Azərbaycan ədəbiyyatı məsələləri
25
isə sənətin xalq həyatı ilə bağlılığı ideyasını meydana atmışdır.
Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi olmuşdur».
Zənjan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan,
Marağada təhsil alan, elmi, biliyi ilə diqqəti jəlb edən, Hələbə
gələrkən oranın hakiminin hörmətini qazanan, bilik və
bajarığına həsəd aparılan, «jəsarətli fəlsəfəsindən qorxuya
düşən «Hələb fəqihləri alimin qətlinə fitva verirlər».
Onun kimi tale sahibi Eyn əl-Quzat dövrünün böyük
filosofu, həm də nasiri və şairi olmuşdur. Babası dövrünün ta-
nınmış şairlərindən olmuşdur. Eyn əl-Quzatın Azərbayjanın
fəlsəfi, ijtimai, siyasi, ədəbi fikir tarixində rolu alimlər
tərəfindən yüksək dəyərləndirilir.
Ərəbləşdirmə siyasətindən narazı Yaxın Şərq xalqlarının
üsyan və mübarizələri Əməvilər sülaləsini süquta uğratdı və
Abbasilər sülaləsi hakimiyyət başına keçdi. Onların haki-
miyyətə gəlməsində fars zadəganlığı xüsusi rol oynadığından
ərəb dili öz hakim mövqeyini saxlamaq istəsə də, fars dili də
xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili oldu:
dini və elmi əsərlər ərəb dilində yazılsa da, şəriət qanunları ilə
əlaqədar məsələlər bu dildə aparılsa da, ərəb dili din dili kimi
öz hüququnu saxlasa da, fars dili şeir dili olaraq daha geniş
yayıldı və bu dil Orta Asiya, İran və Azərbayjan
hökmdarlarının saraylarında rəsmi dövlət dili və ədəbi dil kimi
möhkəmlənməyə başladı. Fars dilində şeir yazdırmaq dəb şəkli
aldı, xalq kütlələrindən fərqlənmək üçün dillərinə xor baxan
feodallar idi. XI əsrdən etibarən fars dili uzun müddət ədəbi dili
olduğundan ana dilində y-zan sənətkarlar fars dilində də əsər
yazmaq məjburiyyə-tin-də qaldılar. Bununla belə bu dövrdə
yaranan şifahi xalq ədə-biyyatı qədim atəşpərəstlik ənənələrini
mühafizə edir, xalqın şikayətlərini, etirazlarını, baş verən
gündəlik tarixi hadi-sələri, eyni zamanda məişət, adət və ayin
Gülxani Pənah, Salatın Əhmədli
26
məsələlərini bu ədə-biyyatda qoruyub saxlayırdı. Xalq ədə-
biyyatı dünyəvi hadisə-ləri tərənnüm edirdi və bu ədəbiyyatı
xalqın içərisindən çıx-mış sənətkarlar yaşadırdı, bunlar
nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı. Hakim dini dairələr
bu ədəbiyyatı dinə, şəriətə zidd adlandırıb təqib edirdilər. Belə
bir dövrdə Azər-bayjan ədəbiyyatının qüdrətli qələm ustadları
dilimizin yük-sək bədii ifadə vasitələrindən istifadə etməklə,
Azərbayjan şeirinin şah əsərlərini həm öz dilində, həm ərəb,
həm də fars dilində yaratmağa məjbur oldular. Qətran Təbrizi,
Əfzə-ləddin Xaqani, Nizami, hakim feodal ruhani görüşləri
təbliğ edən Əbül-Üla Gənjəvi, Fələki, İzzəddin Şirvani, Qivami
Mütərrizi, Məhsəti, Müjirəddin Beyləqani kimi şairlər yazıb-
yaradırdılar. Xaqaninin yaradıjılığının onun özündən sonra
gələn şairlərin yaradıjılığına böyük təsiri olmuş, onun
sənətkarlıq şöhrəti bütün Yaxın Şərqdə, Hindistan, İraq, İran,
Orta Asiyada yayılmış, Müjirəddin Beyləqani onu öz ustadı
sanmış, xarəzmli Rəşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi
kimi şairlər onunla şeirləşməyə çalışsalar da, «Xaqani sənəti öz
qüdrət və üstünlüyü ilə həmişə qalib gəlmişdir». Onun
«Qəsideyi-şiniyə» əsəri XII əsrdə klassik Şərq poeziyasında elə
bir yenilik oldu ki, dün-yanın böyük ustadlarını yerindən
tərpətdi. Qəsidənin məz-munundan «təsirlənmiş» XIII əsrin
böyük hind şairi Əmir Xosrov Dəhləvi «Meratüs-səfa» (saf
güzgü) adlı 174 beytlik qəsidəsini, bö-yük tajik şairi
Əbdürrəhman Cami (XIV əsr) «Cilair-ruh» («Ruhun jilası»)
130 beytlik qəsi-dəsini, Füzuli «Ənisül-qəlb» 138 beytlik
əsərini yazır, onun bu qəsidəsinə hamıdan önjə Nizaminin
nəzirə yazdığını Əbülqasim Şirazi Əmri Xa-qaninin qəsidəsinə
nəzirə olaraq yazdığı «Ənvarül-üyun» («Gözlərin işığı»)
qəsidəsində qeyd edir, o qəsidə bizə gəlib çatmayıb. Xaqani
yaradıjılığının özündən sonra gələn sə-nətkarların yaradıjılığına
Azərbaycan ədəbiyyatı məsələləri
27
böyük təsir göstərdiyini sübut edən bu siyahını artırmaq olar.
Xaqani kimi böyük dühalara pərəstiş edilir, onun ayrı-ayrı
əsərlərinə nəzirə yazılırdı. Azərbayjan klassik şairləri Xaqaniyə
dərin
hörmət
bəsləyir-dilər.
Zəmanəsindəki
ijtimai
ədalətsizliklərə qarşı cəsarətli çıxışları, böyük sənətkarlıq
keyfiyyətləri Xaqanini Azərbay-janın bir çox şairləri üçün
müəllim və ustad etmişdir. Ni-zami Gənjəvi, Müjirəddin
Beyləqani, Füzuli öz əsərlərində Xaqaninin sənətkarlıq xüsu-
siyyətlərindən istifadə ilə onu daha da inkişaf etdirmişdir».
Nizaminin yaradıjılığı ilə orta əsr Azərbayjan ədəbiy-
yatında və ijtimai fikir tarixində yeni bir dövr başlanmışdır.
Misilsiz sənətkarlıqla yazılmış əsərləri xalqının ibrətamiz,
hikmətamiz, mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya
ədəbiyyatı tarixində «Xəmsə» adlanan beş böyük əsəri bədii
sözün dəyərini bilənlər tərəfindən ölməz əsərlər kimi
dəyərləndirilmiş, bu misilsiz bədii qüdrətə malik əsərləri bütün
dünyaya yayılaraq hələ sağlığında belə ona dünya şöhrəti
qazandırmışdır. XIII əsrdən başlayaraq Nizami motivləri
əsasında əsərlər yaranmağa başlayır. Sədi Şirazinin «Bustan»,
Cəlaləddin Ruminin «Məsnəvi» əsərlərini gö-rürük. Onun
«Xəmsə»si əsasında XIII əsrin klassik şairi Əmir Xosrov
Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami «Xəmsə»lər
yaratdılar. Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük
təsir göstərmiş, XVII əsrdən Avropa, Amerika alimləri (fransız
şərqşünası dErbelo, Hammer Pur-qştal, F. Erdman, Eduard
Braun, M. Xautsma, R.Levi, Xorn, F.B. Şarmuan, V. Baxer,
Y.Rıpka, Y.E. Bertels, Çaykin, Z. Dunayevski, Y. Marr, A.N.
Boldıryev, Vəhid Dəst-girdi, Səid Nəfisi və s) dünyanın başqa
qitələrinə yayılmış əsərlərin müəllifi Nizaminin qüdrətli bir
sənətkar olduğunu qeyd edirdilər. Ana dilində yazılan əsərləri
əlimizə gəlib çatmasa da, bu böyük sənətkarın öz dilinə,
Gülxani Pənah, Salatın Əhmədli
28
xalqına sevgisi farsja yaratdığı bu əsərlərin qanında, janındadır.
«Leyli və Məjnun» əsərinin yazılmasını istəyən Axsitandan şair
əsərin hansı dildə-türk, yoxsa fars dilində yazılmasını soranda
hökmdarın ona :
Fars, ərəb dilində vur ona ziynət,
Kamal jövhərinin xəzinəsindən.
Gör kimin sapına inji düzürsən,
Türk dili yaramaz şah nəslimizə.
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz
-deyən şahın doğma dilinə «yuxarıdan aşağı» baxmasına
dözmür. Axsitanın bu təklifinə bərk əsəbiləşən şair «Şahın
halqasının qulağıma taxıldığını gördükdə, qan ürəyimdən
beynimə vurdu. Nə bu təklifi rədd etməyə jürətim var idi, nə də
xəzinəyə yol tapmaq üçün gözüm...»-deyir və şahın əm-rini
rədd etmək istəyirdi. Anjaq öz «janından əziz tutduğu» oğlu
Məhəmmədin xahişi ilə bu əsəri yazmağa razılıq vermiş
olduğu, misralarında dilinə sevgisini, məjburən farsja yaz-malı
olduğunu göstərən tutarlı faktlar var. Bununla belə, söz, sənət
xiridarı, bədii təfəkkür nəsibi olan, bu jəhətdən dünyanı
heyrətdə qoyan Azərbayjan bədii şeir təfəkkürü ilə zəngin
Nizami
hansı
dildə
yazmasından
asılı
olmayaraq
ədəbiyyatımızın qüdrət və vüsətini dünyaya nümayiş etdir-
mişdir. Azərbayjan ədəbiyyatı tarixində ilk mənzum roma-nı
(«Xosrov və Şirin») ilə öz zəmanəsinin artıq böyük şairi kimi
tanınan Nizaminin «misilsiz istedadına, yüksək düha-sına,
qabaqjıl ideyalarına pərəstiş edənlərin» öz dövründə belə sayı
artmışdı. Xaqaninin əlimizə gəlib çatan bir məktu-bunda
Nizamiyə böyük bir sənətkar kimi hörmət bəslədiyi, ona
yüksək ehtiram göstərdiyi aydın olur.
Dostları ilə paylaş: |