Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə129/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
513 
Yüksək  şəxslərinizə  də  bəllidir  ki,  2002-ji  ildə  dünya 
xalqları  XX  yüzilin  ən  böyük  şairlərindən  biri  olan  Nazim 
Hikmətin  100-jü  doğum  ilini  bayram  edir.  «Günəşi  içənlərin 
türküsü»  adlı  ilk  şeirlər  kitabı  1928-ji  ildə  Bakıda  basılan 
Nazim  Hikməti  məmləkətimizin,  yeni  Azərbayjanımızın  ən 
uzaq  guşələrində  belə  sevirlər,  sayğıyla,  rəhmətlə  anırlar.  Bu 
sevinjin,  sayğının  səbəbləri  var,  şübhəsiz.  Sovet  dönəmində 
türklüyümüz  yasaq  edildiyi  bir  zamanda  Bakıya  gələrkən 
böyük  şair  «ben  türküm,  sizler  de  türksünüz,  dilimiz  bir, 
geleneklerimiz  birdir»  deyirdi.  O  zamanlar  Sovetlər  Birliyində 
bir  kimsə  Nazim  qədər  türklüyün,  türk  birliyinin,  türk  dilinin 
təbliğini  aparmırdı  və  aparmazdı  da.  Belə  ki,  Moskva  bir 
yandan Sovetlərdə türklərin varlığını inkar edirdi, o biri yandan 
Türkiyənin  təbliğini,  bir  sözlə,  Türkiyəyə  sevgini,  simpatiyanı 
yasaq  etmişdi.  Belə  bir  zamanda  Nazim  Hikmət  biz  sovet 
türkləri üçün Türkiyənin simvolu idi, rəmziydi. Türkiyə həsrəti 
içində çırpınan insanlarımıza qujaq açan janlı bir Türkiyə idi. 
Nazim  Hikmətin  məmləkətdən  fərar  edib  Moskvaya  sı-
ğınması  və  kommunistliyi  onun  Türkiyə  Vətəndaşlığından  çı-
xarılmasına səbəb olmuşdur. Tarixdən bəllidir ki, Ziya Paşalar, 
Namiq  Kamallar  da  bir  çox  nədənlər  üzündən  məmləkəti  tərk 
etmişlər,  mühajir olmuşlar. Onların bu gün Türkiyədə sayğıyla 
anılmasını  sizlərə  xatırlatmağa  gərək  yox.  Digər  tərəfdən,  bu 
gün Türkiyədə  Kommunist partiyası  yasaq deyildir,  bu partiya 
seçimlərə belə qatılır, az da olsa, səs qazanır... 
Mühajir  Nazim,  kommunist  Nazim  Türkiyə  vətəndaşlı-
ğından çıxarılmış. Bəli, yanılmayan bir Allahdır, Nazimin yan-
lış  yolda  olduğunu  bu  və  ya  digər  şeirini  örnək  göstərərək, 
isbatlayırlar Türkiyəli sənət dostlarımız. Bizim-yəni əski Sovet 
mühitində  dünyaya  gəlmiş  yazarların  qəti  qənaəti  budur  ki, 
Türk  Nazim,  Türkiyəli  Nazim  Kommunist  Nazimdən  çox-çox 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
514 
yüksəkdə  idi  və  o,  yurdunu,  millətini  sevən  bir  sənətçi  idi. 
Qurtuluş savaşının tərənnümçüsü idi. Bizlər onu belə sevdik. 
Bu gün adında ədalət kəlməsi olan bir partiyanın iqtidarda 
bulunduğu  bir  zamanda  Nazim  Hikmətin  Türkiyə  vətəndaşı 
olduğunu  etiraf  etmək,  dünya  ijtimaiyyətinə  elan  etmək  yalnız 
böyük  şairin  ruhuna  deyil,  bütün  Nazimsevərlərə  sayğının 
təzahürü olar,  Türkiyə Cümhuriyyətində gerçəkdən də ədalətin 
zəfər çaldığını təsdiqləyərdi.  
Azərbayjan  yazarlarının  bu  istəyinə  diqqətlə  yanaşaja-
ğınıza və onu gerçəkləşdirəjəyinizə ümid edirik. 
Dərin sayğılarımızla. 
Azərbayjan  yazarları  adından  Yazıçılar  Birliyinin  sədri, 
millət  vəkili,  Milli  məjlisin  Azərbayjan-Türkiyə  qrupunun 
başçısı,  Azərbayjan-Türkiyə  Dostluq  Cəmiyyətinin  sədri  Anar 
Rəsuloğlu». 
Fevralın  11-də  Azərbayjan  Yazıçılar  Birliyi  və  Yeni 
Yazarlar  və  Sənətçilər  Qurumu  Natəvan  klubunda  21  fevral 
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə ana dili və 
jəmiyyət,  milli-mənəvi  problemlərə  toxunuldu.  Dilimizin-
Azərbayjan türkjəsinin qarşılaşdığı maneələri xatırladan Abbas 
Abdulla  dilimizin  yad  təsirlərdən  qorunmasının  vajibliyini 
söylədi.  Yeni  Yazarlar  və  Sənətçilər  Qurumunun  sədri  Aydın 
Əbilov,  AYB-nin    əməkdaşı  Fikrət  Sadıq,  Əli  Səmədli, 
Curnalistlərin  Həmkarlar  İttifaqının  sədri  Azər  Həsrət,  Oqtay  
Rza və başqaları çıxışlarında dilimizin müasir durumu ilə bağlı 
fikirlərini,  ekran  və  efirlərdə,  bir  sıra  reklamlarda  əjnəbi 
dillərdən  gələn  yadmənşəli  sözlərin  dilimizdə  gen-bol 
işlənməsinin  ziyanlarını  vurğuladılar,  bir  sıra  təkliflər  irəli 
sürdülər.  Fikrət  Sadıq  çıxışında  qeyd  etdi  ki  «ana  dilimizin 
taleyi  hamımızı  düşündürməlidir.  İmperiya  dövründə  rusjanın, 
indi  isə  ingilisjənin  Azərbayjan  türkjəsinin  inkişafına  mane 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
515 
olduğunu, qəzet və curnalların, aparıjı KİV orqanlarının adının 
ana  dilimizdə  olmadığını»  xatırlatdı  və  bildirdi  ki,  «Bakı 
şəhərinin  küçələrindəki  reklam  və  elanların  çoxunun  mətni 
əjnəbi 
dillərdədir. 
Elektron 
informasiya 
vasitələrinin 
əksəriyyətinin adlarının ingilisjə olduğunu,  oradakı aparıjıların 
nitqlərində  dilimizin  korlandığını,  mahnı 
mətnlərindəki 
ifadələrin  mənasızlığını  söyləyən  natiq ana dilimizin  işlənməsi 
və qorunmasının vajibliyini iştirakçıların nəzərinə çatdırdı». 
2002-ji  ildə  martın  22-də  Güney  Azərbayjanı  Milli 
Oyanış  Hərəkatının  lideri  doktor  Mahmudəli  Çöhrəqani  ilə 
keçirilən  görüş  Novruz  bayramı  ərəfəsinə  təsadüf  edir.  Və 
Azərbayjan  Yazıçılar  Birliyinin  sədri  Anar  güneyli-quzeyli 
Azərbayjanın  bir-birindən  həm  mənən,  həm  də  jismən  heç 
zaman  ayrılmadığını,  hər  iki  tərəfin  ziyalılarının-bötöv  Azər-
bayjan  amalına  xidmət  edənlərin    qəlbində  Vahid  bir  Azər-
bayjan yaşadığını, onların birliyi ideyasını tərənnüm etdiklərini, 
AYB-nin  bu  sahədəki  məqsədyönlü  fəaliyyətini,  ölkədə  gedən 
mədəni  qurujuluq  işləri,  prezident  Heydər  Əliyev  başda 
olmaqla  hakimiyyətin  ədəbiyyata  qayğısını  dilə  gətirən  yazıçı 
bu  sahədə  əldə  edilməkdə  olan  müvəffəqiyyətlərimizlə  qürur 
duyduğunu  bildirdi.  Doktor  Çöhrəqani  Azərbayjanın  tarix, 
mədəniyyət, kültür, ədəbiyyat sahəsində millətlər içində öz yeri 
olduğunu  söyləməklə  yanaşı,  iran,  rus  imperiyalarının 
«türklərin  tədqiq  edilməli,  çapa  getməli  min  illik  ədəbi-bədii, 
elmi-mədəni 
irsini 
dəyişməyə, 
məhv 
etməyə» 
imkan 
tapdıqlarını təəssüf hissi ilə bildirir: «nə jür istəyirlərsə, o jür də 
bizim  tariximizi  yazırlar,  nə  jür  bəyənirlərsə,  o  jür  də  bizim 
joğrafi  vəziyyətimizi  dəyişirlər.  Adımızı  dandılar,  dilimizi 
dandılar,  dandılar.  Bizi  çöldə  qalmış,  məramsız,  proqramsız, 
savadsız  bir  millət  kimi  tanıtdırmaq  istədilər.  İran  ədəbiyyat 
tarixi kitablarında dilimiz, ədəbiyyatımız türk şair və yazıçıları 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
516 
barədə  bir  kəlmə  də  olsa  yazmırlar.  Amma  bizimkilər  sənədli 
sübut  və  tarixi  dəlillərlə  onlara  javab  verir  ki,  Azərbayjanın 
tarixi  min  millərlə  ölçülür,  deməli,  azərbayjanlıların  dili, 
ədəbiyyatı,  mədəniyyəti  də  qədimdir,  uludur».    Hüseyn 
Abbaszadə, Qabil, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Atatürk 
mərkəzinin rəhbəri prof. Nizami Cəfərov, YB-nin katibi Fikrət 
Qoja,  Arif Əmrahoğlu,  Ayaz Vəfalı,  İsveçrədə  fəaliyyət göstə-
rən «Savalan» jəmiyyətinin sədri Mahmud Bilgin çıxış edərək o 
taylı  bu  taylı  Azırbayjan  arasındakı  mədəni,  ədəbi  əlaqələrə, 
xalqın mənən bütövlüyünə, mədəniyyət, dil, təfəkkür, milli şüur 
və  ümummilli  məsələlərlə  bağlı  problemlərə  toxun-dular.  Dil 
və  düşünjə  birliyinin  möhkəmləndirilməsi  üçün  Güney 
Azərbayjanında  ana  dilimizdə  qəzet  və  curnalların  nəşrinin 
genişləndirilməsi,  ana  dilmizin  məktəblərdə  tədri-sinə  nail 
olmaq  üçün  mühüm  işlər  görülməsinin  vajibliyi  diqqətə 
çatdırıldı. 
Dünyanın hər yerində olduğu kimi aprelin 2-də Azərbay-
jan Yazıçılar Birliyində Beynəlxalq Uşaq Ədəbiyyatı günlərinə 
həsr  olunmuş  tədbir  keçirildi.    Tədbirdə  uşaqlar  üçün  yazıb 
yaradan  şairlər,  nasirlər,  gənj  yazarlar,  nəşriyyat  və  kitabxana 
işçiləri, KİV nümayəndələri də iştirak edirdi. Məjlisi xalq şairi, 
AYB-nin  Birinji  katibi  Fikrət  Qoja  açdı.  O,  yazıçılar  Birliyin 
sıralarında  çox  istedadlı  uşaq  ədəbiyyatı  yaradıjılarının 
olduğunu 
bildirdi: 
«Bizim 
ən 
istedadlı 
yazıçılarımız, 
klassiklərdən  başlamış  bu  məjlisdə  iştirak  edən    qələm 
sahiblərinə  qədər  hamısı  balajalar  üçün  gözəl,  dəyərli  əsərlər 
yazmışlar»-deyən 
şair 
uşaq 
ədəbiyyatının 
qarşılaşdığı 
problemlərin müzakirəsini də aktual bildi.  
Uşaq  ədəbiyyatı  bölməsinin  rəhbəri  Əli  Səmədli 
YUNESKO-nun  qərarı  ilə  qeyd  edilən  bu  yaddaqalan  günün 
tarixi  əhəmiyyətindən  danışdı.  O  gün  uşaq  evləri,  məktəblərə, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə