Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə38/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
116 
116 
müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir» (39, 125).  
Tat  dilində  dubletlər  də  müəyyən  qrup  təşkil  edir. 
Dubletlərin yaranmasında alınmalar xüsusi yer tutur. 
Mənaca  eyni,  fonetik  tərkibcə  və  mənşəyinə  görə 
müxtəlif  olan  sözlər  dublet  və  variantların  əsas  bazasıdır. 
Eynimənalı  sözlər  o  zaman  dublet  və  ya  variant  kimi  işlədilir 
ki,  onlardan  biri  əsl  sözlə  mənaca  eyniləşir,  işlənmə  sahəsi 
daralır, getdikcə işlədilmir. 
Eynimənalı  sözlərin  bir  sıra  özünəməxsus  xüsusiyyətləri 
var.  Bunları  belə  qruplaşdırmaq  olar:  1)  eynimənalı  sözlər 
terminlə  əlaqədar  olduğu  üçün  nominativ  xarakterlidir;  2) 
eynimənalı  sözlər  məna  və  üslubi  çalarlığa  malik  olmayıb,  bir 
üslubda  işlədilir;  3)  eynimənalı  sözlərin  fəaliyyəti  dilin 
sinxronik vəziyyəti ilə bağlıdır. 
Variantlar 
təsadüfi 
olaraq 
deyil, 
dilin 
inkişaf 
qanunauyğunluqları  ilə  əlaqədar  meydana  gəlir.  Yeni 
mənaların,  növ  və  formaların  yaradılmasında  və  inkişafında 
onların xüsusi rolu olur. 
Variantlar,  əsasən,  eyni  sözlərə  paralel  şəkildə  işlənən 
şəkilçilər  artırıldıqda  əmələ  gəlir.  Variantlar  eyniköklü 
sözlərin  leksik-semantik  eyniliyi  münasibətinə  əsaslanır. 
Paralel qrammatik vasitələrlə eyniköklü sözlər variantlaşır. 
Eyniköklü  sözləri  iki  qrupa  ayırmaq  olar:  1)  mənaca 
fərqli  olan  eyniköklü  sözlər;  2)  mənaca  eyni  olan  eyniköklü 
sözlər. 
Mənaca  fərqli  olan  eyniköklü  sözlər  bir  sözün  variantları 
kimi  yox,  ayrı-ayrı  müstəqil  sözlər  kimi  qəbul  edilir.  Onlar 
müxtəlif sözdüzəldici şəkilçilərlə düzəlir. 
Eyniköklü sözlər o zaman müstəqil sözə çevrilir ki, sözün 
variantları  arasında  leksik-semantik  eynilik  pozulur.  Eyniliyin 
pozulması  mənanın  dəyişməsinə  və  ya  variantlardan  birinin 
semantik  cəhətdən  diferensiallaşmasına  səbəb  olur.  Paralel 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
117 
117 
işlədilən sözlərdən biri o birinin variantı kimi çıxış edir. 
Dubletlə  variant  arasında  ifadə  etdikləri  mənaların 
eyniliyi  baxımından  uyğunluq  olsa  da,  onları  eyniləşdirmək 
olmaz.  Variantlar  eyniköklü  sözlərdən,  dubletlər  isə,  əsasən, 
müxtəlifköklü sözlərdən törəyir. 
Dubletlər  eyni  anlayışı,  eyni  məfhumu  adlandıraraq, 
mənaca  fərqlənməsələr  də,  «bunlar  arasında  əsas  məna 
etibarilə  tam  eynilik  olsa  da,  üslubi  fərqin,  potensial  məna 
fərqinin olması şübhəsizdir» (104, 54). 
Forma  və  mənşəcə,  əsasən,  müxtəlif,  mətnə  görə  neytral, 
mənaca  bir-birinin  tam  eyni  kimi  işlədilən,  müxtəlif  şəraitdə 
məna  fərqi  yaranmadan  bir-birini  əvəz  edən,  işlədilmə  şəraiti 
məhdud olan, tam emosional və ekspressiv xüsusiyətlərə malik 
olmayan sözlər dublet adlanır. 
  Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar 
mətnə  görə  neytral  olur,  çünki  mənaca  bir-birinin  tam  eyni 
olan  sözlərdir.  Buna  görə  də  müxtəlif  şəraitdə  (mətn,  nitq, 
situasiya)  məna  fərqi  yaratmır  və  bir-birini  əvəz  edə  bilir  (34, 
79). 
  Dubletlər  nitqdə  təkrarlardan  qaçmağa  imkan  verir;  dildə 
onların  mövcudluğu  qanunauyğun  haldır.  Dilin  leksik  sistemi 
variantlar  arasındakı  münasibətləri  tənzimləyir.  Tat  dilinin 
Azərbaycan  dili  dialektləri  əhatəsində  fəaliyyət  göstərməsi  bu 
dildən  alınmaların  leksik  dubletlərin  içərisində  çoxluq  təşkil 
etməsini  şərtləndirir.  Azərbaycan  və  tat  dilləri  arasındakı 
əlaqələrin  müntəzəm  xarakter  daşıması  tat  dilində  yeni 
dubletlərin  meydana  çıxmasında  başlıca  rol  oynayır.  Belə  ki, 
tat  dilində  işlənən  dubletlərin  müəyyən  qismi  Azərbaycan 
dilindən hazır şəkildə alınmışdır. 
1.
 
Azərbaycan  dilində  olduğu  kimi,  tat  dilində  də,  eyni 
və  ya  yaxın  mənalı  sözlər  qoşa  işlənir.  Bu  tipli  dubletlər  həm 
tat  sözləri,  həm  də  Azərbaycan  dilindən  alınmalar  hesabına 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
118 
118 
yaranır. Məsələn: siya(h) – tarik «zülmət – qaranlıq»: Qəyhayə 
dəri  bəstə  bü,  qəyhayə  rişneyiyi  siyə-taruk  bü.  «Çoxlarının 
qapısı  bağlandı,  çoxlarının  işığı  zülmət  qaranlığa  çevrildi»; 
şad-xürrəm  «şad-xürrəm»:  Bə  axır  hamə  şad-xurrəm  birund. 
«Axırda  hamı  şad-xürrəm  oldu»  (Ab.);  zahlə-zibər  «zəhlə-
zibər»:  Tı  məgü,  xəlifrə  ə  təhləsir  zəhlə  –  zibəri  biraftanbı 
«Sən  demə,  xəlifənin  sarımsaqdan  zəhlə-zibəri  gedirmiş» 
(Lah.);  koşti-kari  «əkib-becərmə»:  İmu  bə  koşti-kari  bə  may-
piyər  küməg  saxtenim.  «Biz  əkib-becərmə  işində  ata-anamıza 
kömək  edirik»  (Dəv.);  laif-cöcə  «yorğan-döşək»:  Mənə  bə 
xune  man  hozira  ləif-cöcə  hi  «Mənim  evimdə  hazır  yorğan-
döşək  var»  (236,  57);  xorum-bərum  «yeyib-içmə»;  tar-tamiz 
«tər-təmiz» və s.  
2.
 
Tat dilində işlənən sinonimlərin tədqiqi göstərir ki, bu 
tipli  sözlər  tat  dili  leksikasının  ayrılmaz  tərkib  hissəsidir. 
Sinonim  cərgələr  və  leksik  dubletlər  tat  dilinin  leksik 
sistemində baş verən dəyişiklikləri bu və ya digər dərəcədə əks 
etdirir. Tat dilinin tarixinin və  bu  dilin başqa dillərlə, xüsusilə 
də, Azərbaycan dili ilə əlaqələrinin öyrənilməsində semasioloji 
kateqoriya  kimi  sinonimlik  hadisəsinin  tədqiqi  mühüm 
əhəmiyyət  kəsb  edir.  Azərbaycan  dilinin  təsiri  ilə  tat  dilində 
müxtəlif  sinonim  cərgələr  əmələ  gəlir:  xuşbaxt//bəxtəvər;  güş 
daştan  «qulaq  asmaq»,  dinləmiş  biran  «dinləmək»;  çiləm 
«necə»,  çi  cür  «nə  cür»;  bobət  «babat»,  miyona  «miyanə»; 
duymiş  biran  «duymaq»,  hiss  soxtan  «hiss  etmək»;  qe  «çox», 
xeyli;  ye  ruz  «bir  gün»,  ye vaxt  «bir  vaxt»;  ye  qoş  «bir az»,  ye 
qədər  «bir  qədər»;  hiç  kəs  «heç  kəs»,  hiç  ki  «heç  kim»;  üzgə 
«özgə»,  qeyri,  savayi;  amo,  ancağ;  insan,  odom  «adam»  və  s. 
Bu  sinonim  cərgələrdən  bəziləri  Azərbaycan  dilində  də  sino-
nim  cərgə  kimi  çıxış  edir.  Qeyd  etmək  lazımdır  ki,  alınma 
vasitələr  hesabına  Azərbaycan  dilində  sinonim  cərgələrin 
düzəlmə  xüsusiyyətləri  tat  dilində  də  özünü  göstərir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə