Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə39/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
119 
119 
Azərbaycan  dilində  sinonimlərə  dair  tədqiqatda  göstərilir  ki, 
«Alınma 
şəkilçilərin 
sinonimliyi 
nəticəsində 
düzələn 
eyniköklü  sinonimlər  iki  fars,  yaxud  da  bir  fars  və  bir  ərəb 
şəkilçiləri  ilə  düzəlir:  1)  fars  mənşəli  -pərvər    -pərəst,  -gir 
 -xor, -gah  -gədə, -bir və -na, -gir  -pərəst, -kar və -baz 
sinonim  şəkilçiləri  xasiyyət  mənalı  sinonim  sifətlər  əmələ 
gətirir; 
məs: 
qunaqpərəst-qonaqpərvər, 
maarifpərəst-
maarifpərvər,  dilgir-dilxor,  atəşgah-atəşgədə,  biinsaf-nainsaf, 
pulgir-pulpərəst,  sehrkar-sehrbaz  və  s.;  2)  fars  və  ərəb 
dillərindən  alınmış  bi-  və  bila-,  -cat  və  -iyyət,  bi-  və  -la 
şəkilçiləri  də  sinonim  sözlər  əmələ  gətirir;  məs:  biaram-
bilaaram,  ədvəcat-ədviyyat,  biməz-həb-laməzhəb  və  s.;  3)  rus 
və  fars  dillərindən  alınmış  sinonim  -nik  və  -dan,  -turq  və  -
nəvis  şəkilçiləri  ilə  yalnız  çaynik-çaydan  və  dramaturq-
dramnəvis sinonimləri  Azərbaycan dilində  işlədilir»  (67,  109). 
Bu  halların  tat  dilində  üzə  çıxmasının  əsas  səbəbi  sözlərin 
Azərbaycan  dili  vasitəsi  ilə  birbaşa  alınmasıdır.  Deməli, 
göstərilən  alınma  sinonim  şəkilçilər  bilavasitə  tat  dilində 
sözdüzəltmə  prosesində  sinonim  cərgənin  üzvlərini  əmələ 
gətirmir.  Sinonim  cərgəyə  daxil  olan  sözlər  Azərbaycan 
dilindən  hazır  şəkildə  alınır.  Tat  dilinə  keçərkən  bu  alınma  və 
ya alınma ünsürlü sözlərdə fonetik dəyişmələr baş verir.  
 
Tat dilində antonimlər. 
 
Leksik  bir  kateqoriya  kimi  antonimlərin  əsas  xüsusiyyəti 
ondan  ibarətdir  ki,  ziddiyyət,  əkslik  antonim  cüt  yaradan 
sözlərin  leksik  mənasından  irəli  gəlir.  Nitq  prosesində 
müəyyən  əlaməti,  keyfiyyəti  qiymətləndirmək,  predmetin 
məkan  daxilində  yerləşmə  xüsusiyyətini  ifadə  etmək,  əşyanın 
kəmiyyətini  bildirmək,  hadisənin  baş  vermə  zamanına 
münasibətini  aydınlaşdırmaq  lazım  gəlir.  Belə  hallarda 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
120 
120 
müqayisə,  iki  xüsusiyyətlə  bağlı  vəziyyəti  dəqiqləşdirmə  tələb 
olunduqda  antonimlik  aşkar  hiss  olunur.  Çox  zaman  antonim 
cütü  təşkil  edən  hər  iki  sözün  eyni  zamanda  istifadə  edilməsi 
vacib  olmur.  Məs.:  Uşuna  xuneyşun  pirvayiyi.  «Onların  evləri 
lap  yaxşıdır».  Bu  cümlədəki  pirvayi  «yaxşı»  sözü  tat  dilinin 
Abşeron ləhcəsində,  əsasən,  Balaxanı tatlarının dilində  işlənir. 
Söz  evin  keyfiyyətini  təyin  edir.  Təbii  ki,  təyinetmə  müqaisə 
və  qiymətləndirmə  ilə  bağlı  olur.  Evin  yaxşılığı  müəyyən 
əlamətlər  əsasında  təyin  edilir.  Bu  əlamətlər  evin  böyüklüyü, 
genişliyi,  tikiliş  forması,  təmiri  və  s.-lə  əlaqədar  ola  bilər. 
Əgər  danışan  evi  «yaxşı»  sözü  ilə  təyin  edirsə,  onda  bunun 
əksi  olan  obyektlə,  evlə  müqayisə  aşkar  görünməsə  də,  baş 
verir.  Həm  adresant,  həm  də  adresat  «yaxşı  ev»  təsəvvürünə 
malik  olur  və  ya  onların  hər  birinin  belə  bir  qiymətləndirmə 
meyarı  olur.  «Yaxşı  ev»  onunla  əks  mənalı  olan  «pis  ev»lə 
şüuraltı  müqayisə  edilir.    Beləliklə,  «yaxşı»  və  «pis»  əks 
mənalı  sözlər  kimi  əlaqələnir,  antonim  cüt  yaradır.  Uşuna 
xuneyşun xərobi. Bu cümlə ikincinin əksi olan fikri ifadə edir. 
Əkslik antonim sözlərin işlədilməsində özünü göstərir.  
«Real  gerçəklikdə  müəyyən  keyfiyyət  və  əlamətlərin 
daşıyıcıları  bir-biri  ilə  müqayisə  edilərək  qiymətləndirilir. 
Qiymətləndirmə  üçün  istifadə  olunan  sözlər  qiymətləndirmə 
sifətlərini  təşkil  edir.  Məsələn:  gözəl  qız,  yaraşıqlı  oğlan. 
Qiymətləndirmə  subyekt  tərəfindən  yerinə  yetirildiyindən  o, 
subyektiv  səciyyə  daşıyır.  Bununla  yanaşı,  qiymətləndirmə 
üçün  həmişə  müəyyən  əsas  olur.  Bu  əsas  qiymətləndirmənin 
neytral  və  mərkəzi  nöqtəsi  sayılır.  Mərkəzi  nöqtədən  əks 
qütblərdə qiymətləndirmənin mənfi və müsbət halları  yerləşir» 
(67, 127). 
Göstərilən  sıralamada  antonim  sözlər  bir-biri  ilə  əks 
qütblərdə  yerləşir.  Fikrimizcə,  bu  hal  bütün  dillər  üçün 
səciyyəvi  olub,  tat  dili  antonimlərinə  də  aid  edilə  bilir.  


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
121 
121 
Bununla  belə,  qütbləşmə  apardıqda  sözün  həmişə  mənfi  və  ya 
müsbət  mənasından  danışmaq  düzgün  deyil.  Antonim  sözlərin 
mənfi  və  ya  müsbət  səciyyəli  əlamət  və  ya  keyfiyyəti  ifadə 
etməsi  mütləq  xarakter  daşımır.  Ruğanın  «yağlı»  və  ruğansız 
«yağsız»  «yavan»  antonim  cütünü  təşkil  edən  sözlərdən 
hansının  keyfiyyəti  mənfi  və  ya  müsbət  qiymətləndirməsini 
iddia etmək mümkün deyil.  Bir halda yağlı yemək, digər halda 
yağsız yemək müsbət qiymətləndirilə bilər. Məsələn: Bə noxuş 
ruğansıza xorum tind. – Xəstəyə yağsız yemək verin.  
Ürə  cöyi  rohəti.  –  «Onun  yeri  rahatdır».  Ürə  cöyi 
norohəti  «Onun  yeri  narahatdır».  Bu  iki  cümlədə  rohət  – 
norohət («rahat» – «narahat») antonim cüt funksiyasını yerinə 
yetirir.  Ü  nərohətə  ödomini.  O,  narahat  adamdır.  Bu  cümlədə 
ifadə olunan fikrin əksini vermək üçün rahat sözündən istifadə 
etmək  olmur.  Bu  halda  antonim  mövqedə  «sakit»  sözü  dura 
bilir.   
Antonim  cütlərlə  bağlı  qeyd  olunmuş  bu  xüsusiyyətlər 
hər  hansı  bir  dil,  o  cümlədən  də  tat  dili  üçün  doğrudur.  Fərq 
antonim cütlüyə daxil olan sözlərlə bağlı olaraq meydana çıxır. 
Bu  isə  fikrin  bir  dildən  başqa  dilə  tərcümə  prosesində  istifadə 
edilən  sözlərin  semantik  xüsusiyyətlərinin  nəzərə  alınmasını 
tələb  edir.  «Antonim  sözlər  üçün  mənanın  ümumi  və  mühüm 
əlamətlərinin  leksik-semantik  paradiqmaya  uyğunluğu  əsas 
götürülür.  Deməli,  məna  əlaqəsinin  ümumi  və  əsas  cəhətlərinə 
görə qarşılaşdırılan sözlər antonim kimi qəbul edilə bilər» (63, 
s. 3). 
Əlamət  və  keyfiyyətin  təyin  edilməsi  meyarları  çox 
olduqca,  hər  bir  meyar  üzrə  qiymətləndirmənin  ifadəsi  üçün 
nitqdə  istifadə  edilə  biləcək  antonim  cütlərin  sayı  da  bir  o 
qədər  artır.  Qeyd  edildiyi  kimi,  evin  yaxşılığı  müxtəlif 
meyarlar əsasında təyin edilir. Genişlik, böyüklük, təzəlik və s. 
Bu  xüsusiyyətlər  üzrə  antonim  cütlər  təşkil  edən  sözlər 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə