Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə44/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
134 
134 
-ava//-avo.  Bu şəkilçi isimlərə qoşularaq, xörək adlarının 
yaranmasına  xidmət  edir.  Məs.:  duğavo  «dovğa»,  şiravo 
«südlü sıyıq», ardava «xəşil» və s.  
Tat  dilinin  Qonaqkənd  (59,  119),  Lahıc  (72,  67)  və 
Abşeron  ləhcələrində  bu  şəkilçi  -ava  formasında  işlənir.  O, 
Azərbaycan  dilində  işlənən  bəzi  sözlərdə  müşahidə  olunur: 
paxlava, qaysava, şoraba//şorava və s. (114, 101). 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  ava  şəkilçisi 
geniş  işlənir.  Məs:  ardava  «sıyıq»  (un  xörəyi),  əngilava  (< 
əngür  «üzüm»)  «üzüm mürəbbəsi» (Dərbənd) (12, 174),  xəkav 
«susuz  qalmış  əkin  yeri»  (12,  240),  qorava  «həddindən  artıq 
duzlu»,  «heyva  mürəbbəsi»  (12,  341),  qaysava  «yağda 
qovrulmuş  qaysı  və  ya  kişmiş»  (12,  318),  lartava  «əriştə, 
lobya və sarımsaqlı qatıqdan hazırlanan xörək» (12, 356). 
K.N.İmanquliyeva  Azərbaycan  dialekt  və  şivələrində  -ov 
tərkibi  sözlərdə  bu  morfemin  «su»,  «maye»  anlamında 
işləndiyini  qeyd  edir.  Məs:  xakov  «torpaq  suyu»  (birinci 
suvarma),  təzov  «ikinci  suvarma»,  sərap  «üçüncü  suvarma» 
(83, s. 103). 
-bənd//-mənd.  İsimlərə  qoşularaq,  kökün  ifadə  etdiyi 
təsəvvürlə  motivlənən  sözlər  əmələ  gətirir.  Məs.:  sinəbənd 
«boyunbağı»,  ağılmand  «ağıllı»,  asulbənd  «əsilli,  nəcabətli», 
dövlətbənd 
«dövlətli», 
döndərbənd 
«araba 
ləvazimatı»,  
bozibənd 
«qolbaq» 
«bazubənd», 
kəmərbənd 
«qayış», 
əngülbənd «boxça», nəəlbənd «nalbənd» və s. 
Bu  şəkilçinin  tat  dilinin  Qonaqkənd  ləhcəsində  isimlərə 
qoşularaq,  düzəltmə  sifət  əmələ  gətirdiyi  qeyd  olunur: 
əqülbənd  «ağıllı»  və  s.  Əslində  bu  halda  bənd  və  mənd 
formalarının qarışdırılması göz qabağındadır. 
-mand.  Keyfiyyət  bildirən  düzəltmə  sifət  əmələ  gətirir. 
Məs:  ağılmand  «ağıllı».  Bu  şəkilçi  digər  tat  ləhcələrində  «-
bənd»  formasında  isimlərə  qoşulub,  düzəltmə  sifət  əmələ 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
135 
135 
gətirir. Məs: əqlübənd «ağıllı» (59, 118).  
-ın,  -in,  -ün.  Bu  şəkilçilər  isimdən  sifət  əmələ  gətirir. 
Məs:  alatün  «paltarlı»,  arağın  «tərli»,  ardeyin  «unlu»,  bihin 
«heyvalı»,  birincin  «düyülü»,  çəhin  «kirli»,  dimbeyin 
«quyruqlu»,  əvvəlin  «əvvəlki»,  zəvərin  «yuxarıdakı»,  rışın 
«işıqlı»,  pasin  «paslı»,  nunın  «çörəkli»,  sanqın  «daşlı», 
ləheyin 
«palçıqlı»,  qəhreyin  «açıqlı»,  qərsqun//qartqun 
«borclu»,  guştun  «ətli»,  lööbün  «həlimli»,  ruğanın  «yağlı»  və 
s. 
Bu  şəkilçi  talış  dilində  -ın,  -əynə  kimi  işlənərək,  konkret 
isimdən  keyfiyyət  bildirən  sifət  yaradır.  Məs.:  Umuna 
piyərmun  nunun  soxte  –  «Atamız  bizi  çörəkli  edib»,  («Atamız 
bizi  çörək  sahibi  edib»);  Qunağun  bə  zəvərin  məhəllə  iş 
raftund  –  «Qonaqlar  yuxarıdakı    məhəlləyə  də  getdilər»; 
Əvvəlin ruz xəbər usto ki, tı  əcə umore? –  «Əvvəlki  gün xəbər 
aldı ki, sən haradan gəlmisən?» və s. 
-i.  Məhsuldar  şəkilçi  olub,  isim,  sifət  və  zərflərə 
qoşularaq, konkret və mücərrəd mənalı isimlər düzəldir. Məs.: 
peyğəmbəri  «qarğıdalı  növü»,  tərsi  «qorxu»,  dizdi  «oğruluq», 
mərdi «kişilik», zərdi «yumurta sarısı», düsti «dostluq», xərabi 
«xarabçılıq»,  «pislik»,  dulusi  «dulusçuluq»,  düri  «uzaqlıq», 
nəzdiki  «yaxınlıq»,  əssəli  (yonca  növü),  məqbuli  «gözəllik», 
rəncbəri  «rəncbərlik»,  «əkinçilik»,  təngdili  «təngnəfəslik», 
ulduzi 
«ulduzşəkilli 
naxış», 
duxturı 
«həkimlik», 
aqranomi//əqrənomi 
«aqranomluq», 
bikari//bikori 
«bekarçılıq»,  xakistəri  «külrəngi»,  piyozi  «çəhrayı»,  hineyi 
«xınalı», şaqumi//şəngümi «axşamkı». 
Misallar:  Ə  Loyic  umorəni  be  mun  əssəlı  miyorni  – 
«Lahıcdan  gələndə  bizə  yonca  gətirərsən  (Lah.);  Kamran  bə 
boy  ye  ta  dəhteyi  da  –  «Kamran  ona  bir  dənə  onluq  (qızıl) 
verdi» (Ab.) və s. 
-i,-yi,-ic.  Məkan  bildirən  adlara  qoşularaq,  həmin  yerə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
136 
136 
mənsub  olan  şəxsləri  bildirir.  Məs.:  löyiji  «lahıclı»,  zəroti 
«zaratlı»,  ximrani  «ximranlı»,  əhəni  «əhənli»,  mişgəmiri 
«mişgəmirli», boxuyic «bakılı», surxunic «suraxanlı» və s.  
Tat  dilinin  Qonaqkənd  ləhcəsində  bu  şəkilçiyə  -ic 
formasında rast gəlirik: gümüric «gümürlü» və s. (59, 116). 
A.L.Orünberq  səhv  olaraq  bu  şəkilçinin  tat  mənşəli 
olduğunu  və  müasir  fars  dilində  paraleli  olmadığını  qeyd  edir 
(181, 109). 
Qeyd  etmək  lazımdır  ki,  bu  şəkilçi  digər  İran  dillərindən 
talış dilində -c//-y-voc (230, 149), -z/-vz (254, 171), əfq. -ız-ic 
(imariz  «günəşli»)  (199,  79),  orta  fars.  -ğık,  -ki,  (fars.  -ğı/-ci
formasında rast gəlinir və s. 
-ın-in,-ün.  Bu  şəkilçi  isimlərdən  düzəltmə  sifət  əmələ 
gətirir.  Məs:  nunın  «çörəkli»,  sanqın  «daşlı»,  ləheyin 
«palçıqlı», qəhreyin «acıqlı», qərsqun «borclu», güştün  «ətli», 
lööbün  «həlimli»,  ruğanın  «yağlı»,  əvvəlin  «əvvəlki»,  pasın 
«paslı», dimbeyin «quyruqlu» və s. 
Bu  şəkilçi  zərflərə  qoşularaq,  düzəltmə  sifət  əmələ 
gətirir.  Məs:  zəvərin  «yuxarıdakı»,  piştin  «arxadakı»,  porin 
«inişilki», deydinin «dünənki» və s. (205, 362). 
Man bə tükun qərsqun na mundun – «Mən dükana borclu 
qalmadım»;  Bə  zəvərin  məhəllə  umuna  küəmümun  Əhəd  əmi 
yaşamış bire.  –  «Yuxarıkı məhəllədə bizim  əmioğlu Əhəd əmi 
yaşayırdı». 
-az/-əz
Bu 
şəkilçisi,  əsasən,  tat  dilinin  Quba, 
Qonaqkənd,  Xaçmaz  ləhcələrində  qeydə  alınmışdır.  İsim  və 
zərflərdən  zərf  və  birgəlik  məzmunlu  sözlər  yaradır.  Məs: 
öuraz «su ilə», zuraz «zorla, güclə», xiştənaz «özü ilə» və s.  
-inə.  Bu  şəkilçi,  əsasən,  isimlərə  qoşularaq,  kiçiltmə 
mənası  bildirən  isimlər  əmələ  gətirir.  Məs.:  qitinə  «yun 
qırığı»,  lavoşinə  «lavaşana»,  ruzinə  «baca»,  qiçinə  «çimdik», 
morinə  «dişi»,  nərinə  «erkək»,  sorinə  «cümə»  və  s.  Misallar: 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə