Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə33/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
101 
101 
sifət  düzəldir,  məs:  birqat,  ikiqat  və  s.».  Dəri,  talış  və  tat 
dillərində qat sözü eyni mənada işlənir (RPDS, 642, TlRS, 60). 
Kürd dilində «təbəqə» mənasında «qet» və «taq» sözləri işlənir 
(PRKS,  628).  Fars  və  tacik  dillərində  «qat»  mənasında  başqa 
sözlər  işlənir.  Buradan  aydın  olur  ki,  «qat»  sözü  tat  və  talış 
dillərinə Azərbaycan dilindən keçmişdir.  Saqat//saqot sözünün 
birinci tərkib hissəsi sa «üç» mənasını ifadə edir.  
Saqat/saqot  «dəhrə»  (Lah,  Məl.).  Dəhrə  aləti  ilə  tanış 
olan hər kəs yaxşı bilir ki, onun burnu  əyri olur (kəsilən ağaca 
ilişmək  və  qıçı  zərbədən  qorumaq  üçün).  Qeyd  edək  ki,  tat 
dilində  qat  karde  «əymək,  qatlamaq,  bükmək»  mənasını  verir. 
Bu  təsəvvürlərin  hər  biri  dəhrə  adının  motivi  ola  bilərdi. 
Amma  göz  qabağında  olan  budur  ki,  saqat/saqot  söz 
formasınını  ifadə  etdiyi  mənalardan  birincisinə  mücərrədlik 
(abstraktlıq), ikincisinə isə konkretlik xasdır və bu mənalardan 
heç biri o birisindən törəmə hesab edilə bilməz. 
Sir  «tox»,  «sarımsaq».  Müq.et:  fars.  suç  «tox», 
«sarımsaq»,  tal.  si  «tox»,  «sarımsaq»  (bu  dildə  si  qrafeminin 
daha iki mənası var).  
Sir  sözünün  malik  olduğu  mənaların  başqa  materiallarda 
təkrar  olunmasına  baxmayaraq,  biz  həmin  sözləri  omonim 
hesab edə bilərik: hər halda dillərin müasir səviyyəsində biz bu 
mənaları semantik əlaqədə götürə bilmirik.  
Pəşmun/peşmun  «yun  paltar»,  «peşiman».  Müxtəlif  İran 
dillərində  peşiman  sözünün  həm  tam,  həm  də  müxtəsər 
formaları  təmsil  olunmuşdur.  O,  nitq  hissəsinə  mənsubiyyət 
baxımından sifət/zərf hesab edilə bilər.  
Pəşmun/peşmun  sözünün  «yun»  (paltar)  mənasını  belə 
yozmaq  mümkündür.  Bir  sıra  İran  dillərində  (Müq.et:  puştu. 
psə,  tal.  pəs)  bu  sözün  birinci  hissəsinə  uyğun  gələn  fonemlər 
sırası «qoyun» mənasında işlənir. 
Hər  halda  bütün  bunlar  pəşmun/peşmun  omonimliyinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
102 
102 
müvafiq  sözlərin  fonem  tərkibində  baş  verən  hadisələrin 
nəticəsi olduğunu söyləməyə artıqlaması ilə kifayət edər. 
Mu//muy  «saç,  tük»  mənasındadır.  Muy  sözünə  cəmlik 
bildirən  –  on  şəkilçisinin  artırılması  muon-mun  formasını 
yaradır  pəş+mun-pəşmun  «qoyun  tükü»  deməkdir.  «Yun» 
dəricə muy və paşm sözləri ilə verilir. Dəricə parça mənasında 
«paşmina,  tikkayi  paşmi»  sözləri  də  istifadə  olunur  (RPDS, 
745). Talış dilində yun «paşma» adlanır (255, 171). Tat dilində  
yuna «pəş» deyilir. 
Omonimlər  başlıca  olaraq,  dilin  öz  daxili  imkanları 
hesabına  yaranır, lakin alınma sözlər də bu prosesdə müəyyən 
rol  oynayır.  Tat  dilində  omonimlər  həm  bu  dilin  daxili 
imkanları  hesabına,  həm  də  alınma  sözlər  əsasında 
yaranmışdır. 
Alınma  sözlər  tat  dilinin  fonetik  sisteminə  uyğunlaşaraq, 
ifadə planlarına və  ya səslənməyə görə eyni şəklə düşürlər. Bu 
cür  eynilik  həm  alınma  sözlə  tat  dilinin  öz  sözləri,  həm  də 
müxtəlif dillərdən alınmalar arasında müşahidə olunur. 
Dilin  sözdüzəltmə  sisteminin  təsiri  nəticəsində  omonim 
sözlərin yaranmasının üç  forması özünü göstərir: 1) eyni əsaslı 
sözdən  omomorfemin  köməyi  ilə  sözdüzəltmə  nəticəsində 
omonimləşmə;  2)  omonim  əsaslar  üzrə  söz  yaradıcılığı;  3) 
sözdüzəldici  əsasla  semantik  və  morfoloji  bağlılığa  malik 
müxtəlif  morfemlər  əsasında  söz  yaradıcılığı  nəticəsində 
omonimləşmə.  Belə  hallarda  omonim  sözlərin  morfemlər  üzrə 
bölgüsü  üst-üstə  düşmür.  Rus  dilində  bumajnik  (kağız  üçün 
qovluq,  pul  kisəsi)  və  bumajnik  (kağız  sənayesi  işçisi)  sözləri 
bu  tərtibdən  olan  omonim  sözlərdir.  Onlardan  birincisinin 
yaranmasında  -nik,  ikincisinin  yaranmasında  isə  -ik  şəkilçisi 
iştirak  edir.  Əsas  birinci  halda  bumaqa,  ikinci  halda  isə 
bumajnıy sözüdür. 
Polisemiyanın  dağılması  nəticəsində  əmələ  gələn 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
103 
103 
omonimlər  homogen,  digər  formalarda  əmələ  gələnlərsə 
heterogen  omonimlər  adlanır.  Homogen  omonimlər  araşdırma 
və  təhlilə  çətin  gəlir.  Çünki  polisemantik  sözlərin  mənalarının 
bir-birindən  kifayət  qədər  uzaqlaşmasını  aydınlaşdırmaq  özü 
mürəkkəb  prosesdir.  Bu  halda  sözün  omonim  və  ya  çoxmənalı 
olması dəqiqləşmir. 
Çoxmənalı  sözün  mənalarının  uzaqlaşıb  ayrılması  və 
omonim  sözlərin  yaranmasını  təsdiq  edən  ən  yaxşı  əlamət 
linqvistik  mənaların  hər  ikisi  üçün  semantik  dayağın  itməsidir 
(217, 36). 
Polisemiyanın  dağılması  həm  ekstralinqvistik,  həm  də 
linqvistik  səbəblərdən  baş  verir.  Burada  daha  üzdə  olan 
realiyanın  və  ya  əşyanın  istifadədən  çıxması  ilə  onu  bildirən 
sözün arxaikləşməsidir. 
Omonimlik  və  çoxmənalılığı  fərqləndirməyin  semantik, 
leksik, sözdüzəltmə, birləşmə və etimoloji meyarları var. 
Mənşəyi  müxtəlif  olan  omonimlərin  çox  hissəsi  alınma 
sözlərin  fonetik  dəyişilməsi  nəticəsində  əmələ  gəlir.  Belə 
omonimlərin  əmələ  gəlməsi üçün bir çox hallarda  fonetik amil 
əsas  olur.  Bu  qrupa  daxil  olan  omonimlər  çoxdur  və  onların 
sayı alınma sözlərin hesabına artır.  
Tat  dilindəki  omonimləri  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar. 
1.  Tat  dilinin  daxili  imkanları  hesabına  yaranan 
omonimlər  tarixən  müstəqil  leksik  proses  kimi  baş  versə  də, 
mənşə  etibarilə  İran  dillərinə  məxsus  vahidlərlə  eynilik  təşkil 
edir.  Məs:  var/vor  –  «külək»;  «yel  xəstəliyi»;  isbi(h)//subi    – 
«ağ»  (rəng);  «gözdə  pərdə»;  biyə    –  «buz»,  «dul»;  çiran  – 
«yığmaq»;  «qırxmaq»;  sir –  «tox»;  «sarımsaq»;  saqat//saqot  – 
«dəhrə»;  «üçqat»;  xuna//xunə  –  «ev»,  «mənzil»;  «bənzəyiş», 
«oxşayış»; 
vakardən//vokərdan//vodkərdən 
– 
«asmaq»; 
«qoparmaq»;  xir//xır  –  «duman»;  «al»;  avaz//avoz  –  «səs»; 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə