşı-yaman,  qısa-uzun,  uzun-
gödək, incə-kobud, qalın-nazik, dərin-dayaz və s. 
Antonim  cütlərin  müxtəlif  variantlarının  yaranmasıında 
sözlərin  sinonimliyi  də  özünəməxsus  rol  oynayır.  Bu  məsələni 
Azərbaycan  və  tat  dilləri  materialları  əsasında  nəzərdən 
keçirək.  Azərbaycan  dilinin  sinonimlər  lüğətində  xoş  sözünün 
dominant  olduğu  sinonim  cərgədə  nə  yaxşı,  nə  qəşəng,  nə  də 
gözəl  sifətləri  işlənməmişdir.  Ağıllı,  gözəl,  qəşəng  sifətinin 
sinonim  cərgəsində  isə  xoş  sözü  qeydə  alınmır.  Bunun 
müqabilində  gözəl  sözünün  birinci  olduğu  sinonim  cərgədə 
göyçək,  yaraşıqlı  və  məlahətli  sözləri  var  (104,  242,  392). 
Onların müvafiq antonim cütlərini quraq: ağıllı – dəli; gözəl – 
çirkin;  gözəl  –  kifir;  qəşəng  –  kifir;  göyçək  –  çirkin;  yaraşıqlı 
–  kifir  və  s.  Azərbaycan  dili  antonimlər  lüğətində  «xoş» 
sözünün  antonimi  verilməmişdir.  Lakin  bu söz antonim  cütləri 
yaradır  və  bunu  kontekst  daxilində  hiss  etmək  olur.  Həmişə 
məni  xoş  sözlərlə  qarşılayırdı.  Acı  sözlərindən  bezmişəm. 
Antonim  cütü  xoş-acı  kimi  formalaşmış  olur.  Lakin  məsələyə 
lüğət 
vahidlərinin 
qarşılaşdırılması 
nöqteyi-nəzərindən 
yanaşsaq,  antonim  cüt  şirin-acı  olacaqdır.  Dildə  «şirin  söz», 
«acı söz» ifadələri də işləkdir. 
T.Əfəndiyeva  antonimləri  quruluşca  iki  qrupa  ayırır.  O 
yazır:  «Antonimlər  həm  sadə,  həm  də  mürəkkəb  olur.  Sadə 
antonimlər:  soyuq  –  isti,  gözəl  –  çirkin,  yaxşı  –  pis  və  s. 
Mürəkkəb  antonimlərin  ayrı-ayrı  hissələri  bir  neçə  sözün 
birləşməsindən  düzəlir:  qanıacı  –  qanışirin,  qaraxəbər  – 
xoşxəbər,  ağır  xasiyyət  –  xoşxasiyyət,  başıdolu  –  başıboş, 
ağbəniz  –  qarabəniz,  ağzıbütov  –  ağzıyırtıq  və  s.  Mürəkkəb 
antonim sözlər, əsasən, fellərdən ibarət ola bilər: təşkil etmək – 
pozğunluq salmaq, qulaq asmaq – bənd olmamaq, qaça-qaça – 
yavaş-yavaş,  tez-tez  –  asta-asta,  tez-tez  –  gec-gec  və  s.»  (44, 
202).  Qeyd  etmək  lazımdır  ki,  antonimlərin  quruluşca 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə