Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
149 
149 
zirşalvar//zirşalvor  «alt  şalvarı»,  zirşir  «südün  alt  hissəsi», 
«üzü  yığılmış  süd»  piştsər//püştsər  «başın  arxa  hissəsi», 
püşötuği  «alınqabağı»  (toxunuş  növü),  kundahar  «dağətəyi», 
şöçırağı «gecə işıq verən böcək», «gecəsırağı» və s. 
9)  «fel+fel»  modeli.  zanburo  «vurgetsin  (yerisin)»  (silah 
növü), 
paypursavum//pöpursovum 
«dayandoldurum», 
zərəbəstən 
«çağırtdırmaq», 
vərdivord 
«aparıb-gətirmə» 
(hanada olan çubuğun hərəkətə gətirilməsi» və s. 
10) İki əksmənalı feldən yaranan mürəkkəb isimlər: rafti-
umo «get-gəl» (gediş-gəliş), vaxışt-nişt «oturuş-duruş» və s. 
11)  Yaxınmənalı  sözlərdən  yaranan  mürəkkəb  isimlər. 
may//piyər 
(mö-piyər) 
«ana-ata», 
buror 
(burvar)-xuvar 
«qardaş-bacı»,  quhum-əqrəvo  «qohum-əqrəba»,  mirdə-zində 
«ölü-diri»,  çül-biyobon  «çöl-biyaban»,  xoru-havo  «yer-göy» 
və s. 
12)  «isim  +    önqoşması  +  isim»  modeli.  səri  bə  qoğa 
«başı qovğalı», biz bə göydun «keçisi tövlədə olan», çumoq bə 
dəst «əliçomaqlı», kamun bə düş «çiyni kamanlı» və s. 
13) əvəzlik + düzəltmə sifətdən yaranan mürəkkəb sözlər. 
harruzin «hərgünkü», un solin «o ilki», inşain «bu gecəki». 
14)  «şəxs  əvəzliyi  +  feli  bağlama»  modeli.  manguftirə 
«məndeyən»,  tü  nöyştə  «sən  yazdığın»,  ü  kor  fidoşta  «o 
işlədən» və s. 
15) «işarə əvəzliyi + zərf» modeli. ben qulin «bu tərəfki», 
ey tarafin «o tərəfki» və s.  
Qeyd  etmək  lazımdır  ki,  tat  dilində  mürəkkəb  zərflər  üç 
yolla  yaranır:  a)  Sadə  sözlərin  təkrarı  ilə;  Eyni  sözün  təkrarı 
ilə  yaranan  mürəkkəb  zərflər  sadə  zərflərin  arasına  -bə 
şəkilçisi  artırmaqla  düzəlir.  Məs.:  zübəzü  «tez-tez»,  rubaru 
«üzbəüz»,  ə  dürbədür  «uzaqdan-uzağa»,  dəstbədəst  «əl-ələ», 
ruzbaruz  «günbəgün».  Misal:  Naxuş  ruzbaruz  bə  püşö  umoran 
«Naxoş  günbəgün  qabağa  gəlir».  Uşuna  ə  dürbədür 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
150 
150 
qohumətişun histi «Onların uzaqdan-uzağa qohumluğu var» və 
s.  
b) Eyni sözün təkrarı ilə  yaranan mürəkkəb zərflər. Məs.: 
kəm-kəm  «az-az»,  qe-qe  «çox-çox»,  zü-zü  «tez-tez».  Misallar: 
Kəm-kəm  xor,  həmişə  xor.  «Az-az  ye,  həmişə  ye».  Əzmun  qe-
qe salom-dua . «Bizdən çox-çox salam-dua de» və s.  
c)  Antonim  və  yaxud  yaxınmənalı  sözlərin  yanaşı 
işlənməsi  ilə  yaranan  mürəkkəb  zərflər.  Məs.:  dir-zü  «gec-
tez»,  ə  əvvəl  ta  bə  axir  «əvvəldən-axıra»,  bara-bərə  «orda-
burda», kəm-qe «az-çox» və s. İn kora dir-züyiyi histi. «Bu işin 
geci-tezi  var».  Bara-bərə  hər  sxanirə  məgü.  «Orda-burda  hər 
sözü danışma» və s. 
d)  Müxtəlif  mənalı  sözlərin  birləşməsi  yolu  ilə  yaranan 
mürəkkəb  zərflər.  Əzun  səri  «o  başdan»,  sərbənüşvə 
«üzüaşağı»,  a  zun  qul  «o  tərəfdən»,  dəstbətihi  «əliboş»,  «əli 
ətəyində»,  təngdil  «təngnəfəs»,  pöbinəhrə  «ayaqyalın», 
çobəgird  «hər  tərəf,  dörd  tərəf»,  pənsəböh  «birisigün»,  yesər 
«birbaşa», un sol «o il» və s. Misal: Yesər mirem bə bir Zəvəro 
«Birbaş  gedərik  Zəvəraya»;  Çobəgird  öyi  «Dördtərəf  sudur» 
və s. 
Tat  dilinin  lüğət  tərkibində  analitik  fellər  də  müəyyən 
sistem  təşkil  edir.  Bu  fellərin  quruluşca  mürəkkəbliyi 
məsələsinə  toxunmadan  onları  dilin  leksik  vahidləri  kimi 
təqdim  etmək  vacibdir.  Analitik  üsulla  əmələ  gələn  fellərin 
yaranmasında  aşağıdakı köməkçi fellər iştirak edir: 
biran  «olmaq»  köməkçi  feli:  azod  biran  «azad  olmaq», 
vir  biran  «itmək»,  sir  biran  «tox  olmaq»,  ə  sər  biran  «başdan 
olmaq»,  ə  kor  biran  «işdən  qalmaq»,  qəleyçi  biran  «qalayçı 
olmaq»,  xub  biran  «yaxşılaşmaq»,  suvor  biran  «minmək», 
«süvar  olmaq»  (köhn.),  xuna  biran  «ev  olmaq  (ailə)»,  xuta 
biran  «öyrəşmək»,  fidoşta  biran  «işlətmək»,  kələh  biran 
«böyümək» və s. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
151 
151 
doran 
«vermək» 
köməkçi 
feli: 
düş 
doran 
«qaynaqlamaq»,  mum  doran  «mumlamaq»,  ruşun  doran 
«göstərmək», pöydö doran «peyda olmaq», «görünmək», qəror 
doran  «qərar  vermək»,  qələə  doran  «qalaylamaq»,  dəst  doran 
«əl  vermək»,  tumor  doran  «tumar  vermək»,  «tumarlamaq», 
naxış  doran  «naxışlamaq»,  tərif  doran  «tərifləmək»,  «tərif 
etmək» və s. 
soxtan  «etmək»  köməkçi  feli:  vir  soxtan  «itirmək»,  kor 
soxtan  «işləmək»,  pulol  soxtan  «şişirtmək,  üfürmək»,  saxt 
soxtan 
«bağlamaq», 
«bərkitmək», 
hirsin 
soxtan 
«hirsləndirmək»,  kələhi  soxtan  «böyüklük  etmək»,  elgəri 
soxtan  «uşaqlıq  etmək»,  ərsi  soxtan  «açıqlandırmaq»,  id 
soxtan «bayram etmək» və s. 
zəran  «vurmaq»  köməkçi  feli:  qiyə  zəran  «çağırmaq», 
qeyçi  zəran  «qayçılamaq»,  dəst  zəran  «əl  çalmaq,  əl  vurmaq», 
ilmə  zəran  «ilmə  vurmaq»,  ərsi  zəran  «toy  çaldırmaq»,  tütəy 
zəran  «tütək  çalmaq»,  sər  zəran  «baş  vurmaq,  baş 
vurdurmaq»,  pəlü  zəran  «yamamaq»,  şünə  zəran  «daramaq», 
mum zəran «mumlamaq», ələül zəran «banlamaq» və s. 
umoran  «gəlmək»  köməkçi  feli:  bə  rah  umoran  «yola 
gəlmək,  razılığa  gəlmək»,  bə  çim  umoran  «gözə  gəlmək»,  ba 
cun umoran  «cana gəlmək», bə püşö umoran «qabağa gəlmək» 
(«yaxşılaşmaq» mənasında), zəhleyi umoran «zəhləsi getmək», 
bə insaf umoran «insafa gəlmək» və s. 
uvordan  «gətirmək»  köməkçi  feli:  salavat  uvordan 
«salavat  gətirmək»,  bə  çim  uvordan  «gözə  gətirmək»,  ə  çim 
uvordan  «gözündən  gətirmək»,  mohna  uvordan  «bəhanə 
gətirmək»  müq.  et:  azərb.  dan.  mahna  gətirmək,  ruzi  uvordan 
«ruzu gətirmək» və s. 
uftoran  «düşmək»  köməkçi  feli:  bə  kor  uftoran  «işə 
düşmək»,  ə  çim  uftoran  «gözdən  düşmək»,  bə  rah  uftoran 
«yola düşmək», bə pişt uftorən «geri düşmək», bə püşö uftoran 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə