Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
143 
143 
-sız,  -siz.  Azərbaycan  dilindən  keçən  bu  şəkilçi  isim  və 
sifətlərə qoşularaq, inkar məzmunlu sifətlər əmələ gətirir. Məs: 
dandunsız  «dişsiz»,  kələhsiz  «böyüksüz»,  nunsız  «çörəksiz», 
piyərsiz  «atasız»,  aftosız  «günəşsiz»,  elsiz  «uşaqsız»  (155,  20; 
219,  443).  Misal:  Bə  xudosız  gö  biniş,  bə  kələhsiz  gö  məniş 
(Atalar sözü) «Allahsız yerdə otur, böyüksüz yerdə oturma». 
Digər  tat  ləhcələrində  bu  şəkilçinin  -süz  variantı  işlənir: 
nümüksüz «duzsuz», əyalsüz «uşaqsız» və s. 
-una.  Bu  şəkilçi  vasitəsilə  isim  və  sifətlərdən  tərzi-
hərəkət  zərfləri  düzəlir.  Məs.:  buroruna  «qardaşyana», 
xuvaruna «bacıkimi», kasibuna «kasıbyana» və s. 
-una  şəkilçisi  Azərbaycan  dilində  zərf  düzəldən  -casına 
şəkilçisinə uyğun gəlir. 
Qeyd  etmək  lazımdır  ki,  -una  şəkilçisi  omonim 
şəkilçisidir.  Bu  şəkilçi  adlardan  ad  düzəldir.  Məs..:  eluna 
«uşağa  aid  olan»,  ərüsuna  «gəlinə  aid  olan»,  zanuna  «qadına 
aid  olan»,  mərduna  «kişiyə  aid  olan»  və  s.  (həmçinin  yuxarı 
bax). 
-çi+gəri şəkilçisi. Əsasən, alınma sözlərə əlavə olunaraq, 
peşə, sənət, məşğuliyyət bildirən sözlər əmələ gətirir. Məsələn: 
alverçigəri  «alverçilik»,  başçıgəri  «başçılıq»,  bustunçigəri 
«bostançılıq»,  bühtunçigəri  «böhtançılıq»,  dəbboğçigəri 
«dabbaqçılıq». 
Bu  şəkilçi  Azərbaycan  dilində  olan  -çılıq  şəkilçisinə 
uyğun gəlir. 
-lıq,  -lik,  -luq,  -lük  şəkilçisi.  Bu  şəkilçi  Azərbaycan 
dilindən alınma olub, olduqca müxtəlif mənalı sözlərin gəlməsi 
ilə  müşayiət  olunur.  Tat  dilində  bunların  yalnız  bəzilərini 
görürük.  Məsələn:  ataşluq  «nəyi  isə  yandırmaq  üçün  yer», 
dədəliy «öğey ata», dəndəlik «fıstıqlıq». 
-ən  şəkilçisi.  Qeyri  məhsuldar  şəkilçi  olub,  adlar 
düzəldir.  Məs:  dərzən  «iynə»  (dərz  «tikiş»  sözündən);  zənən 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
144 
144 
«qadın». 
Bu  şəkilçi  digər  İran  dillərində  müxtəlif  fonetik 
variantlarda:  ir.  –  ana,  əfqan.  -an,  -ən  (azən  «tikanlı»,  buyən 
«iyli»)  (180,  149),  osetin.  –  əen  (bəendəen  «ip»)  (203,  636), 
orta  fars.  -an  (Ohrmazdan  «Urmuzdlu»)  (266,  73),  soq.  -an 
(arfzangan «çoxsaylı») (219, 436) şəklində işlənir. 
-stun şəkilçisi. Bu şəkilçi isimlərə əlavə olunaraq, məkan 
məzmunlu  sözlər  əmələ  gətirir:  Gülüstun 
«Gülüstan», 
qəbristun «qəbiristan», Qırqızıstun «Qırğızıstan». 
Digər İran dillərindən qədim fars dili və Avestada -stana
parf.  -stan,  -estan  şəklində  işlənir  (-stan,  -ustun)  və  s.  (282, 
77). 
-ca/-cə  şəkilçisi  vasitəsilə  işarə  əvəzliklərindən  yer 
zərfləri düzəlir. Məs.: incə «bura», unca «ora» və s.  
İran  dillərində  sözdüzəltmədə  iştirak  edən  sözdüzəldici 
sonşəkilçilərin  müəyyən  qismi  müstəqil  mənalı  sözlərin 
tədricən  sözdüzəltmə  formantına  çevrilməsi  nəticəsində  əmələ 
gəlmişdir.  
Tat 
dilində 
düzəltmə 
sözlərin 
əmələ  gəlməsində 
prefikslərdən  (önşəkilçilər)  də  istifadə  olunur.  Prefiks  və  ya 
önqoşmalarının  artırılması  yolu  ilə  yaranan  sözləri  nəzərdən 
keçirək.  
ə  önqoşması  vasitəsilə  yaranan  sözlər.  Məs.:  ə  dürü 
«yalandan»,  ə  bici  «biclikdən»,  ə  bilindi  «hündürlükdən»,  ə 
pişinə «günortadan», ə xubi «yaxşılıqdan» və s. 
  önqoşması  vasitəsilə  yaranan  sözlər.  Məs.:  bə  püşö 
«irəlidə,  qabaqda»,  bə  pişt  «arxada»,  bə  homin  «yayda»,  bə 
poriz «payızda», bə xiniki «soyuqda» və s. 
ve  önqoşması  vasitəsilə  yaranan  sözlər.  Məs.:  ve  xubi 
«yaxşılıqla»,  ve  züyi  «tezliklə»,  ve  həloli  «halallıqla»,  ve 
qəhrəmoni  «qəhrəmanlıqla»,  ve  nəzdiki  «yaxınlıqla»,  ve 
qohuməti  «qohumluqla»,  ve  zihri  «zorla,  güclə»,  ve  zərofəti 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
145 
145 
«zarafatla» və s. 
-va/-ve/-və/-vo  önqoşması  vasitəsilə  əmələ  gələn  sözlər. 
Məs.:  vaçarxıstan  «fırlanmaq»,  vədoran  «itələmək»,  vəçiran 
«yığmaq»,  vərmoran  «qalxmaq»,  vəşmərdan  «söymək», 
vobərdan  «yaymaq, açmaq»,  vomundan  «yorulmaq»,  vəşundan 
«yamamaq, qaytarmaq», vodoştan «götürmək» və s. 
-da/-də/-dü  önqoşması  ilə  əmələ  gələn  sözlər.  Məs.: 
dabastan  «yapmaq»,  damundan  «basmaq»,  daraftan  «daxil 
olmaq»,  daxsundan  «islatmaq»,  dənohran  «salmaq»,  dəhiştan 
«girişmək», «bünövrəsini qoymaq», düşundan «qaynatmaq». 
fin-/fu-  prefiksi  ilə  əmələ  gələn  sözlər.  Məs.:  fidoştan 
«işlətmək», 
firmoran 
«enmək, 
düşmək», 
firmundan 
«aldatmaq», fiqərundan «dağıtmaq», furuxtan «satmaq» və s. 
bi-  Bu  önşəkilçi  isimlərə  qoşularaq, 
əlamət  və 
keyfiyyətin  yoxluğunu  bildirən  sifət  əmələ  gətirir.  Məs.: 
binəhrə «ayaqyalın», bisavad «savadsız», bihisab «bihesab». 
Qədim  İran  dillərinə  aid  edilən  önşəkilçilərindən  a-,  an-, 
hu-,  duş-,  yeni  İran  dilləri  dövründə  feli  önşəkilçilərdən  a-, 
fra-, gü-, vi-, pati-, orta İran dilləri dövrünün əvvələrində artıq 
istifadə  edilməmişdir  (305,  74).  Bu  fikri  V.S.Rastorquyeva  da 
qeyd etmişdir (265, 67). 
Tat  dilində  alınma  şəkilçilər  də  sözdüzəltmədə  iştirak 
edir  və  yeni  sözlər  əmələ  gətirir.  Azərbaycan  dilindən  tat 
dilinə  daxil  olan  morfem  və  leksemlər  də  dilin  özünə  məxsus 
qrammatik  vahidlərlə  yanaşı  söz  yaradıcılığında  mühüm  rol 
oynayır.  Tat  dilində  onlardan  həm  morfoloji  (alınma 
morfemlərdən),  həm  də  sintaktik  (alınma  leksemlərdən)  yolla 
sözlərin yaradılmasında geniş istifadə olunur. 
«Aydındır  ki,  şəkilçilər  öz-özlüyündə  abstrakt  bir 
mahiyyət  daşıyan  ünsürlərdən  ibarət  olduğu  üçün,  söz 
vahidləri  kimi  bir  dildən  başqa  dilə  sərbəst  bir  şəkildə  keçə 
bilməz. Sözlərlə birlikdə keçən şəkilçilərin bəziləri isə yad dilə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə