Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
159 
159 
öyrənilmiş, 
həm  də  kifayət  qədər  tədqiq  edilməmiş 
sahələrindəndir.  Z.Verdiyevanın  qeyd  etdiyi  kimi,  ən  çox 
insanla  əlaqədar  olan  leksik  tərkib  öyrənilmişdir.  Bu  mövzuya 
aid 40 bölmədən 24-ü öyrənilmişdir (140, 321-323). 
Nəzərə almaq lazımdır ki, dilin lüğət tərkibinə daxil olan 
vahidlər  qeydə  alındığı  kimi,  nizama  da  salınır.  Hər  bir  dilin 
orfoqrafiya,  izahlı  və  digər  lüğətləri  leksik  sistemin 
elementlərinin  toplanması  ilə  yanaşı,  nizama  salınmasına  da 
xidmət  göstərir.  Yazısız  dillər  və  lüğəti  olmayan  dillərdə 
sözlərin  toplanılıb  qruplaşdırılması  xüsusi  mərhələ  təşkil  edir. 
Bu  mərhələdən  sonra  toplanmış  sözlərin  tematik  bölgüsü 
aparılır.  Bölgü  toplanmış  materiallar  əsasında  aparıldığından 
bir sıra tematik qruplar diqqətdən kənarda qala bilər.  
Azərbaycan  tatlarının  dilindəki  sözləri  müxtəlif  leksik-
semantik qruplar üzrə  qruplaşdırmaq  vacibdir. Məsələn, bədən 
üzvlərinin  adları,  təbiət  hadisələri,  coğrafi  obyektləri  bildirən 
sözlər,  qohumluq  terminləri,  məişət  sözləri,  ayrı-ayrı  sənət 
sahələri  üzrə  sözlər  və  s.  Bizim  verəcəyimiz  tematik  bölgü  və 
ya  sözlərin  leksik-semantik  söz  qrupları  onlara  daxil  olan 
sözlərin  həm  sayı,  həm  də  cəlb  edilən  yeni  qruplarla 
əvvəlkilərdən  fərqlənir.  Eyni  zamanda  qeyd  etməliyik  ki,  bu 
bölgüdə  ayrıca  sənət  sahələri  və  terminoloji  qruplarda 
birləşdirilən  sözlərin  bir  qisminə  aid  tematik  bölgü  həmin 
sözlərin  ayrıca  təhlil  obyekti  olmasını  istisna  etməmişdir.  Tat 
dilinin  lüğət  fonduna  daxil  olan  sözlərin  aşağıdakı  leksik-
semantik söz qrupları var:  
1. Ev əşyaları və qab-qacaq adları:  bilmə  «boşqab», bəsti 
«güyüm»,  satıl  «mis  su  qabı»,  qaqala  «saxsı  banka»  ləif 
«yorğan»,  nolin  «döşək»,  abgərdun  «abgərdən»,  nəəlbəki 
«nəlbəki»,  məştəfə  «aftafa»,  aşpəlö  «aşsüzən»,  ərsin  «ərsin» 
(xəmiri  kəsmək  üçün  alət),  istikon  «stəkan»,  qəməti  «ət 
baltası»,  müq.  et:  azərb.  dial.  qəməlti  «iri  bıçaq»,  korda 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
160 
160 
«bıçaq»,  müq.  et:  azərb.  dial.  gorda  «ikiağızlı  iri  bısaq» 
(ADDL,  I,  202),  qeyçi  «qayçı»,  qaşuğ  «qaşıq»,  qacqun 
«qazan»,  bolış  «balış,  yastıq»,  xolinçə  «xalça»,  miz  «stol», 
ustul  «stul»,  qəndob  «qənddan»,  qəfədon  «çaynik»,  dəmkeş 
«dəmkeş», bisg «kabab şişi», kirsin «kətil» və s. 
2.  Yemək  və  xörək  adları:  nun  «çörək»,  nimik  «duz»  öü 
«su»,  şir  «süd»,  şirəvo  «südlü  sıyıq»,  vürü  «umac»,  qurqut 
«qovrulmuş  yarma»,  tüvəlos  «quymaq»,  siyə  həlva  «qara 
halva»  (səmənidən  hazırlanır),  tara  həlva  «un  halvası»,  duğ 
«ayran»,  duvavo  «dovğa»,  həsi  «əriştə»,  kolanun  «göyərtidən 
hazırlanmış çörək», darunkərgi «zoğal qurusundan hazırlanmış 
qiymə»,  ruğananun  «fəsəli»,  xoyəkərg  «yumurta»,  xoyəginə 
«şirin  qayğanaq»,  sərəpö  «xaş»  (baş-ayaq),    futolı  «əvəlik 
aşı»,  qilinpiyoz  «kartof-soğan  çığırtması»,  nun  tari  «kartof 
şiləsi», həlisə «ətli hədik», mixləmə «qayğanaq» və s. 
3.  Paltar,  parça  və  ayaqqabı  adları:  şe  «köynək»,  ru  şey 
«üst  köynəyi»,  zir  şey  «alt  köynəyi»,  zir  şalvar  «alt  şalvarı», 
ostin  «köynəyin  qolu»,  püstin  «şuba»,  kisə  «cib»,  çarşö 
«çarşab»,  çaxşür  «corab»,  olat  «paltar»,  ləçəy  «ləçək»,  şalvor 
«şalvar»,  çit  «çit»,  gülmaxmar  «gülməxmər»,  qeyiş  «qayış, 
toqqa»,  paltok  «palto»,  yəylığ  «yaylıq»,  dəsmol  «dəsmal», 
sədəf «düymə», ipəy «ipək» və s. 
4.  Sənət  və  peşə  adları:  qəleyçi  «qalayçı»,  qərəvülçi 
«qarovulçu»,  «gözətçi»,  övçi  «ovçu»,  meşəbəyi  «meşəbəyi»  və 
s. 
5.  Köhnə  həyat  tərzi  ilə  bağlı  leksika:  xərroc  (vergi, 
hərrac),  qazamot  «qazamat»,  tocir  «tacir»,  əmlok  «əmlak», 
karvonsura  «karvansara»,  vəzir  «vəzir»,  vəkil  «vəkil»,  tobi 
«tabe»,  podşoh  «padşah»,  şohzoda  «şahzadə»,  nükər  «nökər» 
və s. 
6.  Yeni  məişət,  siyasət  və  mədəniyyətlə  bağlı  sözlər: 
iqtidor  «iqtidar»,  müxolifət  «müxalifət»,  partiya  «partiya», 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
161 
161 
icro  hokimiyyəti  «icra  hakimiyyəti»,  nozir  «nazir»,  direktur 
«direktor», 
aşkori  «aşkarlıq»,  nəçənniy  «rəis»,  telfun 
«telefon», 
qəmpüter 
«kompyuter», 
axt 
«akt», 
təşkilot 
«təşkilat», istiqloliyət «istiqlaliyyət», müsovot «müsavat» və s. 
7.  Coğrafi  obyekt  və  ətraf  mühitlə  bağlı  sözlər:  küh 
«dağ»,  dih  «kənd»,  rükərə  «çay»,  küləxır  «bulud»,  zəvəra 
«yuxarı»  (məhəllə),  dəre  Lülö  «Lülə  dərəsi»,  dəryo  «dəniz», 
vərəzə «yoxuş», yeyloğ «yaylaq», qışloğ «qışlaq» və s. 
8. Bəzək və zinət əşyalarının adları: qilində «boyunbağı», 
əngişdərin  «üzük»,  quşvərə  sırqa  «sırğa»,  sep  «həmayil», 
səhət  «saat»,  bozibənd  «qolbaq»,  «bazubənd»,  püşötuği  «qızıl 
başlıq», silsilə «enli boyunbağı» və s. 
9.  Mərasimlərlə  bağlı  söz  və  terminlər:  a)  Toy  mərasimi 
ilə  bağlı  sözlər:  ərsi  «toy»,  ərsivər  «toy  sahibi»,  ərüs  «gəlin», 
varaşist  «toy  xərci»,  ərsixuna  «toyxana»,  hinə  «xına», 
hinərəbun  «xınayaxdı»,  çalqu  «çalğı»,  xune  kilə  «qız  evi», 
xune  gedə  «oğlan  evi»,  vozi  «rəqs»,  sazəndə  «çalğıçı»;  b)  Yas 
mərasimi 
ilə 
bağlı  sözlər:  mirdə  «ölü»,  daxorustan 
«basdırmaq»,  «dəfn  etmək»,  saruza  «üçgünlük»,  haftruza 
«yeddigünlük»,  çilruza  «qırx»,  siyə  id  «qara  bayram»,  əhson 
«ehsan»; v) Novruz, ramazan, qurban və s. bayramları ilə bağlı 
sözlər:  şəmələ  «şam»,  kürmüri  «novruz  bayramında  yandırılan 
kol  növü»,  «gəvən»,    şirəvo  «südlü  aş»,  şürqaqol 
«şorqoğal»,  ruza  «orucluq»,  ruza  moh  «orucluq  ayı»,  ruza 
vogərdan «oruc açmaq», həlvo vüri «umac halvası», siyə həlvo 
«qara  halva»  (səmənidən  hazırlanır),  id  «Novruz  (bayramı)», 
id  Noyrız  Qurbun  «Qurban  bayramı»,  zəhvürun  «zəfəran», 
zərdəkülə «sarıkök», dorçın «darçın», hinə «həna», firni «düyü 
unundan  bişirilmiş  südlü  aş»,  (Orucluq  bayramında  bişirilir), 
qurbuni «qurbanlıq (heyvan)» və s. 
10.  İnsanın  bədən  üzvləri  ilə  əlaqədar  söz  və  terminlər: 
sər  «baş»,    «saç»,  çim  «göz»,  micə//mijə  «kirpik»,  günə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə