Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə130/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   126   127   128   129   130   131   132   133   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
517 
balajalarla  görüşə  gedən  şair  və  nasirlərin  uşaqların  maraqlı 
suallarına  javab  verdiklərini,  bu  ənənənin  nədənsə  son  illərdə 
unudulduğunu,  balajalara  diqqətin  azaldığını  bildirdi.  Digər 
natiqlər  də  uşaq  mətbuatının  uğur  və  problemlərinə  toxundu. 
Aydın Əbilov «uşaq ədəbiyyatının, ölkədəki dövlət büdjəsindən 
maliyyələşən  uşaq  mətbuatının  uğur  və  problemləri  barədə 
məlumat  verdi.  O,  çağdaş  dövrün  texniki-intellektual 
nailiyyətlərindən  bəhrələnərək,  həllinə  üstünlük  verməyi 
məqsədəuyğun  hesab  etdiyini  bildirdi.  İnternetdə    milli  uşaq 
ədəbiyyatı  səhifəsinin  yaradılmasının,  uşaqlar  üçün  ana 
dilimizdə  kömpüter  oyunlarını  hazırlanmasının,  yeni  fantastik 
əsərlərin yazılmasının, yaşları nəzərə alınaraq uşaq  kitablarının 
nəşrinin  aktuallığından»  danışdı  və  bu  məsələlərin  həllinin 
vaxtı  gəlib  çatdığını  söylədi.    İjlasda  iştirak  edən  natiqlər  eyni 
zamanda  uşaq  ədəbiyyatı  problemlərinin  həlli  ilə  bağlı 
fikirlərini  söylədilər.  Çıxışlarda  uşaq  ədəbiyyatı  əsərləri  nəşr 
edən  nəşriyyatlara  güzəştlərin  verilməsi,  dövlət  kreditlərinin 
ayrılması,  latın  əlifbasına  ke-çidlə  bağlı  yaranan  çətinlikləri 
aradan  qaldırmaq  üçün  orta  məktəblərdə  kiril  əlifbasının  da 
öyrədilməsi,  uşaqların  kiril  əlifbasıyla  nəşr  olunan  kitabları 
oxuması  imkanlarını artır-maq,  klassik  və  yeni  yazarların uşaq 
ədəbiyyatı  nümunələrinin  latın  əlifbası  ilə  nəşri  və  bu  kimi 
problemlərin həllinə kömək edən əlaqədar dövlət təşkilatlarının 
nümayəndələ-rinin iştirakı ilə dəyirmi masaların keçirilməsi və 
s. təkliflər irəli sürüldü.  
Aprelin 11-də Türk Xalqları Folklor Araşdırmaları başçısı 
İrfan Nəsrəddinoğlu ilə keçirilən görüşdə  türk dünyası mənəvi 
irsini  toplamaq,  tədqiq  etmək  və  təbliği  sahəsindəki 
xidmətlərini  yüksək  dəyərləndirən  Azərbayjan  Yazıçı-lar 
Birliyi onu fəxri üzv seçdi.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
518 
 Aprelin  23-də  ölkəmizdə  keçirilən  Rusiya  Federasiyası 
mədəniyyəti  günlərinin  bir  qrup  iştirakçısı  ilə  görüş  keçirildi. 
Məjlisi  Anar açaraq tanınmış rus  yazıçı  və şairlərini-»Ar-yon» 
poeziya  curnalının  baş  redaktoru  Aleksey  Alyoxin,  «Voprosi 
Literaturı»  curnalı  redaksiya  heyətinin  üzvü  Tatyana  Beki  və 
«Antibuker»  ədəbi  mükafatı  laureatı  Mak-sim  Amelini 
salamladı.  Anar  iki  ölkə  arasındakı  ədəbiy-yyatın  durumunu, 
ölkəmizin  qarşılaşdığı  mübaribə  prob-lemini,  torpağımızın 
20%-nin  düşmən  işğalına  məruz  qaldı-ğını,  qaçqın  və 
köçkünlərin  ölkəmizdə  yaratdığı  problem-ləri,  Rusiyada  bazar 
iqtisadiyyatına  keçidlə  bağlı  meydana  çıxmış  problemləri  dilə 
gətirdi,  ədəbiyyatımız  arasında  əla-qələrin  yenidən  güjlənməsi 
məsələsinin vajibliyini qeyd etdi. Anar və A.Alyoxin ölkəmizin 
ədəbi  təşkilatları,  ədəbi  nəşr-ləri  barədə,  ədəbiyyatlarımız 
arasındakı  əlaqələri  genişlən-dirmək,  qarşılıqlı  bədii  tərjümə  
sahəsinə  diqqəti  artırmaq  ehtiyajlarından  danışdılar.  Görüş 
iştirakçıları    birgə  ədəbi  əməkdaşlıq  barədə  mülahizələrini 
söylədilər.  
Azərbayjan  Yazıçılar  Birliyi  məktəblərlə  sıx  əməkdaşlıq 
edir,  görüşlər  keçirir,  uşaqlarla,  idarə  və  müəssisələrindəki 
əmək  adamları  ilə  keçirdikləri  görüşlər  vasitəsilə  ədəbiy-
yatımızın  inkişafı,  yayılması  sahəsində  fəaliyyətlərini  uğurla 
davam  etdirirlər.  2002-ji  il aprelin 24-də Hüseyn Cavid adına 
132 saylı məktəbdə keçirilən «Hekayə günü» şagird və müəllim 
kollektivinin  yaddaşında  uzun  illər  qalajaq.  Gülhüseyn 
Hüseynoğlu,  Yusif  Kərimov,  Qılman  İlkin,  Əli  Vəkil,  Bahar 
Bərdəli, 
Atababa 
İsmayıloğlu 
yazdıqları 
hekayələrdən 
nümunələr  oxudular.  Məktəbin  direktoru  Aliyə  Təhmasib 
məktəbin müəllim və şagird kollektivinin yazıçılarla görüşünün 
oyatdığı  təsiri  yüksək  qiymətləndirdi.  Adətən  poeziya  günləri 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
519 
həmişə  keçirilir,  gənj  nəslin  nəsr  əsərlərinə  də  maraq  oyatmaq 
jəhətdən belə görüşlərin əhəmiyyəti vardır. 
Azərbayjan Yazıçılar Birliyi ədəbi prosesə yenijə qoşulan 
gənjlərə  xüsusi  qayğıyla  yanaşır.  2002-ji  ilin  aprelin  30-da  bir 
qrup  gənj  yazarlarla  Azərbayjan  Yazıçılar  Birliyində  keçirilən 
görüşdə Birliyin sədri Anar, katibləri F.Qoja, A.Əmrahoğlu son 
illər  ədəbiyyata  gələn  gənjlərin  yaradıjılığını  ölkəmizin  ədəbi-
mədəni  ijtimaiyyətinə  tanıtdırmaq,  onların  əsərləri  ilə  tanış 
etmək  məqsədilə  bir  çox  işlər  gördüyünü  qeyd  etdi:  «Ölkə 
başçısı Prezident Heydər Əliyevin təşəbbüsü ilə gənj yazıçılara 
verilən altı aylıq Prezident təqaüdü, «Ulduz» gənjlik dərgisində  
javanların  yaradıjılığına  geniş  yer  ayrılması,  Birliyin  və  onun 
ədəbi orqanlarının gənjlər və uşaqlarla bağlı  ədəbi mükafatları, 
həmçinin  Respublika  Gənjlər  İdman  və  Turizm  Nazirliyi  ilə 
müştərək  illik  mükafatların  təsis  olunması,  «Natəvan» 
klubunda  javanların  işıq  üzü  görmüş  kitablarının  müntəzəm 
təqdimatı və müzakirəsi, javanlara edilən maddi yardımlar və s. 
işlər» bu sahədə atılan addımlar idi. Bu görüşdə mövjud ənənə-
lərin  dirçəldilməsiylə  bağlı  Azərbayjan  Yazıçılar  Birliyinin 
rəhbərliyinə  olunan  mürajiəti  dəstəkləyən  Anar  gənjlərin 
keçiriləjək  ümumrespublika    toplantısına  hazırlıq  məqsədilə 
yaradılan  təşkilat  komitəsiylə  müzakirələr  apardı:  «görüş 
iştirakçıları  toplantının  keçirilməsində  məqsəd  kimi,  1990-jı 
ildən  bəri,  ölkəmizin  ikinji  dəfə  dövlət  müstəqilliyini  bərpa 
edəndən  sonra  ədəbiyyata  gələn  yeni  nəslin  yaradıjı  problem-
lərini  müzakirə etmək,  ədəbi  mühit  və etik prinsiplər,  əxlaq və 
milli  dəyərləri,  ijtimai  -mədəni  durumu  müzakirə  etmək,  yaşlı 
və  javan  nəsillər  arasındakı  münasibətləri  möhkəmləndirmək, 
eyni  zamanda,  milli  söz  sənətimizin  inkişafına  təkan  vermək, 
sənətə  yeni  istedadların  gəlməsinə  şərait  yaratmaq»  məqsədi 
daşıyırdı.    Gənjlərin  yaradıjılığını  əks  etdirəjək  illik  ədəbiyyat 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
520 
almanaxlarının  nəşrinin  gərəkliyi  barədə  irəli  sürülən  fikirləri 
dəstəkləyən YB-nin sədri  Anar dedi:  «O topluda  bir sıra ədəbi 
qurumların, qrupların sənət prinsiplərini əks etdirən manifestlər 
və  üzvlərin  yaradıjılıqlarından  nümunələr  verilsə  də,  mənə  də, 
ədəbi-mədəni  ijtimaiyyətə,  sıravi  oxujulara  da  bəlli  olajaq  ki, 
sizlər  arasında,  gənjlərin  içində  hansı  prinsipial  sənət,  etik 
fərqlər  var.  Yaradıjılığınızı  toplu,  jəm  şəkildə  ortalığa  qoyul-
masının tərəfdarıyam. Həmin kitaba sizinlə həmyaşıd rəssamlar 
tərtibat  versələr,  daha  yaxşı  olar.  Lazım  gəlsə,  o  almanaxa  ön 
söz də yazarıq». 
Təkliflər əsasında  «Yeni  ədəbi  nəsil:  axtarışlar,  problem-
lər»  mövzusunda  toplantının  mayın  16-da  keçirilməsi  qərara 
alındı  və  keçirildi.  Tədbiri  giriş  sözü  ilə  Arif  Əmrahoğlu 
açdı.Tənqidçi  Tehran  Əlişanoğlu  son  illərin  nəsri  və 
dramaturgiyası,  tənqidçi  Əsəd  Cahangir  poeziya,  Nərgiz  Cab-
barova  ədəbi  tənqid  və  publisistika  mövzusunda  məruzələr 
etdilər.  Tədbirə  Azərbayjan  Yazıçılar  Birliyinin  rəhbəri  Anar 
yekun vurdu.  
Aprelin  24-də    Azərbayjan  Yazıçılar  Birliyi  Ədəbiyyat 
İnstitutu  ilə  birlikdə  Bakı  milyonçusu  Murtuza  Muxtarovun 
bağı-MEA-nın  dendrarisində  didərgin  şair  Almas  İldırımın  95 
illik Respublika Elmi konfransını keçirdilər. Muzeyin direktoru 
İsrafil İsrafilov,  AMEA-nın  həqiqi üzvü  Bəkir Nəbiyev  Almas 
İldırımın  həyat  və  yaradıjılığı,  qürbətdə  yaranan  əsərləri  ilə 
bağlı  məruzə  etdi.  Yazıçılar  Birliyinin  və  Azərbayjan-Türkiyə 
Dostluq  Cəmiyyətinin  sədri,  xalq  yazıçısı  Anar,  Azərbayjan 
Curnalistlər  Birliyinin  sədri  Hajı  Hajıyev,  Salman  Mümtaz 
adına  Azərbayjan  Dövlət  Ədəbiyyat  və  İnjəsənət  Arxivinin 
müdiri  Maarif  Teymur,  AMEA-nın  həqiqi  üzvü,  akademik 
Fuad Qasımzadə,  Gülrüx Əlibəyli,  Almas İldırımın  yaradıjılığı 
ilə bağlı müxtəlif aspektlərdən söz açdılar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə