Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
146 
146 
məxsus  sözlərə  bitişərək,  yeni  sözlər  yaradır,  daha  doğrusu, 
keçdiyi  dilin  söz  yaradıcılığında  mühüm  rol  oynayır»  (181, 
127). 
A.L.Qrünberq  müxtəlif  sözlər  vasitəsilə  Azərbaycan 
dilindən  isim  və  sifət  əmələ  gətirən  sözdüzəldici  şəkilçilərdən 
yalnız  -çi;  -lik,  -lük,  -lüq,  liq;  -li,  -lı,  -lü;  -siz,  -süz,  -suz 
şəkilçilərinin  tat  dilinə  keçdiyini  göstərmişdir.  Araşdırmalar 
göstərir  ki,  bu  şəkilçilər  vasitəsi  ilə  tat  dilində  daha  çox 
düzəlmə  sözlər  əmələ  gəlmişdir.  Məsələn,  -lı/-li/-lu/-lü 
şəkilçisi  isimlərdən  isim  və  sifət  məzmunlu  sözlər  əmələ 
gətirməklə, məhsuldardır. 
 
Mürəkkəb sözlər. 
 
Tat  dilində  mürəkkəb  sözlərin  iki  növü  mövcuddur: 
kopulyativ tip; determinativ tip. 
1.  Kopulyativ  tip.  Bu  qrupa  mənsub  olan  sözyaratma 
tabesizlik  əlaqəsi  əsasında  formalaşır.  Məs.:  may-piyər  «ata-
ana»;  vırt-vırt  «deyinmə»,  xorum-bərum  «yeyib-içmək», 
gəvənd-gəndir  «ot əvəzinə heyvana verilən kol növü»,  kor-bor 
«iş-güc»,  laif-cocə//ləif-cöcə  «yorğan-döşək»,  çulo-dərə 
«dəlmə-deşik», şö-ruz «gecə-gündüz» (236, 63) və s. 
2. Determinativ tip. Digər İran dillərində olduğu kimi, bu 
tipdən  olan  sözyaratma  tat  dilində  geniş  yayılmışdır.  Bura 
tabelilik əsasında formalaşan sözlər daxildir. 
Bu  növ  mürəkkəbləşməni  xarakterizə  edən  birinci  tərkib 
hissəsi  qrammatik  əlamətlərinə  görə  iki  qrupa  ayrılır  (320, 
137). 
a) I tip – Birinci tərkib hissəsi ilə ikinci arasında sintaktik 
əlaqə  yaradan  ünsür  yoxdur.  Məs.:  nun  puli//nun  püli  «çörək 
pulu»,  xunə  piyar//xunu  piyər  «ata  evi»,  sanq  rukərə  «çay 
daşı». 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
147 
147 
Tat dilində determinativ tipli mürəkkəb sözlərin aşağıdakı 
modelləri mövcuddur: 
1) isim+isim modeli. 
Xüsursan  «qayınana»,  xusurmərd//xüsürmərd  «qayınata», 
payqabi//pöqobi 
«ayaqqabı», 
çərpuş 
«qazan 
qapağı», 
gilabpuş//gilobpuş  «gilabqabı»,  bağalaxırsi  «ayı  moruğu», 
burorzərə//burvarzərə  «qardaş  uşağı»,  xuvarzərə  «bacıuşağı», 
qaqalaxırdı  «dəvədabanı»,  qolamıx  «mıx  düzəldən  alət», 
nunqatığı  «çörək  qatığı»,  «maya»,  «xəmrə»,  sərəpay//sərəpö 
«baş-ayaq», 
təliqətqəli 
«çaytikanı», 
xayəkərg//xoyekərg 
«yumurta», 
xinəçü 
«hana», 
binəquşi//binəqüşi 
«şillə», 
«qulaqburması»,  çıraqgürg  «qurd gözünə bənzəyən pis qoxulu 
gül»  (hərfən:  «qurd  çırağı»),  palannəvar  «yəhər  ləvazimatı», 
«palan 
ləvazimatı», 
şirəpust  «şirələmək  üçün  dəri», 
zuhunbəbəy  «turşəng»,  divorçü  «çətir»  (evin  möhkəmliyi üçün 
hər  metrdən  bir  hörülən  barı),  əməyəruz  «əməkgünü», 
sanqbəndi  «küçə,  həyət  döşəməsi»,  sərvar  «yüküstü», 
şalgərdən «şərf», çirəxak «doşab şirəsi» və s. 
2) sifət + isim modeli 
Kələmay//kələmö  «böyük ana, nənə»,  kələpiyar//kələpiyər 
«baba»,  kələmi//kələmu  «böyük  əmi»,  çöyrəsim//cöyrəçüm 
«göygöz», 
siyə(h)çüm 
«qaragöz», 
isbirış//çubirış(g
«ağsaqqal»,  siya(h)tüm//siyə(h)tum  «qara  toxum»,  çolanun 
«mayasız 
çörək», 
kələsər 
«başçı, 
erkək 
arı», 
zərdəçulə//zərdəkülə  «sarıkök»,  isbimijə  «çobanyastığı»  (isbi 
«ağ»  +  mijə  «kiprik»),  korsünimpur  «yarıdolu  çəkic», 
kələkörsü  «böyük  çəkic»,  nuqbəhər//nügbəhər  «nübar»  (təzə 
bar),  ruğannanun  «yağlı  çörək,  fəsəli»,  xoraduhun  «çəkic 
növü», 
pirzan//pirzən 
«qoca  qarı,  ağbirçək»,  pirmərd 
«ağsaqqal», zərdəov//zərdəö «sarısu» (kəsilmiş pendirdən axan 
su) və s. 
3)  Say+isim  modeli.  Bu  növ  mürəkkəb  sözlərin  birinci 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
148 
148 
tərkib  hissəsi  saylardan  ibarət  olur.  Məs:  çarpa//çorpö 
«dördayaq»  (lavaş  yaymaqdan  ötrü  istifadə  olunan  taxta  alət), 
çorsundum 
«dördzindanlı», 
haf(t)moha//həf(t)maha 
«yeddiaylıq»  (uşaq),  paysola  «beşillik»,  saruza//səruzə 
«üçgünlük»,  çəşənbi  «çərşənbə»,  çobəgird  «dörd  tərəf,  hər 
tərəf,  hər  yan»,  dühəm  «ikilikdə»,  «birlikdə»,  səlüngə 
«üçayaqlı» və s. 
4)  Əvəzlik+isim  modeli.  Bu  növ  mürəkkəb  sözlərin 
yaranmasında  birinci  tərkib  hissəsi  əvəzliklərdən  ibarət  olur. 
Məs.: imşö//imşov  «bu gecə», unruz//uruz  «o gün», unca «ora» 
unyekin//uyetkin «o birisi» və s. 
5) isim+fel modeli. Bura aşağıdakı sözləri aid etmək olar: 
işqəməburi//şagaməburi  «qarınağrısı»,  ruzavokin  «orucaçdı», 
aşpəlo//oşpəlö 
«aşsüzən», 
qeytonbof 
«qaytantoxuyan 
(dəzgah)»,  duhungır  «xalçanın  ağzını  bağlayan  alət»  (duhun 
«ağız» + gir «tutma»), sinəgiri «nəfəstutulma», taxtavəy «yunu 
telləndirən  alət»,  hinərəbun  «xınayaxdı»  (hinə  «xına»,  bun 
buriran  «yaxmaq»  felindən),  gülləbur  «gülləkəsən  (alət)», 
gödüş  «ikiqulplu  sərnic»,  anquşdərin//əngiş(t)dərin  «üzük», 
dəstgir  «əl  tutan,  tutacaq»,  duhunvər  «əkinin  ortasından 
biçilmiş  zolaq»,  əssuvar  «atlı,  atlanmış»,  giyozən  «otçalan 
alət»,  «oraq»,  qilinkoş  «kartofəkən»,  qılınfürüş  «kartofsatan», 
leşzan 
«dəri 
təmizləyən 
alət», 
«dəryaz», 
məmə-
daraqar//məmədoragor  «südverən»,  məməxar  «südəmər», 
mıxkeş  «mıx  çıxaran  (çəkən)  alət»,  nundarəqar//nundoragor 
«çörəkverən», 
anqurvəçin//əngürvəçin 
«üzümdərən», 
nağıldun//nağüldust «nağılbaz» və s.  
6)  «isim+zərf»  modeli.  sərbənüşvə//çərzimi  «üzüaşağı, 
eniş», sərvaz//sərvoz «başıaçıq» və s. 
7)  «zərf+fel»  modeli.  püşogir  «önlük»,  «döşlük», 
qedunum «çoxbilmiş» və s. 
8) 
«zərf+isim» 
modeli. 
şirşe(y)  «alt  köynəyi», 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə