Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə29/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   25   26   27   28   29   30   31   32   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
113 
içində  tanınmış  istedadlı  şairlərdən  idi.  «Üfüqlər  qızaranda» 
(1929),  «Yarış»  (1933),  «Talış  dağları»  (1935),  «Döyüş 
yollarında»  (1936),  «Dalğalar»  (1937),  «Qızıl  əsgər»  (şeirlər) 
(1938),  «Sahilsiz  qəlbimin  dalğaları»  (1989)  kitabları  nəşr 
olunub.  Böyük  Vətən  müharibəsi  illərində  kiçik  leytenant 
rütbəsində 
cəbhədə 
(1942-43) 
iştirak 
etmiş, 
«Sovet 
Gürcüstanı»,  «Qızıl  əsgər»  cəbhə  qəzetlərinin  səhifələrində 
döyüş  ruhlu  şeirləri  ilə  iştirak  etmiş,  «Qara  Məmməd»  (5 
pərdəli, 15  şəkilli  mənzum pyesini), «Otuz qəhrəman» poema-
sını  yazmışdır.  Tənqidçilər  onu  «müasir  ruhlu  sənətkar»,  yeni 
quruculuq  işərinə  başlayan,  həyatını  yenidən  qurmağa  çalışan, 
bu  yolda  müvəffəqiyyətlər  əldə  edən  xalqın  həyatı,  tarixi 
keçmişini  əsərlərində  əks  etdirən,  yaşadığı  dövrdə  baş  verən 
beynəlxalq hadisələri qələmə alan əsərlər müəllifi kimi  yüksək 
qiymətləndirir.  Onun  «Buruqlar»,  «Yarış»  adlı  şeirlərində 
qurucu,  yaradıcı  xalqın  əməyi  tərənnüm  edilir.  İnqilabdan 
sonrakı  dövrdə  Azərbaycanda  baş  verən  dəyişikliklər  «On  bir 
il»  şeirində  maraqlı  bir  kompozisiya  üzərində  verilir.  O, 
xalqını,  onun  həyatında  baş  verən  hadisələri,  eyni  zamanda 
dünyanı  düşünür,  planetimizin  taleyi,  gələcəyi  («Not–Front») 
haqqında düşüncələrini verir, almanları ali irq adlandıran faşist 
nəzəriyyəçilərinin havadarlarına qəzəbini ifadə edir. 
Utansın Avropanın bugünkü vəhşətindən, 
Bəyaz irqlər nəslini mədh edən, tərif edən. 
Mühərrirlər, ədiblər, alimlər, filosoflar, 
Həyat fəlsəfəsindən bixəbər filosoflar. 
Bu  şeiri  alimlər,  ədəbiyyatşünaslar,  tənqidçilər  Səməd 
Vurğunun «Ölüm kürsüsü», Rəsul Rzanın «Almaniya» əsəri ilə 
bir  «sırada  dura  biləcək,  siyasi  kəskinliyə  malik  poeziyamızın 
gözəl  incilərindən  biri»  kimi  qiymətləndirir.  «Həbəşistan 
yollarında» 
şeiri 
də 
beynəlxalq 
mövzuda 
yazılmış 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
114 
şeirlərindəndir və burada həmin illərdə Roma, İtaliya, İspaniya, 
Həbəşistan  və  b.  ölkələrdəki  milli–azadlıq  hərəkatı,  Avropa 
ölkələrinin  bir  çoxunda  faşizmin  baş  qaldırması  şairin  diqqət 
mərkəzindədir.  Abdulla  Faruk  lirik  şair,  eyni  zamanda  poema 
canrında  maraqlı  əsərlər  yaradan  bir  sənətkar  idi.  «Talış 
dağları»  poeması  lirik  səpkidə  yazılmış,  Vətənimizin  təbiətinə 
həsr olunmuş əsərdir. 
 Böyük Vətən müharibəsi iştirakçısı, bu müharibədə şəhid 
olmuş,  Mehdi  Hüseynin  «Buruqlar şairi»  adlandırdığı Hüseyn 
Namiq  erkən  yaşlarında  şeirlər  yazmağa  başlamış,  «Buruqlar» 
adlı  ilk  şeirlər  kitabı  1931–ci  ildə  çap  edilmişdir.  Bu  kitaba 
M.Hüseyn ön söz yazıb, bir tənqidçi kimi onun «yaradıcılığının 
poetik istiqamətini» müəyyənləşdirib. Şeirlərinin əsas mövzusu 
neft sənayesidir. Yaradıcılığa 1927-ci ildə «Yeni yol» qəzetində 
çıxan «Alqış» şeiri ilə gəlib. Neft sənayesində çalışan fəhlələrin 
əməyini,  onların  obrazını  yaratmağa  çalışan  şair  özünün  «neft 
və mazut şairi» olmasıyla fəxr edirdi: 
Siz ey yaylaqlarda ömür sürənlər, 
Mazıt şairini salın bir yada. 
 
Nə qədər istilər deşsə beynimi, 
Yenə mən sərinəm odlu dünyada. 
«Əsərlərində  fəhlə  əməyinin  ülviyyəti  «yeni  münasib 
bənzətmə və metaforalarla, obrazlı bir dil ilə öz bədii ifadəsini 
tapırdı». 
«Qızıl  karvanlar»  (1974)  kitabı  da  şairin  ölümündən  sonra 
1974-cü  ildə  çap  olunub.  Onun  şeirlərinə  Ü.Hacıbəyov  (  «Qara 
gözlü»,  «Süvarilər  marşı»,  «Qızıl  əsgər»),  Niyazi,  S.Rüstəmov 
(«Yar  məktubu»)  mahnılar  bəstələmişlər.  Lermontovun,  Süley-
man  Stalski,  M.Tursunzadə  və  başqalarının  əsərlərini  tərcümə 
etmiş  H.Natiq  İkinci  Dünya  müharibəsinin  ilk  günlərindən 


 
Sənət, sənətkar və zaman
 
 
 
115 
döyüşlərdə  iştrak  etmiş,  1941-ci  ilin  axırlarında  Belarusiya 
uğrunda döyüşlərdə həlak olmuşdur. 
Məmməd  Aranlı  tələbəlik  illərində  «Qara  xal  qız»,  «Ge-
cənin  qəlbi»,  «Aldanmış  ümid»  və  s.  hekayələrini  qələmə  almış, 
1940-cı  ildə  keçirilən  müsabiqədə  «Fırtına»  hekayəsinə  görə 
mükafata 
layiq 
görülmüşdür. 
İkinci 
Dünya 
Müharibəsi 
başlayarkən  səfərbərliyə  alınanda  institutun  son  kursunda 
oxuyurdu.  Suxumi hərbi piyada məktəbini kiçik leytenant rütbəsi 
ilə  bitirir.  416-cı  atıcı  diviziyası  yaradılanda  vzvod,  səhra  rota 
komandiri  olan  gənc  şair  1942-ci  ildə  Mozdok  uğrunda  gedən 
döyüşlərdə  iki  dəfə  yaralansa  da,  sağalandan  sonra  «Sovet 
döyüşçüsü»  cəbhə  qəzetinə  ədəbi  işçi,  sonra  məsul  katib  (1943-
1944)  təyin  edilir.    Müharibə  dövründə  Ruminiya,  Bolqarıstan, 
Yuqoslaviya,  Macarıstan,  Avstriya  ölkələrində  olur,  cəbhə 
qəzetlərində  oçerk  və  hekayələri  çap  olunur.  Gündəliyi  döyüş 
təəssüratı ilə, səhnələri ilə zəngindir. 1945-ci  ildə avqustda Sovet 
Ordusunun  siyasi  idarəsi  onu    Bakı  hərbi  dairəsinin  orqanı  olan 
«Vətən  şərəfi  uğrunda»  qəzeti  redaksiyasına  göndərmişdi,  hərbi 
şücaətinə  görə  iki  dəfə  «Qırmızı  ulduz»,  «Vətən  müharibəsi» 
orden  və  medallarla  təltif  olunmuş  yazıçı  Məmməd  Alim  30 
yaşında, yaradıcılığının çiçəkləndiyi bir vaxtda vəfat etmiş olsa da, 
adı  müharibə  dövründə  sənət  adamlarının,  xüsusilə  şair  və 
yazıçılarımızın  sıralarındadır,  yazdığı  vətənpərvər  əsərləri  ilə  
Azərbaycan ədəbiyyatımızın səhifələrindədir. 
 
 
 
 
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
116 
MÜHARİBƏDƏN SONRAKI DÖVRÜN  
ƏDƏBİYYATI  
(1946-1960) 
 
Bütün  dövrlərdə  olduğu  kimi,  müharibədən  sonrakı  dövr 
ədəbiyyatında  da  insan,  onun  xarakteri,  yaşadığı  mühit,  həyatı 
təsvir  obyektidir.  Müharibədən  sonrakı  dövrlərdə  dünya 
xalqlarının  təfəkküründəki  təəssürat,  müstəqillik,  azadlıq 
duyğularının  güclənməsi,  dünya  xalqlarının  müstəmləkə 
zəncirindən  tamamilə  qurtulması  üçün  beynəlxalq  həmrəylik 
nümayiş etdirməsi, baş verən hadisələrə aktualcasına yanaşmaq 
–  insan  xoşbəxtliyi,  səadəti  naminə  mübarizə  bu  dövr 
ədəbiyyatının ruhu idi.  
S. Vurğun ən yeni dövr Azərbaycan poeziyasının,  müasir 
Azərbaycan  dilinin  banisi,  azərbaycançılıq  ideologiyasının 
yaradıcılarından  biri,  milli  şair,  mütəfəkkirdir.  Yaradıcılığının 
ilk  dövrü  20-ci  illərə  təsadüf  edən  S.  Vurğunun  poetik  üslubu 
və  onun  əsərləri  ilə  heca  vəzni  milli  şeir  düşüncəmizin  ən 
gözəl, ən qüdrətli ifadə tərzi olduğu sübut olundu. 1932-ci ildə 
bolşevik partiyası ədəbi təşkilatları yenidən qurmaq üçün qərar 
verdi.  Bu  qərarda  müsavatçılıq-burcua  millətçiliyi  tənqid 
olunurdu.  Klassik  şeir  üslubuna,  əruza  üstünlük  verən,  bu 
yöndə  əsl  mədəni  və  savadlı  ədəbiyyat  sayılan  romantik  türk 
şairləri  ruhunda  yazılan-poeziyaya-romantik  və  millətçi  türk 
inqilabi  poeziyasına  yolu  tapdı.  Türk  millətçiliyinin  əvəzinə 
Azərbaycan  millətçiliyinin  poeziyasında  «azərbaycançılıq, 
vətənçilik məfkurəsi»ni əsas tutaraq xalqımızın qəhrəmanlarını, 
mədəniyyətini, onun tarixini vəsf etməyə başladı. Azərbaycanın 
öz milli şeir üslubu uğrunda mübarizəsi missiyasını üzərinə gö-
türdü.  Ona  qədər  Azərbaycan  poeziyasında  Azərbaycan 
xalqının öz varlığı ilə fəxr edən əsərlər az idi. A.A. Bakıxanov, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə