Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
104 
104 
«yenə»;  gində  –  «qalın»;  «kündə»;  cira  –  «ayrı»;  «qışqırtı»; 
bun  –  «o»  (işarə  əvəzliyi);  «dam»;  asi  biran//osi  birən  – 
«darıxmaq»;  «əsəbiləşmək»;  par  –  «qanad»;  «uzan»; 
pəşmun//peşmun  –  «yun  paltar»;  «peşiman»;  zan//zən  – 
«qadın»; «vur»; pay//poy//pö – «ayaq»; «dayan»; xun – «qan»; 
«oxu»  (əmr  şəkli);  çel//çıl  –  «xal»;  «qırx»;  tö  –  «tay»,  «tay-
bərabər»; metalın qızdırılıb soyudulması prosesi; pur – «dolu»; 
«kök»;  kələsər –  «yekəbaş»;  «ana  arı»;  izim  –  «odun»;  «indi»; 
vənoran  –  «bişirmək»;  «qalamaq»  (ocaq);  müri  –  «muncuq»; 
«çiyələk»;  zəran//zərən  –  «vurmaq»,  «qırxmaq»;  «qatıq 
çalmaq»; kəş – «hündürlük», «təpə»; «çək»; pişin – «günorta»; 
«sağ  ol»;  kəmə  –  «təzək»;  «qatır  çirk»;  kösə  –  «dənli  bitki 
üçün  ölçü  vahidi»;  «çömçə»;    məsən  –  «bülöv»;  «et»  (əmr 
forması); muqei – «yumşaq»; «qapaz»; çığ saxtən//çığ soxtan – 
«parçalamaq»,  «kəsmək»;  «qovurmaq»;  kəm  –  «az»;  «xəlbir»; 
cihin  –  «arpa  cadı»;  «xırman»;  dəstgir  –  «tutacaq»; 
«köməkçi»; fidoştan – «işlətmək»; «uşağı çiş tutmaq»; cirangə 
–  «salxım»;  «paslanmaq»,  tarsi//tərsi  –  «qorxu»;  «tərslik»; 
zindan//zindon  –  «zindan»,  «həbsxana»;  zindan  (dəmirçi 
aləti)
*
tan//tən – «insan və heyvan bədəninin bir üzvü, qadının 
aşağı  hissəsi  (cinsiyyət  aləti)  (137,  83);  «yan»,  «ətraf»; 
kar//kor  –  «iş»,  «fəaliyyət»;  «kar»  (qulağı  eşitməyən);  zərdi  – 
«yumurta  sarısı»;  «sarılıq»  (xəstəlik  adı);  nühəvar  –  «yayan»; 
«yelləncək»;  dəzərən//dəziran  –  «sancmaq  (gülü və  ya sancağı 
yaxaya  taxmaq)»;  «vurmaq»;  ləpə  –  «ləpəli  bitkilərin  içi», 
«ləpə», «kiçik dalğa» və s. 
2.  Tat  dilində  omonimlərin  digər  qrupu  bilavasitə  tat 
dilinə  məxsus  leksik  vahidlərlə  alınma  sözlərin  hesabına 
yaranır.  Bu  tipli  omonimik  cərgədə  alınma  sözlərin 
əksəriyyətini Azərbaycan sözləri təşkil edir. Məsələn: ağo//ağu 
–  «zəhər»,  «ağu»;  «yasda  oxunan  mərsiyə»;  arağ//ərağ  – 
«tər»;  «araq»;  bürünc//birinc  –  «düyü  (<  əski  az.  pirin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
105 
105 
«düyü)»;  «bürünc»  (metal);  bağ//boğ  –  «bağ»,  «bağça»; 
«qurbağa»; xarə//xora – «parça növü», «xara»; «güvə»; şiriş – 
«yapışqan»;  «yoğur»  (felinin  kökü);  bağır//bağir  –  «köks», 
«sinə» (ağ); «özgə», «ayrı» (< begey) və s. 
Tat sözü ilə  Azərbaycan dilindən alınma sözlərdən əmələ 
gəlmiş  omonimlik  ikinci  sözün  fonetik  dəyişikliyə  uğraması 
nəticəsində  meydana  çıxır.  Məs:  ələ  «hin»  –  ələ  «alaq» 
(<alaq). 
Omonim  sözlərin  bir  hissəsi  tat  və  digər  dillərdən 
alınmalar  hesabına  yaranır.  Məs.:  moy  «ana»  –  moy  («may ayı»; soya «arı səbəti» – soya paxlalı bitki adı və s. 
3. Alınma sözlər hesabına yaranan omonimlər 
Bunlar da öz növbəsində aşağıdakı qruplara bölünür: 
a)  Həm  Azərbaycan,  həm  də  tat  dilində  omonim  kimi 
işlənən sözlər. Bu tipli sözlərin bir qismi  ərəb, fars və Avropa 
dillərindən Azərbaycan dilinə  keçmiş, onların omonimləşməsi, 
fikrimizcə,  alınma  prosesi  üçün  vasitəçi  olan  Azərbaycan 
dilində  baş  vermişdir:  qələm  –  «yazı  ləvazimatı»;  «calaq 
edilmiş ağac»; divan//divon – «mebel növü»; «məhkəmə»; dəm 
–  «an»;  «plov  dəmi»;  mal  –  «əmlak»;  «satılmaq  üçün  bazara 
çıxarılan  əşya»;    hava//havo  –  «hava»;  «musiqi  havası»; 
zar//zər  –  «qızıl»;  «nərd  zəri»;  tam  –  «bütöv»;  «dad»;  gürzə  – 
«ilan»;  «xəmiraşı»;  ayal//əyal  –  «həyat  yoldaşı»;  «uşaq, 
övlad»;  binə  –  «ev»;  «özül»,  «təməl»;  Mars  –  «planet  adı»; 
«mars» (nərd termini) və s. 
b)  Bu  qrupa  daxil  olan  omonim  cərgənin  tərkib 
hissələrindən  birini  Azərbaycan  dilindən  alınma  söz  təşkil 
edir:  ağıl//ağl  –  «ağıl»;  «ağıl»  (mal-qara  saxlanılan  yer); 
aşığ//aşuğ  –  «aşıq»;  «topuqda  sümük»;  qaz  –  «qaz»  (yanar 
kimyəvi maddə); «qaz» (quş adı) və s. 
c)  Eyni  qrupa  aid  omonimik  cərgədə  bəzən  hər  iki  söz 
Azərbaycan  mənşəli  alınmalardan  ibarət  olur.  Məs.:  tup  – 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
106 
106 
«silah növü»,  «top»;  top  (oyun  aləti);  kuk//kük  –  «kök»;  «ağac 
kökü»;  ara  –  «məsafə»;  «münasibət»;  yazı//yazi  –  «yazı»; 
«çöl», «səhra»; çapundan – «yal»; «yalman» və s. 
4.  Müxtəlif  mənalı  və  quruluşlu  alınma  sözlərin  tat 
dilində fonetik assimilyasiya nəticəsində formaca dəyişməsi ilə 
yaranan  omonimlər:  küpük  –  «köpük»;  «qəpik»;  furmə  – 
«ferma»;  «forma»;  ğəbz  –  «qəbz»;  «mədə-bağırsaq  xəstəliyi»; 
şutka – «diş fırçası»; «sayğac» (şotka) və s. (155, 23). 
Tat  dilində  omonimlik  hadisəsi  daha  çox  leksik  yolla 
inkişaf  etmişdir.  Hazırda  bu  yolla  omonim  cərgələrin 
formalaşmasında  çoxmənalılıq,  alınma  sözlər  və  fonetik 
dəyişmələrlə bağlı proseslər daha aktiv rol oynayır.  
 
Tat dilində sinonimlər. 
 
  Tat  dilinin  lüğət  tərkibi  leksik-semantik  söz  qrupları  ilə 
zəngindir.  Bunların  arasında  sinonimlər  xüsusi  yer  tutur. 
Sinonimləri  gerçəkliyin  eyni  əşya,  hadisə,  əlamət  və  ya 
hərəkəti  ilə  bağlı  olan,  lakin  müxtəlif  şəkillərdə  adlandırılan 
semasioloji  hadisə  kimi  təyin  edirlər  (39;  34;  64).  Fikrin  ifadə 
formalarının  zənginləşməsində,  dilin  məna  potensialının 
genişlənməsində, habelə, müxtəlif  üslubi  çalarların  yaradılma-
sında  sinonimlərin  əvəzsiz  rolu  var.  Məna  ümumiliyinə  və 
üslubi  çalarlara  malik  olması  sinonimləri  başqa  semantik  söz 
qruplarından  fərqləndirən  əsas  əlamətlərdir.  Bütövlükdə, 
sinonimlik  hadisəsi  dildə  ayrı-ayrı  sözlərin  leksik  mənaları 
arasında  semantik  əlaqələri  müəyyən  edir,  məna  yükünün 
müxtəlif  leksik  vahidlər  vasitəsilə  ifadəsini  təmin  edir. 
Sinonimlər  eyni  bir  məhfumla  bağlı  olduğundan,  dildə  ifadə 
rəngarəngliyi  yaradır,  eyni  anlayışın  müxtəlif  çalarlarını 
nümayiş  etdirməyə  imkan  verir.  Sözlər  arasındakı  assosiativ 
əlaqənin  xarakterindən  və  leksik  vahidlərin  mənasının 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə