Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
125 
125 
isbih//subi  –  siyah//siyəh  («ağ»  –  «qara»);  xişg//xüşq  –  tar 
(«quru»  –  «yaş,  nəm»);  pur  –  tihi  («dolu»  –  «boş»);  şırın  – 
tahl//təhl  («şirin»  –  «acı»);  suk//sük  – gurun//qürun  («yüngül» 
– «ağır») və s. 
2.  Kəmiyyətlə  bağlı  antonimlər:  kəm  –  qe//qey  («az»  – 
«çox»); xeyli – ye qoş//ye kəmlə («xeyli» – «bir az») və s.  
3.  Zamanla  əlaqədar  məfhumları  ifadə  edən  antonimlər: 
səbah//səboh 
–  şaqum//şəngum  («səhər»  –  «axşam»); 
şo//şov//şö  –  roz//ruz  («gecə»  –  «gündüz»);  avvəl//əvvəl  – 
axir//oxir  («əvvəl»  –  «axır»);  dir  –  zu//zü  («gec»  –  «tez»);  ə 
püşo//ə püşö//ə əvvəli – badə//bədə («əvvəldən, qabaqcadan» – 
«sonra, sonradan») və s. 
4.  Məkanla  əlaqədar  məfhumları  ifadə  edən  antonimlər: 
dur//dür –  nəzdik//nəzdük («uzaq» –  «yaxın»); burun//bürün – 
daron//darun  («çöl»  –  «iç,  içəri»);  pişt//püşt  –  puşo//püşö 
(«arxa»  –  «qabaq,  qənşər»);  təng//tənq  –    firah//fırəh  («dar, 
darısqal»  –  «geniş»);  bara//bounca – bərə//be incə («orada»  – 
«burada») və s. 
Antonimlik  çox  vaxt  əsas  nitq  hissələrində,  bəzən  də 
köməkçi nitq hissələrində özünü göstərir. 
1.  İsim  antonimlər:  ru//ruy  –  astar//ostor  («üz»  – 
«astar»);  ayalgəri//elgəri  –  kələhgəri//kəlaqəri  («uşaqlıq»  – 
«böyüklük»); xubi – xərabi («yaxşılıq» – «pislik»); səfa//səfo – 
cəfa//cəfo  («səfa»  –  «cəfa»);  rafti-ama//rafti  umo  («gediş-
gəliş»);  nərə  –  mora  («erkək»  –  «dişi»);  hamin//tousdum  – 
zumustun («yay» –  «qış»); mirdə//mürdə – zində//zündə («ölü» 
– «diri»);  
2.  Sifət  antonimlər:  isbih//subi  –  siyah//siyəh  («ağ»  – 
«qara»); kələh//kaləh –  büclə//büjlə («böyük» – «kiçik»); sir – 
cisnə//qusnə  («tox»  –  «ac»);  bilind//bülünd  –  tapun  («hündür» 
–  «alçaq»);  rast//rost  –  duruğ//dürü  («doğru»  –  «yalan»); 
firah//firəh  –  təng//tənq  («geniş»  –  «dar»);  tar  –  xişg//xüşq 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
126 
126 
(«yaş, nəm» – «quru»); ağılmand//əqülbənd – gic//qıç («ağıllı» 
–  «gic»)  və  s.  Antonimlik  sifətlərdə  özünü  daha  yüksək 
səviyyədə  göstərir.  Bu  nitq  hissəsinə  aid  sözlərin  antonimliyi 
leksik-semantik  qarşılaşma  yolu  ilə  daha  asanlıqla  üzə  çıxır: 
güclü-zəifsoyuq (sərin) – ilıq (mülayim) – isti və s.  
3. 
Fel 
antonimlər: 
dərmoran//durmarən 
– 
firmarən//furmoran 
(«çıxmaq,  qalxmaq»  –  «düşmək», 
enmək»);  yaftən//yoftən  –  vir  saxtən//vir  soxtən  («tapmaq»  – 
«itirmək»;  raftan//rəftən  –  amaran//umoran  («getmək»  – 
«gəlmək»);  darən//doran  –  astarən//ustoran  («vermək»  – 
«almaq»);  vokərdən//vodkərdan  –    bastan//bəstən  («açmaq»  – 
«bağlamaq») və s. 
4.  Zərf  antonimlər:  zəvər  –  zira//ziro  («yuxarı»  – 
«aşağı»);  puşo//püşö  –  pişt  («arxa,  dalda»);  bə  ye  gö//bə  ye 
cigə  –  güröginə//çüra  («bir  yerdə»  –  «ayrılıqda»);  ə  bilindi//ə 
bülündü  – ə tapuni  («hündürdən,  yüksəkdən»  –  «alçaqdan»);  ə 
xobi//ə xubi – ə xərabi («yaxşılıqdan» – «pislikdən») və s. 
5.  Say  antonimlər:  kəm  –  qe//qey  («az»  –  «çox»);  xeyli  – 
ye qoş («xeyli» – «bir az»). 
6.  Köməkçi  nitq  hissələrində  antonimlik:    (həri)  – 
na//nə  («hə»  –  «yox»);  püşo  –  badə  («ön,  qabaq»  –  «sonra»); 
ham//həm,  ham  is//həm  iş  –  na//na  iş//nə,  //nə  iş  («həm,  həm 
də» – «nə, nə də») və s. 
Azərbaycan  dilində  antonim  cütü  təşkil  edən  sözlərdən 
bəzilərinin  maraqlı  semantik  xüsusiyyətlərindən  biri  onların 
zaman  keçdikcə  tamam  əks  məna  kəsb  etməsidir.  Azərbaycan 
dilinin  qədim  dövründə  müsbət  mənası  olan  «dəli»,  «qoçu» 
sözləri  indi  mənfi  məna  daşıyır.  Vaxtilə  «igid»  anlamında 
işlənən  həmin  sözlərin  biri  «ruhi  xəstə»,  digəri  isə  «yolkəsən, 
qoluzorlu»  anlamını  ifadə  edir.  Yaxud  vaxtilə  natiq,  gözəl 
danışan  anlamında  işlənən  dılğır  (dilqır)  sözü  inidi  tamam 
mənfi  anlam  kəsb  etmişdir.  Lakin  həmin  söz  (dılğır)  tuva 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
127 
127 
dilində  ilkin  anlamını  saxlamışdır.  Yaxşı-yaman  antonim 
cütündəki  yaman  bəzən  müsbət  anlamda  işlənir.  Eyni 
xüsusiyyət  tat  dilində  də  özünü  eyni  sözlərdə  (məsələn, 
yamon) göstərir.  
Antonim  cütlükdəki  sözlərdən  eyni  sözdüzəltmə  yolu  ilə 
əmələ  gələn  yeni  sözlər  də  antonim  olur.  Məsələn:  xub-
xərab→xubi – xərabi («yaxşı-pis» → «yaxşılıq-pislik»).  
Antonim  cütü  təşkil  edən  sözlərin  mənşəyindən  asılı 
olaraq onları üç əsas qrupa ayırmaq olar: 1) hər ikisi tat dilinə 
məxsus olan antonimlər; 2) biri  əsl tat sözü, digəri alınma söz 
olan antonimlər; 3) hər ikisi alınma söz olan antonimlər. 
1.  Dilin  özünə  məxsus  sözləri  əsasında  formalaşan 
antonim  cütlər:  isbi –  siyə  («ağ»,  «qara»);  xub – bəd  («yaxşı», 
«pis»);  vərmorən  –  firmorən  («qalxmaq»,  «düşmək»);  təng  – 
firə («dar», «enli») və s. 
2.  Biri  tat,  digəri  alınma  söz  olan  antonimlər:  avorə  (tat) 
–  işgüzar  (al.)  («avara-işgüzar»);  divonə,  gic  (tat.)  –  əğüllü 
(al.)  («divanə,  gic-ağıllı»);  xisrə  (tat.)  –  uyağ  (al.)  («yatmış-
oyaq»);  nadan  (tat.)  –  alim/alim  (al.)  («nadan-alim»);  lağar 
(tat.)  –  kük  (al.)  («arıq-kök»);  zu-zu  (tat.)  –  yovoş-yovoş  (al.) 
(«tez-tez,  yavaş-yavaş»);  şagum//şağum  (tat.)  –  səbəh  (al.) 
(«axşam-səhər»);  bəstə  (tat.)  –  əçuğ  (al.),  rahə  (tat.)  («bağlı, 
örtülü»,  «bağlı-açıq»);  baho  (tat.)  –  ücuz  (al.)  («baha-ucuz»); 
niməkar (tat.) – bitou//bütoü (al.) («yarımçıq-bütöv»); tic (tat.) 
– küt (al.) («iti-küt») və s. 
T.Əhmədov  tat  dilində  fellərin  antonim  cütlər  əmələ 
gətirməsi prosesində alınma sözün iştirak etməsi ilə bağlı dilin 
özünə  məxsus  və  alınma  sözlərlə  dilin  öz  felləri  ilə  təmsil 
olunan  antonimləri  ayrıca  qrupda  birləşdirmişdir.  Məsələn: 
xisrən  –  ayılmiş  birən  («yatmaq-ayılmaq»);  cirə  saxtən//curə 
saxtən  –  birləşdirmiş  saxtən  («ayırmaq-birləşdirmək»);  lağar 
birən  –  kuk  birən  («arıqlamaq-kökəlmək»);  xüş  küftən  –  baruş 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə