Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə19/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   15   16   17   18   19   20   21   22   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
73 
ana  dilində  yaradırdı.  Böyük  çətinliklər,  ağırlıqlar  olsa  da, 
xalqın  döyünən  ürəyi,  vuran  əli  ədəbiyyatı,  milli  məfkurəni 
yaşadırdı. 
Keçmiş  Sovetlər  birliyi  tərkibində  olan  xalqların  ədəbiy-
yatı  «məzmunu,  ideyaları  yalnız  sosialist  dünyagörüşünə 
əsaslanan»  ədəbiyyat  kimi  fəaliyyət  göstərməyə  məhkum 
edildiyindən  Azərbaycan  sənətkarlarının  da  yaradıcılıq  im-
kanları  məhdudlaşdırılırdı. Sosializm realizmi metodu qorunub 
saxlanması tələb olunan  ədəbiyyat  sosializm quruluşunu, onun 
müvəffəqiyyətini  tərənnüm  etməyə  məcbur  edilirdi  və 
sosializm  quruculuğunun  hökm  sürdüyü  Sovetlər  birliyinin 
cəmiyyətini-sosializm cəmiyyətindəki nöqsanları göstərmək, öz 
fərdi 
duyğularını 
ictimai 
duyğulardan 
ayırıb, 
«fərdi 
yaşantılarını  əks  etdirilmək  istəyindən  məhrum  idi.  Sosializm 
quruluşunun,  kommunist  ideologiyasının  hökm  sürdüyü  bir 
zamanda  İkinci  Dünya  Müharibəsinə  sürüklənmiş  Sovet 
ittifaqında 
müharibə 
başlandı.  Xalq,  eləcə  də  sovet 
ədəbiyyatının  bir  qolu  olan  Azərbaycan  sovet  ədəbiyyatı  «Hər 
şey  cəbhə  üçün,  hər  şey  qələbə  üçün»  şüarının  ədəbiyyata  da 
aid  olduğunu  gözəl  bilirdi.  Bütün  ideologiyası,  yaradıcılıq 
imkanları ilə bu şüardan irəli gələn tələblərə cavab verən əsərlər 
yazırdı.  Bununla  belə  faşizmə  nifrət  edən,  fəlakətlər,  ölüm, 
kabus,  müharibə,  onları  törədənlərə  nifrət  Azərbaycan  şair  və 
yazıçılarına  da  imkan  verirdi  ki,  milli  qürur,  milli 
vətənpərvərlik  ruhunu  əks  etdirən,  yadelli  işğalçılara, 
imperialist  qüvvələrə  qarşı  kinini,  nifrətini  ifadə  edən  qüvvətli 
əsərlər yaratsın. Əsərlərində qoyduqları problemlərin bədii həlli 
onları xalqına, millətinə sevdirirdi. Azad, müstəqil yaşamaq, öz 
müqəddaratlarını  özləri  həll  etmək,  hər  hansı  imperialist 
ölkəsinin müstəmləkə boyunduruğuna boyun əyməmək istəyini 
ifadə  edirdilər,  humanist,  azad,  müstəqil  yaşamaq  arzularına 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
74 
çıxanlara  qarşı  humanizm  prinsiplərinə  əsaslanaraq  kin,  nifrət, 
qəzəb  dolu  duyğularını  ifadə  edən,  bədii  cəhətdən  qüvvətli 
əsərlər  yaradırdılar,  milli  ideologiyalarını  da  inkişaf  etdirmək 
arzularını həyata keçirməyə çalışırdılar.  
40-cı  illərin  sonlarında  Cənubi  Azərbaycandan  Şimali 
Azərbaycana mühacirət edən Balaş Azəroğlu, Hökumə Bülluri, 
Mədinə  Gülgün,  Əli  Tudə,  Söhrab  Tahir  kimi  qələm  sahibləri 
Cənubi  Azərbaycan,  Təbriz  həsrətini  öz  yaradıcılığında 
qoruyub  saxlamaqla  o  taylı-bu  taylı  Vahid  Azərbaycan 
ideologiyasını  istər-istəməz  öz  yaradıcılıqlarında  cücərdirdilər.  
Vətənin  bütövlüyü  ideyaları  şimallı-cənublu  Azərbaycan 
ədəbiyyatının  inkişafına  xidmət  edirdi.  Cümhuriyyət  dövründə 
vətəni tərk etməyə məcbur edilmiş Türkiyədə, Qərbi Avropada 
məskunlaşan  yazıçılarımız  milli  demokratik  ideyaları  ifadə 
edən,  milli  ruhu  güclü  əsərlər  yazır,  sovet  ideologiyasının 
təsirindən  uzaq  Azərbaycan  ədəbiyyatını  yaradır,  inkişaf 
etdirirdilər. 
Şimali 
Azərbaycanda 
sosialist 
realizmi 
metodlarının tüğyan etdiyi bir zamanda bu odun, alovun içində 
müasir  Azərbaycan  poeziyası  formalaşırdı.  Və  bu  poeziyanı 
yaradan  görkəmli  sənətkarlar  yetişirdi  və  onların  əsərlərində 
Azərbaycanın  tarixi,  təbii  gözəllikləri,  milli  vətənpərvərlik 
hissləri,  azərbaycançılıq  hissləri  güclənirdi.  Cümhuriyyətin 
alovlu  tərənnümçüsü    Əhməd  Cavad  vətənpərvər  şeirləri  ilə 
təqiblərə məruz qalır. 1937-ci ildə güllələnir. Öz mübariz milli 
məfkurəsi,  alovlu  vətənpərvərliyi,  gözəl  milli  duyğuları  ilə 
sosialist  ideologiyalarına  sığmayan,  azad  yaşamaq-yaratmaq 
eşqilə  çırpınan,  xalqının  öz  müqəddaratını  özü  həll  etməsini 
istəyən,  heç  bir  ideoloci  çərçivəyə  sığmayan  Mikayıl  Müşfiq 
sovet reciminə sığmadığı üçün 1937-ci ildə həbs edildi, 1938-ci 
ilin əvvəllərində o da güllələndi. 


 
Sənət, sənətkar və zaman
 
 
 
75 
Belə acınacaqlı taleyi olan sənətkarlarımızın biri də Seyid 
Hüseyn idi. 
1937-ci  ildə  Sovet  İttifaqına  düşmən  kimi  həbs  edilərək 
güllələndi.  Lakin  bu  odlar,  alovlar  içində  ömrünü  Azərbaycan 
haqqında  epopeya  yaratmağa  həsr  edən  Səməd  Vurğun 
yetişirdi. 
Nədən şeirimin baş qəhrəmanı, 
Gah İrandan gəlir, gah da Turandan? 
-deyən  qüdrətli  qələm  sahibi  milli  duyğuları,  azərbaycançılıq 
müstəvisi üzərində milli dərkin nümunələrini yaradırdı və istər-
istəməz sosialist metodu, sosializm ideologiyası içində elə milli 
məfkurəvi ideyaları yaşatmış olurdu. 
İstedadlı qələm sahibləri  Ağahüseyn Rəsulzadə, Atababa 
Musaxanlı,  Bəkir  Çobanzadə,  Böyükağa  Talıblı,  Vəli  Xuluflu,  
Qantəmir,  Əmin  Abid,  Əlabbas  Müznib,  Əli  Nazim,  Əli  Razi, 
Əhməd  Cavad,  İsmayıl  Katib,  Yusif  Vəzir  Çəmənzəminli, 
Məmmədkazım  Ələkbərli,  Mikayıl  Müşfiq,  Mustafa  Quliyev, 
Ömər  Faiq  Nemanzadə,  Ruhulla  Axundov,  Salman  Mümtaz, 
Seyid  Hüseyn,  Seyfulla  Şamilov,  Soltanməcid  Qənizadə,  Tağı 
Şahbazi  Simurq,  Hacıbaba  Nəzərli,  Hacıkərim  Sanılı,  Hənəfi 
Zeynallı, Hüseyn Cavid repressiya qurbanları olmuşlar. 
Hüseyn  Cavid  Azərbaycan  ədəbiyyatı  tarixində  mühüm 
yer  tutan,  dramaturgiyada    romantik  ədəbiyyatın  qüdrətli 
nümunələrini  yaradan,  bütöv  bir  silsilə  təşkil  edən  ictimai-
siyasi,  fəlsəfi  şeirlər  müəllifidir.  Yaratdığı  şeirləri,  nəzm  və 
nəsrlə  qurulan    «kəskin  münaqişə  xətləri  ilə  seçilən  dramatik 
əsərləri,  fikir  dərinliyi  ilə  seçilir,  «problematikasının  siqləti  
baxımından 
dünya 
dramaturgiyasının 
bir 
sıra  
nümayəndələrinin  yaradıcılığı  ilə  müqayisə  edilə  bilən»  sə-
nətkar  kimi  ədəbiyyatımızda  yaşayır:  «Hüseyn  Cavidi  ədəbi 
yaradıcılığının ilk dövrlərindən başlayaraq son əsərlərinə qədər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
76 
sinfi  bərabərsizliyin  doğurduğu  faciələr  düşündürürdü.  O, 
əzənlə  əzilənlər  arasındakı  ziddiyyətləri  erkən  yaşlarından 
duymuş,  ədalətsizliyi,  istismarı,  zorakılığı,  bir  sözlə  insanın 
həyatını zəhərləyən mənfilikləri pisləmiş, tənqid etmişdir. Həm 
də  bu  tənqid  və  inkar  mücərrəd  mövqedən,  ümumiyyətlə 
pisliyə,  yamanlığa,  mənfiliyə  qarşı  mübarizə  mövqeyindən 
aparılmır, sinfi ziddiyyətlərin konkret hüdudları, tərəfləri açılıb 
göstərilməklə  ictimai  məzmun qazanırdı.  Ədibin  yaradıcılığına 
diqqətlə  yanaşılsa,  asanlıqla  görmək  olar  ki,  ictimai  cizgiləri 
dərin  və  mənalı  xarakterlər,  problemlər,  dramatizm  Cavid 
dramaturgiyasını şərtləndirən cəhətlərdir». 
Yaradıcılığının zirvəsi «Şeyx Sənan», «İblis» faciələrində 
dini  təəssübkeşliyi  və  müharibəni,  onun  ancaq  fəlakət,  ölüm 
gətirdiyini  ifşa  etmişdir.  «Peyğəmbər»  (1926),  «Səyavuş» 
(1934),  «Şeyda»  (1925),  «Topal  Teymur»  (1926),  «Şeyx  Sə-
nan»  (1926),  «Uçurum»  (1926),  ölümündən  sonra  «Seçilmiş 
əsərləri»  (1958),  «Pyeslər»  (1963),  «Seçilmiş  əsərləri»  (1968, 
1970,  1971),  «Dram  əsərləri»  (1975),  «Seçilmiş  əsərləri»  IV 
cilddə (1982-1985), «Pyeslər» II cilddə, rusca (1982-1983) nəşr 
olunub.  Yaratdığı  əsərlərdə  bəşəri  hissləri  əsas  tutan,  bütün 
insanlığı  düşündürən  problemləri  qabardan,  Azərbaycan 
xalqının  ictimai  fikir  tarixində  mühüm  yer  tutan,  əsərlərində 
insanın mənəvi, əxlaqi inkişafı,  inqilabi  yetkinliyi əsas tutulan, 
adı XX əsrin  böyük  filosof şairləri  ilə  bir sırada çəkilən, «şərq 
romantizminin  mütərəqqi  növü»nü  yaradan,  «soyğunçu 
müharibələr,  böyük  inqilabi  təbəddülatlar  dövründə»  yetişən 
Hüseyn  Cavid  sovet  dövründə    bir-birinin  ardınca  «Knyaz», 
«Səyavuş»,  «Xəyyam»,  «Topal  Teymur»,  «Peyğəmbər», 
«İblisin  intiqamı»  kimi  məşhur  dram  əsərlərini  yazmışdır.  Bu 
əsərlərində  «bəşəri  düşüncə»,  əbədi,  sabit  ideya  dünyanın 
xalqlarını  birliyə,  dostluğa,  qardaşlığa  çağıran  qüdrətli  bir 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə