Gülsüm Hüseynova. Tat dilinin leksikası
107
107
dəyişməsindən asılı olaraq, sinonimlər arasındakı məna
əlaqələri də dəyişir və yeni sinonim cərgənin yaranması
prosesi baş verir. Bu baxımdan sinonimlik hadisəsi dildə baş
verən semantik proseslərlə, o cümlədən, sözlərin mənası ilə
yaxından bağlıdır. Sinonimlərin məna yaxınlığının hüdudları
barədə dilçilikdə konkret fikirlər yoxdur. Onların təyini
zamanı çox zaman məna yaxınlığı əsas götürülür. «Fonetik
tərkibcə müxtəlif, məzmunca bir-birinə yaxın olan sözlərə
sinonim deyilir» (69, 12).
Bəzən sinonimlərin təyini zamanı tam eyniliyi əsas
götürülür. Sözlərin bir-birinə sinonimlik münasibəti yalnız o
zaman olur ki, onların bu və ya digər mənaları tam eyniyyət
təşkil edir (üslubi və emosional cəhətdən yox, məhz semantik
cəhətdən). Əgər iki və daha artıq söz mənaca eynidirsə,
bunlara mütləq sinonimlər deyilir. Tat dilində sinonim kimi
qəbul edilən bəzi nümunələr bu fikri təsdiq edir. Məsələn:
qəloğ//vərə «qarğa»; qırmac//tatari «şallaq»; qırov//ləysən
«dəryaz»;
əkinçigəri//rəncbəri
«əkinçilik»;
handalu//fufalı//futolu
«əvəlik»;
paylimə//silim//sülüm
«nərdivan» və s. Qeyd olunan sözlərdə mənanın tam eyniliyi
özünü göstərir. Belə halın yaranmasının əsas səbəbi seçilmiş
nümunələrin tat dilinin müxtəlif ləhcələrinə aid olmasıdır.
Əvəliyin handalu və ya futalı adlandırılması onun ümumi
mahiyyətində heç bir dəyişikliyi nəzərə çatdırmır. Əvəlik
bitkidir və onun müxtəlif sözlərlə adlandırılması konkret
səbəblərlə bağlıdır. Qeyd olunan halda bu səbəb müxtəlif
şivələrdə həmin bitkinin (əvəliyin) müəyyən nəticəyə, əsasən,
adlandırılması şəklində özünü göstərir.
M.Rzazadə yazır: «Sinonimlər bir-birini qeyd və şərtsiz
əvəz etmək üçün deyil, bir anlayışın müxtəlif məna
incəliklərini vermək, ifadənin təsirini, bədii gözəlliyini
artırmaq, fikri konkret, aydın, parlaq etmək və onu rəngarəng
Gülsüm Hüseynova. Tat dilinin leksikası
108
108
vasitələrlə ifadə etmək üçündür» (124, 41). Tat dilində
cümlədə handalu və ya futalı sözünü işlətməklə, fikri konkret,
parlaq və ya rəngarəng etmək məqsədi güdülmür.
Sinonimlərin semantik meyarı həmin sözlərin eynimənalı
və əksər hallarda məna çalarlıqlarına malik olmasıdır.
Sinonimlərin nitqdə işlənmə xüsusiyyətləri başlıca olaraq
aşağıdakılardır: 1) təkrara yol verməmək; 2) mənanı daha
dəqiq ifadə etmək; 3) emosional-ekspressiv hiss (münasibət)
yaratmaq; 4) ifadə edilən əsas fikri aydınlaşdırmaq. Sonuncu
ilə bağlı G.Vəliyevanın irəli sürdüyü nöqteyi-nəzər səsləşir. O
yazır: Müxtəlif etnik qruplarla ünsiyyətdə olan yerli dialekt
sahibləri onlarla daha intensiv anlaşmaya nail olmaq üçün
müəyyən məfhumu onların dilində sinonimlə işlətməyi etnik-
linqvistik zərurət sayır. Təkrar-təkrar baş verən bu proses,
nəhayət, dialektin sinonim cərgəsində əcnəbi sözü fəallaşdırır
və sabitləşdirir» (145, 106).
Sözlərin
sinonimliyini
müəyyənləşdirərkən
onlar
arasındakı assosiativ əlaqəyə də fikir vermək lazımdır.
Sinonimlər bir ümumi məna ilə əlaqədar olub, bir
məfhumu
müxtəlif
şəkildə adlandıran, leksik-semantik
variantlarına görə eyniləşən, mənaca yaxın sözlərdir.
Sinonim sözləri təyin etmək üçün onların bir sıra
xüsusiyyətlərini nəzərə almaq lazımdır: 1) məna yaxınlığı və
ya məna ümumiliyi; 2) sinonim cərgə düzəltmə; 3) bir-birini
qarşılıqlı əvəzetmə; 4) müxtəlif quruluşlara malik olma; 5)
eyni nitq hissəsinə aidolma; 6) eyni funksiya daşıma; 7) sözün
çoxmənalılığı.
Sinonimlər üçün ümumiləşdirici əsas mənadır. Məna
ümumiliyində sinonimlərin bir məfhum ifadə etmələri nəzərdə
tutulur. Mənaca yaxın, formaca müxtəlif sözlər bir məfhumu
bildirmələrinə görə əlaqəyə girir. Sinonimlər üçün ümumi olan
əşya yox, məfhumdur. Sinonim cərgənin üzvləri məna
Gülsüm Hüseynova. Tat dilinin leksikası
109
109
ümumiliyinə əsasən daxili məna qrupu yaradaraq, bir-biri ilə
əlaqədar olur, başqa sözlərə münasibət bildirir, birləşir.
Sözalma nəticəsində müxtəlif dillərdə sinonimlər əmələ
gəlir. Bu cəhət Azərbaycan dilinə olduğu kimi, tat dilinə də
xasdır. Alınma söz sinonim cərgənin ya təşkiledicisi, ya da
cərgə elementlərindən biri olur. Bəzən sinonim cərgədə eyni
zamanda iki alınma söz yer tutur. Müasir Azərbaycan dilində
sinonimlik
məsələsinin
tədqiqi
zamanı söz alınması
nəticəsində
əmələ gələn sinonimlərin qruplaşdırılması
məsələsinə diqqət yetirilmişdir. «Alınma sözlər həm əsl
Azərbaycan sözlərinin, həm də bir-birinin sinonimii olur. Buna
görə də həmin sinonimləri alınma sözlərlə əsl Azərbaycan
sözlərindən və alınma sözlərdən əmələ gələn sinonimlər kimi
qruplaşdırmaq olar» (113, 194). Fikrimizcə, tat dilindəki
sinonimləri qruplaşdırarkən bu bölgüyə əsaslanmaq yerinə
düşür. Burada fərqli cəhət odur ki, tat dilinin öz sözlərindən
əmələ gələn sinonim cərgələri tat ləhcələri üzrə də qurmaq
mümkündür. Tat dilində sinonimlərin ən azı aşağıdakı
qruplarını ayırmaq olar: 1) tat dilinin müxtəlif ləhcələri
əsasında yaranan sinonimlər; 2) ümumiran və tat dili sözləri
vasitəsi ilə yaranan sinonimlər; 3) tat dili sözləri və alınma
sözlər hesabına əmələ gələn sinonimlər; 4) yalnız alınma
sözlər əsasında gələn sinonimlər.
Alınma sözlərlə tat dili sözlərindən əmələ gələn sinonim
cərgələrə daxil olan sözlər quruluşca həm eyni, həm də
müxtəlif
ola
bilir:
xuşbaxt//baxtəvər,
kələh//kələ//pevi//pəzəvənq «böyük, iri, pəzəvəng». Avestada
bu söz «pəzə» formasında «yekəpər» anlamında qeydə
alınmışdır. Güzəl//güzel//gugçeg//göyçəy, bica//bico//nohəqq
«bica, nahaq» və s.
Sözlər arasında sinonimik münasibətinin yaranması, təbii
ki, onların leksik mənaları ilə bağlıdır. «Əkinçigəri» və
Dostları ilə paylaş: |