Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
113 
113 
qırmac//tatari  «şallaq»; sifətlər: subi//bəyoz  «ağ»,  büjlə//xırda 
«balaca, 
xırda», 
siyah//taruk 
«qaranlıq»; 
fellər: 
quşdaştən//quşvakandən «qulaq asmaq», voləndən//ruşundoran 
«göstərmək»; 
zərf: 
virizə-viriz//döhədöh 
«qaçaqaç», 
ve 
avozi//yavoşlə «astaca», «yavaşca» və s. 
Sinonimlərdə 
eynifunksiyalılıq  nominativ  funksiya 
ümumiliyi  ilə  əlaqədardır.  Sinonim  cərgənin  üzvləri  eyni 
nominativ  funksiya  daşımalıdır.  Əgər  sinonim  cərgənin  əsas 
üzvü  əşyanın  əlamətini  bildirib,  təyin  vəzifəsində  çıxış  edirsə, 
o biri üzvləri də həmin mənada işlənməlidir. 
Çoxmənalı  sözün  bir  mənası  sinonim  cərgədə  əsas  olur, 
digər  sinonim  cərgələrdə  isə  başqa  sözlər  üçün  məna  çalarlığı 
və üslubi fərqlər yarada bilir. 
Potensial  birləşmələrdə  mənaca  bir-birinə  yaxın  olan 
sözlər  leksik-semantik  söz  qrupları  yaradır.  Leksik-semantik 
söz  qrupları  konseptual  sahə  (qarşılıqlı  əlaqədə  olan 
məfhumlar) əmələ gətirir. Bir konseptual sahədə mənaca yaxın 
olan sözlərin hamısı sinonim olmur. 
Sinonimlərin  əmələ  gəlməsinə  münasibət  bildirərkən 
aşağıdakı yollarla yaranma qeyd olunur: 1) çoxmənalı sözlərin 
mənalarından  birinin  həmin  mənanı  ifadə  edən  başqa  bir  sözə 
uyğun gəlməsi; 2) sinonimlərdə mənanın birinin həmin mənanı 
ifadə edən digər bir sözə uyğun gəlməsi; 3) yeni söz düzəltmək 
yolu  ilə; 4) mürəkkəb  sözlər  yolu  ilə; 5)  frazeoloji birləşmələr 
yolu  ilə;  6)  başqa  dillərdən  sözlər  almaq  yolu  ilə;  7) 
evfemizmlə  əlaqədar  əmələ  gələn  sinonimlər  (evfemizm 
sinonimlərin  törəmə  mənbəyi  deyil,  onların  əmələgəlmə 
yollarından  biridir);  8)  kakofemizmlər  yolu  ilə  sinonimlərin 
əmələ  gəlməsi  (kakofemizmlər  evfemizmin  əksidir.  Bunlar 
müəyyən  mənanı  vulqar,  kobud  şəkildə  ifadə  etməkdir:  qoca-
kaftar); 9) emosional-ekspressiv sözlər hesabına» (104, 18). 
Dünya dillərində sinonimlik universal hadisə sayılsa da, bu 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
114 
114 
semasioloji  kateqoriyanın  meydana  çıxmasında  hər  bir  dilin 
özünəməxsus  qanunauyğunluğu  var.  Tat  dilində  sinonimlərin 
yaranmasında  bir  neçə  mənbə  xüsusi  rola  malikdir.  Tat  dili 
ləhcələrinin  müxtəlif  areallara  səpələnməsi  tarixən  bu  dildə 
mövcud  olmuş  müxtəlif  çeşidli  ifadə  vasitələrinin  qorunub 
saxlanmasında,  qədim  leksik  vahidlərlə  nisbətən  yeni  sayıla 
bilən  sözlərin  arasındakı  semantik  yaxınlıq  əsasında  sinonim 
cərgələrin  yaranmasında  mühüm  amil  kimi  çıxış  edir.  Bu  həm 
də  bir  məna  qrupunu  təşkil  edən  sinonim  cərgənin  tərkib 
hissələrinin  mənşəcə  müxtəlifliyini  də  şərtləndirir.  Buna  görə 
də tat dilinin ayrı-ayrı ləhcələrində eyni sinonim cərgəni təşkil 
edən sözlərin miqdarı artıb-azala bilir. Bunları nəzərə almaqla, 
tat  dilindəki  sinonimləri  aşağıdakı  şəkildə  qruplaşdırmaq 
mümkündür: 
 
Müxtəlif  tat  ləhcələrində  olan  sözlər  əsasında 
yaranan sinonimlik.  
 
Bu  qrupa  daxil  olan  leksik  vahidlər  bir  çox  hallarda  tat 
dilinin  və  ümumən  İran  dillərinin  qədim  inkişaf  dövrünü  əks 
etdirir.  Həmin  sözlərin  tat  ləhcələrində  qorunub  saxlanması, 
müəyyən  mənada  bu  dilin  ləhcələri  arasında  tarixi  bağları 
bərpa  etməyə  imkan  verir.  Məsələn:  xima//sov  «kuzə»; 
ardava//qındi  «sıyıq»;  çıx//sürvə  «öskürək»;  çarpa//nühəvar 
«lavaş  yaymaq  üçün  istifadə  olunan  alət».  Həmin  sözlərin 
növləri 
maraqlıdır: 
çarpa 
(«dördayaq»), 
nühəvar 
(«çörəkyayan»).  Müq.  et:  azərb.  dial.  yayacaq  (eyni  mənada 
Quba  ləhcəsində  geniş  işlənir);  birəg  (Qoy).
*
  //  tırkəmə 
(Həfts).
**
  //  kukrum  «ildırım»  (Xızı,  Quba);  əvərsi//kürmüri 
«ardıc»;  hillə//binəguşu  «sillə,  şapalaq»;  (müq.  et:  azərb.  dan. 
qulaqburması); asbandak//zangu «üzəngi» və s. 
Məəsiyə//öüsinə//qissə  «nağıl,  hekayə».  Həmin  sinonim 
cərgəsinə  daxil  olan  sözlərin  münasibəti  məhz  eyni  məfhumla 
əlaqələri  ilə  bağlıdır.  Sinonim  cərgənin  hər  bir  ünsürü  nağıl 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
115 
115 
edilmiş,  danışılmış  və  ya  yazılmış  müəyyən  əhvalatla  bağlı 
olan kiçik həcmli əsəri bildirir.  Bunlardan  «qissə» ədəbi ənənə 
ilə əlaqədardır.  
Loxşur//qabşur//qəmqal «qabyuyan parça» (əslində ağac 
qabığından  hazırlanır);  Qəloğ//vərə  «qarğa»;  Qırmac//tatari 
«şallaq»; 
Qıryov//ləysən 
«dəryaz»; 
Əkinçigəri//rəncbəri 
«əkinçilik»;  Handalu//fufalı//futolu  «əvəlik»;  Paylimə//silim, 
sülüm  «nərdivan»;  Dalde//saye,  soye  «kölgə»;  Ustum//kiləstun 
«ərsin»; 
Xavəndən//malustən, 
molustan 
«övkələmək»; 
Külüm//işqəmbə  «yelin»  (qarın);  Luq  (luqa)//ləlu  «beşik, 
nənni»; 
Qartanqa//olıxçuluğ 
«yuyən»; 
Soğum//ustuxun 
«sümük»;  Qəlqələpit//quşlüyə//şögərd  «yarasa»;  Qilin//yer 
alması//qərtof  «kartof»;  Virizəviriz//döhədöh  «qaçaqaç»; 
Usta(n)//dicuni «ikicanlı, hamilə». 
 
 
Alınma sözlər hesabına yaranan sinonimlər.  
 
 
Bu  qrupa  daxil  olan  sinonim  sözlər  mənşəcə  müxtəlif 
dillərə  aiddir.  Bununla  belə,  həmin  sözlərin  əksəriyyətini 
Azərbaycan  dilindən  alınmalar  təşkil  edir.  Məsələn:  Kəlah, 
kələh//diricd//pəzəvəng  «böyük,  iri,  pəzəvəng».  Avesta  dilində 
bu  söz  «pəzə»  formasında  «yekəpər»  anlamında  qeydə 
alınmışdır;  Büjlə//xırda//dıqqılı  «balaca,  xırda,  dıqqılı»;  Xari, 
xori//zimin  «yer»;  İsbih//subi  «ağ»;  bəyaz//bəyoz  «bəyaz»; 
Bica//bico//nohəqq  «yersiz,  nahaq»;  Pay,  pö//qədəm  «qədəm, 
ayaq»;  Gözəl//güzəl//göyçek,  guyçey;  Xuşbaxt//baxtavər;  Quş 
daştən,  quş  doştan//quş  vakandən  «qulaq  asmaq»;  dinləmiş 
saxtən  «dinləmək»;  Çənəm//çiləm  «necə»;  çicür,  cıcur  «nə 
cür» və s. 
«Alınma 
sözün  sinonim  olması  üçün  sinonimlik 
əlamətlərini  kəsb  etməsi  zəruridir,  yəni,  ümumiləşdirici  bir 
əsas  məna  ilə  daxil  olduğu  cərgədəki  digər  sinonim  sözlərdən 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə