Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə139/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   135   136   137   138   139   140   141   142   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
553 
ədəbiyyatının  dünya  arenasında  təbliğinə  dəstək  kimi 
qiymətləndirilməlidir. 
Azərbayjan Yazıçılar Birliyi və onun bölmələri ölkəmizin 
milli  bayramları  ilə  bağlı  silsilə  tədbirlər  keçirir,  oxujularla 
görüşlər  təşkil  edir,  milli-mənəvi  dəyərlərimizə  sədaqətini  işi, 
fəaliyyəti  ilə  yaşadır.  Novruz  bayramı  ilə  bağlı  hər  il 
Azərbayjan  Yazıçılar  Birliyinin  Natəvan  klubunda  keçirilən 
tədbirlər,  şairlərimizin,  yazıçılarımızın  kollektivlərlə,  tələbə  və 
müəllim  heyətləri  ilə  görüşü,  Novruz  ənənələrinin  qorunub 
saxlanması,  Novruz  bayramı  ilə  bağlı  yazılan  ən  yaxşı  əsərlər 
üçün ayrılan mükafatlar diqqətəlayiqdir. 
Azərbayjan Yazıçılar Birliyinin ən böyük ağrısı, Şuşa, La-
çın....,  Qarabağ  ajıları,  Xojalı  fəryadı  yazıçıların  əsərlərində 
aparıjı mövzulardır.  Xalqın başına gətirilən müsibətlər, erməni 
işğalçılarının  törətdiyi  fajiələr  əsərlərimizdə  əsas  mövzu 
olmaqla  yanaşı,  düşmənə  nifrət  motivləri  ilə  də  güjlüdür. 
Azərbayjan  Yazıçılar  Birliyi  və  Dövlət  Qarabağ  mövzusunda 
yazılmış ən yaxşı əsərləri mükafatlara layiq görmüşdür.  
Azərbayjan  Yazıçılar  Birliyi  müntəzəm  olaraq  mətbuat 
orqanları  ilə  görüşlər  keçirir,  dəyirmi  masa  təşkil  edir.  Milli 
Məjlisin  və  Prezident  tədbirlərini  geniş  işıqlandıran,  qəbul 
olunmuş dövlət qanunlarının  mətnini dərj edən,  ij-timai-siyasi, 
beynəlxalq əlaqələrə, iqtisadi məsələlərə səhifələrində geniş yer 
verən «Azərbayjan» qəzeti ilə görüşü buna nümunədir.  
AYB-nin  bölgələrdə  keçirilən  ədəbi  məjlislərin  bir  araya 
gəlməsi üçün apardığı  məqsədyönlü  fəaliyyəti təqdirə  layiqdir. 
Qubada  fəaliyyət  göstərən  «Ay  işığı»  əvvəlki  ənənələrin  bir 
növ  davamı  kimi  dəyərləndirilməlidir.  Hələ    ötən  əsrdə 
Abbasqulu  ağa  Bakıxanov  Qubada  «Gülüstan»  ədəbi  məjlisi 
yaratmışdı.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
554 
2007  ji  il  21-25  oktyabr  günləri    «Mövlana  Cəlaləddin 
Rumi» günləri kimi ədəbiyyat tariximizdə də qaldı.  
Mövlana  Ruminin  anadan  olmasının  800  illiyinin 
YUNESKO  çərçivəsində  qeyd  olunması  ilə  əlaqədar  olaraq 
Azərbayjan  Milli  Elmlər  Akademiyası,  Azərbayjan  Yazıçılar 
Birliyi, Azərbayjan Rəssamlar İttifaqı ilə birlikdə Azərbayjanda 
Mövlana Rumi günləri keçirildi. 
Mövlana  Ruminin  anadan  olmasının  800  illiyinin 
YUNESKO  çərçivəsində  qeyd  olunması,  Mövlana  Ruminin 
bədii-fəlsəfi irsinin milli mənsubiyyətindən, irqindən, jinsindən, 
dinindən  asılı  olmayaraq  bütün  insanlar  üçün  böyük  dəyər 
daşımasından  irəli  gəldiyini  Mədəniyyət  və  Turizm  Naziri 
Əbülfəs Qarayev  onun insanlar arasında sevgi, məhəbbət, qar-
daşlıq  hisslərini  tərənnüm  etdiyini,  «bu  gün-milli,  dini,  siyasi, 
irqi zəmində silahlı toqquşmaların  və  münaqişələrin artdığı  bir 
dövrdə  Mövlana  irsinə  «ehtiyaj»  duyulduğunu  xüsusilə  qeyd 
etdi:  «Əgər  insanlar    bu  dahi  mütəfəkkir  şairin  təkjə  «Ya 
olduğun kimi görün, ya da göründüyün kimi ol» kəlamına əməl 
etmiş  olsaydılar,  dünya  indikindən  qat-qat  gözəl  olar,  insanlar 
daha xoşbəxt, sülh, əmin-amanlıq içərisində yaşayardılar». 
«Mövlana  Rumi  günləri  çərçivəsində  «Çağdaşımız  Möv-
lana»  (22-23  oktyabr)  simpoziumu  keçirildi.  Bu  simpoziumda 
Anar  «Çağdaşımız  Mövlana»,  Arif  Əmrahoğlu  «C.  Rumi 
sufizmində  model»,  Teymur  Kərimli  «Mövlana  və  müasirlik» 
mövzusunda çıxış etdilər.   Simpoziumda Türkiyədən Dok.  Dr. 
Gülşen  Seyhan  Alışık,  Prof.  Dr.  Azmi  Bilgin,  Dok.  dr.  Ömür 
Seylan,  İrandan  Əsgər  Şahi,  Behruz  Sərvəti,  Həsən 
Rüstəmzadə, şəxsiyyəti sərhəd tanımayan jərrah, türkoloq-ədib, 
Fransa  Cərrahiyyə  Akademiyasının  üzvü  Dr.  Cavad  Heyət, 
prof.  Nizami  Cəfərov  və  başqaları  çıxış  etdilər.  Türkiyə  və 
Azərbayjan  Yazıçılar  Birliyinin  Mövlana  Rumi  günləri 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
555 
münasibətiylə təsis etdiyi ən yaxşı şeir, nəsr, ədəbiyyatşünaslıq 
üzrə  keçirilən  müsabiqədə  Ə.  Cahangir,  Ə.Əsgəroğlu, 
E.Quliyev,  G.Pənah,  Ş.Ana,  M.Abdullayeva  və  başqaları  fəxri 
fərman  və  mükafatlarla  təltif  edildilər.  «Hər  öyüdü  bir  kəlam, 
hər  əsəri  bir  elm  dəryası  olan»,  dünya  alimlərini  düşündürən, 
heyrətləndirən Mövlana  fəl-səfəsinə  həm elmi prizmadan,  həm 
ədəbi-bədii  prizmadan  nəzər  salındı.    Azərbayjan  Yazıçılar 
Birliyinin  Türkiyənin  Konya  Böyükşəhər  Bələdiyyəsinin 
Mövlana ödülüylə təltif edilməsi, Türkiyədə keçirilən Mövlana 
günlərinə qatılması bir daha Türkiyə-Azərbayjan ədəbi, mədəni 
əlaqələrinin  möhkəmləndirilməsində  AYB-nin  fəallığından  xə-
bər  verir.  Azərbayjan  Respublikası  Mədəniyyət  və  Turizm 
Nazirliyi,  Türkiyə  Respublikasının  rəhbərliyi  Mövlana  Rumi 
gün-lərinin  ölkədə  yüksək  səviyyədə  keçirilməsində  dəstək 
oldu. 
2008-ji  ilin  13-15  noyabr  günlərində  Azərbayjan  Yazı-
çılar Birliyi, Türkiyə Yazarlar Birliyi, TÜRKSOY-Türk Kültür 
ve  Sanatları  Ortaq  Yönetimi,  Qafqaz  Universiteti  ilə  birlikdə 
«Türk  xalqları  ədəbiyyatı»  çərçivəsində  Beynəlxalq  Uşaq 
Ədəbiyyatı  Konqresi  keçirildi.  Bütün  türk  dövlətlərinin  iştirak 
etdiyi  bu  konqres  Bakıda  keçirildi  və  uşaq  ədəbiyyatı 
problemlərinə həsr olunmuş tarixi konqres kimi yadda qaldı.  
Azərbayjan  Mədəniyyət  və  Turizm  Nazirliyi  Azərbayjan 
Yazıçılar  Birliyi  ilə  birgə  2008-ji  ildə  Gənj  Ədiblər  Məktəbi 
yaratdı.  Məktəbin    yaradılmasında  əsas  məqsəd  bu  layihə 
çərçivəsində  yaradıjı  gənjlərin  ilk  kitablarının  nəşrinə, 
əsərlərinin  mətbuatda  işıqlandırılmasına,  televiziya  və  radioda 
onlara efir vaxtının ayrılmasına və istedadı ilə seçilən gənjlərin 
mükafatlandırılmasına yol açmaq idi. Gənj Ədiblər Məktəbinin  
məşğələləri  ayda  bir  dəfə  Rəşad  Məjidin  rəhbərliyi  ilə 
aparılırdı. Böyük uğular əldə edildi. Rəşad Məjid yazır: «GƏM-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
556 
dəki  yazarlarla  ünsiyyət  zamanı  apardığım  müşahidələr, 
gənjlərin  yaradıjılığını davamlı  izlə-məyim,  təbii  ki,  məndə  bu 
barədə  müəyyən  bir  qənaət  for-malaşdırdı.  Həmin  qənaətə 
əsaslanaraq  jəsarətlə  deyə  bilərəm  ki,  Məktəb  üzvlərindən  10 
nəfərə  qədər  gənjin  yüksək  ədəbi  istedadı  var  və  mən  onların 
yaxın 
gələjəkdə 
Azərbayjan 
ədəbiyyatının 
inkişafında 
əhəmiyyətli  rol  oyna-yajaqlarına  əminəm.  Artıq  həmin 
gənjlərin  bu  istiqamətdə  ilk  uğurlu  addımlarını  atdıqlarını  də 
deməyə  əsas  verir».  Xəyal  Rza,  Zərdüşt  Şəfi,  Elxan  Zeynallı, 
Fərid  Hüseyn,  Tu-ral  İsayev,  Vüsal  Nuri,  Elşad  Ərşad  oğlu, 
Sevinj  Mürvətqızı,  Ələmdar  Cabbarlı,  Şəhanə  Şükür,  Habil 
Yaşar… Onların bir çoxu Prezident təqaüdünə layiq görüldü. 
Ədəbiyyatımızın  təbliğini,  oxuju  kütləsinin  marağını 
nəzərə  alaraq  Yazıçılar  Birliyində  «Bayatı»  kitab  mağazası 
açıldı.  Xariji  ölkələrdə  olduğu  kimi  «Bayatı»  kitab  mağaza-
sında  da  imza  günləri  keçirilir.  Azərbayjan  Mədəniyyət  və 
Turizm  nazirliyinin  xətti  ilə  keçirilən  kitab  yarmarkaları 
kitabların,  ədəbiyyatımızın  təbliği  sahəsində  aparılan  uğurlu 
işlərdən xəbər verir.  
AYB müstəqillik dövrünün ilk illərindən üzü bəri həmişə 
ijtimai-siyasi  hadisələrdən,  ölkəmizdə  baş  verən  qlobal 
məsələlərdən  kənarda  qalmayıb.  Xüsusilə  Qarabağla  bağlı 
məsələlər ətrafında həm ölkə daxilində,  həm beynəlxalq səviy-
yədə gedən proseslərə diqqətlə yanaşmış, xalqla dövlət arasında 
bir  körpü  rolu  oynamışdır,  desək  yanılmarıq.  AYB  xalq 
mənafeyinin,  milli  heysiyyətin,  xalqının  dilinin  qoruyujusu 
olub.  
 Qarabağla  bağlı  məsələlər,  yalanlar,  şayiələr  xalq  ara-
sında yayılıb, xalq arasında çaşqınlıq törədilən illərdə AYB-nin 
bir  qrup  yazıçısı  Prezident  Heydər  Əliyevə  bu  mövzuda 
mürajiətini çatdırdı. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə