Azərbaycan ədəbiyyatı məsələləri
561
Lider kimi yüksək ada layiq gördüyü tarixi şəxsiyyət,
Azərbayjan dövlətinin mahir sərkərdəsi, dövlət başçısı, mənəvi
sirdaşı,
qardaşı
olmuş
Heydər
Əliyevdir.
Azərbayjan
mədəniyyəti, ədəbiyyatı onun misli görünməmiş qayğıları ilə
əhatə olunmuşdu. 1969-ju ildən üzübəri müəyyən fasilələrlə
Azərbayjan dövlətinə rəhbərlik edən H.Əliyev Azərbayjan
ədəbiyyatına-onun şair və yazıçılarına, alim, tənqidçi və
dramaturqlarına arxa, dayaq olub.
Onun sayəsində Bakı həmişə ədəbiyyat və mədəniyyət
günlərinin keçirildiyi mərkəzə çevrilmişdi. O nəinki xalq ədəbi
irsinə, eləjə də klassik ədəbi irsimizə daima bağlı olmuşdur.
Sovet dövründə «Yazıçıların Ümumittifaq konfransı»ndakı
nitqində deyir: «Azərbayjan poeziyası, bədii ədəbiyyatı uzaq
keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii
şüurunun yaranması və inkişafı tarixidir. Öz dahi
yaradıjılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən
mühüm ifadə forması, azadlıq və istiqlaliyyət uğrunda açıq və
«üstüörtülü» mübarizənin başlıja vasitələrindən biri idi. Xalqın
həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və
humanist ideyalarından qidalanan Azərbayjan klassikası həmişə
nəjib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı
olmuşdur».
Heydər Əliyev Azərbayjan klassik ədəbiyyatına dərindən
bələd bir alim kimi XII əsr Nizaminin, Xaqaninin timasalında
intibah dövrünü keçirən Azərbayjan ədəbiyyatının sonrakı
əsrlərdə Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun,
Sabirin timsalında dünya şöhrəti qazandığını, dünya ədəbi
prosesinə təsirini, «Avropa ədəbiyyatını ideyalar, mövzular və
sücetlərlə zənginləşdirdiyini» gözəl bilirdi. Ömrünün böyük bir
hissəsini Azərbayjan dövlətçiliyinin inkişafına həsr edən dövlət
başçısı Azərbyajan ədəbiyyatına da daima diqqət göstərmişdir.
Gülxani Pənah, Salatın Əhmədli
562
Heydər Əliyevin ədəbiyyatla bağlı fikir və mülahizələrini
nəzərdən keçirdikdə onun bir alim, tənqidçi, ədəbiyyatşünas
kimi yüksək elmi-nəzəri düşünjələrinin, fikirlərinin şahidi
oluruq. «Kitabi-Dədə Qorqud» ensiklopediyasının 1-ji jildinə
yazdığı ön sözü gözdən keçirərkən dediklərimizin faktlarla
sübütunu
gördük.
Onun
ədəbiyyatşünaslığında
Qazi
Bürhanəddin, Şah İsmayıl Xətayi duyumlarını gördük.
Dövlətçilik prinsipləri içində ədəbiyyatın yerini görür. 1300
illik yubileyi qeyd olunan «Kitabi-Dədə Qorqud»u «gənj nəslə
ünvanlanan bir kitab» kimi dəyərləndirərkən narahat olduğu
məqamları dilə gətirir. Ona tarixi reallıqlarla yanaşır:
«müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü
dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müs-
təqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində
dövlət tədbirləri həyata keçirmək nə qədər vajib olsa da, əsl
müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan
və xüsusən gənj nəsil müstəqilliyin nə qədər müqəddəs
olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o,
azərbayjançılığın, mənsub olduğu xalqın mədəniyyətinin,
ədəbiyyatının, injəsənətinin, elminin nə olduğunu dərindən
bilməlidir. Bu çox mühüm məsələdir. Məhz bu baxımdan
«Kitabi-Dədə Qorqud ensiklopediyası» ilk növbədə gənj nəslə
ünvanlanan kitabdır».
Böyük tarixi şəxsiyyət taleyüklü məsələlərin həyata keçi-
rilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün tariximizi
yaxşı bilməyimizi, milli köklərdən qaynaqlanmaqla, öz tarixi
keçmişimizin dəyərli tarixini öyrənməklə, varisi olduğumuz
mədəni irsimizi dərindən mənimsəməklə, ondan böyük qürur
duymaqla qazanajağımız müvəffəqiyyətləri uzaqgörənliklə dilə
gətirir: «Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və
milli dəyərlərimiz «Kitabi-Dədə Qorqud» eposunda öz əksini
Azərbaycan ədəbiyyatı məsələləri
563
tapmışdır. Bu epos bizim ümumi sərvə-timizdir və hər bir
azərbayjanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın
məzmununu, onun hər bir kəlməsini hər bir azərbayjanlı
məktəbdən başlayaraq bilməlidir. Bu bizim ana kitabımızdır....
dünya qorqudşünaslığı «Kitabi-Dədə Qorqud»un istər etnik,
mənşə, istər tarixi-joğrafi, ərazi, is-tərsə də dil və məfkurə
baxımından Azərbayjan xalqına mənsub olması fikrini qəti
şəkildə təsdiq edir. «Kitabi-Dədə Qorqud»un Azərbayjan tarixi
üçün ən böyük, ən əsas və ən birinji xidməti bundan ibarətdir».
Bir ədəbiyyatşünas kimi dastanı «qəhrəmanlıq eposu»,
«bütöv bir xalqın qəhrəmanlığını özündə jəmləşdirən bir epos»
adlandırır, əsərin əsas ideyasının «baş sərkərdədən tutmuş
böyükdən
kiçiyə
kimi
bütün
qəhrəmanlarının
doğma
torpaqlarını qorumaq uğrunda janlarından keçməyə hazır
olduqlarını göstərməkdir»-deyir və əsas fikrini bildirir ki, «
ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında
duran ən ümdə problemlərin həlli, o jümlədən respublikanın
suverenliyinin və müstəqilliyinin möhkəmləndirilmə-si, ərazi
bütövlüyünün qorunması baxımından müasir Azər-bayjan
Respublikası vətəndaşlarının qəhrəmanlıq ideologiyasından
faydalanmasının nə dərəjədə vajib olduğu gün kimi aydındır».
Dastanın etik, estetik keyfiyyətləri haqqında, Dədə Qor-
qud fəlsəfəsi haqqında, dastanın dilimiz, mənəviyyatımızla
bağlı kəsb etdiyi mədəni estetik əhəmiyyəti haqqında söylədiyi
dəyərli fikirlər, dastanın yaranma, inkişaf prosesi, tədqiqi tarixi
ilə bağlı mühakimələri maraq doğurur. XX əsr tarixində
dastanın təqiblərə məruz qaldığını, onu üzə çıxaran Əmin Abid,
B.Çobanzadə kimi tədqiqatçıların repressiyaya məruz qaldığını,
müharibə dövründə xalqın düşəmənə qarşı mübarizə ruhunu
artırmaq üçün «Koroğlu, «Dədə Qorqud» kimi dastanlardan
istifadə etməyə jəhd göstərildiyini, müharibədən sonra dinj
Gülxani Pənah, Salatın Əhmədli
564
qurujuluq illərində «gənj nəslin «Kitabi-Dədə Qorqud»
ruhunda tərbiyə edilməsinə yasaq qoyulmasını, «ədəbiyyata və
injəsənətə qarşı yönəldilmiş məşhur «Cdanov qərarları»nın ab-
havasına uyğun olaraq
«Kitabi-Dədə Qorqud»a qarşı
hüjumlar»ın başlandığını unutmur: «Əgər 1949-ju ildə
akademik Heydər Hüseynovun «XIX əsrdə Azərbayjanda
ijtimai və fəlsəfi fikir tarixindən» əsəri tənqid atəşinə tutularaq
Azərbayjan xalqının tarixinə yanlış, elmə zidd qiymət
verməkdə ittiham olunurdusa, bundan sonra «Kitabi-Dədə
Qorqud» eposunun ümumən xalq eposu olmadığı bildirilirdi və
bu eposu «yayanları amansızlıqla ifşa etmək və onlara divan
tutmaq» şüarları səsləndi».
H.Araslının, M.Təhmasibin, Bartoldun rusjaya çevirib çap
etdirdiyi «Kniqa moeqo Deda Korquda» kitabının sovet
reciminin sərt reaksiyasına məruz qaldığını xatırladan dövlət
başçısı «sonrakı dövrlərdə bu eposun xalqa zidd olduğu,
Azərbayjan xalqına məxsus olmadığı haqqında dövlət sə-
viyyəsində işlərin davam etdirildi»yini bildirir. H. Əliyev 1950-
ji il partiya yığınjağında deyilən fikirləri diqqətə çat-dırır.
Həmin partiya yığınjağının hesabatında deyilirdi: «Pantürkistlər
tərəfindən Azərbayjan ədəbiyyatının qədim abidəsi kimi
qələmə verilən «Dədə Qorqud» eposunun mürtəje burcua
millətçilik mahiyyəti son zamanlaradək ifşa edilməmişdir.
«Dədə Qorqud» eposunun Azərbayjan xalqı ilə, onun tarixi,
folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. «Dədə Qorqud»da
Azərbayjan xalqı üçün yabançı olan həyat tərzi, adət və
ənənələr təsvir edilmişdir. ... Dədə Qorqud»un mətnini nəşr
edən Həmid Araslı eposun yalnız ideyasını deyil, onun dilini də
saxtalaşdırmış
və
Azərbayjan
dilinə
süni
surətdə
uyğunlaşdırmışdır. Dəmirçizadə bununla kifayətlənməyərək
uşaqlar üçün «Dədə Qorqud» mövzuları əsasında «Qaraja
Dostları ilə paylaş: |