Gülsüm Hüseynova. Tat dilinin leksikası
104
104
«yenə»; gində – «qalın»; «kündə»; cira – «ayrı»; «qışqırtı»;
bun – «o» (işarə əvəzliyi); «dam»; asi biran//osi birən –
«darıxmaq»; «əsəbiləşmək»; par – «qanad»; «uzan»;
pəşmun//peşmun – «yun paltar»; «peşiman»; zan//zən –
«qadın»; «vur»; pay//poy//pö – «ayaq»; «dayan»; xun – «qan»;
«oxu» (əmr şəkli); çel//çıl – «xal»; «qırx»; tö – «tay», «tay-
bərabər»; metalın qızdırılıb soyudulması prosesi; pur – «dolu»;
«kök»; kələsər – «yekəbaş»; «ana arı»; izim – «odun»; «indi»;
vənoran – «bişirmək»; «qalamaq» (ocaq); müri – «muncuq»;
«çiyələk»; zəran//zərən – «vurmaq», «qırxmaq»; «qatıq
çalmaq»; kəş – «hündürlük», «təpə»; «çək»; pişin – «günorta»;
«sağ ol»; kəmə – «təzək»; «qatır çirk»; kösə – «dənli bitki
üçün ölçü vahidi»; «çömçə»; məsən – «bülöv»; «et» (əmr
forması); muqei – «yumşaq»; «qapaz»; çığ saxtən//çığ soxtan –
«parçalamaq», «kəsmək»; «qovurmaq»; kəm – «az»; «xəlbir»;
cihin – «arpa cadı»; «xırman»; dəstgir – «tutacaq»;
«köməkçi»; fidoştan – «işlətmək»; «uşağı çiş tutmaq»; cirangə
– «salxım»; «paslanmaq», tarsi//tərsi – «qorxu»; «tərslik»;
zindan//zindon – «zindan», «həbsxana»; zindan (dəmirçi
aləti)
*
; tan//tən – «insan və heyvan bədəninin bir üzvü, qadının
aşağı hissəsi (cinsiyyət aləti) (137, 83); «yan», «ətraf»;
kar//kor – «iş», «fəaliyyət»; «kar» (qulağı eşitməyən); zərdi –
«yumurta sarısı»; «sarılıq» (xəstəlik adı); nühəvar – «yayan»;
«yelləncək»; dəzərən//dəziran – «sancmaq (gülü və ya sancağı
yaxaya taxmaq)»; «vurmaq»; ləpə – «ləpəli bitkilərin içi»,
«ləpə», «kiçik dalğa» və s.
2. Tat dilində omonimlərin digər qrupu bilavasitə tat
dilinə məxsus leksik vahidlərlə alınma sözlərin hesabına
yaranır. Bu tipli omonimik cərgədə alınma sözlərin
əksəriyyətini Azərbaycan sözləri təşkil edir. Məsələn: ağo//ağu
– «zəhər», «ağu»; «yasda oxunan mərsiyə»; arağ//ərağ –
«tər»; «araq»; bürünc//birinc – «düyü (< əski az. pirin
Gülsüm Hüseynova. Tat dilinin leksikası
105
105
«düyü)»; «bürünc» (metal); bağ//boğ – «bağ», «bağça»;
«qurbağa»; xarə//xora – «parça növü», «xara»; «güvə»; şiriş –
«yapışqan»; «yoğur» (felinin kökü); bağır//bağir – «köks»,
«sinə» (ağ); «özgə», «ayrı» (< begey) və s.
Tat sözü ilə Azərbaycan dilindən alınma sözlərdən əmələ
gəlmiş omonimlik ikinci sözün fonetik dəyişikliyə uğraması
nəticəsində meydana çıxır. Məs: ələ «hin» – ələ «alaq»
(<alaq).
Omonim sözlərin bir hissəsi tat və digər dillərdən
alınmalar hesabına yaranır. Məs.: moy «ana» – moy («may ayı»; soya «arı səbəti» – soya paxlalı bitki adı və s.
3. Alınma sözlər hesabına yaranan omonimlər
Bunlar da öz növbəsində aşağıdakı qruplara bölünür:
a) Həm Azərbaycan, həm də tat dilində omonim kimi
işlənən sözlər. Bu tipli sözlərin bir qismi ərəb, fars və Avropa
dillərindən Azərbaycan dilinə keçmiş, onların omonimləşməsi,
fikrimizcə, alınma prosesi üçün vasitəçi olan Azərbaycan
dilində baş vermişdir: qələm – «yazı ləvazimatı»; «calaq
edilmiş ağac»; divan//divon – «mebel növü»; «məhkəmə»; dəm
– «an»; «plov dəmi»; mal – «əmlak»; «satılmaq üçün bazara
çıxarılan əşya»; hava//havo – «hava»; «musiqi havası»;
zar//zər – «qızıl»; «nərd zəri»; tam – «bütöv»; «dad»; gürzə –
«ilan»; «xəmiraşı»; ayal//əyal – «həyat yoldaşı»; «uşaq,
övlad»; binə – «ev»; «özül», «təməl»; Mars – «planet adı»;
«mars» (nərd termini) və s.
b) Bu qrupa daxil olan omonim cərgənin tərkib
hissələrindən birini Azərbaycan dilindən alınma söz təşkil
edir: ağıl//ağl – «ağıl»; «ağıl» (mal-qara saxlanılan yer);
aşığ//aşuğ – «aşıq»; «topuqda sümük»; qaz – «qaz» (yanar
kimyəvi maddə); «qaz» (quş adı) və s.
c) Eyni qrupa aid omonimik cərgədə bəzən hər iki söz
Azərbaycan mənşəli alınmalardan ibarət olur. Məs.: tup –
Gülsüm Hüseynova. Tat dilinin leksikası
106
106
«silah növü», «top»; top (oyun aləti); kuk//kük – «kök»; «ağac
kökü»; ara – «məsafə»; «münasibət»; yazı//yazi – «yazı»;
«çöl», «səhra»; çapundan – «yal»; «yalman» və s.
4. Müxtəlif mənalı və quruluşlu alınma sözlərin tat
dilində fonetik assimilyasiya nəticəsində formaca dəyişməsi ilə
yaranan omonimlər: küpük – «köpük»; «qəpik»; furmə –
«ferma»; «forma»; ğəbz – «qəbz»; «mədə-bağırsaq xəstəliyi»;
şutka – «diş fırçası»; «sayğac» (şotka) və s. (155, 23).
Tat dilində omonimlik hadisəsi daha çox leksik yolla
inkişaf etmişdir. Hazırda bu yolla omonim cərgələrin
formalaşmasında çoxmənalılıq, alınma sözlər və fonetik
dəyişmələrlə bağlı proseslər daha aktiv rol oynayır.
Tat dilində sinonimlər.
Tat dilinin lüğət tərkibi leksik-semantik söz qrupları ilə
zəngindir. Bunların arasında sinonimlər xüsusi yer tutur.
Sinonimləri gerçəkliyin eyni əşya, hadisə, əlamət və ya
hərəkəti ilə bağlı olan, lakin müxtəlif şəkillərdə adlandırılan
semasioloji hadisə kimi təyin edirlər (39; 34; 64). Fikrin ifadə
formalarının zənginləşməsində, dilin məna potensialının
genişlənməsində, habelə, müxtəlif üslubi çalarların yaradılma-
sında sinonimlərin əvəzsiz rolu var. Məna ümumiliyinə və
üslubi çalarlara malik olması sinonimləri başqa semantik söz
qruplarından fərqləndirən əsas əlamətlərdir. Bütövlükdə,
sinonimlik hadisəsi dildə ayrı-ayrı sözlərin leksik mənaları
arasında semantik əlaqələri müəyyən edir, məna yükünün
müxtəlif leksik vahidlər vasitəsilə ifadəsini təmin edir.
Sinonimlər eyni bir məhfumla bağlı olduğundan, dildə ifadə
rəngarəngliyi yaradır, eyni anlayışın müxtəlif çalarlarını
nümayiş etdirməyə imkan verir. Sözlər arasındakı assosiativ
əlaqənin xarakterindən və leksik vahidlərin mənasının
Dostları ilə paylaş: |