Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
140 
140 
Talış  dilində  də  bu  şəkilçi  işlənir:  ozolü  «xəsb»  və  s. 
(107, 19). 
-don,  -dun.  Bu  şəkilçi  isimlərə  qoşularaq,  yer,  qab,  alət 
adları  və  onların  saxlandığı  yer  mənalarını  yaradır.  Məs.: 
nimikdon  «duzqabı»,  qənddan  «qənddan»,  gilabdun  «gülab 
qabı»,  ahəşdun  «əhəng  qabı»,  ciməxotun  «paltar  yığılan  yer» 
və s. 
-dən  şəkilçisi  zərf  düzəldir.  O,  Azərbaycan  dili 
mənşəlidir. Məs.:  züdən  «tezdən»,  püşödən  «əvvəldən». Şübhə 
yoxdur  ki,  Azərbaycan  dilində  bu  şəkilçi  məhsuldar  şəkilçilər 
sırasına aiddır. 
le-.  İsimlərə  qoşularaq,  əzizləmə  və  kiçiltmə  mənası 
bildirən  sözlər  yaradır.  Məs.:  xuvarile  «bacıcan»,  burorle 
«qardaşcan»,  piyərle  «atacan»,  məməle  «anacan»,  ellə 
«uşaqcığaz», arusle «gəlinciyəz» və s. 
Yəhudi tatlarının dilində bu şəkilçi -la/-le şəklində qeydə 
alınmışdır (234, 47). 
Bu  şəkilçi  İran  dillərində,  o  cümlədən,  talış  və  kürd 
dillərində  -le,  -ile,  -ule,  -lə  formasında  işlənərək,  eyni 
semantikalı sözlər yaratmağa xidmət edir. 
-gil.  Bu  şəkilçi  qohumluq  bildirən  sözlərə  qoşularaq, 
mücərrəd  mənalı  isimlər  əmələ  gətirir.  Məs.:  xuvargil 
«bacılıq», burorgil «qardaşlıq» və s. 
İran  dillərinin  bəzilərində  də  -gili  şəkilçi  qohumluq 
bildirən  sözlərə  artırıldıqda  mücərrəd  mənalı  isim  yaradır: 
birargili «qardaşlıq», xuvargili «bacılıq».  
-saz.  Bu  şəkilçi  isimlərə  qoşularaq,  sənət,  peşə, 
məşğuliyyət  bildirir.  Məs.:  karsaz  «işçi»,  səhətsaz  «saatsaz», 
dürvənsaz  «biçinçi»,  silahsaz  «silahqayıran».  Misallar:  Bə 
muzeymun 
silahsozhan 
iş  numi  hişti.  «Muzeyimizdə 
silahqayranların da işı var». 
 
-çı,  -çi.  Bu  şəkilçi  Azərbaycan  dilinə  məxsus  olub,  tat 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
141 
141 
dilinin  özünə  məxsus  sözlərinə  də  qoşularaq  sənət,  peşə, 
məşğuliyyət  sahibinin  adını  bildirir.  Məs.:  qəleyçi  «qalayçı», 
izimçi «odunçu», dürüçi «yalançı», tükunçi «dükançı», nimərçi 
«keçəçi»  və  s.  Misallar:  Ye  ta  birey,  ye  ta  nə  birey,  ye  ta 
duruğçi birey, «Biri var idi, biri yox idi, bir yalançı var idi» və 
s. 
Tat  dilində  işlənən  Azərbaycan  mənşəli  -çi,  -çı,  -luq,  -
lük,  -lü,  -süz,  -ki,  -də  sözdüzəldici  şəkilçiləri  məhsuldar 
şəkilçilər  olub,  dilin  özünə  məxsus  sözlərlə  də  işlənir,  yeni 
məfhumlar  yaratmağa  xidmət  edir.  Məs:  dürvənçi  «biçinçi», 
xiyoçi  «dəyirmançı»,  duruğçi  «yalançı»,  biluğ  «heyvalıq», 
sərlü  «başlı»,  nümüksüz    «duzsuz»,  uruzki  «ogünkü»  və  s. 
(155, 19) 
Türk  dillərinə  məxsus  -çi  şəkilçisinin  fars  dilində  geniş 
valentlik  daşıması,  müxtəlif  quruluşlu  və  mənşəli  sözlərə 
artırılaraq,  yeni  sözlər  yaratmasını  L.Peysikov  da  qeyd 
etmişdir (251 , 77). 
Müasir  fars  dilində  -çi  şəkilçisi  ərəb,  rus  və  Avropa 
dillərindən  olan  alınmalara  qoşularaq,  düzəltmə  sözlər  əmələ 
gətirir (119, 83-84). 
-gər.  Bu  şəkilçi  də  isimlərə  qoşularaq,  sənət,  peşə  və 
məşğuliyyət  bildirən  sözlər  əmələ  gətirir.  Məs.:  ləşgər  «işçi 
arı»,  kargər  «işçi»,  ahəngər  «dəmirçi».  Misallar:  İn  əng 
ləşgəri «Bu işçi arıdır». 
Bu  şəkilçi  orta  fars.  gar,  erkən  fars.  kar  variantlarında 
işlənir  (119,  83-84);  əfqan.  -gar  (<*  –  kara)  məs.:  lawqar 
«biçinçi»,  parigar  «ovsunçu»  (180,  142),  şuqnan.  –  gar 
axawcgar  «alaqvuran»  (312,  344),  orta  fars.  –  gar/kar 
hamarkar «maliyyə məmuru» (266, 71-72). 
Müasir  fars  dilində  -gər  şəkilçisi  nisbətən  az  məhsuldar 
şəkilçisidir  və  yalnız  bir  neçə  fel  kökü  və  əsaslarına  əlavə 
edilib,  onlardan  iş  görən,  sənət,  peşə  və  sahiblik  məzmununu 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
142 
142 
ifadə  edən  isimlər  yaradır.  Məs.:  aşubgər  «təhrikçi,  fitnəkar», 
asofgər  «narahatlıq  salan»,  «şuluqlu»,  cuzgər  «lehimçi»  və  s. 
(68, 16). 
T.Cahangirov  –gər  şəkilçisinin  sinomorfemi  hesab  edir 
(191, 13). 
-gəri.  Bu  şəkilçi  sadə  isimlərə  qoşularaq,  konkret  və 
mücərrəd anlayışlı isimlər əmələ gətirir. Məs: elgəri «uşaqlıq», 
razigəri «razılıq», misgəri «misgərlik», düçürəgəri «sağıcılıq», 
kükgəri «oğulluq», dürügəri «yalançılıq» və s. 
Misal:  Sələmərə  sənəti  ə  əvvəli  düçürəgəri  bire 
«Sələmənin sənəti elə əvvəldən sağıcılıq olub» və s. 
-dar
İsimlərə  qoşularaq,  yiyəlik,  malikiyyət  və 
mənsubiyyət  məfhumunu  yaradır:  əngdar  «arıçı»,  binədar 
«sahibkar», xunadar «evdar» və s. 
Misal:  Bə  Loyic  ən  qe  inkişaf  birə  sənəthona  yeki  iş 
əngdori bire. «Lahıcda ən çox inkişaf etmiş sənətlərdən biri də 
arıçılıq olub. 
-keş,  -kəş.  İsimlərə  qoşularaq,  məşğuliyyət,  aidiyyət 
məfhumu  yaradır:  zuvolkəş  «kömürçü»,  mıxkəş  «mıxçıxaran 
(alət)»,  ziyankəş  «ziyançəkən»,  dəmkeş  «qazan,  samovar  və  s. 
ağzına qoyulan qapaq», qəməkeş «ət doğrayan balta» və s. 
Misal:  Nəzər  ə  biyori  dərmo  ki,  mıxkəçə  bicə  nohre. 
«Nəzərin yadından çıxdı ki, mıxçıxaranı hara qoyub». 
-keş,  -kəş  şəkilçisi  mənşəcə  İran  dillərində  olan 
kəsiran/kesidən  felləri  ilə  bağlıdır.  Əfqan  dilində  -kas,  fars. 
kas. Məs.: çilimkas «qəlyankeş» (180, 142). 
-əti.  Sadə  isimlərə  qoşularaq,  mücərrəd  mənalı  isimlər 
yaradır. 
Məs.: 
qohuməti 
«qohumluq», 
ziyankarəti 
«ziyankarlıq»,  bərabərəti  «bərabərlik»  və  s.  Qeyd  etmək 
lazımdır  ki,  bu  şəkilçi  qeyri-məhsuldar  şəkilçi  olub,  yalnız 
Lahıc  ləhcəsi  üçün  xarakterikdir.  Misal:  Uşuna  nəzdikə 
qohuməti uşun bire «Onların yaxın qohumluqları olub».  


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə