Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə135/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
537 
də  ağır  izlər  buraxdı.  Ölkədə  gedən  proseslər,  dəyişikliyə 
uğrayan  ijtimai  formasiyalar    bir  sıra  məsələlərin  həllində 
çətinlikləri  ortaya  qoydu.  Sovet  dövründə  senzura  ilə  idarə 
olunan  ədəbi  prosesə  verilən  siyasi,  mənəvi  azadlıq  bəzi 
məsələlərin həllində yanlış yolların da baş alıb getməsinə səbəb 
oldu.  Ədəbiyyata  gələn  yeni  gənj  ədəbi  nəslin  ədəbi  prosesə 
yanaşma  tərzi,  bədii  düşünjə  məsələsində,  qələmə  alınan 
əsərlərin  ideya-bədii  keyfiyyətlərində  bir-birini  tamamlamayan 
qeyri-sənətkarlıq  keyfiyyətləri  ziddiyyətli  fikirlər  dolaylarında 
müxtəlif  məfkurə  sahiblərini  birləşdirməyə  başladı.  Bu  sahədə 
ən  böyük  zərbələri  Azərbayjan  Yazıçılar  Birliyi  və  onun 
rəhbərliyi aldı.  Azərbayjan Yazıçılar Birliyinin bir qurum kimi 
fəaliyyətinin  dayandırılmasını  istəyən  qüvvələr  əslində  milli 
ədəbiyyatımızın  inkişafına  əngəl  törətdiklərini  bilmirdilər.  
Müxtəlif  şayiələr,  böhtanlar  düşmənlərimizin  xeyrinə  idi.  İlk 
illərdən  mətbuatda  yayılan  yalan,  böhtan  qərəzli  yazılar 
qurultay  ərəfəsində  daha  da  çoxaldı,  sərtləşdi,  Yazıçılar 
Birliyinin  dağıdılması,  buraxılması  israrla  tələb  edilirdi.  Belə 
bir  dövrdə  50-60  ildən  çox  fəaliyyət  göstərən  bir  qurumun 
dağılmasının  qarşısını  alan,  milli  ənənələrə  sadiq  istedadlı 
qələm sahibləri min bir təhqirlərə məruz qalsalar da, sübut edə 
bildilər ki, bir şeyi qurmaq çox çətin, dağıtmaq isə çox asandır. 
Böyük zəhmətlə, məsuliyyətlə, şərəfli bir həyat sürən, fəaliyyət 
göstərən,  dünya  ədəbiyyatına  qüdrətli  sənətkarlar  bəxş  edən, 
yarım  əsrdən  çox  fəaliyyəti  dövründə  xalqının  ədəbi  -mədəni, 
mənəvi 
xəzinəsini  zənginləşdirən  Azərbayjan  Yazıçılar 
Birliyinin  yaşaması,  fəaliyyəti  ədəbiyyatımızın  yaşaması, 
fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Yeni yaradıjı nəslin 
adından istifadə edən bir qrup «dağıdıjılar» milli dəyərlərimizə 
qarşı  çıxır,  klassik  sənətkarlarımıza  qarşı  xoşagəlməz  ifadələr 
söyləyir,  son  60-70-ji  illər  ədəbiyyatına  qarşı  çıxır,  onun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
538 
nümayəndələrinə  qarşı  xüsusi  amansızlıqla  ideyavi  zərbələr 
vururdular.   Belə bir zamanda belə böhtançılara,  məsuliyyətsiz 
insanlara  qarşı  türk  dünyasının  ən  peşəkar  yaradıjılarını  öz 
sıralarında 
birləşdirən 
Azərbayjan 
Yazıçılar 
Birliyinin 
müdafiəsinə  qalxanlar,  onun  yoxluğunu  istəyənlərdən  qat-qat 
çox idi. 
Son zamanlar  baş alıb gedən  böhtan  və  məsuliyyətsiz çı-
xışlara  qarşı  yaradıjı  qurumların  birgə  bəyanatında  deyilir: 
«Müstəqil  Respublikamızda  fəaliyyət  göstərən  yaradıjı  Qeyri-
Hökumət 
Təşkilatlarının-ədəbiyyatla 
bağlı 
gənjlər 
qurumlarının,  ədəbi  məjlislərin,  mədəniyyət  yönümlü  bir-
liklərin çoxsaylı üzvləri olaraq, son zamanlar ölkəmizin peşəkar 
qələm 
sahiblərini 
öz 
sıralarında 
birləşdirən 
AYB-nin 
təşkilatçılığı  ilə  yazıçılarımızın  qarşıdakı  XI  Qurultayı 
ərəfəsində        bəzi  aztiraclı  mətbuat  orqanlarında  yeni  yaradıjı 
nəsil adından  yalan və şayiələr  yayanlara, eyni zamanda milli 
dəyərlərimizə,  ziyalılarımıza  böhtan  atanlara  qarşı  öz  qəti 
etirazımızı  bildiririk.  Üzvlərimizin  böyük  əksəriyyəti,  eyni 
zamanda  ölkəmizin  və  Türk  Dünyamızın  ən  mötəbər  peşəkar 
yaradıjı qurumlarından  sayılan  AYB-nin  sıralarında birləşərək, 
dövlətimizin yeni mədəniyyət-ədəbiyyat qurujuluğu prosesində 
fəal iştirak edir. 
Milli  əhəmiyyətli  bu  böyük  missiyanı  yerinə  yetirənlərə 
isə Milli Məjlisin Mədəniyyət Məsələləri daimi Komissiyasının 
sədri,  türksoylu  yazarları  birləşdirən  bir  çox  beynəlxalq 
qurumların başqanı, AYB-nin sədri xalq yazıçısı Anar rəhbərlik 
edir.  Məhz  Anar  müəllimin  sədrliyi  dövründə  Azərbayjan 
Yazıçılar  Birliyi  postsovet  məkanında  yeganə  yaradıjı 
qurumdur  ki,  parçalanma  və  dağılma  prosesinə  tab  gə-tirib, 
müstəqillik  dönəmində  müxtəlif  nəsil  yazarlar  ilə  dövlət 
arasında münasibətlərin inkişafına yardımçı olub.  


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
539 
Azərbayjan  Yazıçılar  Birliyi  və  onun  ədəbi  orqanlarının, 
bu  ildən  isə    Yazıçılar  Birliyinin  Bədii  tərjümə  və  Ədəbi 
Əlaqələr  Mərkəzi  dövlət  büdjəsindən  maliyyələşdirilməsi, 
həmçinin,  dövlət  hesabına  latın  qrafikası  ilə  kitabların  nəşri, 
müxtəlif  nəsil  yaradıjı  insanlara  Prezident  təqaüdlərinin 
ayrılması,  dövlət  təltifləri,  Azərbayjan  yazıçılarının  yubileylə-
rini ən yüksək səviyyədə qeyd edilməsi kimi çoxsaylı addımlar 
ölkə rəsmilərimizin Anar müəllimin şəxsində mədəniyyətimizə-
çağdaş söz sənətimizə, milli dəyərlərimizə, intellektual zəhmətə 
və  yaradıjı  ziyalılarımıza  diqqət  və  qayğının  ən  bariz 
nümunələridir. 
Lakin  son  aylar  zamanın  və  dövrün  tələblərinə  uyğun 
Anar müəlimin rəhbərliyi ilə AYB-də gedən təşkilati, texnoloci 
və  başqa  islahatlar  ədəbiyyata  az  dəxli  olan-biz  hələ  onu  de-
mirik ki,  onların əksəriyyəti ya Yazıçılar Birliyinin üzvü deyil, 
ya  da  sadəjə  curnalistika  ilə  ədəbiyyatı  səhv  salırlar-bəzi 
«yazarlar» qarşıdakı qurultayla  bağlı qeyri-real  «təkliflər»  irəli 
sürürlər. Ədəbi-mədəni ijtimaiyyət, istedadlı qələm sahibləri bu 
dedi-qodu 
yayanların 
javabını 
verib, 
yerini 
göstərmədiyindəndir ki, onlar daha da həvəslənir, ağızlarına və 
ağıllarına  gələnləri  informasiya  qıtlığından  əziyyət  çəkən  bir 
para  aztiraclı  mətbuat  orqanlarının  səhifələrinə  çıxarır,  ölkə 
ijtimaiyyətini çaşdırmaqla məşğuldurlar. 
AYB-nin  aşkarlıq  şəraitində  keçiriləjək  XI  qurultayında 
demokratik seçkilərdə qurumun hər bir üzvünün seçib-seçilmək 
hüququna  hörmətlə  yanaşaraq,  bəyan  edirik  ki,  Birliyin 
sıralarında  birləşənlərin,  eyni  zamanda  bizim  təmsil  etdiyimiz 
yaradıjı  qurumların  əksər  üzvlərinin  Azərbayjan  Yazıçılar 
Birliyinin  sədrliyinə  vahid  namizədi  millətimizin  tanınmış 
ziyalı övladı, xalq yazıçısı Anardır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
540 
Biz inanırıq ki, qloballaşan və informasiya əsrini yaşayan 
çağdaş  dünyada  dəyərlərimizi  və  intellektual  sərvətimizi 
qorumaq,  inkişaf  etdirmək,  demokratik  vətəndaş  jəmiyyəti,  o 
jümlədən    yeni  mədəniyyət-ədəbiyyat  qurujuluğu  prosesini 
davamlı  olaraq    güjləndirmək  istiqamətində    müstəqil  ölkə-
mizdə  aparılan  irimiqyaslı  işlərə  yazarlarımız  məhz  Anar 
müəllimin rəhbərliyi ilə öz töhfələrini verəjəklər. 
Doğru  seçimimizin  jəmiyyətimiz  və  ədəbi-mədəni  ijti-
maiyyətimiz  tərəfindən  müdafiə  ediləjəyinə  inanaraq,  ədəbiy-
yatsevər  xalqımızı,  milli  ziyalılarımızı  «yalançı  qəhrəman-
lar»dan qorumağa səsləyirik. 
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri.  
Yazıçı-tənqidçi Aydın Xan (Əbilov). 
 
Dünya Gənj Türk Yazarlar Birliyinin sədri, 
Şair-publisist Əkbər Qoşalı. 
 
«Avanqard» Yaradıjılıq Forumunun sədri, 
Şair-publisist Dəyanət Osmanlı. 
 
«Pərvanə» Ədəbi Məjlisinin sədri, 
Şair-publisist Qəşəm Nəjəfzadə. 
 
«Nigar» Elmi-Ədəbi Məjlisinin sədri, 
şair-tədqiqatçı Sona Xəyal. 
 
Gənj Yazarlara Yardım Cəmiyyətinin sədri, 
Şair-publisist Faiq Balabəyli. 
 
«Gənjlər Pen-klubu»nun əlaqələndirijisi, 
Şair-publisist Əyyub Qiyas. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə