Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
89 
89 
Çoxmənalılıq  hadisəsinə  əsaslanaraq,  müəyyən  konkret 
dilin 
leksik 
zənginliyi 
haqqında  mülahizə  söyləmək 
mümkündür.  Bu  leksik-semantik  hadisə  çox  vaxt  sözün 
işlənmə  dairəsinin  genişlənməsi  ilə  yaranan  prosesdir  (99, 
146).  Çoxmənalılıq  tədricən  baş  verir.  Yəni,  söz  əvvəl  bir 
mənaya  malik  olur.  Lakin  zaman  keçdikcə  müxtəlif  səbəblər 
nəticəsində  söz  yeni  mənalar  qazanır.  Bu  cəhət  bütün  sözlərə 
aid  deyil.  Sözlərin  yalnız  müəyyən  bir  qisminə  çoxmənalılıq 
xasdır. Leksik vahidlərin məzmun planı ilə ifadə planı arasında 
birbaşa  əlaqə  yoxdur.  Başqa  sözlə  desək,  məzmun  və  ifadə 
forması arasında müvafiqlik axtarmaq düzgün deyil. Söz tarixi 
inkişaf  prosesində  çoxmənalılıq  kəsb  edir.  Çoxmənalı  sözün 
bütün  mənaları  ümumi  semantik  əsasa  malik  olur:  bu 
mənaların  hamısı  bir  leksemin  tərkibinə  daxil  olur… 
Çoxmənalılıqda  söz  həqiqi  və  məcazi  mənaya  malik  olur. 
Sözün  həqiqi  mənası  bilavasitə  əşyaya  yönəldilmiş  olur. 
Həqiqi  məna  motivləşmiş  və  motivləşməmiş  ola  bilər  (140, 
303). 
Çoxmənalı  sözlərin  əsas  və  sonrakı  mənalarını  təyin 
etmək üçün onların mənaları arasındakı oxşar və fərqli cəhətlər 
müəyyənləşdirilir.  Bu  zaman  sözün  ifadə  etdiyi  məfhumların 
zaman  baxımından  daha  əvvəl  və  daha  sonrakı  olması  da 
nəzərə alınır. 
«Ümumi  məna  sözdəki  bütün  mənaları  ehtiva  edir.  Bu 
ümumi  və  zəruri  məna  xüsusi  və  təsadüfi  mənalara  qarşı 
qoyulur.  Çoxmənalı  sözün  bütün  mənaları  məhz  bu  ümumi 
məna  zəminində  birləşib,  bir-biri  ilə  əlaqələnir.  Sözün  ümumi 
mənası  onun  bütün  işlənmə  məqamlarında  sabit,  dəyişməz 
qalır.  Bu  mənaya  «semantik  invariant»  demək  mümkündür. 
Ümumi məna sözün nüvəsini təşkil edir (140, 304). 
Anqul//ənqul.  Tat  dilində  anqul//ənqul  sözünün  üç 
mənası  qeydə  alınır:  1)  yumru  sarılmış  ip,  sap;  2)  düyün;  3) 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
90 
90 
boxça. Bu üç məna arasında ümumi mənanı tapmağa çalışaq və 
mümkün  əlaqəni  aydınlaşdıraq.  Ümumi  məna  çox  vaxt  ilkin, 
yeni  sözün  əldə  etdiyi  digər  mənalar  əlavə,  ikinci  məna  olur. 
Yəni,  sözün  əldə  etdiyi  digər  mənalar  ilkin  mənadan  inkişaf 
edir.  Belə  olan  halda,  «yumru  sarılmış  ip»,  «boxça» 
realiyalarının  tarixən  düyün  məfhumundan  sonralar  yaranması 
heç  bir  şübhə  doğurmur.  Deməli,  çoxmənalı  sözün  mənalar 
cərgəsində  birinci  yerdə  «düyün»  mənası  durur.  Bu,  ilkin 
mənadır.  Düyün  iki  və  daha  artıq  ilmək  yeri,  bir-birinə 
bağlanmasından  əmələ  gələn  yumru  ilmək  yeri,  habelə  ipin 
özünün  ilmək  halına  salınmış  yeridir.  Təbii  ki,  daha  qədim 
dövr  nəzərə  alınarsa,  ipin  yaxud  sapın  düyünlənməsindən 
alınan  ilgək  yeri  mənasını  da  bir  kənara  qoymaq  lazım  gəlir. 
Yəni, düyün sözü sapın, ipin, kəndirin hazırlanmasından alınan 
«ilgək  yeri»  mənasını  da  bir  kənara qoymaq lazım  gəlir.  Yəni, 
düyün  sözü  sapın,  ipin,  kəndirin  hazırlanmasından  əvvələ 
təsadüf  edəcəkdir.  Düyün  sözünün  semantikasında  müxtəlif 
şeylərin (xüsusi halda iplərin) bir-birinə ilişməsi, birləşməsi və 
bu birləşmə, ilişmə yeri haqqında informasiya var. 
Düyün  sözünun  Azərbaycan  dilindəki  düymək  feli  ilə 
bağlılığı  vardır.  Bu  felin  kökü  «düy»dur.  Düymək  felinin 
məcazi mənası «bağlamaq, calamaq»dır. 
İran  dillərində  düyün  sözünün  daha  geniş  yayılmış 
variantı  gir  köklüdür.  Bu  kök  «yumruluq»,  «dəyirmilik», 
«topalıq»,  «girdəlik»  semlərini  daşıyır.  İran  dillərində  ağacın 
gövdəsindəki budaqların çıxdıqları yer də anqul//anqıl adlanır. 
Eyni  yerdən  çıxan  budaqların  sayı  çox  olduqda  düyün  daha 
möhkəm,  qarışıq  və  topa  olur.  Çoxlu  sayda  ipin  bağlanması 
zamanı  da  eyni  hal  müşahidə  edilir.  Buradan  belə  nəticə 
çıxarmaq  olar  ki,  anqul  sözünün  əsas  mənası  düyün,  düyün 
yerinin  topalığı,  yumruluğu  və  düyündə  çoxelementlilikdir 
(məs. iplər). 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
91 
91 
Anqul  yumru  şəkildə  sarılmış  ipə  də  deyilir.  Bu  məna 
düyün  sözünün  əsas  mənasından  irəli  gəlir.  Uzun  ipi  bir  yerə 
toplamaq,  yumrulamaq,  bağlamaqdan  alınan  yeni  məfhuma 
düyünlə  oxşar  cəhətlərinə  görə  bu  ad  verilmişdir.  Bu  adın 
verilməsində  məhz  sapın  sarınmasının  da  rolu  var.  Təsadüfi 
deyil  ki,  düyün  sözünü  izah  edərkən  ipin,  sapın  bir-birinə 
calanması əsas götürülür. 
Boxça  dördkünc  və  ya  düzbucaqlı  şəklində  parçanın 
üstünə müəyyən şeyləri topladıqdan sonra onun çarpaz uclarını 
bir-birinə  düyünləməklə alınan şeydir.  («Boxça.  İçinə dəyişək, 
parça  və  s.  qoyulub  bükülmüş  bağlama»)  (ADİL,  I,  298). 
Deməli,  boxça  son  düyünləmə  prosesində  əldə  olunduğu  üçün 
ona  da  «anqul»  adı  verilmişdir.  Puştu  dilində  düyün  sözünün 
bir  mənası  kimi  buğça,  boxça  da  verilmişdir  (RPDS,  705). 
Aparılmış təhlil göstərir ki, tat dilində anqul çoxmənalı sözdür. 
Onun  hər  üç  mənası  arasında  əlaqə  var.  Talış  dilində  quruyub 
bərkimiş torpaq parçasına (kəsək) anqülü deyilir (225, 40).  Bu 
söz də eyni əsasdan yaranmışdır. 
Tat  dilindəki  vəşundan  sözünün  «yaymaq,  açmaq 
(xəmiri)»;  «qaytarmaq  (qusmaq)»;  «yunu  açmaq,  daramaq» 
mənaları  var.  Vəşundan  çoxmənalı  sözdür.  Sözün  birinci  və 
üçüncü  mənaları  arasındakı  əlaqə  aydın  görünür.  Burada  topa 
şəklində  olan  şeyi  yaymaq,  topanı  ayırmaq  mənası  əsasdır. 
Əlbəttə,  xəmiri  yaymaq  «kündəni  yastılamaq»  anlamını  da 
verir.  Lakin  əsas  məna  məhz  «açmaq»,  «yaymaq»  və 
«təmizləmək»dir.  «Qusmaq»  mənasının  qeyd  olunan  ümumi 
məna  ilə  bağlılığını  aydınlaşdırmaq  bir  qədər  çətindir.  Yunu 
açmaq, daramaq prosesinin təmizləmə xüsusiyyəti var. Darama 
və  açmada  artıq  şeylər,  zir-zibil  yundan  çıxarılır.  Qusmaq  da 
orqanizmdə  olan  zərərli  maddələrin  xaric  edilməsi  prosesidir. 
Fikrimizcə,  qeyd  olunan  mənalararası  bağlılığı  bununla  izah 
etmək mümkündür. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə