Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə27/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   23   24   25   26   27   28   29   30   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
105 
arxanı  çevirmə!  Əgər  sən  bu  müharibədə  arxadan  yaralansan, 
südüm sənə haram olsun!» 
Bu  mövzuda  Rəsul  Rzanın  «Əsgər  anasının  sözləri», 
Süleyman Rüstəmin «Qocanın dedikləri», «Yaxşı yol» şeirlərində 
qardaşını  cəbhəyə  yola  salan  bacının  səmimi  duyğuları, 
övladlarını yola salan ata-ananın, qocanın diləkləri ifadə edilir. Bu 
şeirlər xalqda, döyüşən əsgərlərimizdə vətənpərvərlik duyğularını 
artırırdı. Radio və mətbuatdan Azərbaycan  şairlərinin, ədiblərinin 
çıxışlarını  dinləyən,  onların  şeirlərini  oxuyanlar  keçirdikləri 
hissləri  yazırdılar.  S.  Vurğunun  odlu-alovlu  çıxışını  dinləyən 
döyüşçülər  yazırdılar:  «...  Siz  şeirinizi  oxuduğunuz  zaman  biz 
səngərdə  idik. Səsinizi  və odlu  misralarınızı dinlərkən, elə  bil ki, 
üzərimizdən  canlandırıcı  bir  bahar  yeli  əsdi.  Qolumuza  yeni 
qüvvət, gözümüzə yeni işıq gəldi... Biz sizi əmin edirik ki, gözəl 
sovet  torpağını  tezliklə  yırtıcı  düşmənlərdən  təmizləyəcəyik! 
Qalib  ordunun  döyüşçüləri  kimi  tezliklə  sizinlə  görüşəcəyimizə 
əminik». 
Şair sözünün oyatdığı yüksək vətənpərvərlik, qəhrəmanlıq 
duyğularıyla  dolu  on  minlərlə  Azərbaycan  şairinə  ünvanlanan 
məktublara da böyük ürək sahibləri cavab məktubları yazır, ən 
incə  məqamlarda  səbrli,  dözümlü,  qayğıkeş,  diqqətli  olmağı 
vəzifə  borcları  bilirdilər.  Onlar  tez-tez  hərbi  hissələrə  gedir, 
döyüş  gedən  cəbhə  xətlərində  olur,  döyüşçülərin  vəziyyəti, 
güzəranı  ilə  yaxından  tanış  olurdu.  Döyüş  bölgələrində  bəzi 
xoşagəlməz 
hadisələrin 
şahidi 
olan 
şairlərin 
dövlət 
səviyyəsində  qaldırdığı  problemlərin  həllini  tapması,  bu  da 
əsgərlərə  mənəvi  güc,  qüvvət  verirdi.  Krım  cəbhəsindən 
qayıdan  kimi    Mir  Cəfər  Bağırova  ünvanladığı  məktubunda 
Rəsul Rza  yazır:  «1942  -ci  il  yanvarın sonunda  Azərbaycan  K 
(b)  PMK-nın  göndərişiylə  siyasi  işçilər  və  redaksiya  işçiləri 
Kerçə-Krım cəbhəsinin Siyasi İdarəsinin sərəncamına gəldilər... 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
106 
Limanın  sərxoş  komendantı  əlində  tapanca  azərbaycanlı 
leytenantı  komendaturaya  salıb  ən  pis  küçə  söyüşləri  ilə 
söyürdü. 
Söyüşlərin 
arasında 
«yeldaşı-paraziti» 
sözləri 
eşidilirdi. Həmin bu sözləri komendant Kerçdə  öz rəhbərləriylə 
danışanda  da  təkrar  edirdi:  «Yenə  bu  parazitlər-yeldaşlar 
gəlib».  Sonralar  məlum  oldu  ki,  komendantın  söydüyü 
leytenantın  heç  bir  təqsiri  yoxmuş.  Sərxoş  komendant  isə 
silahla  hədələyərək  leytenantı  ardınca  apardı.  Biz  bunu  öz 
gözlərimizlə  gördük  və  bu  barədə  akt  tərtib    etdik.  Sonralar 
aydın  oldu  ki,  Qamış-burun  limanının  komendantının 
hərəkətləri  təsadüf  deyilmiş.  Ordu  qərargahında  bəzi  rəhbər 
yoldaşların himayədarlığı ilə müxtəlif yerlərdə bu cür işlər olur, 
ayrı-ayrı  yerlərdə-vaqonlarda,  küçələrdə,  ictimai  yerlərdə  belə 
söhbətlər  eşitmək  olar  ki,  guya  Feodosiyanı  azərbaycanlılar 
təslim ediblər, azərbaycanlılar vuruşmaq istəmir. Çox vaxt belə 
söhbətlərdə    «azərbaycanlılar»  əvəzinə  «yeldaşı»  sözünü 
işlədirlər  ki,  bu  da  rus  dilində  xüsusilə  nalayiq  və  təhqiramiz 
səslənir. 
Ordunun  siyasi  idarəsində  ayrı-ayrı  döyüşçülərin  və 
komandirlərin  belə  qeyri-sağlam  münasibətlərini  bilə-bilə  belə 
faktların  aradan  qalxması  üçün  heç  bir  şey  etmirlər.  Cəbhəyə 
yollanmaqdan  əvvəl  milli  respublikalardan  gəlmiş  siyasi 
işçilərin  ümumi  iclası  oldu  və  bu  iclasda  yoldaş  Mexlis  çıxış 
etdi. O dedi ki: «azərbaycanlılar hamıdan pis döyüşür». Heç bir 
real əsası olmayan belə bəyanatlar Qamış-burun komendantının 
özbaşınalığı  kimi  qeyri-sağlam  hərəkətlərə  qida  verir.  Sonrakı 
hadisələr  göstərdi  ki,  Mexlisin  sözləri  tamamilə  yersiz  imiş, 
faktlara 
deyil, 
ayrı-ayrı 
şəxslərin 
yanlış 
və 
qərəzli 
məlumatlarına 
əsaslanırmış. 

şəxslərin 
ki, 
hərbi 
uğursuzluqlarını  döyüş  əməliyyatlarına  rəhbərlik  etməkdə 
bacarıqsızlığını  döyüşçülərin  və  ilk  növbədə,  azərbaycanlı, 


 
Sənət, sənətkar və zaman
 
 
 
107 
gürcü  və  erməni  döyüşçülərinin  boynuna  qoymaq  istəyir. 
Fərarilik,  düşmən  tərəfinə  keçmək,  əzalarını  zədələmək  kimi 
biabırçı  faktları  bu  və  ya  digər  xalqın  xüsusiyyətləri  ilə 
bağlamaq 
kökündən 
yanlışdır. 
«Yeldaşı» 
və 
«Tiflis 
duxanşikləri»  kimi  ifadələrin  müəllifləri  məhz  belə  etmək 
istəyirlər. 
«396-cı 
diviziya» 
azərbaycanlılardan 
təşkil 
olunmuşdur.  Bu  diviziya  yaranana  qədər  döyüşçülərimiz  Krım 
cəbhəsinin başqa hissələrində idilər». Onların 90 faizi rus dilini, 
bu  hissələrin  komandirləri  və  siyasi  işçiləri  isə  Azərbaycan 
dilini  bilmir.  Bunun  nəticəsində  acınacaqlı  hadisələr  baş  verir. 
Rus  dilini  bilməyən  döyüşçü  komandirin  əmrini  başa  düşmür 
və  yerinə  yetirmir.  Belə  hallarda  komandir  işin  mahiyyətinə 
varmadan əmrə itaət etməyən döyüşçünü yerindəcə güllələyirdi.  
Ana  söyüşünün  (materşina)  geniş  yayılması  da  böyük  bəladır. 
Məlumdur ki, bu, azərbaycanlılar üçün ölümdən betərdir». 
   
«Rəsul Rza». 
Qələm  sahiblərinin  belə sərt,  ciddi,  obyektiv  müraciətləri 
təsirsiz  qalmır.  Mir  Cəfər  Bağırov  özü  bu  işə  qarışır,  cəbhədə 
azərbaycanlıların  vuruşduqları  dəstələr  onların  dilini  bilən 
komandirlərlə təmin edilir. 
Azərbaycanın  şair  və  yazıçılarının  yaradıcılığında  vətən 
və vətənpərvərlik mövzusu güclü idi və bu mövzunun müharibə 
illərində  yeni  keyfiyyətlərlə  zənginliyi  ədəbiyyatşünasların 
diqqət  mərkəzində  idi:  «Vətən  və  xalq  sənətkarın  gözləri 
önündə  indiyədək  görünməmiş  yeni  bir  qüvvətlə  canlandı. 
Şairlər bu məfhumların hər ikisinə sıx-sıx, özü də həm müasir, 
həm  də  tarixi  baxımdan  onları  vəhdətdə  götürərək  müraciət 
edirdilər.  Qüvvətli  hiss,  daxili  hərarət,  poetika  bu  şeirlərin  bir 
çoxunu  birləşdirən  ümumi  cəhətlər  idi.  Şairlərimiz  kəskin 
surətdə  fərqlənən  və  biri  digərinə  zidd  olan  iki  rəngdən-ağ  və 
qaradan  geniş  istifadə  edirdilər.  Bu  iki  rəng  iki  duyğunun,  iki 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
108 
hissin bədii ifadəsini vermək üçün onlara kömək edirdi: vətənə, 
xalqa məhəbbət, faşizmə, düşmənə nifrət. 
Şairlər  vətəni  əzizlərin  əzizi,  müqəddəslərin  müqəddəsi 
kimi  tərənnüm  edir,  onun  böyüklüyündən,  əzəmət  və 
qüdrətindən  qanuni  iftixar  hissi  ilə  söhbət  açırdılar.  Ana 
məfhumu  ilə  Vətən  məfhumunun  yanaşı  qoyulduğuna  və  bir-
birinin  sinoniminə  çevrildiyinə  də  ən  çox  həmin  illərin 
şeirlərində rast gəlirik (B. Nəbiyev). 
Ana-Vətən  «bir-birinin  sinoniminə  çevrildiyini,  bu  dövr 
əsərlərdə  xüsusilə  qüvvətli  olduğunu  görürük.  Süleyman 
Rüstəm «Mən istərəm» şeirində yazır: 
Mən istərəm sağ çıxmayım bahara, 
Təki anam düşmənə baş əyməsin. 
Bu müqəddəs, son davada hər yara, 
Mənə dəysin, vətənimə dəyməsin! 
«Vətəni ömrünə sonsuz  yaraşıq»  bilən şairlərimiz şeirləri 
ilə on  minlərlə döyüşçü qəhrəmanlarımızın ruhuna,  duyğusuna 
hakim  kəsilən  hissləri  ifadə  edirdilər.  Şairlərimiz  əsərlərində 
Vətənin  obrazını  yaradır,  Osman  Sarıvəlli  «Ala  çinar»,  S. 
Vurğun  «Azərbaycan»  şeirində  bu  ölkənin  qədimliyini, 
möhtəşəmliyini,  qüdrətini,  ona  olan  hörmət  və  ehtiramını 
ümumiləşdirirdi. 
Şeirlərin  Vətənə  məhəbbət,  düşmənə,  faşizmə  nifrət 
hissini artırmaq qüdrəti vardı.  İnsani simasını itirmiş faşistlərə, 
hərbçilərə  nifrət  qəlbini  alovlandıran  Məmməd  Rahim  «Vur, 
ölən  faşistdir»,  Rəsul  Rza  «İntiqam»,  Əhməd  Cəmil  «Nişan 
üzüyü»  və  s.  şeirlərində  düşmənə  xalqın  qəlbində  kini,  nifrəti 
gücləndirir: 
Gəzdim döyüş meydanını, cəbhələri dolaşdım, 
O yerdə ki, sərin sular çağlardı dupduru, 
Evlər gördüm külə dönmüş, çaylar gördüm qupquru. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə