Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə133/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   129   130   131   132   133   134   135   136   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
529 
Rəsuloğlu, Fikrət Qoja,  Arif Əmrahoğlu qonşu ölkədə yaşayan 
azərbayjanlılarımızın  ölkələrimiz arasındakı qarşılıq əlaqələrin 
inkişafındakı  rolunu  dəyərləndirdilər.  Anar  Azərbayjan 
diasporlarıyla əlaqələrin genişləndirilməsinin vajibliyini və belə 
tədbirlərin bundan sonra da keçiriləjəyini söylədi. 
Sentyabrın  23-də  Natəvan  klubunda  İranın  şair  və  ya-
zıçılarından  ibarət  nümayəndə  heyəti  ilə  keçirilən  görüş  də 
unudulmaz,  yaddaqalandır.  Sayid  Baqiri,  Mahmud  Dəstpiş, 
İsmayıl Amini,  Pərviz Veyqi, Rəfiqə Nuray, Firuzə Məmməd-
li,  Nərgis  Gənji,  Gülxani  Pənah,  Əli  Musəvi,  İmran  Səlahi 
şeirlərini  oxudular  və  farsja  oxunan  şeirlərin  məz-munu  Azər-
bayjan  dilinə,  Azərbayjan  dilində  oxunan  şeir-lərin  məzmunu 
farsjaya 
tərjümə 
olunurdu. 
İran 
parlamen-tinin 
üzvü, 
nümayəndə heyətinin başçısı Fatimə xanım Rakeyi öz çıxışında 
ədəbi  əlaqələrin genişlənməsini arzuladı,  şeirlərini oxudu.  Çox 
səmimi  keçən  şeir-sənət  məjlisini  ye-kunlaşdıran  Anar 
fikirlərini  belə  yekunlaşdırdı:  «Əziz dost-lar,  bajılar,  qardaşlar, 
çox  gözəl  tədbirin  iştirakçısı  olduq.  Azərbayjan  türkjəsində, 
fars  dilində  gözəl  şeirlər  eşitdik,  gözəl  çıxışlar  dinlədik  və 
məndə belə  bir qənaət hasil oldu ki,  biz düşündüyümüzdən də 
bir-birimizə 
daha 
yaxınıq: 
hisslərimiz, 
duyğularımız, 
amallarımız birdir və hər xalqın öz dilində yaratdığı  ədəbiyyat  
onun  qəlbinin  səsidir.  Mən  çox  sevinirəm  ki,  bu  gün  burada 
bizim  Güney  Azərbayjanın  şairləri  də,  Quzey  Azərbayjanın 
şairləri  də  öz  ana  dilində  şeirlər  oxudular;  bizim  fars 
qardaşlarımız  da  öz  ana  dillə-rində  şeirlər  oxudular.  Və  bu, 
bizim  ədəbiyyatımızın qar-şılıqlı inkişafına, qələm adamlarının 
bir-birini daha yaxın-dan tanımasına səbəb olajaq!». 
2003-jü  ilin  oktyabrın  25-də  keçirilən  toplantıda  Mos-
kvada  yaşayan  soydaşlarımız  AYB-nin  Moskva  bölməsini 
yaratmaq  təşəbbüsünü  irəli  sürdülər.  Azərbayjanın  Naxçıvan, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
530 
Lənkəran,  Aran,  Gənjə,  Qazax  bölmələri  olmasını  xatırladan 
toplantı  iştirakçıları    bu  fikri  dəstəkləyərək    bölmənin  idarə 
heyətini  (  AYB-nin  üzvü  Tofiq  Məlikli  (sədr),  AYB-nin  üzvü 
İlham  Bədəlbəyli  və  Rusiya  Yazıçılar  Birliyinin  üzvü  Nəsib 
Nəbioğlu  (katiblər)  seçdilər.  İjlas  iştirakçıla-rının  Azərbayjan 
Yazıçılar  Birliyinə  göndərilmiş,    qəbul  olunmuş  qərarını  AYB 
təsdiq etdi. 
Azərbayjan  Yazıçılarının  XI  qurultayı  ərəfəsində  bir  sıra 
tədbirlər  keçirildi,  noyabrın  26-da  keçirilən  yaradıjılıq 
müşavirəsi  bədii  nəsr  və  dramaturgiyaya  həsr  olunmuşdu.    El-
çin  Hüseynbəyli  «Son  beş  üstəgəl  bir  il  nəsrimiz  ilə  drama-
turgiyamızın  durumuna  qısa  baxış»  mövzusunda  ijtimai 
xarakterli məruzə ilə çıxış etdi. 
Qurultaylararası  çağdaş  bədii  nəsrin  və  dramaturgiyanın  
ümümi mənzərəsi ilə bağlı dinlənilən məruzə ətrafında çıxışlar 
oldu.  Nasir  Xeyrəddin  Qoja,  Vidadi  Babanlı,  Yusif  Kərimov, 
Aydın  Əbilov,  tənqidçi  Əsəd  Cahangir,  «Azərbayjan» 
curnalının  baş  redaktor  müavini,  tənqidçi  Vaqif  Yusifli,  şair-
tərjüməçi Səlim Babullaoğlu, «Avanqard» ədəbi birliyinin sədri 
Dəyanət  Osmanlı,  «YeniSi»  qurumunun    əlaqələndirijisi, 
tənqidçi  Tehran  Əlişanoğlu,  AYB-nin  katibi,  tənqidçi  Arif 
Əmrahoğlu, AYB-nin ədəbi orqanlarının baş redaktorları Ayaz 
Vəfalı 
(«Ədəbiyyat 
qəzeti»), 
İntiqam 
Qasımzadə 
(«Azərbayjan»)  fikirlərini  söylədilər.  AYB-nin  sədri  Anar 
müşavirəyə  yekun  vurdu.  Dekabrın  5-də  keçirilən  ijlasda  son 
illərin poeziyası  haqqında  Əsəd  Cahangir  məruzə etdi.   Ətraflı 
və dolğun məruzə etdi. Məruzə ətrafında maraqlı  çıxışlar oldu. 
AYB-nin  katibi,  xalq  şairi  Fikrət  Qoja  çıxışında  bildirdi  ki, 
«altı ilin şeirini bir məruzədə təhlil etmək mümkün olmasa da, 
Ə.Cahangir  öz  qarşısına  qoyduğu  məqsədə  nail  olub. 
Azərbayjan  Yazıçılar  Birliyinin  gənjlərə  xüsusi    diqqət 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
531 
ayırmaqla  ədəbiyyatımızın  gələjəyini  öyrənməyə  çalışdığını 
söyləyən  Fikrət  Qoja  yeni  nəslin  milli  söz  sənətinin 
inkişafındakı məsuliyyətini də qabartdı».  
Azərbayjan  Yazıçılar  Birliyinin  XI  qurultayı  ərəfəsində 
qurultaya  hazırlıq  işləri  aparılır,  müxtəlif  canrlar  üzrə  müşa-
virələr keçirilir,  bölmələrdə  fəaliyyət göstərən  filialların,  ədəbi 
orqanların  hesabat  məruzələri  dinlənir  və  zamanın  tələbindən 
asılı  olaraq  Azərbayjan  Yazıçılar  Birliyinin  Nizamnaməsində 
də  düzəlişlər  və  əlavələrə  ehtiyaj    nəzərdən  keçirilirdi.  Bu 
məqsədlə  katiblik  tərəfindən  yaradılan  işçi  qrupların  bir  sıra 
təklifləri müzakirə olunur və ümumi razılıq əldə edilir: «Həmin 
düzəliş və əlavələr əsasən aşağıdakı məqsədlərə xidmət edir: 
Birinjisi-YB-nin  rəhbər  strukturlarının  daha  da  demok-
ratik əsaslarla qurulması, formalaşması və işləməsi. 
İkinjisi-YB-nə  qəbul  məsələsinin  tənzimlənməsi,  bu 
məsələyə  daha  tələbkar  yanaşılması  üçün  xüsusi  ekspertlər 
qrupu yaradılması. 
Üçünjüsü-Azərbayjan  ədəbiyyatının  ölkəmizdən  kənarda 
daha  geniş  təbliğ  olunması  üçün  yeni  formaların  müəy-
yənləşməsi, o jümlədən yeni tərjümə dərgisinin yaradılması. 
Dördünjüsü-YB-nin  işində  gənj  ədəbi  qüvvələrin  daha 
geniş  təmsil  olunması  və  fəaliyyət  göstərməsi.  YB-nin 
üzvlərinin  yaratdıqları  müxtəlif  ədəbi  qurumların,  dərgilərin 
fəaliyyətinə şərait yaradılması, bu məsələlərlə yaxından məşğul 
olmaq  üçün  katiblik  yanında  Gənjlər  Şurasının  yaradılması  və 
gənjlərlə iş üzrə katibin seçilməsi. 
Beşinji-YB  üzvlərinin  xeyli  artdığına  görə    əvvəlki 
qurultaylardan  fərqli  olaraq  növbəti  qurultayda  iştirak  edəjək 
nümayəndələrin seçilmə prinsiplərinin müəyyənləşməsi. 
2004-jü  ilin  yanvarın  14-də  Azərbayjan  Yazıçılar  Birli-
yində «Azərbayjan ədəbiyyatının təbliği»  mövzusunda dəyirmi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
532 
masa  keçirildi.  Müxtəlif  nəslin  yazıçı,  şair,  tənqidçi, 
ədəbiyyatla  bağlı  insanları,  ədəbi  qurumların  rəhbərləri,  KİV 
nümayəndələrinin  qatıldığı  bu  tədbir  də  qurultay-qabağı  ke-
çirilən  silsilə  görüşlərin  davamı  idi.  Dəyirmi  masanın  «əsas 
məqsədinin  milli  söz  sənətinin  təbliği  və  inki-şafı  olduğunu 
xatırladan  Anar  bu  günlərdə  ölkə  Prezidenti  jənab  İlham 
Əliyevin  latın  qrafikalı  kitabların  nəşri  ilə  bağlı  imzaladığı 
sərənjamı çox yüksək qiymətləndirdi. 2004-2008-ji illər ərzində 
hər  il 150 kitabın   dövlət tərəfindən  nəşri  nəzərdə tutulduğunu 
söyləyən  AYB-nin  sədri  builki  siyahıya  düşməyən  yazıçıların 
növbəti  illərdə  əsərlərinin  işıq  üzü  görəjəyi  ilə  bağlı  açıqlama 
verdi. 
Aydın Xan beynəlxalq təjrübədən,  AYB-nin tarixi fəaliy-
yətindən,  YUNESKO-nun  üzvü  olan  ölkələrin  tövsiyələrindən 
faydalanaraq  yeni  nəsil  yaradıjı  şəxslərin  təklifləri  barədə 
məlumat  verdi.  Ədəbiyyatın  təbliği  ilə  bağlı  Arif  Əmrahoğlu 
görülən  işlərdən  danışdı,  bununla  bağlı  Azərbayjan  Yazıçılar 
Birliyinin  xüsusi  proqram  hazırladığını,  eyni  zamanda  bir  sıra 
ölkələrdə  fəaliyyət  göstərən  yaradıjı  qurumlarla    birlikdə 
işlədiklərini,  milli söz sənəti nümunələrindən ibarət almanaxlar 
hazırlayaraq nəşr etdirdiklərini tədbir iştirakçılarına çatdırdı və 
bundan  sonra  da  bu  yöndə  işlər  görüləjəyini  bildirdi.  Hərbi 
mövzuda yazılmış əsərlərin təbliğinə xüsusi  yer ayırmaq lazım 
gəldiyini söyləyən Respublika Veteranlar Şurasının katibi, hərb 
tarixi  elmləri  namizədi  Seyfəddin  Şıxlı,    Ədəbiyyat  qəzetinin 
səhifələrinin azlığından da şikayətləndi. 
Azərbayjan Yazıçılar Birliyinin  Bədii Ədəbiyyatı Təbliği 
Bürosunun  direktoru,  şair  Nazim  Əhmədli    gördükləri  işlər 
barəsində  geniş  məlumat  verdi.  Respublikanın,  eləjə  də 
paytaxtın    müxtəlif  müəssisə  və  təşkilatlarının  əmək  kollektivi 
ilə  müxtəlif  nəsil  qələm  sahibləri  ilə  görüşlərin  keçirildiyini, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə