Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə132/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   128   129   130   131   132   133   134   135   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
525 
Hüseyn Abbaszadənin 80, Xalid Əlimirzəyevin 70,  Yusif 
Həsənbəyin  70  illik  yubileyləri  AYB-də  geniş  şəkildə  qeyd 
olundu.  
2003-jü  ilin  yanvarın 17-də hər  il olduğu kimi 20  yanvar 
şəhidləri  anıldı.  Natəvan  klubunda  20  Yanvar  fajiəsinə  həsr 
olunmuş  tədbiri  açan  Anar    o  müdhiş  gejəni  ürəkağrısıyla 
xatırladı.  Milli  azadlıq  və  müstəqillik  yolunda  janından  keçən 
Azərbayjan  şəhidlərinin əbədiyyətə qovuşduğu günü xatırlatdı. 
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən 
şairlər, yazıçılar o dəhşətli və dəhşətli olduğu qədər sabaha üzü 
açılajaq yeni tarixi səhifəmizi şeirləri ilə yada saldılar.  
Yanvarın 29-da «Azərbayjan» curnalının 80 illik yubileyi 
ilə  bağlı  Natəvan  klubunda  keçirilən  yığınjaqda  ədəbiyya-
tımızın  inkişafında  böyük  xidmətləri  olan  curnalın  tarixi 
xidmətləri  dilə  gətirildi.  Prezident  Aparatının  Humanitar  Si-
yasət  Şöbəsinin  müdiri  Fatma  Abdullazadə  «Azərbayjan», 
«Literaturnıy  Azerbaydcan»  curnalının  əməkdaşlarının  təltif 
edilməsi  haqqında  Azərbayjan  prezidentinin  fərmanını  və 
dövlət  başçısının  «Azərbayjan»  curnalına  təbrik  məktubunu 
oxudu. 
Şairlərimiz (Qabil, B.Vahabzadə, N.Həsənzadə, Z.Yaqub, 
«Ədəbiyyat  qəzeti»nin  baş  redaktoru  Ayaz  Vəfalı  və  b) 
Azərbayjan  ədəbi-fikir  tarixində  curnalın  rolunu  yüksək  qiy-
mətləndirdilər,  «ölkəmizdə  mütərəqqi  mətbuatın  ənənələrini 
davam  etdirən  curnalın  ötən  80  ildə  ədəbiyyatımızın 
yaradılmasında,  söz  sənətimizin  daha  da  zənginləşməsində, 
oxujuların  bədii-estetik  zövqünün  formalaşmasında  böyük 
rolunu  vurğuladılar».  Azərbayjan  curnalının  əməkdaşları 
(Mövlud  Süleymanlı,  Vaqif  Yusifli),  curnalın  sabiq  baş  re-
daktoru,  qojaman  sənətkarımız  Qılman  İlkin,  «Litreaturnıy 
Azerbaydcan»  curnalının  baş  redaktoru  Mənsur  Vəkilov  yara-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
526 
dıjı  insanların  əməyinə  verdiyi  yüksək  qiymətə  görə  dövlətin 
başçısına öz minnətdarlıqlarını bildirdilər. 
Curnalın 80  illik  fəaliyyəti dövründə rolu olan  insanların 
xidmətlərini  yüksək  qiymətləndirən  «Azərbayjan»  curnalının 
baş  redaktoru  İntiqam  Qasımzadə  bu  curnalın  yaşamasında, 
ardıjıl  çapında  dövlətin  qayğısını  yüksək  qiymətləndirdi  və 
curnalın  bundan  sonra  da  ədəbiyyatımızın  inkişafına  xidmət 
edəjəyini bildirdi. 
AYB  həmişə  ölkədə  və  dünyada  baş  verən  ijtimai-siyasi 
hadisələrə  öz  münasibətini  bildirib.  Amerikanın  İraqa  qarşı 
başladığı  hərbi  əməliyyatda  yüzlərlə  dinj  əhalinin  də 
öldürüldüyünə  qarşı  AYB  öz  humanist  bəyanatı  ilə  çıxış  etdi. 
Bəyanatda deyilir: «İraqda gedən müharibə əsnasında dinj əhali 
arasında  itkilərin  olması,  mədəniyyət  abidələrinin  dağıdılması 
bütün dünya ijtimaiyyəti kimi bizi də çox təəssüfləndirir. 
Müharibə bitəndən sonra gələjək İraqın taleyi ilə bağlı bir 
məsələ  də  bizi  narahat  edir.  Məlum  olduğu  kimi,  əsrlər  boyu 
İraqın  şimalında-Kərkük,  Ərbil,  Mosul    dolaylarında-dili 
dilimizdən,  dini  dinimizdən,  folkloru,  xalq  şeiri,  xoyratları 
bayatılarımızla,  dastanlarımızla  əkiz  olan  bir  xalq-özlərini 
türkman  adlandıran  İraq  türkləri  yaşayır.  XVI  əsrin  dahi 
Azərbayjan  şairi  Füzuli  məhz  bu  mühitdə  yetişmiş,  yaşayıb-
yaratmışdır.  XX  əsrin  ortalarından  başlayaraq  Azərbayjan  və 
İraq  türükmanları  arasında  mədəni  və  ədəbi  əla-qələr  yenidən 
bərpa olunmuş və ardıjıl şəkildə inkişaf et-məkdədir. 
Sayı  3  milyondan  artıq  olan  İraq  türklərinin  (türükman-
larının)  aqibəti,  onların  hər  hansı  təzyiqlər,  təqiblərə  məruz 
qalması  bizi  təlaşlandırmaya  bilməz.  Azərbayjan  yazıçıları 
adından  demokratiya,  insan  haqları  və  xalqların  qanuni 
prinsiplərini  bəyan  edən  ABŞ  dövlətinə  mürajiət  edərək,  ərazi 
bütövlüyü 
saxlanajaq 
gələjək 
İraqda 
soydaşlarımızın-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
527 
türükmanların  qorunması,  hüquqlarının  tam  təmin  olunması 
haqqında verdikləri təminatları həyata keçirməyə çağırırıq. 
Bu  bəyanat  ABŞ-ın  Azərbyajandakı  səfirliyinə  təqdim 
olunajaqdır. 
   
 
Azərbayjan Yazıçılar Birliyinin sədri  
ANAR. 8 aprel 2003-jü il». 
2003-jü  ilin  mayın  8-də  İkinji  Dünya  müharibəsi  iş-
tirakçılarıyla  keçirilən  görüşdə    xalq  yazıçısı  Hüseyn  Abbas-
zadənin    müharibə  iştirakçısı  kimi  faşizmə  qarşı  vuruşduğunu, 
BDU-nun  professoru  Seyfulla  Əsədullayev  faşizm  üzərində 
qələbədə  Azərbayjan  döyüşçülərinin,  Azərbayjan  xalqının 
xidmətlərini  xatırlatdı.  Prezident  təqaüdçüsü  Fətəli  Sahib, 
əməkdar injəsənət xadimi İvan Tretyakov,  şair Ağəli Qasımov 
müharibə  haqqında  öz  xatirələrini  danışdılar.    Ya-zarlar 
adından  şairə,  ədəbiyyatşünas  Gülxani  Pənah  veteran-larımızı 
təbrik  etdi,  Əminə  Tunjay  ağsaqqal  yazıçılarımız,  müharibə 
veteranları  Qılman  İlkin  və  Hüseyn  Abbaszadəni  ədəbiyya-
tımızın  «injiləri»  adlandırdı,  tədbirin  sonunda  AYB-nin  rəh-
bərliyi  Qələbə  günü  münasibətilə  veteranlara  pul  mükafatı 
təqdim etdi. 
Azərbayjan  Yazıçılar  Birliyi  bir  sıra  gənjlər  qurumu  ilə, 
ədəbi  birliklərin  rəhbərləri  ilə  keçirdikləri  vaxtaşırı  görüşlərdə 
çağdaş ədəbi proseslə bağlı məsələləri müzakirə etmiş, maraqlı 
fikir mübadiləsi etmişlər. Belə görüşlər ədəbiyyatımızın gənjlər 
arasında  yayılması,  ədəbi  prosesə  marağın  artmasına  təkan 
verən amillərdir. 
Azərbayjan  Yazıçılar  Birliyinin  müxtəlif  ölkələrdə 
fəaliyyət  göstərən  Azərbayjan  diaspor  nümayəndələri  ilə  gö-
rüşləri  də  fəaliyyətlərinin  tərkib  hissəsidir.  Belə  görüşlərdən 
biri  qonşu  Rusiya  Federasiyasının  Novosibirsk  vilayətində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
528 
fəaliyyət  göstərən  Azərbayjan  diasporunun  və  Novosibirsk 
şəhər ijtimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdür.  
Tədbiri  millət  vəkili,  Azərbayjan  Yazıçılar  Birliyinin 
sədri,  Milli  Məjlisin  Mədəniyyət  Məsələləri  daimi  Komissi-
yasının  sədri  Anar  açdı.  Qonaqları  salamlayan  yazıçı      Azər-
bayjan  nümayəndə  heyətinin  Novosibirsk  şəhərinə  səfəri 
zamanı  «yazarlarımızın  orada  gördüklərindən  məmnun  qal-
dıqlarını, milli diaspora təşkilatının fəal üzvləri ilə görüşlərdən, 
keçirilən  tədbirlərdən  xoş  xatirələrlə  qayıtdıqlarını  söylədi».  
Bu  sahədə  xidmətlərini  xüsusilə  qeyd  etdiyi  diaspora 
təşkilatının-Azərbayjan  Milli-Mədəni Muxtariyyəti Mərkəzinin 
vitse  prezidenti,  Mirkazım  Seyidovun  fəal  ijtimaiyyətçi 
olmaqla  yanaşı,  istedadlı  şair  kimi  fəaliyyəti  də  vurğulandı  və 
onun Novosibirsk şəhərində rusja və azərbayjanja nəşr olunmuş 
«Bir medalın iki üzü»,  «Sənə nəğmə qoşuram, mənim dağlı və 
günəşli  ölkəm»  adlı  şeirlər  və    publisistik  əsərləri  olan 
kitablarına 
görə 
AYB-nin 
üzvlüyünə 
qəbul 
olunması 
münasibəti  ilə  qonağı  təbrik  etdi.  Rusiyalı  qonaq  Vladimir 
Qriqoryev  Novosibirskidə  on 
minlərlə 
azər-bayjanlının 
yaşadığını,  ölkənin  ijtimai-siyasi,  mədəni  həyatında  fəal 
oluqlarını,  xalqlarımız  arasındakı  dostluğu,  qarşılıqlı  əlaqələri 
möhkəmləndirdiklərini bildirdi.  
Mirkazım Seyidov yazdığı kitablarda  nəsillərə örnək olan 
ümummilli  liderimizi,  onun  layiqli  davamçısı  İlham  Əliyevin-
Azərbayjanı  uğurlu  gələjəyə  aparan  böyük  insanın  ölkələrimiz 
arasındakı 
ədəbi-mədəni, 
ijtimai-iqtisadi 
əlaqələrin 
möhkəmlənməsi  sahəsindəki  rolunu  yüksək  qiymətləndirdi. 
Azərbayjan  Respublikasının  Mədəniyyət  Nazirliyinin  idarə 
rəisi, şair Çingiz Əlioğlu, xalq şairi  Qabil, Yazıçılar Birliyinin 
şöbə  müdiri  Ədalət  Əsgəroğlu,  «Palitra»  qəzetinin  baş 
redaktoru Namiq Əliyev,  «Diaspora» dərgisinin redaktoru Xan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə