Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
110 
110 
«rəncbəri» 
sinonimlərində 
məna 
eyniliyi 
(məşğuliyyət) 
aşkardır.  Hər  iki  söz  eyni  məna  verir.  Bunlardan  birinci  söz 
(əkinçigəri
tat 
dilində 
formalaşmışdır.  Onun  əsasını 
Azərbaycan  dilinə  mənsub  əkinçi  sözü  təşkil  edir.  Rəncbəri 
sözünün  əsası  tat  və  fars  dillərinə  mənsub  olan  rəncbər 
sözüdür. 
Burada  belə  bir  cəhət  diqqəti  cəlb  edir.  Azərb.  əkinçi  və 
tat.,  fars.  rəncbər  sözləri  eyni  təşəvvürü  bildirir.  Yəqin  ki,  bu, 
tatlara  yaşxı  məlumdur.  Buna  baxmayaraq,  tat  dilinin 
daşıyıcıları  rəncbəri  sözünə  yeni  bir  sinonim  yaradarkən  bu 
sözün  sözdüzəltmə  modelindən  istifadə  etməmişlər.  Onlar 
əkinçi  sözündən  -gər  şəkilçisinin  köməyi  ilə  yeni  bir  söz 
düzəltmiş,  artıq  bu  sözdən  rəncbəri  sözünün  müqabilini 
düzəltmişlər. 
Bir  sinonim  cərgədəki  sözlər  məna  ümumiliyinə,  bir 
məfhum  ifadə  etməsinə  və  eyni  qrammatik  formalı  olmasına 
görə  birləşsələr  də,  bir  sıra  xüsusiyyətlərinə  görə  bir-birindən 
seçilir:  1)  mənaca  tam  eyni  olmamalarına,  2)  üslubi 
çalarlarına,  3)  ənənəvi  yoxsa  müasirliyinə,  4)  işlədilmə 
sahəsinə,  5)  başqa  sözlərlə  birləşməsinə  görə  və  s.  Məsələn, 
əkinçigəri  və  rəncbəri  sözlərində  həm  müasirliyə,  həm  də 
başqa sözlərlə birləşməyə görə fərqlər nəzərə çarpır. 
Sinonim  cərgələrin  hüdudunu  müəyyənləşdirmək  üçün 
məna  əsası,  məna  eyniliyi  və  mənaca  yaxın  sözlər  arasındakı 
fərqlərin xarakteri kimi meyarlar irəli sürülür. 
Sinonim  cərgənin  bir  üzvü  və  ya  hamısı  çoxmənalı  ola 
bilər. Bir cərgədə çoxmənalı sözün bir mənası əsas götürülür. 
Sinonim cərgələrin hər bir üzvü başqa sözlərlə birləşərək, 
müxtəlif  sinonim  cərgələr  yaradır.  Köhnəlmiş  və  ya  məhəlli  
sözlər  cərgənin  ümumişlək  sözünün  üslubi  variantı  kimi 
cərgəyə daxil olur. 
Tat  dilində  sinonim  cərgələr  tərkibcə  müxtəlif  olur. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
111 
111 
Azərbaycan  dili  üçün  sinonim  cərgələri  tərkib  elementlərinə 
görə  dörd  qrupa  bölmüşlər:  1)  ikiüzvlü  sinonim  cərgələr;  2) 
üçüzvlü  sinonim  cərgələr;  3)  dördüzvlü  sinonim  cərgələr;  5) 
çoxüzvlü  sinonim  cərgələr  (145,  107).  Tat  dili  materialları 
əsasında  cərgələrin  bu  şəkildə  bölünməsi  özünü  doğrultmur. 
Bunun  səbəbi  ondadır  ki,  tat  dilində  yazılı  mətnlər,  əsərlər  az 
olduğundan,  ədəbi  dilin  fəaliyyət  sahəsi  dardır.  Dilin  istifadə 
dairəsinin  məhdudluğu  onun  sinonimlərlə  zənginləşməsinə 
mane  olur.  Ona  görə  bu  dildə,  əsasən,  ikiüzvlü  sinonim 
cərgələr  müşahidə  edilir.  Qeyd  olunanları  nəzərə  alaraq,  tat 
dilinin  sinonim  cərgələrini  tərkibə  daxil  olan  üzvlərin  sayına 
görə iki əsas qrupa ayırmaq olar: 1) ikiüzvlü sinonim cərgələr; 
2) ikidən artıq üzvlü sinonim cərgələr.  
İkiüzvlü 
sinonim 
cərgələr: 
xima//sov 
«küzə»; 
ardava//qındı  «sıyıq»,  çıx//sürvə  «öskürək»  və  s.  İkidən  artıq 
çoxüzvlü  sinonim  cərgə:  bəndam  –  miçə//müçə  –  səplağ 
(saplaq); loxşur//qabşur//qəmqal «qabyuyan parça». 
Sinonim  cərgədəki  sözlərdən  biri  dominant  adlanır. 
Dominant  cərgənin  əsas  üzvü  sayılır,  əsas  mənanı  ifadə  edir, 
sinonim  cərgənin  məna  əsasını  daha  dəqiq  əks  etdirir.  Ona 
görə  də  sinonim  cərgənin  üzvləri  dominanta,  əsasən,  sıralanır. 
Cərgənin  əvvəlndə  dominant,  sonra  isə  o  biri  üzvlər  gəlir. 
Bəzən  isə  sinonim  cərgədə  əsas  sözü  müəyyənləşdirmək  çətin 
olur.  Sinonim  cərgədəki  dominant  sözlə  bağlı  bəzi  məqamlara 
aydınlıq gətirmək lazım gəlir. Belə hesab edirlər ki, «Cərgənin 
məna  əsasını  o  biri  üzvlərə  nisbətən  daha  aydın  ifadə  edən, 
üslubi  cəhətdən  tipik  normativ,  neytral,  emosional-ekspressiv 
xüsusiyyətlərdən  azad  olan  və  daha  çox  işlənən  söz  dominant 
ola bilər» (104, 15). 
Bu  fikir  ekspressivlik,  emosionallıq,  məcazi  məna 
baxımından  doğrudur.  Başqa  hallarda  sinonim  cərgənin  hansı 
söz  əsasında  qurulması  amili  nəzərə  alınmalıdır.  Sinonimi 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
112 
112 
müəyyənləşdirilən  söz  cərgənin  dominantı  olur.  Məsələn: 
ləgərd  zərən  «təpik  vurmaq»,  şıllağ  şüdən  «şıllağ  atmaq».  Və, 
əksinə,  şıllağ  şudən,  ləgərd  zərən.  Bu  faktı  sinonimlər 
lüğətlərində verilmiş nümunələr də təsdiqləyir. Məsələn: ayıb-
qüsur-nöqsan;  qüsur-ayıb-nöqsan;  nöqsan-qüsur-ayıb-səhv-
əskik  (104,  337,  122,  286).  Göründüyü  kimi,  bu  sinonim 
cərgələrdə dominant-sinonimi axtarılan sözün özüdür. 
Bir  tematik  qrupa  aid  olub,  bir-biri  ilə  növ,  cins 
münasibətində olan məfhumların adları olan eyni mənalı sözlər 
də  bir-birinin  əvəz  edə  bilər.  Eynimənalı  sözlərdə  qarşılıqlı 
əvəzetmə  ancaq  təkrardan  qaçmaq  xatirinə  edilir.  Burada  tam 
əvəzlənmə olur. Mənaca bir-birinə  yaxn sözlərdə isə təkrardan 
qaçmaqdan  başqa,  məna  çalarlığı  yaratmaq  üçün  belə  bir 
əməliyyat  aparılır.  Buna  görə  də  «qarşılıqlı  əvəzetmə» 
məfhumunu  tam  və  natamam  mənalarda  işlətmək  olar.  Tam 
qarşılıqlı  əvəzetməyə  dubletləri,  natamamlara  isə  sinonimləri 
aid etmək olar. 
Əgər  sinonimlərlə  əvəzlənmə  istənilən  vaxtda  mümkün 
olursa, onda «təbiilik pozulur, sünilik, eybəcərlik yaranır» (39, 
128-129). 
Sinonim  cərgənin  bir  üzvü  digər  üzvü  ilə  bütövlükdə 
deyil,  hər  ikisi  üçün  ümumi  hesab  olunan  məna  əsasında 
(leksik-semantik  variant)  qarşılaşdırılır.  Deməli,  qarşılıqlı 
əvəzetmə,  bir  tərəfdən,  sinonim  münasibətində  olan  sözlərin 
mənaca  əvəz  olunması,  digər  tərəfdənsə,  mətndə  leksik 
birləşmənin  xarakterinə  görə  eyni  və  ya  uyğunlaşan  sinonim 
sözlərin birinin digərinin əvəzində işlədilməsi imkanıdır. 
Sinonimlərə  xas  olan  xüsusiyyətlərdən  biri  də  sinonim 
cərgələrin üzvlərinin eyni nitq hissəsinə aid olmasıdır. 
Sinonimlərə  əsas nitq hissələrindən ən çox isim, sifət,  fel 
və 
zərflərdə 
təsadüf 
etmək 
olur. 
Məsələn, 
isimlər: 
asbandak//zansu 
«üzəngi», 
birəğ//tırkəmə 
«ildırım», 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə