Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə134/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
533 
Qarabağ  mövzusunda  ən  yaxşı  bədii  əsərlərin  müsabiqəsini 
keçirdiyini,  «Yaddaş»  milli  mükafatını  təsis  etdiyini,  bir    sıra 
yazıçıların  əsərlərinin  qardaş  Türkiyədə  nəşri  ilə  bağlı 
danışıqlar  apardığını,  istedadlı  qələm  sahiblərini  bölgələrə 
yaradıjılıq  ezamiyyətlərinə  göndərdiklərini,  bundan  sonra  da 
ardıjıl  olaraq  bu  qəbil  tədbirləri  həyata  keçirəjəkləri  barədə 
məlumat 
verdi. 
Mühajirət 
və 
diaspor 
ədəbiyyatı 
antologiyalarının  nəşrini,  Azərbayjandan  kənarda  yaşayan 
soydaşlarımızla  birlikdə  əlaqələrin  möhkəmləndirilməsini,  
Azərbayjanlılarla  İş  Üzrə  Dövlət  Komitəsi  ilə  birgə 
fəaliyyətdən  yararlanmaqla    ədəbiyyatımızın  həm  ölkə 
daxilində,  həm  də  beynəlxalq  aləmdə  təbliğinin  artırılmasını 
(Səlim  Babullaoğlu),  2005-2008-ji  illər  arasında  dövlət 
hesabına  nəşr  olunajaq  kitabların    siyahısına  dünya  və  milli 
uşaq  ədəbiyyatı  nümunələrinin  də  daxil  edilməsi  (Q. 
Nəjəfzadə),  dünyada  yaşayan,  yazıb-yaradan  istedadlı    qələm 
sahibləri ilə AYB-nin görüşlərini təşkil etməklə  həm milli söz 
sənətinin, 
həm 
diaspora 
ədəbiyyatının, 
həm 
də 
dövlətçiliyimizin  güjlənməsinə  kömək  edəjəyini,  bu  sahədə 
xeyli  işlər  görən  AYB-nin  rəhbərliyinin  fəaliyyətini  (M.  Se-
yidov),  Güney  Azərbayjanında  anadilli  ədəbiyyatın  inkişa-
fındakı  çətinlikləri  nəzərə  alaraq,  Güney  Azərbayjanın  qələm 
sahiblərinin 
yaradıjılığına 
diqqət 
artırmağı, 
onların 
yaradıjılığının  qayğısına  da  qalmağın  vajibliyini,  əsərlərinin 
latın  qrafikası  ilə  nəşrini  (f.e.d.  Sabir  Nəbioğlu)  və  digər 
təklifləri  irəli  sürən  qələm  sahibləri  Azərbayjan  Yazıçılar 
Birliyinin rəhbərliyi tərəfindən diqqətlə dinlənildi.  
Yanvarın 28-də ədəbi tənqidin son altı illik durumu təhlil 
edildi. Tədbirdə KİV nümayəndələri, müxtəlif nəsli təmsil edən 
yaradıjı  insanlar,  tənqidçi  və  ədəbiyyatünaslar  iştirak  edirdi.  
Müşavirədə «qurultaylararası ədəbi tənqid» mövzusunda Aydın 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
534 
Əbilovun  məruzəsi  dinlənildi.  Çıxış  edənlər  ədəbi  tənqidin 
ədəbi  prosesin  inkişafında  rolunu  diqqətə  çatdırdılar.  Məruzə 
ətrafında  yürüdülən  fikirlər  birmənalı  olmayıb  müxtəlif 
mübahisələrə  səbəb  oldu.    «Tənqidçi  Əsəd  Cahangir  tənqid 
terminin  anlamını  verərək  ədəbi  tənqid  kimi  çətin  sahə  barədə 
məruzənin  Aydın  Xana  tapşırılmasını,  məruzədə  çoxlu  sayda 
imza  və  əsərlərin  adlarının  sadalandığını  tənqid  edərək 
məruzəçinin hansı elmi «prinsipi əsas götürdüyünü aydınlaşdıra 
bilmədiyini  xüsusi  vurğuladı.  Məruzənin  təqdirəlayiq  jəhəti 
kimi  nəzəriyyəçi  filoloqların  yaradıjılığına  ayrılmış  yerlər 
olduğunu»  göstərməklə  yanaşı  tədbirin  təşkilini  alqışladı  və 
Azərbayjan  Yazıçılar  Birliyinin  rəhbərliyinə  minnətdarlığını 
bildirdi,  ədəbi  prosesdə  baş  verən  hadisələrlə  bağlı  fikirlərini 
söylədi.    Köhnə  sovet  tipli  tənqidə  ehtiyaj  olmadığını  bildirən 
Kamal  Abdulla  Dünya  və  çağdaş    filoloci  elmlərdə  baş  verən 
proseslərdən  çıxış  etdi.    Məruzədə  qoyulan  məsələlər  barədə 
fikirlər  yürütməyi  təklif  etdi,  «ədəbi  tənqidin  fəlsəfə  ilə 
bağlılığını  göstərən  çıxışçı  dünya  elmi-mədəni  filoloci-fəlsəfi 
fikirdəki  yeniliklərdən danışdı. Ədəbiyyat haqqında yazıçıların 
fikirlərinə üstünlük verən K.Abdulla jəmiyyətdə baş verən pro-
seslərin  ədəbiyyata  təsirini  göstərdi,  ədəbi  tənqidin  get-gedə 
ədəbiyyatşünaslıqla  əvəzlənməsinin  vajibliyinin  vurğuladı». 
Tədbir  iştirakçılarının  ayrı-ayrı  məqamlar  haqqında  söylənmiş 
fikir və mülahizələrini yekunlaşdıran sədr  ədəbiyyatın uğurları 
kimi  problemlərinin  də  mövjud  olduğunu,  bu  jür  tədbirləri  də 
məhz  o  məsələlərin  müzakirəsi  baxımından  təşkil  etdikləri 
fikrini söylədi. 
Fevralın  4-də  keçirilən  növbəti  yaradıjılıq  müşavirəsi 
uşaq  ədəbiyyatı  mövzusuna  həsr  edilmişdi.  Ədəbi-mədəni  ijti-
maiyyətin 
nümayəndələri, 
tənqidçilər, 
ədəbiyyatşünaslar, 
curnalistlər  toplaşan  müşavirədə  müasir  uşaq  ədəbiyyatı 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
535 
problemləri ilə «Pərvanə» ədəbi məjlisinin rəhbəri Q.Nəjəfzadə 
çıxış  etdi.  Uşaq  ədəbiyyatı  bölməsinin  rəhbəri  Əli  Səmədli 
məruzəçiyə  təşəkkürünü  bildirdi  və  bu  mövzuyla  bağlı 
fikirlərini  yaradıjı  insanlarla  bölüşdü.    Bu  sahənin  həmişə 
dövlət  qayğısına  ehtiyajı  olduğunu  vurğuladı.  «Göyərçin» 
curnalının  baş redaktoru,  yazıçı Rafiq Yusifoğlu   uşaq ədəbiy-
yatına dair bir sıra kitabların müəllifi kimi Qəşəm Nəjəfzadənin 
məruzəsindəki  sistemsizlikdən gileyləndi:  «Uşaq  ədəbiyyatının 
predmeti,  məqsədi  olmalıdır.  Məruzə  problemlər,  mövzular 
ətrafında  qurulsaydı,  daha  sanballı,  dəyərli  alınardı».  Tənqidçi 
Ə.Cahangir  məruzənin  dəyərli  tərəflərini  sadaladı  və  aparılan 
təsnifatın  sistemli  alınmadığını  söylədi.  Azərbayjan,  rus,  və 
türk  ədəbiyyatlarındakı  oxşar  jəhətləri  qabartdığına  görə 
məruzəni  təriflədi.  Onun  təbiət  fəlsəfəsindən  jəmiyyət 
fəlsəfəsinə  keçid  məsələsinə  toxunduğunu,  uşaq  ədəbiyyatı 
problemlərini sistemləşdirdiyini xüsusi qiymətləndirdi. 
Zahid  Xəlil  dövri  mətbuatda  uşaq  ədəbiyyatına  dair 
əsərlərin  çap  olunmadığına  toxundu  və  bu  sahədə  jiddi  ad-
dımlar atılmasının zəruriliyini bildirdi. Uşaq ədəbiyyatı ilə bağ-
lı  fikirlərini  söyləyərkən  balaja  uşaqlar  üçün  dərsliklərə  salın-
mış  ədəbi  nümunələrin  səviyyəsiylə  bağlı  məsələlərə  toxunan 
Respublika  Təhsil  Şurasının  sədri  Ə.  Ağayev  «Yazıçılar 
Birliyində  dərsliklərə  salınmış  uşaq  ədəbiyyatı  nümunələrinin 
bədii dəyərini müəyyənləşdirən ekspert şurasının yaradılmasını, 
uşaqlar  üçün  nəzərdə  tutulmuş  dərgi  və  qəzetlərin  nəşri, 
həmçinin  yayımı  sahəsindəki  çətinliklərin  tezliklə  aradan 
qaldırılmasından  ötrü  jiddi  işlərin  həyata  keçirilməsini  təklif 
etdi».  Tədbir  iştirakçıları  hər  biri  öz  çıxışında  bu  və  ya  digər 
dərəjədə uşaq ədəbiyyatıyla bağlı məsələləri gündəmə gətirdi. 
Azərbayjan  Yazıçılar  Birliyinin  Bədii  tərjümə  məsələlə-
rinə  həsr  olunmuş  müşavirəsində  şair-tərjüməçi  Səlim  Ba-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
536 
bullaoğlunun    keçən  altı  ilə  ərzində  bədii  tərjümə  sənətinin 
ümumi mənzərəsinə həsr olunmuş «Kənar gözlə» adlı məruzəsi 
dinlənildi.  Məruzə  ətrafında  Azərbayjan  Dövlət  Dillər  Uni-
versitetinin  prorektoru,  f.e.d.  professor  Zeydulla  Ağayev, 
«Ədəbiyyat  qəzeti»nin  baş  redaktoru  Ayaz  Vəfalı,  şair  Sərvaz 
Hüseynoğlu,  YB-nin  katibi,  tənqidçi  Arif  Əmrahoğlu,  tənqidçi 
Əsəd 
Cahangir, 
şairə,  ədəbiyyatşünas  Gülxani  Pənah 
«Mütərjim»  curnalının  baş  redaktoru  Telman  Vəli-xanlı,  şair-
publisist Tofiq  Abdin,    «Azərbayjan» curnalının  baş redaktoru 
İ.Qasımzadə, şair-tərjüməçi Eyvaz Borçalı,  Yazıçılar Birliyinin 
Bədii  Tərjümə  və  Ədəbi  Əlaqələr  Mər-kəzinin  rəhbəri,  yazıçı-
tərjüməçi Afaq Məsud  bədii tərjümə mədəniyyətimizin müasir 
durum  və  problemləri  ilə  bağlı  məsələləri  müzakirə  etdilər. 
Anar qarşılaşdıqları problem-lərin həlli ilə bağlı görüləjək işlər 
haqqında danışdı.   
XI  qurultayqabağı  Azərbayjan  Yazıçılar  Birliyinin  ədəbi 
orqanlarının  («Azərbayjan»,  «Qobustan»,  «Ulduz»,  «Li-
teraturnıy  Azerbaydcan»  curnalları  və  «Ədəbiyyat  qəzeti») 
fəaliyyətləri  ilə  bağlı  keçirilən  müşavirələrdə  görülən  işlər, 
ədəbi  prosesin  inkişafında  bu  mətbu  orqanların  rolu  təhlil 
edildi. 
2000-2004-jü  illər  arasında  AYB-nin  işi  ədəbi  prosesin 
məqsədyönlü  şəkildə  inkişafıyla  yanaşı,  onlara  qarşı  aparılan 
mübarizələri  də  dəf  etmək  olub.  Müxtəlif  mətbu  orqanlarda 
AYB-nin  əleyhinə  yazılan  yazıların  bir  səbəbi  kim  keçid 
dövrünün  çətinliklərini  görürük.  Sovet  dönəmində  şair,  yazıçı, 
tənqidçi  dövlət  tərəfindən  maliyyələşdirilir,  əsərləri  dövlət 
hesabına  nəşr  olunur,  qonorar  alır,  evlə  təmin  olunur,  sosial-
iqtisadi  şəraiti  yetərinjə  təmin  edilirdi.  Müstəqillik  dövrünə 
qədəm  qoyduğumuz  ilk  illərdə  ölkənin  ağır  sosial,  iqtisadi, 
siyasi, ijtimai durumu milli söz sənətinin sahiblərinin taleyində 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə