Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
137 
137 
Bərə ruzinə porhrə birə birund. – «İşıq düşmək üçün bura baca 
qoymuşdular»;  Ə  meyvəhon  ənginə,  lavaşinə  xişk  bısoxtənim 
be  vumuşhon.  –  «Qış  üçün  meyvələrdən  qax,  lavaşana 
quruduruq». 
Azərbaycan  dialekt  və  şivələrində  bu  şəkilçiyə  -ana 
formasında  rast  gəlinir:  lavaşana  «alça,  zoğal  və  s. 
meyvələrdən bişirilib qurudulmuş turşu» (11, 357). 
-inə  şəkilçisi  sifət  və  zərflərə  qoşularaq,  sifətlər  əmələ 
gətirir: 
qədiminə 
«qədimi», 
pürineyinə 
«yarpızlı», 
heziminə//hözüminə  «indiki»,  futolıyinə  «əvəlikli»,  öürinə 
«buludlu» və s. 
Yaqnob dilində -ina variantında işlənir (dovuna «ağacdan 
hazırlanmış») (300, 674). 
-una.  İsimlərə  qoşularaq,  aidiyyət,  mənsubiyyət  bildirir. 
Məs.:  iduna  «bayramlıq»,  eluna  «uşağa  aid  olan»,  zanuna 
«qadına  aid  olan»,  ərüsuna  «gəlinə  aid  olan».  Misallar: 
Məmeman  mərduna,  zanuna  cürüb  boqtan.  –  «Anam  kişi  və 
qadın  corab,  toxuyur».  Bə  id  Nöyrüz  be  ərusuna  xunça 
giriftənim. – «Novruz  bayramında gəlin xonçası tuturuq» və s. 
-na.  İsim  və  sifətlərin  əvvəlinə  əlavə  olunaraq,  müəyyən 
bir  əlaməti,  keyfiyyəti  inkar  edən  düzəltmə  sifətlər  əmələ 
gətirir. Məs.:  nahəq//nohəq  «nahaq»;  napak//napok  «natəmiz», 
«napak»;  naimid//noimid «naümid»,  «ümidsiz»  «Qoca  noimid-
noimid bə rah ufto» «Qoca naümid-naümid yola düşdü» və s.  
-nə. İsimdən isim əmələ gətirir. Məs.: nərinə «kişi cinsi», 
morinə  «qadın  cinsi».  Bu  şəkilçiyə  talış  dilində  də  təsadüf 
edilir.  Məs:  sipinə  «yumurtanın  ağı»,  zerdınə  «yumurtanın 
sarısı». 
-ni.  Bu  şəkilçi  zaman  məzmunlu  sözlərə  qoşularaq,  sifət 
əmələ  gətirir.  Məs:  deydini  «dünənki»,  porini  «inişilki», 
püşöyini «qabaqkı», hezimini//hözümuni «indiki», nügoni «təzə 
təmir olunmuş». Misallar:  Püşoyini məhəl nisti. «Qabaqkı vaxt 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
138 
138 
deyil» və s. 
-xor.  Bu  şəkilçi  xarde//xorde  «yemək»,  «içmək»  feli  ilə 
bağlıdır.  İsimlərə  qoşularaq,  keyfiyyət  bildirən  sifətlər  əmələ 
gətirir:  çərəxor  «dəriyeyən»,  çayxor  «çayxor»,  məməxor 
«südəmər»,  xunxor  «qaniçən»  və  s.  Misallar:  Taxtavəyun 
çərəxorduyiman;  Kamon  və  düş  kəkoliman  –  «Yunu 
telləndirən  dəriyeyənlərim;  Kamanı  çiynində  kəkalılarım»  və 
s. 
-xor  şəkilçisi  fars  dilindən  alınma  sözlər  hesabına 
Azərbaycan  dilində  də  işlənir.  Amma  tat  dilinə  aid  misalların 
tərcüməsindən  bəlli  olur  ki,  bu  dillərə  məxsus  sözlər  arasında 
heç də həmişə müvafiqlik görünmür. 
-vər.  Bu  şəkilçi  isimlərə  qoşularaq,  mənsubiyyət  bildirir. 
Məs.:  xunavər  «ev  adamı»,  ərsivər  «toy  sahibi»,  qunşivər 
«qonşuluqdakılar».  -vər  şəkilçisi  Lahıc  ləhcəsi  üçün 
xarakterikdir.  Misallar:  Ye  ruz  püşo  ərsivərun  kürə 
vərmorəbund  bə  ye  gö.  «Bir  gün  əvvəl  toy  sahibləri  bir  yerə 
toplaşmışdılar» (251, 188). 
L.Peysikov  -vər  şəkilçisini  orta  fars  dili  dövrünə  aid  edir 
(251, 188). 
-mun/-vun.  Bu  şəkilçi  əşyanı,  şəxsi,  canlıları  və  s. 
mühafizə  edən,  onlara  yiyə  olan  şəxsləri  bildirir.  Məs.: 
boğmun 
«bağban», 
maləvun 
«malabaxan», 
«maldar», 
durozmun  «əriş».  Misallar:  Ye  ta  bağmun  ye  bağu  doştəbi. 
«Bir bağbanın bağı var imiş» və s. 
Digər  İran  dilləri  və  dialektlərində  də  bu  şəkilçiyə 
müxtəlif  fonetik  tərkibdə  rast  gəlmək  olur.  Kürd  dilində  -wan 
(mesewan «məşəbəyi») (261, 28), işkaşim dilində -bon bonbon 
(«bağban») (215, 299), kaşan dialektinin müxtəlif ləhcələrində 
-vun,  -bun,  -von,  -vo,  -un,  -pun,  -po  (çapo  «çoban»,  soreun 
«başçı») (202, 69; 261, 142). 
Şiraz  dialektində  -un  (daştun  «səhra  gözətçisi»),  İsfahan 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
139 
139 
dialektində  -un  (bəqun  «bağban»)  (202,  69;  142)  formalarında 
rast  gəlinir.  Bu  şəkilçi  gebrlərin  (dabri)  və  Qafqaz 
yəhudilərinin  şivəsində  müşahidə  olunur  (234,  48).  Vs.Miller 
şəkilçini  törəmə  saymış,  onun  keçmiş  zaman  feli  sifətindən 
törədiyini  söyləmişdir.  Bundan  başqa,  -mun  şəkilçisinin  İranın 
mərkəzi  ərazilərinin  şivələrində  işlənməsini  V.A.Jukovski 
qeyd etmişdir (202, 235). 
-cil.  Bu  şəkilçi  digər  tat  ləhcələrində  olduğu  kimi, 
isimlərə qoşularaq, məşğuliyyət bildirən sözlər düzəldir. Məs.: 
əscil  «atbaz»,  səcil  «itbaz»,  qumorcil  «qumarbaz»,  quhumcil 
«qohumpərəst»  və  s.  Misallar:  İ  mərd  qələbə  əscilü.  «Bu  kişi 
çox  atbazdır».  Umuna  nəsilmun  un  qədər  quhumcilund  ki,  hə 
həmişə bixoştənund bə həmin rafti-umo sozund. «Bizim nəsil o 
qədər qohumcanlıdır ki, həmişə bir-birinin evinə get-gəl etmək 
istəyirlər» və s. 
-ça,-çə.  Bu  şəkilçi  isimlərə  qoşularaq,  kiçiltmə  mənalı 
isimlər  yaradır.  Məs.:  nolinçə  «döşəkçə»,  ləifçə  «yorğança», 
xolinçə  «xalça»,  qazança  «qazança»,  qulonça  «qulun», 
«dayça». 
Orta  fars  dilində  bu  şəkilçi  əzizləmə  və  kiçiltmə 
mənasında  -icak/-cak  formasında  işlənmişdir.  Məs.:  kanik 
«qız»  –  kanicak  «qızcığaz»;  sang  «daş»  –    sangcak  «kiçik 
daş», xok «donuz» –  xokcak «çoşqa» və s. (265, 30). 
Azərbaycan  və  türk  dillərində  də  -ça,  -çə  şəkilçisi 
işləkdir (67, 40). Mahmud Kaşğarinin lüğətində  bu şəkilçiyə  -
ç,  -çuk  formasında  əzizləmə  və  kiçiltmə  məqamında  rast 
gəlinir:  anaç  «özünü  böyük  göstərən  qız  uşağı»,  bakacuk 
«balaca qurbağa» və s. (86, 483). 
-lı,  -li,  -lu,  lü.  Azərbaycan  dilindən  alınma  olan  bu 
şəkilçi  isimlərə  qoşularaq,  sifət  əmələ  gətirir.  Məs:  lüvəli 
«budaqlı»,  xunalı  «evli»,  elli  «uşaqlı»,  rulı/rulu  «üzlü»,  dimli 
«quyruqlu», numlı «adlı-sanlı». 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə